Məhkəmə qərarları › İş №2(103)-5235/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5235/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5235/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə X6 Cavabdeh qarşı mənzilə köçürülmə barədə ilk, iddiaçı Cavabdeh X9 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı Elxan Abasquluyev tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5499/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X6 ilkin iddia üzrə Cavabdeh qarşı mənzilə köçürülməsinə dair ilkin iddia tələbi və Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X9 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı X14 ilkin iddia üzrə Cavabdeh qarşı mənzilə köçürülmə barədə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək özünün Bakı şəhəri Yasamal rayonu 2 Alatava ev 28 E ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X14 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Afız qızı ilə 2004- cü ildə 26 fevral tarixində qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bu nikahdan X10 adlı bir uşaqları olmuşdur. O, cavabdehlə qeyri-rəsmi ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Yasamal rayonu 2 EV 2 mənzili tikmiş və həmin ünvanda qeydiyyata düşməklə həmin ünvanda yaşamış, cavabdehin təsiri və təhqirləri nəticəsində evdən qovulmuşdur. Lakin güman edirdi ki, onun evdən qovulmağı müvəqqəti xarakter daşıyır və cavabdeh tərəf əsəbidir. Bir qədər gözləsə də, cavabdeh tərəfdən onun evdən istifadə hüququna xitam verilməsi barədə iddianın verilməsi məsələsini qaldırdığını bildi. Bildirir ki, birgə yaşayış dövründə tikilmiş evin sahəsi 60 kv.metr olmaqla iki otaqlı bir mərtəbəli evdir. Lakin evə dair sənədlər cavabdehdə olduqu üçün iddia ərizəsinə əlavə edə bilməmişdir. Yalnız ona qarşı qaldırılmış evdən istifadə hüququna xitam verilməsinə dair mülki işdən əldə etdiyi sənədlərin surətlərini əlavə edə bilmişdir. Hal-hazırda faktiki qalmağa yeri və imkanı yoxdur. Cavabdeh isə onun evində yaşamağına imkan vermir. Qeyd olunanları nəzərə alıb, iddanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Öz növbəsində Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X9 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava 28E ünvanında olan yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə qeyri-rəsmi nikah münasibətinə girərək ailə qurmuş, həmin nikahdan xx xxxx 2003-cü il tarixdə X11 adlı bir uşaqları vardır. Cavabdehlə nikah münasibətlərinə görə, onun yaşadığı Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava, ev 28E ünvanında yerləşən evinə gəlməsinə icazə vermiş, o da, mənzilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh ilə daimi olaraq yaşamırdı. İstədiyi vaxt gəlirdi, istədiyi vaxt gəlmirdi. Bu ev onun daimi yaşayış yeri olmamışdır və o 2012-ci ildən etibarən evdən birdəfəlik getmişdir. Uşaq həmişə Cavabdeh yanında olmuş, onun yaşayışı üçün lazım olan bütün ehtiyaclarını özü təmin etmişdir. Cavabdeh artıq 7 ildən çoxdur ki, yaşadığı mənzilə gəlmir. O uzun illərdir ki, nikah münasibətində olduğu başqa şəxslə birgə yaşayır. Cavabdeh onun mənzilində yaşamadığına görə onun burada qeydiyyatı formal xarakter daşıyır. Onun bu mənzildən istifadə hüququ çoxdan itmişdir. İddia ərizəsində iddiaçı göstərmişdir ki, ünvan 2 ünvanındakı evi, guya Cavabdeh ilə birlikdə ailə qurduqdan sonra tikmişdir. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. O, bu evi özünə məxsus olan başqa bir evi sataraq əldə etdiyi vəsaitlə almışdır. Əvvəlki satdığı evin sənədlərini məhkəməyə təqdim etmişdir. Qonşularının iştirakı və 56 saylı MKİS- nin təsdiq etdiyi Aktdan da görünür ki, İddiaçı 7 ildən çoxdur ki, Yasamal rayonu, 2-ci Alatava, ev 28E ünvanında yaşamır. Ona görə də iddiaçının mənzilə köçürülmə tələbi rədd edilməlidir. Onun bu iddianı qaldırmaqda da məqsədi dolayısı ilə Cavabdeh ona qarşı aliment tələbindən imtina etməyi üçün düşünülmüşdür. Çünki əvvəllər də, o belə bir təcrübədən istifadə etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən hər iki iddia təmin edilməmişdir. İlk iddia üzrə İddiaçı Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi ilk iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə İddiaçı kollegiyanın iclasına gəlməmişr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, Sədrlik edənin məruzəsini, apellysiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş edən Cavabdeh izahatını dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, mübahisəli evin köhnə sahibidir. 10 il bundan əvvəl, bəlkədə daha cox Sona xanım kimi tanıdığı cavabdeh evinə gələrək, evinə baxdı, bəyəndi və aldı. Evin rəsmi sənədi olmadığı üçün rəsmi alqısatqı edə bilmədilər. Şifahi alqı-satqı edərək Sona xanım (Səxavət xanım) ona 10 000 manat pul verdi, o isə evi ona təhvil verdi, həmin xanımın evə qeydiyyata düşməsinədə köməklik etdi. O, evi qızı üçün tikmiş, sonra isə qızı həmin evi isdəmədiyi üçün satası olmuşdurlar. Ev yaşayış üçün tam hazır vəziyyətdə təmirli idi. Şahid əlavə olaraq göstərmişdir ki, öz evini satmağına baxmarayaq yenə də qonşuluqda yaşayırdı. Evi Səxavət xanıma hazır vəziyyətdə vermişdi, əlavə təmirə ehtiyac yox idi. Həmin evdə Səxavət xanım, oğlu və qızı yaşayırdı. Elxanı tanıyır, o da Alatavada yaşayırdı, ancaq harada yaşaması barədə məlumatım yox idi. Elxanı 10 il bundan əvvəl orada çox görmüşdür. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Mənzil kommunal Təsərrüfat Birliyi 56 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli forma 2 üzrə arayışından görünür ki, ünvan 2 ünvanındakı 2 otaqlı 60,0 kv. metr sahəsi olan özbaşına tikili Cavabdeh Afıs qızına məxsusdur. Həmin ünvanda özü, övladları X16, X11, həmçinin İddiaçı da xx.xx.2004-cü ildən qeydiyyatdadırlar İş materiallarında olan «AZƏRİŞİQ» X18 bildirişindən görünür ki, qeyd olunan ünvanın abunəçisi Cavabdeh Afıs qızıdır. - «AZƏRSU» X19 arayışından görünür ki, qeyd olunan sözü gedən mənzilin abunəçisi Cavabdeh Afıs qızıdır. İşdə olan 56 saylı MKİS-nin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, 2-ci Alatava 28E saylı ev özbaşına tikilidir, özbaşına tikili 56 saylı MKİS-nin inzibati ərazisindədir. Özbaşına tikilinin sahibi Cavabdeh Afıs qızıdır. 56 saylı MKİS-nə ödənilən məişət tullantılarının daşınması haqqını Cavabdeh Afıs qızı ödəyir. Cavabdeh dediyinə görə evi 2004-cü ildə Elman adlı şəxsdən almışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci tarixdən başlayaraq İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay 136,60 manat məbləğində aliment tutularaq Cavabdeh Afıs qızına ödənilməlidir. Daha sonra arayışda göstərilmişdir ki, aliment borcu hər iki icra sənədi üzrə cəmi 1195 manat təşkil edir İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək xx.xx.2017-ci tarixdən başlayaraq İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay 136,60 manat məbləğində aliment tutularaq Cavabdeh Afıs qızına ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı xx xxxx 2003-cü il təvəlli X1 üçün tutulan alimentin miqdarı artırılmış, cavabdeh İddiaçı xx xxxx 2003-cü il təvəllüdlü X2 üçün hər ay 160 (yüz altmış) manat pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh Asif qızına ödənilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019- il tarixdən başlayaraq İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay 160 manat məbləğində ament tutularaq Cavabdeh Afıs qızına ödənilməlidir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli «borclunun axtarılması haqqında» qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 19,06.1978-ci il tarixdə anadan olmuş İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan Yasamal rayonu 2-c Alatava ev 26 və 28-də yaşayan qonşular X12, Göylərov Rafael Kamil oğlu və X13 iştirakı və imzaları 56 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Aktdan da görünür ki, İddiaçı 7 ildən çoxdur ki, Yasamal rayonu, 2-ci Alatava, ev 28E ünvanında yaşamır. İşdə olan ünvan 3 yaşayan X3 imzası xx.xx.2019-cu il tarixdə 43 saylı NotariatKontorunda təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşamır. İşə əlavə edilmiş İddiaçı Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə yazdığı xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, o aliment borcunun, yəni, 3005 manat tələbkarla qarşılıqlı razılaşma əsasında 8 gün müddətində qeydiyyatda olduğu Bakı şəhəri, 2-ci Alatava 28E ünvanından qeydiyyatdan çıxdığı təqdirdə aliment borcundan Cavabdeh imtina edəcək və bu barədə qarşılıqlı razılaşmaya əsasən heç bir iddia və tələbi olmayacaq. Üzərinə götürdüyü öhdəliyi tez bir zamanda əməl edəcəyinə söz verir, etmədiyi təqdirdə inzibati və cinayət məsuliyəti barədə xəbərdar olundu. İşdə olan AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********38 saylı məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********75 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi 28E saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. Yasamal Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli xx/xx- 1441/11 saylı məktubundan görünür ki, İddiaçı 1028 saylı, xx.xx.2012-ci il tarixli aktla, xx.xx.1989cu il təvəllüdlü Bakı şəhərində doğulmuş Əliyeva (Abasquluyeva) Sevda Namik qızı ilə Sabunçu Rayonu Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. İşə əlavə edilmiş notariat icraatında olan 5-ci Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2004cü il tarixli 220957 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Y.Dağlıq küçəsi ev 255, mənzil 17-ni X7 108.900.000 manata satmışdır. Qeyd edilən notariat icraatından görünür ki, X8 ilə X17 1994-cü ilin may ayının 12-də nikahları ləğv edilmiş, nikah ləğvindən sonra arvada Məlikova soyadı verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Hafiz qızının X8 ilə nikahından 1995-ci il tarixdə X16 adlı övladı, İddiaçı ilə faktiki nikah münasibətlərindən isə xx xxxx 2003-cü il tarixdə X11 adlı bir uşaqları anadan olmuşdur. İlk iddia üzrə iddiaçı cavabdehlə qeyri-rəsmi ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava EV 28E tikməsini, birgə yaşayış dövründə tikilmiş evin sahəsi 60 kv.metr olmaqla iki otaqlı bir mərtəbəli ev olmaqla vəhəmin ünvanda qeydiyyata düşməklə yaşamasını, cavabdehin təsiri və təhqirləri nəticəsində evdən qovulmasını göstərərək mübahisəli evə istifadə hüquqları olduğu üçün köçürülməsini iddia etmiş, tələbinin maddi əsası kimi isə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 228.1-ci 228.5-ci, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinad etmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq,məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, ilk iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarınıntələblərinə uyğun həll edilməsi mümkündür. Lakin, bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Belə ki, əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, özbaşına tikili statusuna malikdir və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə ilk iddiaçının hər hansı bir aidiyyatinin olub-olmaması ilə bağlıdır. Çünki ilk iddiaçı mübahisə predmeti olan evin tikilməsində iştirakının olmasını və orada daimi yaşamasını bildirsə də, buna dair nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında hər hansı bir sübut təqdim etməmiş, məhkəmə iclasında da bu dəlillərini sübuta yetirə bilməmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev statusuna görə özbaşına tikilidir. Belə olan halda isə tərəflər arasında yaranmış hüquq münasibətləri özbaşına tikiliilə bağlı yaranan mübahisə olduğundan yaranmış mübahisənin hüquq müstəvisində həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin, müəyyən edilmişdir ki, ilk iddiaçı mübahisə predmeti olan evdə daimi olaraq heç vaxt yaşamamışdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, məhz həmin tarixdən ilk iddiaçı digər qadınla rəsmi nikaha daxil olmuş və başqa ünvanda yaşamışdır və hazırda da yaşayır. Buna qədər isə onun həmin evdə daimi olaraq yaşamasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd etməyi də zəruri hesab edir ki, ilk iddiaçının mübahisəli mənzilə pasport qeydiyyatının olması ona mənzildən istifadə hüququnu yaratmır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı və yalnız mülkiyyətçi ilə bağlanan notariat qaydasında olan razılaşma olduğu halda yarana bilərdi ki, hazırki ev özbaşına tikili olduğu üçün bu tikiliyə istifadə hüquqlarının yaranması da qeyri-mümkündür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslə, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmçinin müəyyən edilmişdir ki, ilk iddiaçının cavabdehlə faktiki nikah münasibətlərindən övladı olsa da, Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava, ev 28E ilk iddiaçının daimi yaşayış yeri olmamış, 2012-ci ildə o, Əliyeva (Abasquluyeva) Sevda Namik qızı ilə Sabunçu Rayonu Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. İşin bu halları ilk iddiaçının mübahisəli ünvanda daimi yaşamamasını və artıq həqiqətən də uzun müddətdir ki, digər ailəsi olmaqla, ümumiyyətlə həmin ünvana gəlibgetməməsinə dair cavabdeh tərəfin təqdim etdiyi sübutların mötəbər və tutarlı olması qənaətinə gəlməsinə əsas verir. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddiaçının hazırki tələbini yaşayış sahəsinə olan ehtiyacları ilə əlaqədar olmayan yalnız pasport qeydiyyatında olduğuna görə faktiki cavabdehə məxsus mübahisə predmeti olan evdən hansısa mənfəət güdmək məqsədilə verilməsi kimi qiymətləndirir. Məhkəməyə bu qənaətə gəlməyə ilk iddiaçının cavabdehə hazırki vaxta kimi aliment borcunun olması, bu borcdan imtina ilə bağlı cavabdehlə qeydiyyatdan çıxmasına dair razılaşmaya dair icra şöbəsinə yazılı iltizam verməsi və borcu ilə əlaqədar həmin şöbə tərəfindən də axtarışda olmasına dair qərarın mövcudluğu və 2012-ci ildən başqa qadınla rəsmi nikah qeydiyyatının olması kifayət qədər əsas vermişdir. Məhkəmə kollegtiyası sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə ilk iddiaçının dəlillərinin heç bir mötəbər sübutlarla təsdiqini tapmadığını və onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamasını nəzərə alaraq ilk iddianın tam əsassız olduğu üçün haqlı olaraq təmin edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar