Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5233/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin ddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-yə qarşı “MTK-nın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı, “qarşılıqlı iddia üzrə cavabdeh” İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (cavabdeh MTK-nın binanın idarəetməsindən kənarlaşdırılması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Eldar oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(006)-2500/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1-da mülkiyyət hüququ əsasında 88 və 91 saylı iki mənzillər iddiaçıya məxsusdur.
2. İddiaçı mənzillərin yerləşdiyi binanın idarəçiliyini həyata keçirən Cavabdeh fəaliyyətindən narazı olduğundan, həmçinin bunun nəticəsində zərərə məruz qaldığını bildirərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. 3.Eyni zamanda cavabdeh MTK da iddiaçı tərəfindən kommunal ödənişlərin ödənilmədiyini bildirərək pul tələbi ilə qarşılıqlı iddia tələbi irəli sürmüşdür.
a)Birinci instansiya məhkəməsində icraat
4.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK MTK-yə qarşı “MTK-nın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, maddi zərərin əvəzi olaraq 3.765 manat, habelə həmin məbləğə hesablanmış 779,77 manat, mənəvi zərərin əvəzi olaraq 3.300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının (bundan sonra “AR”) vətəndaşı İddiaçı (bundan sonra “İddiaçı”) ünvan 1-da (bundan sonra “Bina”) mülkiyyət hüququ əsasında iki mənzil (bundan sonra “Mənzillər”) məxsusdur: 88 saylı (22 sentyabr 2017-ci il tarixli qeydiyyat üzrə - çıxarışın surəti əlavə olunur) və 91 saylı (12 yanvar 2016-cı il tarixli qeydiyyat üzrə - çıxarışın surəti əlavə olunur). İddiaçı mənzilləri digər fiziki şəxslərdən alqısatqı müqaviləsi əsasında əldə etmişdir. Bina Cavabdeh (bundan sonra “Cavabdeh”) tərəfindən tikilmişdir. İndiyədək də Bina Cavabdeh tərəfindən idarə olunur. Halbuki, binanın tikintisi çoxdan tam başa çatmış və binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ cavabdehin üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. İddiaçı cavabdehin üzvü deyil və heç vaxt da olmayıb. Aralarında hər hansı müqavilə də bağlanmayıb. Qeyd edilənlərə baxmayaraq, iddiaçı Mənzilləri əldə etdikdən sonra müəyyən dövr (2016-2019- cu illər) ərzində cavabdehin qanunsuz tələbi ilə sonuncuya aylıq əsasda nağd qaydada haqq ödəmişdir (cəmi 3.765 manat, əslində daha çox olub, sadəcə iddiaçıda sənədli təsdiqli məbləğ budur). Özü də cavabdeh həmin ödənişlərin təsdiqi üzrə qanunvericiliklə tələb olunan formada (kassa mədaxil orderi) deyil, əldəqayırma sənəd (iddiaçıda olanların surətləri əlavə olunur) verib. Bununla belə, cavabdeh binanın saxlanması üçün adekvat tədbirlər görməmişdir. Məsələn, binanın divarları və içi (o cümlədən liftlər) təmiz saxlanmır, tələb olunan təmir işləri görülmür və s. və i.a. Belə ki, iddiaçı yaşadığı blokda divarların rənglənməsini, işıqlandırmanın daha estetik olmasını və s. özü həyata keçirib. Digər sakinlər də öz hesablarına Binanın ümumi paylı mülkiyyətdə olan sahələrində vaxtaşırı təmir və digər işləri görürlər. Cavabdehin “komendant” isə hətta qanunsuz olaraq binanın ərazisini kənar avtomobillərin dayanacağı kimi istifadəyə də verir. Cavabdeh tərəfindən təyin olunmuş binanın “komendant”ına iddiaçı və digər sakinlər dəfələrlə irad bildirib. Amma vəziyyət dəyişməyib. Bəzi sakinlər ödəniş etməyi dayandırıb. 2019-cu ilin ortalarından iddiaçı da ödəniş etmir. Buna görə də cavabdehin “komendant”ı İddiaçıya problemlər yaratmağa başlayıb. Əvvəla, iddiaçıya kobud şəkildə (onların birində cavabdeh hətta İddiaçını kommunal xətlərin dayandırılması ilə hədələyir) tərtib edilmiş ödəniş tələbi ilə bildirişlərin (bəziləri bu iddia ərizəsinə əlavə edilir) verilməsi ilə yanaşı dəfələrlə Binanın görünən yerlərində İddiaçının və digər ödəniş etməyən sakinlərin adı olan xəbərdarlıqlar (bəziləri bu iddia ərizəsinə əlavə edilir) yerləşdirilib. Daha sonra, dəfələrlə iddiaçının mənzillərinə elektrik enerjisinin verilməsi qanunsuz olaraq dayandırılıb. İddiaçının mənzillərinə gələn müsafirlərə də problemlər yaradılır, sorğu-suala tutulurlar və s. Hətta iddiaçıya su gətirən şirkətin əməkdaşları da binanın ərazisinə buraxılmır. Ümumiyyətlə, iddiaçı və onun yaxınları, qonaqları kobud rəftarla üzləşir və s. və i.a. Bütün bunların əsnasında iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir və hazırda da keçirir. İddiaçı bu problemlərlə bağlı polisə də şikayət etmişdir. Nəsimi rayon polis idarəsinin 7 yanvar 2019- cu il tarixli məktubunda (surəti əlavə olunur) iddiaçıya bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. 6.İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan sahələrə 2019-2022-ci ilin mart ayınadək göstərilən kommunal xidmətlərə görə cəmi 5.791,50 manat məbləğində ödənişlərin ümumi paylı mülkiyyətindəki 330 kv.metr payına mütənasib olaraq cavabdeh İddiaçı və ödənilən 78 manat dövlət rüsumu ilə birlikdə tutaraq MTK-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsində yerləşən çoxmənzilli binanı "xxxx" MMC inşa etdirmiş və tikinti başa çatandan sonra binada yaşayan sakinlərin ümumi yığıncağının qərarı ilə "xxxx" MənzilTikinti Kooperativi yaradaraq binanın idarə edilməsi həmin MTK-ya həvalə edilmişdir. MTK lazimi xidmət müəssisələri ilə müqavilələr bağlayaraq binanın saxlanmasını təmin edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən blokların təmizlənməsi, işıqlandırılması, liftdən istifadə, məişət tulantılarımn daşınması, binanın mühafizəsi və saxlanması xərcləri hər ay yaşayış sahəsinin kv. metr inə uyğun olaraq sakinlər tərəfindən ödənilməlidir. Cavabdehin həmin binada cəmi 330 kv.metr ümumi sahəsi olan yaşavış sahəsindən istifadə etdiyinə görə hər kv. metr üçün 0,45 manat verməli olduğu halda iddia ərizəsində göstərdiyi kimi 2019-cu il tarixdən kommunal ödənişləri dayandıraraq MTK-va maddi zərər yetirir. Dəfələrlə ona müqavilə bağlamağı və üzərinə düşən xərclərin ödənilməsi bildirilsə də, müqavilə bağlamaqdan imtina edərək kommunal xərcləri könüllü ödəmək istəmir. Halhazırda cavabdehin 2019-cu il üzrə 330 kv.m. X 0,45 qəp. = 148,50 X 12 ay= 1.782 manat, 2020-ci il üzrə 1.782 manat, 2021-ci il üzrə 1.782 manat və 2022-ci ilin 3 ayı üzrə 445,50 manat həri İki mənzilə görə cəmi 5.791,50 manat borcu yaranmışdır. 8.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 iyul 2022-ci il tarixli, 2(006)-2500/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Cəmilə Musayeva) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilmişdir. İş materiallarında olan: 9."xxxx" MTK-nın ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokolundan görünür ki, leyhinə verilmiş 53 səslə aşağıdakı məsələlər qəbul edilmiş qərara alınmışdır: binanın saxlanması və ümumi istifadə yerlərinə görə xərclər mənzil sahibləri tərəfindən hər bir istifadə edilən mənzilin 1 (bir) kv. metr sahəsi üçün hər ayın 10-dək 0,45 qəpik həcmində ödənilsin; həmin vəsaitin ödənilməsi MTK-nın tərtib etdiyi kassa mədaxil qəbzində əks edilərək bir nüsxəsi sakinlərə verilsin; həmin vəsaitlər tam yığılandan sonra xidmət müəssisələri ilə və əməkdaşlarla bağlanan müqavilələrə uyğun olaraq onların hesabına köçürülsün; MTK üzvlərinə qeyd edilən ödənişlərə görə müqavilə bağlaması təklif edilsin; Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilənədək Binanın saxlanması və sair məsələlər hazırki MTK-ya həvalə edilsin. 10."xxxx" MTK-nın beş üzvü tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Nizamnaməsinin surətindən görünür ki, MTK istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. 11.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 91 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1475 saylı reyestr kitabının 134691 nömrəli vərəqində, xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. 12.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 88 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1463 saylı reyestr kitabının 134088 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. 13."xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış müraciətdən görünür ki, ondan yaranmış kommunal borcu ödəniş edilməsi xahiş edilmişdir. 14."xxxx" MTK tərəfindən tərtib edilmiş qəbzlərdən görünür ki, İddiaçı MTK-nın hesabına cəmi 3.765 manat məbləğində ödəniş edilmişdir. 15.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər (texniki zirzəmilər), binaya xidmət edən avadanlıqlar, eləcə də binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məcəllənin 43-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək ümumi yığıncağın səlahiyyətlərinə aiddir. Məcəllənin 141-ci maddəsinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsullarından (1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; 2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və 3. idarəedici təşkilat tərəfindən idarə edilməsi) birini seçməyə borcludur. Göründüyü kimi müvafiq qanunvericiliyə əsasən çoxmənzilli binada idarəetmə növünün, eləcə də idarəedicinin seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Həmçinin Mənzil Məcəlləsinin 109.5ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaŞayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Yaşayış sahəsinin saxlanma haqqı ödənişləri müqabilində Cavabdeh MTK tərəfindən qanunvericiliyə uyğun olmayan qəbzlərin təqdim olunması məsələsi ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 -ci maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrindəndir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciətində qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi ödəyicisinin fəaliyyəti üzrə aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən nəzarətə götürülmüşdür. Cavabdeh MTK tərəfindən mənzillərin elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı bildirir ki, istehlakçıya verilən elektrik enerjisinin dayandırılması “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən olunmuş hallarda və yalnız enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilə bilər. Yaşayış sahəsinin saxlanması haqqının ödənilməməsinə görə çoxmənzilli binanın idarəedicisi, o cümlədən MTK tərəfindən istehlakçının kommunal xidmətlərinin, o cümlədən elektrik təchizatının dayandırılması halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Müraciətdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, o cümlədən sözügedən çoxmənzilli binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkilinin zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh MTK-ya xx.xx.2022-ci il tarixli İN-X/O-4838/2022 nömrəli məktub göndərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil-kommunal xidmətlərinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin həlli məqsədilə binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkili məqsədəuyğun hesab olunur. 16.Məhəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, “Sirab” adlı su şirkətində sürücü işləyir. Sevinc xanım yaşayan binada ondan əlavə, 4-5 mənzilə də su gətirir. Həftənin 3 günü və ya sifarişdən asılı olaraq oraya gedir. İlk dəfə Sevinc xanımın mənzilinə su aparanda problem yarandı. Binanın girişində suyu kimə apardığını bildirdikdə belə bir şəxsin və mənzilin binada olmadığını dedilər və buraxmadılar. O, isə 6 böyük qab su olduğunu, qısa vaxt verilməsini xahiş etsə də icazə vermədilər. Su maşınını yolun qırağında saxlamağa da yer yoxdur. Sevinc xanımın arxasıyla nəlayiq sözlər deyirdilər ki: “bilirsən kimə su gətirirsən” və s. Lakin digər qonşu mənzillərə su gətirəndə heç kimə heçnə demirlər. Sonuncu dəfə binaya su gətirəndə Sevinc xanım haqqında nəlayiq söz işlətdilər. Binaya girişə nəzarət edən şəxsə yaxınlaşıb bildirəndə ki, su gətirib aparmağına imkan versin. O isə cavabında bildirdi ki, “sən işverənə su gətirirsən”. Digər bina sakinlərinə su gətirəndə heç nə demirlər. 17.Məhəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, internetdə təmir ustası olmağı ilə bağlı elan vermişdir. Sevinc xanım ona zəng edərək, yaşadığı mənzilin blokunu təmir etdirmək fikri olduğunu bildirərək onu ora dəvət etdi. Bloka baxış keçirdi və qiymətdə razılaşdılar. Yaxınlıqda yerləşən “təzə bazar” adlanan yerə gedərək oradan lazım olan materialları aldı. Sevinc xanım onlara diqqət edərək, çay, su, yemək verirdi. Təmir təxmini 1 həftə və ya 10 gün çəkdi. Blokun ərazisi böyük idi. Bina sakinləri təmir olunmasını görürdü, soruşan olduqda isə Sevinc xanımın öz hesabına təmir etdirməsini deyirdi. Təmir 2017-ci ildə edilmişdir. Bəzi şəxslər təmirin tez bitməsini demək üçün yaxınlaşırdılar. Blokun ərazisi böyük idi, bəlkə də 100 kv.m olardı. Təmiri binanın girişi olan 1-ci mərtəbənin divarı və tavanını rənglədi. Eyni zamanda, Sevinc xanımın yaşadığı mərtəbəsində işıqlarını dəyişib düzəltmişdir. 18.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh MTK tərəfindən idarə edilən binada iki mənzilin sahibidir. Həmin bina "xxxx" MMC tərəfindən inşa edilmiş və binadaki tikinti işləri başa çatdıqdan sonra binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəməsinin təmin edilməsi məqsədi ilə yaradılmış Cavabdeh Mənzil-Tikinti Kooperativinə təhvil verilmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokoluna və binanın sakinləri ilə bağladığı müqavilələrə istinad edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2019-2022-ci illik dövr üçün yaranmış kommunal xidmətlərə görə cəmi 5.791,50 manat məbləğində pulun Cavabdeh MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə iddiaçı isə Cavabdeh MTK-nın həyata keçirdiyi fəaliyyəti qanunsuz hesab edərək Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmçinin ona dəymiş maddi və mənəvi zərərin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 19.Məhkəmə öncə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binanı inşa etdirmiş "xxxx" MMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanı, fəaliyyətinin əsas məqsədi binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, pay haqlarının tam həcmdə ödənilməsinin təmin edilməsindən ibarət olan Cavabdeh Mənzil-Tikinti Kooperativinin idarəçiliyinə təhvil vermişdir. Həmin binanın idarə edilməsi hal-hazıradək MTK tərəfindən həyata keçirilir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstərilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. 20.Lakin qeyd edilməlidir ki, mənzil qanunvericiliyinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra binanın idarə edilməsi ilə bağlı kooperativin səlahiyyətləri bitir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin imperativ göstərişinə müvafiq olaraq həmin müddət ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 21.Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. 22.Göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. İlkin iddia üzrə cavabdeh isə çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən seçilməmişdir. 23.Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından həmçinin görünür ki, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. xx.xx.2014-cü il tarixli ümumi yığıncağın protokolundan görünür ki, qərar payçılar tərəfindən deyil, yalnız iclasın sədri Orucov Ələddin və katibi Ceyhun Muradov tərəfindən imzalanmışdır. MTK-nın payçılarının sayı və onların iştirakını da həmin protokoldan müəyyən etmək mümkün olmamışdır. 24.Bundan başqa iş materiallarından tələb olunan müddət üçün cavabdehlə iddiaçı arasında kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya qeyd olunan qərarın qəbul edilməsi də müəyyən olunmur. Belə ki, MTK bununla bağlı sübutlar təqdim etməmişdir. 25.Belə olan halda məhkəmə hesab etmişdir ki, MTK-nın səlahiyyətli olması müəyyən edilməyən protokola və müqavilələrə əsasən tələb olunan məbləğdə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tərəfindən əvvəlki dövr üçün müvafiq ödənişlərin tələb edilməsinə əsas verən kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericilikdə nəzərdə tutulan qaydada bağlanmış müqavilə məhkəməyə təqdim edilməmiş, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra iddiaçı kommunal xidmətlərin ödənilməsini tələb etmək üzrə subyektiv hüququnu ümumiyyətlə itirmişdir. 26.Məhkəmə həmçinin ilkin iddia tələblərini də əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında göstərilən kommunal xidmətlərin ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, ilkin iddia üzrə iddiaçı MTK ilə müvafiq müqaviləni bağlamaq niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaitinin İddiaçı tərəfindən MTK-yə binanın idarə olunmasına dair öhdəliyin icrası müqabilində könüllü qaydada verilmiş, binanın idarəçiliyi ilə bağlı bir sıra işlər (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirilmiş, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olmuş və iddiaçı da digər mülkiyyətçilər kimi göstərilən xidmətlərdən yararlanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, belə olan halda ilkin iddia üzə cavabdeh əldə etdiklərini qaytarmaq üzrə vəzifəsini daşımır. 27.Bundan başqa iddiaçı yaşadığı binada göstərilən kommunal xidmətləri üçün tərəfindən ödənilmiş məbləğdə ona zərər dəyməsinə istinad etsə də tərəfindən dəymiş zərərin nədən ibarət olmasını, ümumiyyətlə mövcud olub-olmamasını, zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 28.Məhkəmə iddianın “gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıdığı müəyyən edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən qaytarılmalı olan məbləğin gecikdirildiyi vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna da malik deyildir. 29.İlkin iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 30.Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 31.Məhkəmə iddianın “Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması”na dair tələbini rədd edərək qeyd etmişdir ki, kooperativin ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir və Məcəllədə göstərilən əsaslarla hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə yalnız onun iştirakçısı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı çıxış edə bilər. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı kooperativin üzvü deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “Cavabdeh ləğv olunması” dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. 32.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 43.2.4, 109.5, 109.6, 121.1, 125.1, 125.2.4, 128.0.3, 138.1, 138.4, 139.1, 140.3-cü: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 1090.1, 445.7, 47.2, 59.1, 59.2, 59.4, 59.2-1, 59.3, 111.3.5; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.3, 217.4, 4.1, 119.1. 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
33.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən-ilkin iddianın rədd olunması hissəsində ləğv edilməsini və yeni qətnamə qəbul edilərək ilkin iddianın təmin edilməsini xahiş etmişdir. 34.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir hüquqi əsası olmadan cavabdeh binanı idarə edərək, faktiki olaraq, onu zəbt edərək iddiaçının həm təkbaşına mülkiyyətində olan mənzillərindən istifadə hüququnu, həm də ümumi mülkiyyətində olan bina sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarını pozmuşdur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi AR Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bina üzrə bu üsul indiyədək müəyyən olunmayıb. MM-nin 142-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim edir. Bina üzrə nə belə müqavilə bağlanıb, nə idarə edici təşkilat seçilib, nə də kimsə sakinlərə hesabat təqdim edir. Binanın sahə mülkiyyətçiləri, o cümlədən iddiaçı faktiki olaraq mülkiyyəti üzrə qanuna uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Bu hüquqları cavabdeh mənimsəyib. O cümlədən Binanın saxlanması haqqını da özbaşına müəyyən edərək sakinlərdən tutur. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilədir, mülkiyyətə qəsd və maneələrdir. İddiaçı binanın ümumi əmlakının mülkiyyətçilərindən biridir. Qətnamənin özündə də vurğulanır ki, cavabdehin həmin əmlakı idarəetməsinin legitim əsası yoxdur. Məhz buna görə də qarşılıqlı iddia təmin olunmayıb. Deməli, iddiaçının onun da mülkiyyəti olan əmlakın səlahiyyətsiz şəxs tərəfindən zəbt edilib idarə olunmasına etiraz etmək, bu pozuntuya son qoymağı tələb etmək tam subyektiv hüququdur və başqa cür ola da bilməz. Cavabdehin ümumiyyətlə sakinlərə xidmət göstərməsi və göstərdiyi təqdirdə bunun nədən ibarət olmasına dair cavabdeh heç bir sübut təqdim etməyib. İddiaçı proses əsnasında cavabdehə təklif olunmuşdur ki, heç olmasa vergi hesabatlarını təqdim etsin ki, göstərdiyi xidmətlərə çəkilən xərclərini görə bilək, amma imtina etmişdir. Məhkəmədə vergi orqanına bu hesabatların vergi orqanından istənilməsinə dair vəsatətləri isə təmin olunmamışdır. Guya işə aidiyyəti yoxdur. Yoxdursa, məhkəmə nəyə əsasən sakinlərə xidmətlərin göstərilməsinə şübhə etmir? Bununla bağlı hansı sübut var? Bəlkə cavabdeh binanı zəbt edərək orada yalnız ona görə oturub ki, sadəcə“Babamdan qalıb!” prinsipi ilə bəzi sakinlərdən pul yığsın və qanunsuz olaraq avtodayanacağı istifadəyə verib qeyri-rəsmi gəlir əldə etsin? Hər bir halda cavabdehin xidmət göstərməsi haqda sübut təqdim edilməyib. Əksinə, Binanın ümumi mülkiyyətdə olan sahələrinin də birbaşa sakinlər tərəfindən saxlanılmasına dair tərəfimizdən sübutlar təqdimedilib. Cavabdeh özünü binanın idarəçisi hesab edirsə, deməli, həmin sahələri (ümumi əmlakı) idarə edir. Lakin həmin sahələrin nədən ibarət olduğunu qeyd etmir. Halbuki, idarəçiilk növbədə səlahiyyəti hüdudlarını vurğulamalıdır. Mənzil Məcəlləsinin 35-ci maddəsində ümumi əmlakın dairəsi təsbit edilib. Konkret olaraq bizim binada bu hansı əmlakdır? Liftlər, çardaq, zirzəmi, torpaq sahəsi (o cümlədən avtodayanacaq üzrə) və s.? Nə? Cavabdeh nəinki onları sadalamalı, həmçinin həmin əmlaka dair təsdiqedici (hüquq müəyyənedici) sənədləri təqdim etməliidi. Məsələn, zirzəmi, çardaq və torpaq sahəsində dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışları və s. Əks halda, sual yaranır ki, nəyi idarə edir, nəyə görə pul yığır və pul tələb edir vəs.? İddiaçı mənəvi zərərlə bağlı kifayət qədər sübut təqdim etmişdir. Cavabdeh onları heç inkar da etməmişdir. Belə ki, cavabdeh təqdim etdiyi etirazının 2-ci bəndində cavabdeh özünün və rəhbəri X4 Bina üçün gördüyü işləri sübut etmək əvəzinə sadəcə qeyd edir ki, Binanı idarə etmək onun vəzifəsidir. Bununla da faktiki olaraq X4 və X5 iddiaçıya qarşı yol verdiyi hərəkətlərə (kobudluq, terror, mülkiyyəti olan binada normal yaşamağa mane olma) haqq qazandırır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 36.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Eldar oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 37.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməmiş, qətnaməni ilkin iddianın rədd olunması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 38.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh MTK, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMMC-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 39.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 41.Maddə 43.1.Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 42.Maddə 43.2.4.Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. 43.Maddə 109.5.Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 44.Maddə 121.1.Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 45.Maddə 125.1-ci və 125.2.4.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindən biridir. 46.Maddə 128.0.3.Müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 47.Maddə 138.1.Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 48.Maddə 138.4.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 49.Maddə 139.1-ci və 140.3-cü maddələrinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 50.“V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. 51.“R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən ... Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 52.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 53.Maddə 1091.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 54.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 55.Maddə 1090.1-ci maddəsinin tələblərinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 56.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Maddə 124.2.İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 58.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 59.Maddə 385.1.4.Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 61.Kollegiya ilk olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(006)-2500/2022 saylı qətnaməsi iddia tələbinin Cavabdeh ləğv edilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. 62.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, maddi zərərin əvəzi olaraq 3.765 manat, habelə həmin məbləğə hesablanmış 779,77 manat, mənəvi zərərin əvəzi olaraq 3.300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsinin təmin edilməyən hissələrində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən- ilk iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qeyd olunan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 64.Kollegiya qeyd edir ki, məhkəmə ilk iddianı Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması ilə bağlı hissədə rədd edərkən qeyd etmişdir ki, bu barədə qərər qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı qeyd olunan iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. 65.Hazırki işə apellyasiya mərhələsində baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədlyyə Nazirliyində 1123-MM10-0290 nömrə ilə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnanəsinin surətinə əsasən Nizamnamə sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə təsdiq edilmişdir. 66.Qeyd olunan Nizamnamənin 1.1-ci bəndinə əsasən "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi” nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. 67.Buna görə də, kollegiya hesab edir ki, qeyd olunan hissədə qətnamədə göstərilmiş nəticə hazırki halda işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, binanın idarəçiliyi artıq "xxxx" MMMC tərəfindən həyata keçirildiyindən, Cavabdeh binanın idarə edilməsində iştirak etmədiyindən, sonuncunun ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasına lüzum qalmır. 68.Kollegiya hesab edir ki, məhkəmə eyni zamanda düzgün olaraq ilkin iddianın “iddiaçıya dəymiş maddi zərərin, həmin məbləğə hesablanmış faiz borcunun və eyni zamanda vurulmuş mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar əsassız olduğundan rədd edilməsi qərarına gəlmişdir. 69.Belə ki, hazırda ödədiyi pulun qaytarılmasını istəyən İddiaçı tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri təşkil edir. 70.Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 71.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 72.İş materiallarından göründüyü kimi, tərəflər arasında göstərilən kommunal xidmətlərin ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, ilkin iddia üzrə iddiaçı MTK ilə müvafiq müqaviləni bağlamaq niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaitinin İddiaçı tərəfindən MTK-yə binanın idarə olunmasına dair öhdəliyin icrası müqabilində könüllü qaydada verilmiş, binanın idarəçiliyi ilə bağlı bir sıra işlər (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, suyun verilməsi, liftin işlək vəziyyətdə saxlanılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirilmiş, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olmuş və iddiaçıda digər mülkiyyətçilər kimi göstərilən xidmətlərdən yararlanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə düzgün olaraq hesab etmişdir ki, belə olan halda ilkin iddia üzə cavabdeh əldə etdiklərini qaytarmaq üzrə vəzifəsini daşımır. 73.Belə ki, Mülki Məcəllənin 1090.1-ci maddəsinin tələblərinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 74.Bundan başqa iddiaçı yaşadığı binada göstərilən kommunal xidmətləri üçün tərəfindən ödənilmiş məbləğdə ona zərər dəyməsinə istinad etsə də, tərəfindən dəymiş zərərin nədən ibarət olmasını, ümumiyyətlə mövcud olub-olmamasını, zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 75.Halbuki zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 76.Kollegiya həmçinin iddianın “gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə ilə razılaşır. 77.Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 78.Cavabdeh dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıdığı müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən qaytarılmalı olan məbləğin gecikdirildiyi vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna da malik deyildir. 79.İddiaçı özünə dəymiş mənəvi zərəri 3300 manat məbləğində qiymətləndirmiş və bu zərərin dəyməsi halını MTK-nın işçiləri tərəfindən ona qarşı edilən qanunsuz hərəkərləri ilə əlaqələndirmişdir. 80.Kollegiya qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. 81.Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa 82.İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. 83.Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 84.Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 85.Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 86.Məhkəmə şahidlərin ifadələri ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən hüquqi qiymət verilməsi mümkün deyildir. Çünki mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia “mənəvi zərər” hissəsində də rədd edilməlidir. 87.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 88.Bu qənaətə gələrkən kollegiya qeyd etdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 89.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 90.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 91.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 92.Kollegiya ilk iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması ilə bağlı hissədə apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşsa da, ilk iddianın maddi zərərin əvəzi olaraq 3.765 manat, habelə həmin məbləğə hesablanmış 779,77 manat, mənəvi zərərin əvəzi olaraq 3.300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsinin təmin edilməyən hissələrində apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, qeyd olunan hissələrdə apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 93.İlk iddia rədd olunduğundan, kollegiya hesab edir ki, məhkəmə ödənilmiş dövlət rüsumunu Prosessual Qanunvericiliyin tələbinə uyğun düzgün olaraq iddiaçının özünə aid etmişdir. 94.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(006)-2500/2022 saylı qətnaməsi mübahisələndirilən- ilk iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qeyd olunan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov