Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5237/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə ilkin iddia, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarma barədə qarşılıqlı iddia tələblərinə mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(009)-1174/2024 saylı qətnaməsindən cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan birotaqlı mənzil 15 fevral 2011-ci il tarixdən "xxxx" (205 saylı) MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli müvəqqəti orderə əsasən Cavabdeh məxsusdur. Onunla İddiaçı 2012-ci ilin oktyabr ayında rəsmi nikaha daxil olmuşlar, 2013-cü ilin may ayından tərəflər arasında olan münasibətlər kəsilmiş və onlar ayrı yaşamağa başlamışlar. xx.xx.2017-ci il tarixdə tərəflər arasındakı nikaha rəsmi olaraq xitam verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 45 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İlkin iddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2013-cü ilin may ayından artıq birgə yaşamamışlar, bir müddətdən sonra nikahları pozulmuşdur. Rəhmətlik X8 Məmmədşir qızı özünə məxsus 2 mənzili və qarajı sataraq, alqı-satqısından əldə edilmiş vəsaitə 2 mənzil almış, onlardan biri Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 45 ünvanında yerləşən mənzili ona yaşamaq üçün vermiş, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzili isə öz yaşamağı üçün əldə etmişdir. Lakin cavabdeh nə anasının, nə də ki onun icazəsini almamış Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzili 45 ünvanında yerləşən mənzilə dair "xxxx" (205 saylı) MTK vasitəsi ilə öz adına müvəqqəti order almışdır. Bununla bağlı anası ilə Səfərov Emin arasında məhkəmə çəkişməsi getmiş və məhkəmə qərarına əsasən mübahisəli mənzil anasının mülkiyyəti olaraq tanınmışdır. O, isə anasının yeganə vərəsəsidir. Həmçinin də anasının xahişi ilə çıxarılmış Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-1513/2016 saylı qərardadına əsasən Hüseynli Sevil Məmmədşir qızı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, X9 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilin üzərinə həbs qoyulmuş və həmin mənzillə bağlı sənədləşmələrin aparılması qadağan edilmişdir. X8 Məmmədşir qızı xx.xx.2023-cü il tarixdə vəfatetmişdir, o, anasının yeganə vərəsəsidir. Sözügedən qərardadın əsası olan mülki iş X8 Məmmədşir qızının xeyrinə bitmişdir. O üzdəndə o, həmin qərardadın ləğvi xahişi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda bəhs etdiyindən göründüyü kimi o, cavabdehlə ərarvad münasibətində cəmi 6 ay olmuşdur, nikahlar demək olar ki, faktiki xarakter daşıyıb. Nikahların pozulmasından artıq 6 il keçib, o vaxtdan o, onunla heç bir münasibət saxlamamışdır, sadəcə birgə tanışlarının vasitəsi ilə cavabdehin artıq başqa nikah münasibətlərə daxil olması barədə məlumatı vardır. Beləliklə də yuxarıda istinad etdiyi faktları nəzərə alsalar cavabdehlə arasında heç bir birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən söhbət belə gedə bilməz. Anası uzun müddət ağır xəstə olduğundan, o, onun müalicəsi üçün müxtəlif kredit və borclara girməyə məcbur olmuşdur. Hal-hazırda anasının yaşadığı mənzili həmin borcların ödənilməsi üçün satmaq məcburiyyətindədir. Artıq beh müqaviləsini bağlamışdır. Bakı şəhəri, X9 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzil onun yeganə yaşayış yeridir. Yuxarıda bəhs etdiyi kimi o, anasının yeganə vərəsəsidir, cavabdehin onun mülkiyyətində formal olaraq qeydiyyatda olması ona mülkiyyətindən tam yararlanmağa və öz arzusına uyğun mülkiyyətinə dair hər hansı bir sərəncam verməyə bilavasitə mane olur. Nəticə etibarilə onun mülkiyyət hüquqlarının kəskin pozulması ilə yanaşı cavabdehin təqsiri üzündən maddi cəhətdən problemlərlə üzləşir. Ona görə də cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyatının ləğv edilməsi zəruriyyəti yaranmışdır. 4.İkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı mənzildən çıxarma tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan bir otaqlı mənzil 15 fevral 2011-ci il tarixdən ona məxsusdur. Adıçəkilən mənzili həmin dövrdə yaşayış binasını inşa edən "xxxx" Mənzil Tikinti Kooperativindən əldə etmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-nin rəhbərliyinə müraciət edib həmin tikinti kooperativinin qeyd olunan ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasındakı 45 saylı mənzili bəyənmiş və dəyərini əvvəlki sahibinə X3 tam ödəməklə onu əldə etmişdir. Ödədiyi 32.500 ABŞ dolları və mənzilin əvvəlki sahibi ilə əldə etdiyi razılıq müqabilində "xxxx" MTK tərəfindən ona 45 saylı mənzilə dair müvəqqəti order verilmişdir. 2011-ci ildə mənzil əldə etdiyi zaman cavabdeh İddiaçı anası Sevil Hüseynli də onunla bir binada, 40 saylı mənzili əldə etmişdir. 2012-ci ilin oktyabr ayıda cavabdeh İddiaçı ilə nikaha daxil olmuşdur və bir müddət onunla 45 saylı mənzildə yaşamışdır. Daha sonra İddiaçı ilə münasibətləri ailə-məişət mübahisələri zəmnində pisləşmişdir. Əsassız söz-söhbətlərdən sonra cavabdeh və onun anası S.Hüseynli müxtəlif bəhanələrlə onu öz mənzilinə buraxmamış, mənzilə gələcəyi təqdirdə ona şər atıb məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmişlər. Münaqişənin sakitləşməsi üçün bir müddət mənzilə getməmişdir, cavabdehin və onun anasının onunla barışacağını fikirləşmişdir. Bununla belə İddiaçı anası S.Hüseynli ilə birlikdə özünə məxsus mənzilə onu buraxmamışlar. 2014-cü ildə cavabdehin anası S.Hüseynliyə qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən məhkəmə qətnaməsi ilə Sevil Hüseynlinin ona qarşı "müvəqqəti orderin ləğv edilməsi və s." tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı ilə barışmaq niyyəti olduğundan 2014-cü ildə onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmin dövrdə cavabdehin anasını özünə məxsus mənzildən çıxarmaq və mənzilə köçmək istədiyindən iddia tələbi ancaq ona qarşı olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvəsini alıb icraya yönəlməsinə baxmayaraq, cavabdehin anası S.Hüseynli uzun zaman ərzində qətnamənin icrasına imkan verməmiş, məhkəmə qətnaməsi icra olunmamış qalmışdır. Digər tərəfdən, o, müddətdən artıq hərbi xidmətə başladığından və uzun zaman Bakı şəhərindən uzaqda xidmət etdiyindən qətnamənin icra olunmasını təkidlə tələb etməmiş, S.Hüseynlinin vəfat etməsinə baxmayaraq bu günədək özünə məxsus mənzilə köçməmişdir. Cavabdehlə barışmasını mümkün olmamasınısəbəbindən 2012-ci ildə qeydə alınmış nikahları 2016-cı ilin may ayında pozulmuş və bu barədə o, şəhadətnamə almışdır. Ötən müddət ərzində o, yeni ailə həyatı qurmuş, digər şəxslə nikaha daxil olmuş, övladı dünyaya gəlmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı ona məxsus mənzili həmin binada anasından ona miras qalmış digər mənzillə yanaşı istifadə etməkdə, öz şəxsi əşyalarını mənzilində saxlamaqda davam edir. Mənzildə olan əşyalarını çıxarıb mənzili tərk etmək barədə tələbini cavabdeh yerinə yetirməmişdir. Beləliklə, sözügedən Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzil ona məxsus olsa da, uzun müddət ərzində o, həmin mənzildən istifadə edə, həmin mənzilə dair sahiblik hüququnu həyata keçirə bilmir. Odur ki, ona məxsus mənzilindən cavabdehin və ona məxsus əşyaların çıxarılması məhkəmə qaydasında həyata keçirilməsi zəruri olmuşdur. 6.Məhkəmə iclasında izahatı alınmış İddiaçı ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, mübahisəli ev həm anasının vəsaiti hesabına alınmış, cavabdehlə cəmi 6 ay həmin evdə yaşamışlar, cavabdeh sonra isə evdən çıxıb getmiş, bu günə qədər orada yaşamır, ev alınarkən təmirsiz olmuş, anasının və onun vəsaiti hesabına təmir olunmuş, mənzilin təmirinə evin qiyməti qədər xərc çəkilmişdir. 7.Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, 2011-ci ildə ilkin iddia üzrə iddiaçının anasının evi və qarajı olub, onları satıb iki ev alıb. Həmin vaxt tərəflər nişanlı olmuşlar. Evin təmiri də iddiaçı tərəfindən həyata keçirilib. 8.Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, tərəflər 2012-ci ildə nikaha giriblər, ev isə 2011-ci ildə alınıb. Mənzil nikahdan əvvəl adındığı üçün iddiaçı mübahisəli mənzildən çıxarılmalıdır. İddiaçı mübahisəli mənzildə 6 ay yaşayıb. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin əmlak üzərində qanuni əsaslarla hüquqlarının olması müəyyən edilib, həmin qətnamədə müəyyən edilən hallar hazırkı işə baxarkən preyudisial əhəmiyyətli hal kimi qəbul edilməlidir. İddiaçı isə mübahisələndirdiyi mənzilin ona aid olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 9.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2024-cü il tarixli, 2(009)-1174/2024 saylı qətnaməsi ilə (hakim-Şahin Abdullayev) ilkin və qarılıqlı iddia tələblərinin təmin edilməməsi, ödənilmiş məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 10."xxxx" (205 saylı) MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli müvəqqəti orderin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı evin ümumi sahəsi 52,33 kv.m., yaşayış sahəsi 21,29 kv.m. olan 1 otaqlı 45 saylı mənzili Cavabdeh məxsusdur. 11.Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və X4 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarizdə 269 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Səlimov, qadına Hüseynli soyadı verilmişdir. 12.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Hüseynli Sevil Məmmədşir qızının Cavabdeh və üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müvəqqəti orderin ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi, iddiaçının Cavabdeh adına olan Bakı şəhəri, X9 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilə dair müvəqqəti order ləğv edilərək, həmin mənzilə dair yeni müvəqqəti orderin iddiaçının adına verilməsi öhdəliyinin üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızına qarşı “mənzildən çıxarma və mənzilə köçürmə barədə” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızının Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzilinə köçürülməsi qət edilmişdir. 13.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4016/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5268/15 saylı, xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, Hüseynli Sevil Məmmədşir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, "xxxx" (205 saylı) MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli müvəqqəti orderinə əsasən Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzili Cavabdeh məxsusdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər 2012-ci ilin oktyabr ayında rəsmi nikaha daxil olmuşlar, 2013-cü ilin may ayından tərəflər arasında olan münasibətlər kəsilmiş və onlar ayrı yaşamağa başlamışlar. 16.Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Hüseynli Sevil Məmmədşir qızının Cavabdeh və üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müvəqqəti orderin ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi, iddiaçının Cavabdeh adına olan Bakı şəhəri, X9 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilə dair müvəqqəti order ləğv edilərək, həmin mənzilə dair yeni müvəqqəti orderin iddiaçının adına verilməsi öhdəliyinin üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızına qarşı “mənzildən çıxarma və mənzilə köçürmə barədə” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızının Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzilinə köçürülməsi qət edilmişdir. 17.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun rəhmətlik X8 Məmmədşir qızı özünə məxsus 2 mənzili və qarajı sataraq, alğı-satqısından əldə edilmiş vəsaitə 2 mənzil almış, onlardan biri Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 45 ünvanında yerləşən mənzili ona yaşamaq üçün vermiş, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzili isə öz yaşamağı üçün əldə etmişdir. Lakin cavabdeh nə anasının, nə də ki onun icazəsini almamış Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzili 45 ünvanında yerləşən mənzilə dair "xxxx" (205 saylı) MTK vasitəsi ilə öz adına müvəqqəti order almışdır. Bununla bağlı anası ilə Səfərov Emin arasında məhkəmə çəkişməsi getmiş və məhkəmə qərarına əsasən mübahisəli mənzil anasının mülkiyyəti olaraq tanınmışdır. X8 Məmmədşir qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, o, anasının yeganə vərəsəsidir. O, cavabdehlə ər-arvad münasibətində cəmi 6 ay olmuşdur, nikahları demək olar ki, faktiki xarakter daşıyıb. Nikahların pozulmasından artıq 6 il keçib, o vaxtdan o, onunla heç bir münasibət saxlamamışdır, sadəcə birgə tanışlarının vasitəsi ilə cavabdehin artıq başqa nikah münasibətlərə daxil olması barədə məlumatı vardır. Beləliklə də yuxarıda istinad etdiyi faktları nəzərə alsalar cavabdehlə arasında heç bir birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən söhbət belə gedə bilməz. Anası uzun müddət ağır xəstə olduğundan, o, anasının müalicəsi üçün müxtəlif kredit və borclara girməyə məcbur olmuşdur. Hal-hazırda anasının yaşadığı mənzili həmin borcların ödənilməsi üçün satmaq məcburiyyətindədir. Artıq beh müqaviləsini bağlamışdır. Bakı şəhəri, X9 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzil onun yeganə yaşayış yeridir. Cavabdehin onun mülkiyyətində formal olaraq qeydiyyatda olması ona mülkiyyətindən tam yararlanmağa və öz arzusuna uyğun mülkiyyətinə dair hər hansı bir sərəncam verməyə bilavasitə mane olur. Nəticə etibarı ilə onun mülkiyyət hüquqlarının kəskin pozulması ilə yanaşı cavabdehin təqsiri üzündən maddi cəhətdən problemlərlə üzləşir. Ona görə də cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyatının ləğv edilməsi zəruriyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 45 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsini xahiş etmişdir. 18.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hala, yəni mübahisəli mənzilin anasına məxsus olmuş daşınmaz əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına alınmasına dair anası tərəfindən qaldırılan iddiaya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və mübahisəli mənzilin qanuni əsaslarla cavabdehin adına sənədləşdirilməsi və müvafiq orderin verilməsi müəyyən edilmişdir. 19.Məhkəmə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilmiş mülki iş üzrə iddiaçı olan şəxsin (Hüseynli Sevil Məmmədşir qızı) vərəsəsi olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı qeyd edilən mülki iş üzrə tərəf olmasa da, tərəf olan şəxsin hüquqi varisi olduğundan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. 20.Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin mübahisəli mənzili MTK-dan pay haqqı tam ödənilməklə alması və bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunması, bununla da cavabdehin əmlak üzərində sahiblik və istifadə hüququnun mövcudluğu müəyyən edildiyindən, onun mübahisəli mənzildə yaşamaması özünə məxsus mənzilə olan istifadə hüququnun itirilməsinə səbəb ola bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı evin, 45 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. 21.Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan bir otaqlı mənzil 15 fevral 2011-ci il tarixdən ona məxsusdur. Adıçəkilən mənzili həmin dövrdə yaşayış binasını inşa edən "xxxx" Mənzil Tikinti Kooperativindən əldə etmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-nin rəhbərliyinə müraciət edib həmin tikinti kooperativinin qeyd olunan ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasındakı 45 saylı mənzili bəyənmiş və dəyərini əvvəlki sahibinə, X3 tam ödəməklə onu əldə etmişdir. Ödədiyi 32.500 ABŞ dolları və mənzilin əvvəlki sahibi ilə əldə etdiyi razılıq müqabilində "xxxx" MTK tərəfindən ona 45 saylı mənzilə dair müvəqqəti order verilmişdir. 2011-ci ildə mənzil əldə etdiyi zaman cavabdeh İddiaçı anası Sevil Hüseynli də onunla bir binada, 40 saylı mənzili əldə etmişdir. 2012-ci ilin oktyabr ayıda o, cavabdeh ilə nikaha daxil olmuşdur və bir müddət onunla 45 saylı mənzildə yaşamışdır. Daha sonra İddiaçı ilə münasibətləri ailə-məişət mübahisələri zəmnində pisləşmişdir. Əsassız söz-söhbətlərdən sonra cavabdeh və onun anası S.Hüseynli müxtəlif bəhanələrlə onu öz mənzilinə buraxmamış, mənzilə gələcəyi təqdirdə ona şər atıb məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmişlər. Münaqişənin sakitləşməsi üçün bir müddət mənzilə getməmişdir, cavabdehin və onun anasının onunla barışacağını fikirləşmişdir. Bununla belə İddiaçı anası S.Hüseynli ilə birlikdə özünə məxsus mənzilə onu buraxmamışlar. 2014-cü ildə cavabdehin anası S.Hüseynliyə qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sevil Hüseynlinin ona qarşı "müvəqqəti orderin ləğv edilməsi və s." tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı ilə barışmaq niyyəti olduğundan 2014-cü ildə onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmin dövrdə cavabdehin anasını özünə məxsus mənzildən çıxarmaq və mənzilə köçmək istədiyindən iddia tələbi ancaq ona qarşı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvəsini alıb icraya yönəlməsinə baxmayaraq, cavabdehin anası S.Hüseynli uzun zaman ərzində qətnamənin icrasına imkan verməmiş, məhkəmə qətnaməsi icra olunmamış qalmışdır. Digər tərəfdən, o, müddətdən artıq hərbi xidmətə başladığından və uzun zaman Bakı şəhərindən uzaqda xidmət etdiyindən qətnamənin icra olunmasını təkidlə tələb etməmiş, S.Hüseynlinin vəfat etməsinə baxmayaraq bu günədək özünə məxsus mənzilə köçməmişdir. Cavabdehlə barışmasını mümkün olmamasını səbəbindən 2012-ci ildə qeydə alınmış nikahları 2016-cı ilin may ayında pozulmuş və bu barədə o, şəhadətnamə almışdır. Ötən müddət ərzində o, yeni ailə həyatı qurmuş, digər şəxslə nikaha daxil olmuş, övladı dünyaya gəlmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı ona məxsus mənzili həmin binada anasından ona miras qalmış digər mənzillə yanaşı istifadə etməkdə, öz şəxsi əşyalarını mənzilində saxlamaqda davam edir. Mənzildə olan əşyalarını çıxarıb mənzili tərk etmək barədə tələbini cavabdeh yerinə yetirməmişdir. Mübahisəli mənzil ona məxsus olsa da, uzun müddət ərzində o, həmin mənzildən istifadə edə, həmin mənzilə dair sahiblik hüququnu həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılmasını xahiş etmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi əsasını mübahisəli mənzilin İddiaçı ilə rəsmi nikaha daxil olmamışdan qabaq onun tərəfindən əldə olunması və hazırda ailə münasibətlərinə son qoyulduğu üçün cavabdehin həmin mənzildə yaşaması onun istifadə və sahiblik hüququnun pozması təşkil edir. 23.Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, ər-arvadın ümumi əmlakının qanuni rejimi, o cümlədən bu rejimə əsasən birgə mülkiyyət hesab edilən əmlak bu əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun ər-arvadın hər birinin əmlakı, ayrıca əmlakın birgə mülkiyyət sayılması üçün əsaslar, ümumi əmlakın bölünməsi və bu zaman payların müəyyən edilməsi Ailə Məcəlləsinin 7-ci fəsli ilə tənzimlənir (31-37-ci maddələr). 24.Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. 25.AR Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 26.Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. 27.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mübahisəli mənzilin ilkin və sonrakı təmir xərcləri İddiaçı tərəfindən ödənilmiş, təmirə çəkilən xərc kifayət qədər yüksək olmuş və həmin xərclər daşınmaz əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. 28.Məhkəmə hesab etmişdir ki, Cavabdeh mənzili qanuni əsaslarla təmirsiz əldə etsə də, ilkin və sonrakı təmir xərcləri cavabdeh tərəfindən həyata keçirilərək mübahisəli mənzilin dəyərinin xeyli və əhəmiyyətli dərəcədə artmasına səbəb olduğundan, həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. 29.Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edildiyindən, İddiaçı həmin mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 maddəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 225.4-cü; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31-37-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci; Azərbaycan Respublikası Konstityuisya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edib, qarşılıqlı iddanın, yəni İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 Massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən “Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.” Bundan əvvəl Mülki Məcəllənin yuxarıda qeyd edilən norması kimi, Ailə Məcəlləsinin 35-ci maddəsni də məhkəmə hazırkı mübahisə üzrə düzgün tətbiq etməmişdir. Adıçəkilən maddi hüquq normasını tətbiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, habelə həmin maddi hüquq norması ilə tənzilmlənən münasibətlər məhkəmə araşdırmasının predmeti olmadından məhkəmənin həmin normaya istinad etməsi qanunsuz və əsassızdır. Qeyd etdiyi kimi, məhkəmə ona məxsus mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı hər hansı araşdırma aparmamışdır. Əgər belə araşdırma aparılsaydı, o zaman nəzərə alınmalı idi ki, mənzil 2011-ci ilin fevral ayında cavabdeh tərəfindən əldə edilib. Bundan bir qədər sonra o, ailə həyatı quracağnı nəzərə alıb həmin mənzili təmir etmişdir. Mənzil yaşayış üçün hazır olduqdan sonra cavabdeh İddiaçı ilə nikaha daxil olub adıçəkilən mənzildə özünün məhkəmədə dəfələrlə qeyd etdiyi kimi, 6 ay ərzində yaşamışdır. Daha sonra olnar ayrılmış, faktiki nikah münasibətlərində olmamışlar. Birgə yaşadığı və təsərrüfat apardığı dövrdə sözügedən mənzildə heç bir əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. işləri həyata keçməmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, məhkəmə araşdırmasının predmeti olmayan məsələləri məhkəmənin qətnaməyə daxil etməsi və heç bir sübut əsası olmayan halların məhkəmənin müəyyən etməsi tam olaraq əsassız və qanunsuz olmaqla yuxarda qeyd edilən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinin tətbiqində səhvə yol verdiyini təsdiq edir. İstinad olunan maddi hüquq normasına görə “... ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.” Hesab edir ki, məhkəmə mübahisəyə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin tətbiqində səhv etmişdir. Qeyd edilməlidir ki, mülki işin materiallarında mübahisəli mənzilin təbiri ilə bağlı hər hansı sübut yoxdur. Ümumiyyətlə cavabdehə məxsus mənzilin təmiri ilə bağlı məhkəmə iclaslarında hər hansı araşdırma olmamışdır. Mülki işin materiallarına, məhkəmə iclas protokoluna və audio-video yazısına diqqət yetirdikdə açıq görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildə aparılan yaxud da aparılmayan əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a. ilə bağlı məhkəmədə tərəflər izahat verməmiş, bu məzmunda hər hansı sübut təqdim etməmişlər. İlkin iddia üzrə İddiaçı öz iddia tələbi üzrə məhkəməyə təqdim etdiyi sübutlar mübahisəli mənzilin təmirinə qətiyyən aidiyyəti yoxdur. Həmin sübutlar onun iddia tələbinin təmin edilməsinə də əsas verməmişdir. Həmçinin, onun məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi cavabdehə məxsus mənzilin əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a. ilə bağlı olmadığı üçün həmin məsələlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bütün bunların qarşılığında qarşılıqlı iddia tələbini təmin etməmək üçün məhkəmə mübahisələndirilən qətnamədə belə bir əsaslandırma aparmşdır: ”Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mübahisəli mənzilin ilkin və sonrakı təmir xərcləri İddiaçı tərəfindən ödənilmiş, təmirə çəkilən xərc kifayət qədər yüksək olmuş və həmin xərclər daşınmaz əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh mənzili qanuni əsaslarla təmirsiz əldə etsə də, ilkin və sonrakı təmir xərcləri cavabdeh tərəfindən həyata keçirilərək mübahisəli mənzilin dəyərinin xeyli və əhəmiyyətli dərəcədə artmasına səbəb olduğundan, həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edildiyindən, İddiaçı həmin mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.” Nə qədər ki, məhkəmədə cavabdehə məxsus mənzilin əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a. ilə bağlı sübutlar təqdim edilməyib və bu brədə hər hansı araşdırma aparılmayıb məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə istinad etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə nəticəyə gələrkən sübutlara düzgün qiymət verməmişdir və bu Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinin pozulması deməkdir. Adıçəkilən prosessual normaya əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdəki aşağıdakı sübutlara düzgün qiymət verməmişdir: a) işin halları ilə bağlı tərəflərin izahatına. b) tərəflərin məhkəməyə təqdim etdikləri sübutlara. c) işin faktiki hallarına. Məhkəmə sübutlara qiymət verərkən səhvə yol vermiş, müəyyən etdiyi hal, yəni mənzildə əsaslı təmirin və s., işlərin aparılması işdəki sübutlarla təsdiq edilmir, odur ki, belə hesab edir ki, məhkəmə Azərbaycan RespublikasıMPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur.Qeyd edilən prosessual normalara əsasən: maddə: 217.3. – Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. maddə: 217.4. – Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarından görünür ki, qarşılqılı iddia tələbimi rədd etmək üçün məhkəmənin gətirdiyi yeganə əsas – ona məxsus mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı olmuşdur. Lakin məhkəmənin qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamaqla təfəflərin qarşılıqlımünasibətlərinə əsaslanmamışdır. Məhkəmə qətnamədə gəldiyi nəticəni məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) əsaslandırmamışdır. Qeyd edilən hallar qarşılıqlı iddia tələbim üzrə məhkəmənin nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti olsa da, heç bir araşdırma aparmadan məhkəmə hüquqlarını pozmaqla nəticəyə gəlmişdir. İş materiallarında təmirlə bağlı hər hansı sübutun olmaması, aparılan təmirin vaxtı, həcmi və s. məsələlə bağlı tərəflər məhkəməyə izahat və sübut təqdim etməmələri məhkəmənin ons məxsus mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı araşdırma aparmaması sübut edir. Məhkəmə iş materiallarında mövcud olmayan sübutlarla və aparmadığı araşdırma ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 Massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı işlər aparılıb. Lakin, iş üçün əhəmiyyəti olan bu hallar sübuta yetirilməyib. Məhkəmə təmirlə bağlı araşdırmaaparmayıb, tərəflər bu barədə məhkəməyə izahat və sübut təqdim etməyiblər.Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildən çıxarılması tələbinə dair qarşılqılı iddiaərizəsi təmin edilməməlidir. Lakin mülki işin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, məhkəmə belə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə əlaqələndirmişdir. Lakin mülki işin materiallarında mübahisəli mənzildə təmir işlərinin aparılması ilə bağlı heç bir sübut yoxdur, yəni mənzildə təmir aparılma ilə bağlı hallar məhkəmə prosesində müəyyən etməmiş, bu isə məhkəmənin gəldiyi nəticənin işin halarına uyğun gəlməməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, evin ikisini də anası alıb, təmiri də anası edib, qarşı tərəf özü də bilir. Anası xəstə olduğuna görə qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. 35.Məhkəmə kollegiyasını iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 36.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 37.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları: 39.Azərbaycan Respublikası Konstityuisya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 40.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 41.Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 42.Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 43.Maddə 30.4.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 44.Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 47.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 48.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 49.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın rədd edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı ilkin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmiş, cavabdeh isə qarşılıqlı iddia ilə bağlı hissədə qətnaməni mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. 53.Belə ki, ilk öncə qeyd olunmalıdır ki, cavabdehin mənzili MTK-dan pay haqqı tam ödənilməklə alması və bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunması, bununla da cavabdehin əmlak üzərində sahiblik və istifadə hüququnun mövcudluğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı evin, 45 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. 54.Məhkəmə qarşılıqlı iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh mənzili qanuni əsaslarla təmirsiz əldə etsə də, ilkin və sonrakı təmir xərcləri İddiaçı tərəfindən həyata keçirilərək mübahisəli mənzilin dəyərinin xeyli və əhəmiyyətli dərəcədə artmasına səbəb olduğundan, həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməli, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edildiyindən, İddiaçı həmin mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilmədiyindən təmin edilməməlidir. 55.Halbuki, iş materiallarından mübahisələndirilən mənzilin dəyərinin xeyli artmasına səbəb olmuş iddiaçı tərəfindən hər hansı təmir işlərinin aparılması və ya təmir xərclərinin qoyulması müəyyən edilmir, bu istiqamətdə iddiaçı tərəf məhkəməyə heç bir dəlil, sübut təqdim etməmiş, araşdırma aparılmamışdır. 56.Belə olduğu halda kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılqılı iddia tələbi təmin edilməlidir. 57.Kollegiya qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). 58.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim)öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). 59.Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). 60.Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O, da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 61.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan birotaqlı mənzil 15 fevral 2011-ci il tarixdən "xxxx" (205 saylı) MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli müvəqqəti orderə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsusdur. Tərəflər 2012-ci ilin oktyabr ayında rəsmi nikaha daxil olmuşlar, 2013-cü ilin may ayından tərəflər arasında olan münasibətlər kəsilmiş və onlar ayrı yaşamağa başlamışlar. xx.xx.2017-ci il tarixdə tərəflər arasındakı nikaha rəsmi olaraq xitam verilmişdir. 62.Məhkəmə kollegiyası yuxarıda göstərilən işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yarandığından həmin münasibətlərə, yəni istifadə hüququnun əmələ gəlməsi və xitamına xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 63.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mlkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 64.Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil nikahdan əvvəl cavabdehə məxsus olmuş, bundan sonra tərəflər ailə qurmuş, həmin mənzildə yaşamışlar. Deməli, 2011-ci ildə cavabdeh tərəfindən mənzil alındıqdan sonra, təmir olunmuşdur ki, o, 2012-ci ildə iddiaçı ilə ailə quraraq həmin mənzildə yaşamışlar. Həmin vaxtı iddiaçının həmin mənzilə istifadə hüququ yaranmışdır. 2013-cü ilin may ayından tərəflər arasında olan münasibətlər kəsilmiş və onlar ayrı yaşamağa başlamışlar. xx.xx.2017-ci il tarixdə tərəflər arasındakı nikaha rəsmi olaraq xitam verilmişdir. 65.Kollegiya qeyd edir ki, tərəflər arasında ailə münasibətlərinə 2017-ci ildə xitam verildiyindən, hazırda iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından və mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın mövcud olması barədə sübut təqdim olunmadığından, cavabdeh iddiaçının həmin mənzildən çıxarılması ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 66.Kollegiya həmçinin iddiaçının istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılması üçün əsas görmür. Belə ki, İddiaçı anasına məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzil mövcuddur və iddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş anasının vərəsəsidir. 67.Həmçinin kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi onunla X2 arasında Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzilin alğı-satqısı ilə əlaqədar xx.xx.2024-cü il tarixli beh müqaviləsi, iddiaçının hazırkı tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməsi və məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olması nəzərə alınmaqla, MPM-in 78.1-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz. 68.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılmalıdır. 69.Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(009)-1174/2024 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılmalıdır. 70.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(009)-1174/2024 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Emin Əliyev
Fərrux Qasımov