Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5226/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Melissa Park Cavabdeh Mənzil Tikinti Kooperativinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər:(pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxanı qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh Melissa Park Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(004)-1398/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh Melissa Park Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh MTK arasında mənzil alğı-satqısı ilə bağlı münasibətlər olmuş, MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 saylı mənzil İddiaçı satılmışdır. 2."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2015-ci il tarixdə maliyyə arayışı tərtib edilmiş, həmin maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən 4 saylı mənzilin dəyəri 67500 manat təşkil edir, iddiaçı tərəfindən 17000 manat ilkin ödəniş edilmiş, 50500 manat borcu qalmışdır. 3.Azərbaycan Kredit Bürosundan çıxarışa və "xxxx" (Azərbaycan) ASC-nin xx.xx.2017-ci il tarixli, 25276 saylı məktubuna görə, iddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-dən 120 ay müddətinə 64380 USD məbləğində kredit götürmüş, kredit tam ödənilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyi tam icra etmişdir və bank qarşısında heç bir borcu yoxdur. 4.xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında özündə mənzilin təmir şərtlərini əhatə edən xx.xx.2015-ci il tarixli, 214 saylı müqaviləyə 1 nömrəli Əlavə imzalanmışdır. 5.xx.xx.2016-cı il tarixli İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədə göstərilir ki, İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr, 3166-cı məhəllə ünvanında, Cavabdeh MTK tərəfindən inşa edilmiş A binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilindən və paydan imtina edir, xahiş edir onu MTK-nın üzvlüyündən azad etsinlər. Həmin mənzili istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaq. 6.xx.xx.2016-cı il tarixdə 3500 manat pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Həmin pul vəsaitinin qaytarılmasına dair 20 sentyabr 2016-cı il tarixli, ********* nömrəli mədaxil xəzinə orderində “Əsas:” başlığı ilə başlayan qrafada qeyd kimi göstərilir: “Mənzil geri qaytarıldı – FEBA MTK-mənzili geri aldı müştəridən VTB-dəki borcunu bağlayacaq ilkin ödənişindən bir hissəsi geri qaytarıldı. Cəmi geri qaytarılacaq – 5500 manat – X2-A2-5-4. 7.xx.xx.2016-cı il tarixdə xx.xx.2015-ci il tarixli müqavilə üzrə kreditin tam ödənişi həyata keçirilmiş, 80336,47 AZN məbləğində pul vəsaiti Kamandar Məmmədov adlı şəxs tərəfindən İddiaçı müştəri hesabına ödənilmişdir. 8.İddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən 43000 manata yaxın ödənişinin geri qaytarılmadığını bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən subsidiar öhdəlik üzrə üçüncü şəxsə ödədiyi 22-26 min manat və 17000 manat ilkin ödəniş olmaqla, cəmi 43000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Birinci instansiya məhkəməsində icraat dövründə cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində pul ödənilmişdir. 11.Bundan sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək, etdiyi ilkin ödənişdən qalıq 7.000 manat və subsidiar 18.000 manat ödənişləri, yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri, Zərdabi pr-də 54 kv/m mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın əvəzi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manat olmaqla, cəmi 188.400 manat maddi ziyanın, 221 manat və 440 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.İddiaçı iddia tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırmışdır ki, xx.xx.2015-cı il tarixli, 214 saylı müqaviləyə əsasən X5 Kompleksində, Yasamal rayonu, Zərdabi pr. ünvanında tikilən 16 mərtəbəli A yaşayış binasının, 2-ci blokunda 05 mərtəbəsində 4 saylı mənzilə görə, Melissa Park Cavabdeh MMF-yə 17.000 manat ilkin ödəniş etmişdir. X6 Cavabdeh MMF-nin iddiaçıya verdiyi məlumata əsasən maliyyə imkanları evin “katlavandan” “özəkdən” başlayaraq imkan verməmişdir. Bu səbəbdən bir müddət sonra tikinti şirkətinin sövdələşmədə olduğu VTB Bank Azərbaycana iddiaçını, Melissa Park Cavabdeh MMFyə maliyyə dəstəyi-kredit almaq üçün yönəltmişlər. X7 Cavabdeh MMF-in sifarişçisi kimi kredit açılmış və əlbə-əl pul verilmədən həmin Cavabdeh MMF-ya tikintiyə çatmayan məbləğ kimi yönəlmişdir. Kredit müqaviləsi, Melissa Park Cavabdeh MMF-yə onun üçün nəzərdə tutulan evin tikintisinə çatmayan 50.500 manat ekvivalentində dollarla verilmişdir. Halbuki, Cavabdeh MMF-yə kreditin dollarla verilməsinə qəti etiraz bildirmişdir. Buna baxmayaraq banka ödənişlərini etmişdir. "xxxx"a 26000 manat pul ödəmişdir. 2015-ci ildə Melissa Park Cavabdeh MMF-ə daxili kreditlə sifariş etdiyi, 17.000 pul ödədiyi, on il üçün nəzərdə tutulan və hər ayı üçün 550-580 manat civarında ödənişləri, Melissa Park "FEBA” MMF tərəfindən “VTB Bank”a yönəldikdən sonra 1000- 1500 manata çatmışdır. Melissa Park Cavabdeh MMF ilə 2015-ci il 26 yanvar, müqavilə nömrəsi 214 olan müqaviləyə əsasən, tikilib və təhvil veriləcək mənzilin qiyməti 67500 manat kimi qiymətləndirilmiş (evin) və 10 ilə kimi daxili kreditlə Melissa Park Cavabdeh MMF (sifarişçi olduğu Cavabdeh MMF icraçı olduğu) tərəfindən verilmişdir. Evin ümumən 70% qədər pul məbləğini 1-2 il civarında ödəmişdir. Buna baxmayaraq, iddiaçıya nə evi nə də ödədiyi pul məbləğini təhvil verilməmişdir. O, 43000 manat ödəniş etmişdir. Qeyd edilən bu evdən başqa yaşamağa yeri olmadığına baxmayaraq, AR Konstitusiya ilə yaşamaq və mənzil hüququ kobud pozulmuş, evin açarları belə təqdim edilməmiş, ev qalıq borca görə başqasına satılmışdır. Zərdabi prospekti və yaxın ərazilərdə 2022-ci il üçün həmin kv.m olan (54 kv.m) mənzillər 130.000 - 160.000 manat qiymətləndirilir. Deməli, cavabdeh Melissa Park Cavabdeh onun və ailəsinin yeganə yaşayış yeri olan mənzili satmış, qeyri-qanuni olaraq pulları qaytarmamış, özünə həmin mənzildən 70.000 manat fayda əldə etmişdir. O və ailəsi bu pulları cavabdehə borc kimi verməmişdir. Əllərində olan axırıncı pulları cavabdehə vermişdir ki, mənzil sahibi olsun. Yeddi ildən çoxdur ki, adında heç bir əmlak yoxdur, Yasamal rayon ərazisinə yaxın, ailəsi ilə ayı 350 manata (3 otaqlı- 55 kv.m.) mənzildə kirayədə qalır və yeddi ildən çox müddət ərzində kirayə haqqı 29.400 manat pul ödəmişdir. Cavabdehin maliyyə cəhətdən həyatlarında yaratdığı xaos səbəbi ilə iş karyerası ilə layiqincə məşğul ola bilməmişdir. Cavabdehin pullarını qeyri-qanuni mənimsəməsi səbəbi ilə, yeddi ildən çoxdur ki, ali təhsilli hüquqşünas ağır maddi və mənəvi çətinliklərlə üzləşmişdir. İxtisaslı kadr kimi, hər ay qazanacağı yüksək məbləğdə məvacibdən məhrum edilmişdir. Professional karyerasına dəyən maddi ziyan kimi, hər ayı ən azı 500 manat, yeddi il üçün 42.000 manat ziyan dəymişdir. Cavabdehin ailənin pullarını mənimsəyib, həm də evdən məhrum etməsi səbəbi ilə, bu illər ərzində anası da onunla bərabər maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Anası ziyalı qadındır. Ali savadlı jurnalist və publisistdir. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında journalist redaktor vəzifəsini şərəflə daşıyıb. Anası jurnalistika sahəsində də, peşəkar fəaliyyətini davam etdirməkdə maddi çətinliklərlə üzləşib, yüksək qonorarlardan məhrum qalmışdır. Yeddi ildən çoxdur kirayələrdə əziyyət çəkdiyi üçün anasına jurnalist-publisist kimi dəyən maddi ziyan da külli miqdardadır. Cavabdeh onun və ailəsinin etibarından sui-istifadə etmişdir. Banklar da daxil olmaqla borca və faizə pul götürmüşdür. Ödənişləri etmiş və küllü miqdarda ziyana düşmüşdür. Bank və ayrı-ayrı şəxslərdən aldığı borclar üçün ziyanın həcmi 46.000 manat təşkil edir. Bu qədər borcu ödəməkdən, cari işlərini görə bilməmişdir. Cavabdehin onu və ailəsini qərq etdiyi bu maddi gərginlik hər birinə təsirsiz keçməmişdir. Yeddi il yarımdır mənzilsiz və pulsuz qaldıqları üçün, mənəvi sarsıntılar keçirmiş və maddi məhrumiyyətlərlə üzləşmişlər. Nə o, nə də anası keyfiyyətli tibbi müayinələrdən keçə bilməmişdir. Onun və anasının hər birinin səhhətinə ayrılıqda 10.000 manat, ümumi 20.000 manat maddi ziyan dəymişdir. 13.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən cavabdeh 10000 manat məbləğində pulu barışıq sazişinin imzalandığı gün iddiaçıya nağd şəkildə ödəməyi, iddiaçı isə barışıq sazişi imzalandıqdan dərhal sonra mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və həmin əsasla iş üzrə icraata xitam verilməsi haqqında müvafiq ərizəni və barışıq sazişini Yasamal Rayon məhkəməsinə təqdim etməyi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 214 nömrəli alğı-satqı və ipoteka müqaviləsi və həmin müqavilə əsasında satılmış Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 № li mənzillə bağlı bir daha cavabdehə qarşı heç bir iddia qaldırmamağı öhdəsinə götürmüşdür. Odur ki, tərəflər arasında bağlanmış sazişin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 14.İddiaçı xx.xx.2022-ci il tarixdə vəsatət verərək, barışıq sazişinə etiraz etmiş, cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək, şərtlə imzalatdırdığı barışıq sazişinin nəzərə alınmamasını və verilmiş pul məbləğinin iddia tələbindən çıxılmasını xahiş etmişdir. 15.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov, iş N 2(004)-1398/2022) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 19500 manat məbləğində pulun və ödənilmiş 221 manat dövlət rüsumunun 100 manatının tutularaq, iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissəyə münasibətdə təmin edilməmişdir. 16.Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh MTK tərəfindən mənzil geri qaytarılmış və iddiaçıya xx.xx.2016-cı il tarixli ********* nömrəli məxaric qəbzinə əsasən 3500 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzinə görə isə 10000 manat, əlavə olaraq 2000 manat olmaqla, cəmi 15500 manat pul qaytarılmışdır. Həmçinin cavabdeh tərəfindən etiraf olunur ki, mənzilə görə iddiaçı tərəfindən “Bank VTB (Azərbaycan)” ASC-yə cəmi 18000 manat pul vəsaiti ödənilmişdir. 17.Cavabdeh “Melissa Park Cavabdeh MTK tərəfindən mənzil geri alındıqdan sonra mənzilə görə ödənilmiş ümumi 35000 manatdan cəmi 15500 manatın İddiaçı qaytarılması, 19500 manat məbləğində pulun isə qaytarılmaması iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. 18.Belə olduğu halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, cavabdeh “Melissa Park Cavabdeh MTK-dan 19500 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. 19.Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın tələbi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın cavabdehdən tutulması” hissələrində təmin edilməməlidir. Belə ki, iddia tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 385.1, 386.1, 448.1, 448.2, 1096-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216- 220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 21.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, ona dəyən maddi ziyana görə 159.900 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbində mənzil üçün etdiyi ilkin ödəniş və banka subsidiar ödəniş 18.000 manat, 7 il yarım üçün kirayə haqqı 29.400 manat, tikinti şirkətinin mənzilin 2022-ci il üçün 70.000 manat (qiymət fərqi) xeyir əldə etməsi, professional peşə fəaliyyətinə dəyən maddi ziyan 20.000 manat, cavabdehin pullarını alıb, onu evsiz qoyduğu üçün əmələ gələn zəncirvari borclara görə 46000 manat ziyan, jurnalist anasının və onun səhhətinə dəyən ziyan kimi, ümumən 188.400 manat (rüsumla) tələb etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh ona 2017-ci ildə 5500 manat və 2022-ci ildə isə məhkəmə iclasında etdiyi təklifə əsasən, 10.000 manat pul qaytarmışdır. Qətnamə ilə onun iddia tələbi qismən təmin edilmişdir. Cavabdehdən ona verməli olduqları 17.000 manat ilkin ödəniş və 18.000 manat subsidiar ödənişlərdən qalıq 19.500 manatın (100 manat rüsum pulu) ona ödənilməsi qərara alınmışdır. Ona dəyən maddi ziyan hissəsində isə əsaslı tələbləri təmin edilməmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən, cavabdehin onun pulunu və evini mənimsəməsinə görə, o və ailəsinin 7 il yarımdır ödədiyi kirayə ödənişləri ayı 350 manatdan 29.400 manat (çek və s. qoşma) nəzərə almamışdır. Ona peşə fəaliyyətində dəyən ziyan kimi 20.000 manat, cavabdehin üzündən düşdüyü borclar üçün 44.000 manat-istər istehlak krediti kimi bank borcu və ya faizlə şəxsi borclar (asan xidmətdən bank çıxarışı qoşma) və mənzilin qiymətində fərq 70.000 manat nəzərə alınmamışdır. Cavabdehin ona və ailəsinə qəsdən vurduğu maddi ziyana görə bu günədək kirayələrdə qalır. Bu gün də kirayə pulu və müxtəlif borçlar üzrə ödənişlər edir. Bu xüsusda da, faktiki hallar nəzərə alınmamışdır. Bu səbəbdən, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, ona dəyən maddi ziyana görə 159.900 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Cavabdeh “Melissa Park Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, hazırkı işin materiallarında olan barışıq sazişi, barışıq sazişinə əsasən razılaşdırılmış pulun alınması haqqında kassa məxaric orderi və həmin sazişin təsdiq edilməsi haqqında ərizələrdən də göründüyü kimi, tərəflər mübahisənin barışıq sazişi ilə qurtarması haqqında razılıq əldə etmişdir və cavabdeh həmin barışıq sazişi üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin buna baxmayaraq məhkəmə qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad çıxarmaq əvəzinə, iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarmışdır ki, bununla da cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamədə onların iddiaçıya münasibətdə məhz hansı öhdəliyini icra etmədiyini və bunun nədə ifadə olunmasını əsaslandırmamışdır. 25.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-486/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən iddiaçının mənzilə görə ödəmiş olduğu pul vəsaitinin qalıq hissəsi olaraq 19500 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033,552 manat olmaqla, cəmi 28.533,552, ödənilmiş dövlət rüsumu cəmi 331 manatın alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 26.Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə müqavilənin ləğvi ilə tərəflərin müqavilə üzrə gələcəkdəki öhdəliklərinə xitam verilmişdir, yəni mənzil cavabdehdə qalmış, eyni zamanda iddiaçının müqavilə üzrə ödəmiş olduğu pul vəsaitinin də böyük hissəsi də cavabdehdə qalmışdır, ədalətli kompensasiyası zərurəti yaranmışdır. Belə olan halda aydın olur ki, həm mənzilin, həm də cavabdehin mənzilə görə ödədiyi vəsaitin böyük hissəsinin cavabdehdə qalması ədalətli olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, nəticələri oxşar olan əqdlərin etibarsızlığı ilə bağlı qaydalar hazırkı hala tətbiq edilməlidir. 27.Çünki MM-in 337.5-ci maddəsində təsbit olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 28.Bu baxımdan, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, əqdlərin etibarsızılığı ilə, müqavilədən çıxmanın hüquqi nəticələri, bir sıra hallarda o cümlədən hazırkı halda oxşarlıq təşkil edir. Belə ki, əqdlərin etibarsızlığı halında tərəflərin əqddən əvəlki vəziyyətə gətirilməsi ona görə tələb olunur ki, əqd bağlandığı andan etibarsız olur, yəni tərəflər üçün hər hansı hüquq və vəzifə yaratmır. Tərəflərin müqavilədən çıxması halında isə müqavilə (əqd) bağlandığı andan etibarlı olur, yəni tərəflər üçün hüquq və vəzifələr yaradır, lakin sonradan bu və ya digər səbəbdən tərəflər qarşılıqlı olaraq müqavilənin ləğvinə, başqa sözlə müqavilədən çıxmağa dair razılığa gəlirlər. 29.Hazırkı halda da məhz bu baş vermişdir, lakin hazırkı işin faktiki halları baxımından tərəflərə münasibətdə qeyri-bərabərlik yaranmışdır. Yəni həm mənzil, həm də mənzilə görə iddiaçının ödədiyi məbləğ cavabdehdə qalmışdır. Bunun isə hüquqa uyğun olmadığı və ədalətsiz olduğu aşkardır. 30.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda da əqdlərin etibarsızlığında olduğu kimi, qarşılıqlı restitusiyanın qaydaları tətbiq edilməlidir. Hazırkı işin araşdırılmış halları ilə də tərəflərin müqaviləni ləğv edərkən buna dair razılığa gəldiyi də müəyyən olunur. Çünki cavabdeh müqavilə ləğv edərkən, iddiaçının müqaviləyə görə ödədiyi məbləğin bir hissəsini iddiaçıya geri qaytarmış, digər hissəni qaytarmağa söz versə də öhdəliyinə əməl etməmişdir. 31.İddiaçı həmin məbləğin ona qaytarılması üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdehin hər dəfə bir bəhanə ilə bundan yayındığını, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. 32.İddiaçıya olan 35000 manat borcdan xx.xx.2016-cı ildə ödənilmiş 5500 çıxıldıqda qalan (35.000-5500=29500) 29.500 manat məbləğin illik 5%-i (29500x5/100=1475) 1475 manat təşkil edir. İddiaçıya 5500 manatın verildiyi xx.xx.2016- ci il tarixdən iddiaçıya 10.000 manatın ödənildiyi xx.xx.2022-ci il tarixədək olan müddət 5 (2017,2018, 2019, 2020, 2021) il, 8 ay, 26 gün təşkil edir. Belə olan halda, 29.500 manatın 5 il, 8 ay, 26 gün üçün olan illik 5% (29500x5/100=1475:12=122,91:30= 4,097; 1475x5 il=7375; 122,91x8 ay=983,28; 4,097x26 gün=106,522; Həmin məbləğlərin illik, aylıq, günlük cəmi, 7375+983,28+106,522=8.464,802) məbləğ cəmi 8.464,802 manat təşkil edir. 33.İddiaçıya olan 29.500 borcdan cavabdehin xx.xx.2022-ci il tarixdə ödədiyi 10.000 manat çıxıldıqda qalan 19.500 manat üçün hazırkı qətnamə çıxarılan xx.xx.2023- cü il tarixə kimi olan 7 ay müddətdə 5% məbləğ (19.500x5/100=975/12=81,25x7 ay=568,75) 568,75 manat təşkil edir. 34.Beləliklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı 19.500 manatla yanaşı, MMin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ, yəni yuxarıdakı hesablama ilə (8.464,802+568,75=9033,552) 9033,552 manat (doqquz min otuz üç manat, əlli beş qəpik) də tutulmaldır. 35.Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsi, yəni “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafisi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın cavabdehdən tutulması” barədə tələbləri ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddia tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı, şübhədənkənar, təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar təqdim olunmamışdır. 36.Cavabdeh apellyasiya şikayətində tərəflər arasında hazırkı mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixli barışıq sazişinin olduğunu, həmin sazişlə bağlı onun öz öhdəliyini icra edərək 10.000 manat pul vəsaitini iddiaçıya ödədiyini, buna görə də qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 37.Kollegiya qeyd etmişdir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan məlum olur ki, hazırkı iddiaçı cavabdehin ona 10.000 manat ödəməsi müqabilində hazırkı iddia tələbindən imtina edir, cavabdeh də iddiaçının ona qarşı olan hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona 10.000 manat ödəməyi öhdəsinə götürür. 38.Mülki iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məlumatdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə ona həmin sazişi təklif edəndə, onun maddi vəziyyəti çıxılmaz olmuş, cavabdehin onun pulunu qanunsuz sahibliyində saxlaması ucbatından o və ailəsi kirayə haqqından yığılıb qalan pulları, bu müddətdə yaranmış borcları qaytara bilmirdi, cavabdeh onun ağır maddi vəziyyətindən istifadə edərək onu borcunun az bir hissəsini qaytarmaqla qalan iddia tələbindən imtina etməyə məcbur etmiş, həmçinin ona şifahi bildirmişdir ki, sazişə baxmayaraq qalan borcları da ödəyəcəklər, bu səbəbdən cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək şərtlə imzalatdığı həmin sazişin etibarsız hesab edilməsini, ona verilən 10.000 manat pulun iddia tələbi üzrə ümumi məbləğdən qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir. 39.Məhkəmə kollegiyası həmin barışıq sazişinin cavabdehin ağır maddi vəziyyətindən istifadə edilərək bağlanması və onun əsl iradə ifadəsi olmaması barədə iddiaçının dəlili ilə razılaşır. 40.Çünki iddiaçının almalı olduğu 29500 manatın müqabilində hazırkı ağır maddi və sıxıntılı durumunda 10000 manatla razılaşması inanadırıcı və ağlabatan görünmür. 41.Belə olan halda məhkəmə kollegiyası həmin barışıq sazişinin aşkar şəkildə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozmasını nəzərə alır və hesab etmişdir ki, bu səbəbdən o, qəbul edilməzdir. 42.Bununla belə, cavabdeh rayon məhkəməsi tərəfindən həmin barışıq sazişinə, ümumiyyətlə, hər hansı münasibət bildirilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşır və qeyd edir ki, rayon məhkəməsi həmin barışıq sazişinə münasibətdə MPM-in yuxarıda qeyd edilən imperativ tələblərini pozmuş, sazişə hər hansı münasibət bildirməmişdir. 43.Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 385.1, 421.1, 421.2, 421.3, 448.1, 445.7, AR MPM-nin 14.1, 14.2, 52.5, 77.1, 88, 191.2, 191.4, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 385.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 44.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 45.Cavabdeh (Vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. 46.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)- 2074/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2023-cü il tarixli 2(103)-486/2023 il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 47.Məhkəmə kollegiyası kassasiya şikayətinin ilkin dəlilini əsaslı hesab edərək qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə əqdlərin etibarsızlığı institutu baxımından qiymət verməkdə haqlı olmamış və əqdin etibarsızlığı ilə bağlı normaların tətbiqində səhvə yol vermişdir. 48.İlk öncə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində nə evin, nə də ödədiyi pul məbləğinin ona təhvil verilməməsini bildirmiş, müqavilənin ləğvi əsası kimi MM-in 421.2 və 422-ci maddələrinə istinad etmişdir. Həmin maddələrin tələbinə görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur(maddə 421.2). Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (maddə 422.1). 49.Bundan başqa, iddiaçı iddia ərizəsində bildirir ki, cavadehlə alğı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdeh özünün sövdələşmədə olduğu "xxxx" Azərbaycan ASC-yə Melissa Park Cavabdeh MMF-ə maliyyə dəstəyi-kredit almaq üçün yönəltmişdir. 50.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddianın əsasını ləğv edilmiş müqavilə üzrə müqavilə ləğv edilənədək iddiaçı tərəfindən icra edilmiş öhdəliyin geri qaytarılması təşkil edir. Lakin iş materiallarından müəyyən edilir ki, ləğv edilmiş müqavilə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, ümumiyyətlə, tərəflərin hansı öhdəliklərinin olması, o cümlədən mənzilin dəyərinin müqavilə ilə tərəflər arasında nə qədər razılaşdırılması müəyyən edilməmiş qalmışdır. 51.Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iddianın əsası ilə bağlı gəldiyi qənaət kifayət qədər şübhə doğrur və müfəssəl araşdırmaya eytiyac vardır. İşə təkrar baxan apelyasiya məhkəməsi ilk öncə müqavilənin ləğvinin nədən qaynaqlandığını araşdırmalı, yalnız bunun nəticəsindən asılı olaraq müvafiq maddi normaya istinad etməlidir. 52.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" Azərbaycan ASC arasında bağlanmış kredit müqaviləsi də məhkəməyə təqdim edilməmişdir. Məhkəmələr cavabdehdən iddiaçının ödədiyi subsidiar borcu tutarkən nəzərə almamışlar ki, tələb edilən ödənilmiş kredit həm əsas, həm də faiz borcu üzrə yönəlmişdir. Kredit müqaviləsi və onunla bağlı sənədlər məhkəməyə təqdim edilmədiyindən götürülmüş kreditin təyinatını, həmin kreditin həqiqətən də mübahisəli mənzilin əldə edilməsi üçün götürüldüyünü, cavabdehin hesabına mənzilin dəyəri kimi hansı məbləğin köçürüldüyünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmələr subsidiar ödəniş qismində 18000 manat vəsaiti cavabdehdən tutarkən ödənilmiş həmin məbləğin hansı hissəsinin əsas, hansı hissəsinin faiz olmasını araşdırmamış, iddiaçının mənzil almaq üçün götürdüyü kreditə görə ödədiyi faizlərin də cavabdehdən tutulmasının nə qədər düzgün olduğunu əsaslandırmamışlar. 53.Kassasiya şikayətinin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ayrı-ayrılıqda ərizə ünvanlayaraq bağladıqları xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Həmin barışıq sazişinin mətninə görə cavabdeh iddiaçıya 10000 manat məbləğində pul vəsaiti ödəyir, iddiaçı isə öz iddiasından imtina edir. Barışıq sazişi təsdiq edilmədən, hətta məhkəməyə təqdim edilənədək cavabdeh tərəfindən icra edilmiş, 10000 manat pul vəsaiti iddiaçıya təqdim edilmişdir. İddiaçı isə həmin pul vəsaitini dərhal və olduğu həcmdə qəbul etmiş və məhkəməyə ərizə ünvanlayaraq barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Lakin 7 iyul 2022-ci ildə iddiaçı tərəfindən məhkəməyə müraciət təqdim edilmiş və bildirilmişdir ki, cavabdeh onu saldığı ağır vəziyyəti dərk edərək və bundan sui-istifadə etmək üçün onu əvvəlcədən hazırladığı sazişi imzalamağa vadar etmişdir. Həmin uydurma sazişin etibarsız hesab edilməsi və ona verilən 10000 manat pulun iddia tələbi üzrə ona qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməməsini xahiş etmişdir. 54.Apellyasiya instansiyası məhkəməsi iddiaçının barışıq sazişi ilə razılaşmadığı halda, hansı səbəbdən cavabdeh tərəfindən saziş üzrə öhdəliyin icrasını dərhal qəbul etdiyini, həmçinin, barışıq sazişi ilə ona verilməli pulun tamamını qəbul etiyini araşdırmamışdır. Həmçinin hansı səbəbdən barışıq sazişi bağlandıqdan və 10000 manatı qəbul etdikdən xeyli müddət sonra fikrini dəyişərək sazişin təsdiq edilməməsini xahiş etməsi araşdırılmamışdır. 55.Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə notarial qaydada ərizə verərək mənzildən və paydan imtina etmiş, xahiş etmişdir ki, onu MTK-nın üzvlüyündən azad etsinlər. Həmin ərizədə göstərmişdir ki, mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaq. 56.Bundan başqa, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 20 sentyabr 2016-cı il tarixli, ********* nömrəli mədaxil xəzinə orderində “Əsas:” başlığı ilə başlayan qrafada qeyd kimi göstərilir: “Mənzil geri qaytarıldı – FEBA MTK-mənzili geri aldı müştəridən VTB-dəki borcunu bağlayacaq ilkin ödənişindən bir hissəsi geri qaytarıldı. Cəmi geri qaytarılacaq – 5500 manat – X2- A2-5-4.” Sözləri yazılmışdır. Həmin orderə görə 3500 manat pul vəsaiti iddiaçıya qaytarılmış, cəmi qaytarılmayan məbləğ 5500 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış və araşdırmamışdır ki, 2016-cı ildə tərtib edilən həmin sənədlə cavabdeh tərəfindən cəmi 5500 qaytarılacaq məbləğin olması iddiaçının imzası ilə də təsdiq edildiyi (qəbul edildiyi) halda, 7 ilə yaxın müddət keçdikdən sonra hansı səbəbdən həmin məbləğlər artmışdır. Apelyasiya instansiyası məhkəməsi bu ziddiyyəti məqamı araşdırmadan cavabdehdən tutulmuş məbləğin yaranma əsasını əsaslandırmamışdır. 57.Bu hallar ona dəlalət edir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, kifayət qədər şübhə doğuran sübutlara istinad edilməklə, həmin sübutların həqiqiliyi araşdırmadan, həmçinin iddianın əsası ilə bağlı ətraflı araşdıma aparılmadan iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. 58.Məhkəmə kollegiyası həmçinin, kassasiya şikayətinin sonuncu dəlili - apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin həcmindən kənara çıxması ilə bağlı dəlili ilə razılaşaraq qeyd edir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033,552 manatın tutulması ilə bağlı iddiaçının tələbi olmadığı hallarda həmin məbləği cavabdehdən iddiaçının xeyrinə tutmuş, işə baxılmanın hədlərini aşmışdır. Bununla da apellyasiya instansiyası tərəfindən MPM-in 372-ci maddəsinin tələbləri pozulmuşdur. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 59.Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, krediti ABŞ dolları ilə götürmüş, sonradan dolların məzənnəsi dəyişdiyi üçün, şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. 30 avqust 2016-cı ildə mənzildən imtina etməsi ilə bağlı notariat qaydada ərizə yazssa da, həmin ərizəni əsaslı hesab etmir. Cavabdeh tərəfindən ona 5500 manat və barışıq sazişi bağlanması ərəfəsində 10000 manat məbləğində pullar ödənilib. Onun ağır vəziyyətə düşməsindən istifadə edib bu sazişi bağlayıblar. Onun buna iradə ifadəsi yoxdur. Ona cəmi 15500 manat məbləğində pul ödənilib. 26 yanvar 2015-ci ildə tərəflər arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin əvvəlki vərəqləri dəyişdirilib, lakin onda müqavilə olmadığı üçün təqdim edə bilmir. Müqavilə cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulub. 60.Məhkəmə kollegiyasının iclasında cavabdeh Melissa Park Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətilərini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, 26 yanvar 2015-ci ildə tərəflər arasında alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır.Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “MTK” Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında olan yaşayış evinin A binasında, 2 blok, 05 mərtəbə, 4 saylı, 1 otaqlı mənzilin tikintisini, təmirini və işlər başa çatdıqdan sonra “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” isə bu müqavilənin 2-ci və 3-cü bölməsində göstərilən qiymət və şərtlərlə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə 17000 manat ilkin ödəniş etmiş, qalan 50500 manatı 28 yanvar 2015-ci il tarixli Bank VTB (Azərbaycan) ASC ilə iddiaçı arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli ipoteka kredit müqaviləsinə əsasən 29 yanvar 2015-ci ildə ödəmişdir. MTK öz üzərinə düşən öhdəlikləri icra edərkən, yəni binanın tikintisini həyata keçirərkən, iddiaçı 30 avqust 2016-cı il tarixdə notariat qaydasında ərizə ilə müqaciət edərək, onun adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında, Cavabdeh MTK tərəfindən inşa edilmiş A binasının, 2-ci blok, 05-ci mərtəbədə yerləşən 4 nömrəli, mənzildən və paydan imtina etdiyini qeyd etmiş, xahiş etmişdir ki,onu MTK-nın üzvlüyündən azad etsinlər. Həmin mənzili istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə, və satılmasına heç bir etirazı olmadığını, onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacağını bildirmişdir. Qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunmuş, iddiaçıya xx.xx.2016-da 3500 manat, xx.xx.2016-da 2000 manat qaytarılmışdır. İddiaçının Bank VTB (Azərbaycan) ASC-yə olan borcu üzrə xx.xx.2016-da MTK tərəfindən 80336,47 manat ödəniş olmuşdur. Birinci instansiyada işə baxılarkən, MTK tərəfindən ədalətlilik nümayiş etdirilmiş, tərəflər arasında barışıq sazişi imzalanmış, həmin barışıq sazişi üzrə iddiaçıya 10000 manat ödənilmiş, lakin iddiaçı pulu götürməsinə baxmayaraq, barışıq sazişinin təsdiq olunmasından yayınmışdır. MTK tərəfindən müqavilə öhdəliklərinin pozuntusu hallarına yol verilməmişdir. 61.Əvvəlki məhkəmə iclasında 3-cü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi iştirak etsə də, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 62.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 63.Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 64.Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 65.Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 66.Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 67.Maddə 424.3.Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 68.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 69.Maddə 447.7.Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 70.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 71.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 72.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 73.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 74.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 75.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 76.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 77.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(102)- 5036/2022 saylı qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 78.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(004)-1398/2022 saylı qətnaməsi iddianın ilkin ödənişdən qalıq 7.000 manat və subsidiar 18.000 manat ödənişlərlə bağlı qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. 79.Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. 80.Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 81.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 82.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 83.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 84.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 85.Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. 86.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, 26 yanvar 2015-ci ildə tərəflər arasında alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “MTK” Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında olan yaşayış evinin A binasında, 2 blok, 05 mərtəbə, 4 saylı, 1 otaqlı mənzilin tikintisini, təmirini və işlər başa çatdıqdan sonra “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” isə bu müqavilənin 2-ci və 3-cü bölməsində göstərilən qiymət və şərtlərlə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin sahəsi 54 kv.m olmaqla, dəyəri tam ödənildikdə 67500 manat təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalanarkən (2.2 bəndi istisna olmaqla) “Sifarişçi” müqavilənin ümumi dəyərinin 25,19%ni (minimum 25%), yəni 17000 manat ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və.s təbii fəlakətlər kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. Ölkədə iqtisadi vəziyyətin kəskin surətdə dəyişməsi-manatın məzənnəsinin düşməsi, inflyasiya baş verərsə, “MTK” “Sifarişçi”ni xəbərdar etməklə müqavilənin qiymətində birtərəfli qaydada dəyişiklik edə bilər. Müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə trəflərin qarşılıqlı razılığı əsasında ləğv edilə bilər. 28 yanvar 2015-ci il tarixdə Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış ipoteka krediti müqaviləsinə əsasən Bank Kredit alana FEBA MMF tərəfindən inşa olunmuş/olunan daşınmaz əmlakında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında olan 3166-cı məhəllə, Bina A, mənzil 4, blok 2, mərtəbə 5, otaqların sayı 1, sahəsi 54 kv.m, qiyməti 86053 ABŞ dolları) yaşayış sahəsinin alınması üçün, 64380 ABŞ dolları məbləğində isttehlak kreditini illik 12%-lə 120 ay müddətinə verir. xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında özündə mənzilin təmir şərtlərini əhatə edən xx.xx.2015-ci il tarixli, 214 saylı müqaviləyə 1 nömrəli Əlavə imzalanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə 17000 manat ilkin ödəniş olunmuş, qalan 50500 manatı 28 yanvar 2015-ci il tarixli Bank VTB (Azərbaycan) ASC ilə iddiaçı arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli ipoteka krediti müqaviləsinə əsasən 29 yanvar 2015-ci ildə ödənilmişdir. MTK öz üzərinə düşən öhdəlikləri icra edərkən, yəni binanın tikintisini həyata keçirərkən, iddiaçı 30 avqust 2016-cı il tarixdə notariat qaydasında ərizə ilə müraciət edərək, onun adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında, Cavabdeh MTK tərəfindən inşa edilmiş A binasının, 2-ci blok, 05-ci mərtəbədə yerləşən 4 nömrəli, mənzildən və paydan imtina etdiyini qeyd etmiş, xahiş etmişdir ki, onu MTK-nın üzvlüyündən azad etsinlər. Həmin mənzili istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etirazı olmadığını, onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacağını bildirmişdir. Qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunmuş, iddiaçıya xx.xx.2016-da 3500 manat, xx.xx.2016-da 2000 manat qaytarılmışdır. İddiaçının Bank VTB (Azərbaycan) ASC-yə olan borcu üzrə xx.xx.2016-da MTK tərəfindən 80336,47 manat Banka ödəniş olmuşdur. Altı ildən artıq müddət keçəndən sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiyada işə baxılarkən, iddiaçı və cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ayrı-ayrılıqda ərizə ünvanlayaraq bağladıqları xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Həmin barışıq sazişinin mətninə görə cavabdeh iddiaçıya 10000 manat məbləğində pul vəsaiti ödəyir, iddiaçı isə öz iddiasından imtina edir. Barışıq sazişi təsdiq edilmədən, hətta məhkəməyə təqdim edilənədək cavabdeh tərəfindən icra edilmiş, 10000 manat pul vəsaiti iddiaçıya təqdim edilmişdir. İddiaçı isə həmin pul vəsaitini dərhal və olduğu həcmdə qəbul etmiş və məhkəməyə ərizə ünvanlayaraq barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Lakin 7 iyul 2022-ci ildə iddiaçı tərəfindən məhkəməyə müraciət təqdim edilmiş və bildirilmişdir ki, cavabdeh onu saldığı ağır vəziyyəti dərk edərək və bundan sui-istifadə etmək üçün onu əvvəlcədən hazırladığı sazişi imzalamağa vadar etmişdir. Həmin uydurma sazişin etibarsız hesab edilməsi və ona verilən 10000 manat pulun iddia tələbi üzrə ona qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməməsini xahiş etmişdir. 87.Bundan sonra yuxarıda qeyd olunan məlum qərarlar qəbul edilmişdir. 88.Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən 26 yanvar 2015-ci ildə tərəflər arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsi, 28 yanvar 2015-ci il tarixdə Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış ipoteka krediti müqaviləsinin surətləri əldə edilərək, iş materiallarına əlavə edilmişdir. 89.Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. 90.Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 91.Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. 92.Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. 93.Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 94.Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. 95.Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. 96.Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. 97.Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. 98.Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). 99.Kollegiya qeyd edir ki, iddiaçı krediti ABŞ dolları ilə götürdükdən sonra, manatın məzənnəsində baş verən dəyişiklik nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini bildirir. 100.Bunanla bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. 101.Buna görə də, kollegiya hesab edir ki, iddiaçının götürdüyü kredit üzrə ABŞ dollarına nisbətdə manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilmədiyindən, onun bu dəlili əsaslı hesab oluna bilməz. 102.Digər tərəfdən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması halları müəyyən olunmamışdır. Yəni cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, bunun nəticəsində iddiaçıya zərər dəyməsi, nəticədə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması halları müəyyən olunmamış, iddiaçı bu halları təsdiq edəcək sübutları məhkməyə təqdim etməmişdir. 103.Əksinə iddiaçının 30 avqust 2016-cı il tarixdə notariat qaydasında yazdığı ərizədən sonra ona MTK tərəfindən 5500 manat pulun ödənilməsi, banka olan borcu üzrə 80336,47 manat məbləğində pulun MTK tərəfindən Banka ödənilməsi bir daha təsdiq edir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunmuşdur. 104.Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərin bağladığı barışıq sazişi iddiaçının iradına əsasən bağlanmasa da, iddiaçı tərəfindən həmin saziş üzrə 10000 manat da qəbul olunmuşdur. 105.İddiaçı tərəflər arasında bağlanmış 25 yanvar 2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin əvvəlki vərəqlərinin dəyişdirilməsini bildirsə də, birinci instansiya məhkəməsində bununla bağlı dəlillərini qeyd etməmiş, bundan əlavə öz dəlilini təsdiq edəcək özündə olan müqavilənin surətini məhkəməyə təqdim etməmişdir. Buna görə də, kollegiya iddiaçının qeyd olunan dəlilinin əsassız olması qənaətinə gəlir. 106.Cavabdeh apellyasiya şikayətində tərəflər arasında hazırkı mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixli barışıq sazişinin olduğunu, həmin sazişlə bağlı onun öz öhdəliyini icra edərək 10.000 manat pul vəsaitini iddiaçıya ödədiyini, buna görə də qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 107.Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan məlum olur ki, hazırkı iddiaçı cavabdehin ona 10.000 manat ödəməsi müqabilində hazırkı iddia tələbindən imtina edir, cavabdeh də iddiaçının ona qarşı olan hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona 10.000 manat ödəməyi öhdəsinə götürür. 108.Mülki iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məlumatdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə ona həmin sazişi təklif edəndə, onun maddi vəziyyəti çıxılmaz olmuş, cavabdehin onun pulunu qanunsuz sahibliyində saxlaması ucbatından o və ailəsi kirayə haqqından yığılıb qalan pulları, bu müddətdə yaranmış borcları qaytara bilmirdi, cavabdeh onun ağır maddi vəziyyətindən istifadə edərək onu borcunun az bir hissəsini qaytarmaqla qalan iddia tələbindən imtina etməyə məcbur etmiş, həmçinin ona şifahi bildirmişdir ki, sazişə baxmayaraq qalan borcları da ödəyəcəklər, bu səbəbdən cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək şərtlə imzalatdığı həmin sazişin etibarsız hesab edilməsini, ona verilən 10.000 manat pulun iddia tələbi üzrə ümumi məbləğdən qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir. 109.Məhkəmə kollegiyası həmin barışıq sazişinin iddiaçının əsl iradə ifadəsi olmaması barədə dəlili ilə razılaşır və hesab edir ki, barışıq sazişinin təsdiq edilə bilməz. 110.Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən məhkəmə kollegiyası tərəfindən Bank VTB (Azərbaycan) ASC tərəfindən iddiaçı tərəfindən edilmiş ödənişlərlə bağlı arayış əldə olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə iddiaçı tərəfindən Banka cəmi 9039,25 ABŞ dolları ödəniş olmuşdur. Həmin məbləğdən 1006,98 ABŞ dolları əsas borca, 8015,02 ABŞ dolları faizə, 17,25 ABŞ dolları cərimə borcuna silinmişdir. 111.Belə ki, Bank tərəfindən təqdim olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçının ödənişləri yalnız xx.xx.2016-cı il tarixə kimi olmuşdur. Bundan sonra xx.xx.2016-cı ildə isə cavabdeh tərəfindən iddiaçının Banka olan borcu bağlanmışdır. 112.Kollegiya hesab edir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunduğundan, iddiaçının Banka ödədiyi 1006,98 ABŞ dolları da nəzərə alınmalıdır. 113.Belə ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 15550 manat məbləğində pul qaytarılmışdır. İddiaçı tərəfindən isə müqavilə bağlanarkən cavabdehə 17000 manat ilkin ödəniş, Banka isə 1006,98 ABŞ dolları (1006,98x1,7=1711,86 manat) ödəniş olmuşdur. Onda 17000+1711,86=18711,86-15500=3211,86 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 114.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə iddianın ilkin ödənişdən qalıq 7.000 manat və subsidiar 18.000 manat ödənişlərlə bağlı qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3211,86 manat məbləğində pul tutulmalıdır. 115.Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsi, yəni “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafisi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın, cəmi 188.400 manat maddi ziyanın cavabdehdən tutulması” barədə tələbləri ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddia tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı, şübhədənkənar, təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar təqdim olunmamışdır. 116.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 117.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 118.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 119.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 120.Kollegiya həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 190 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 121.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh Melissa Park Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(004)-1398/2022 saylı qətnaməsi iddianın ilkin ödənişdən qalıq 7.000 manat və subsidiar 18.000 manat ödənişlərlə bağlı qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Melissa Park Cavabdeh MTK-dan 3211,86 (üç min iki yüz on bir manat, səksən altı qəpik) manat məbləğində pul və ödənilmiş 190 (yüz doxsan) manat dövlət rüsumu tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5226/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5226/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver