Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5238/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzinin notariat ofisinə qarşı (X34 və X35 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: miras əmlak üzərində payların müəyyən edilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan, X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X21, İddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzinin notariat ofisinə qarşı (X34 və X35 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1856/2024 nömrəli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 55 saylı fərdi yaşayış evi Soltan Nurulla qızı (X29) qızının mülkiyyətində olmuşdur. Bu şəxs xx.xx.1942-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 4803/2022 saylı qətnaməsinə əsasən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktı müəyyən edilmişdir. Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı X23, övladları X24 və X15r. X10 Ağabala Əliyeva ilə nikahından olmayan övladı X40 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X25 anası X23 isə ondan iki il sonra, 1996-cı il tarixdə, yəni İddiaçı anası Ağasiyeva Zivər öldükdən sonra ölmüşdür. X34 və Cavabdeh3 vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmiş, X35, X34 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Miras payın bağışlanması” müqaviləsinə əsasən X35 və X34 xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızından qalmış bütün əsaslarla onlara çatan miras paylarını Cavabdeh3 bağışlamışlar. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X30 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X58 X19 əsasən xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızının vərəsəsi Cavabdeh3dır və miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 55 saylı fərdi yaşayış evindən ½ hissədə irs almalıdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X49 1 saylı Bakı Ərazi idarəsinə, Cavabdeh3 və Bakı şəhəri 3 saylı Asan Xidmətinin notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X30 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X58 X13 etibarsız sayılmaqla, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/9 hissəsi Cavabdeh3, 4/9 hissəsi X11 varislərinə və 1/9 hissəsi X37 varisi olaraq payların yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, miras qoyan mərhum X38 və onun oğlu Əliyev Ağabalanın üç vərəsəsi olmuşdur. Həyat yoldaşı X23 (İlkin familyası Həşimova) qızı, 1903-cü ildə anadan olmuş, xx.xx.1996-cı ildə rəhmətə getmişdir. X5 xx.xx.2010-cu ildə rəhmətə getmişdir. X6. Reyestr xidmətinin məlumatına əsasən əmlak Soltan Nurula qızının mülkiyyətindədir. X22 oğlu Əliyev Ağabalanın həyat yoldaşı X2 əvvəlki həyat yoldaşından qızı 1925-ci il anadan olmuş X40 (onun anası) xx.xx.1994-cü il tarixdə rəhmətə getmişdir. Azərbaycan Respublikası Milli arxiv idarəsi tərəfindən verilmiş arayışdan da göründüyü kimi X25 anası Həşimova (Əliyeva) Balacaxanım Əli qızıdır. Notariat orqanı tərəfindən X16 münasibətdə miras payı digər iki miras payına hesablanmaqla onun qızı X31 (onun övladlarına) pay bölgüsü nəzərə alınmamaqla aparıldığından məhkəmə müdaxiləsi zərurəti yaranmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1856/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X32).
5. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, İddiaçı anası Ağasiyeva Zivər 1994-cü ildə, yəni anası, X7 (1996- cı il tarixdə) əvvəl öldüyündən, Ağasiyeva Zivər həmin miras üzrə vərəsə kimi müəyyən edilməmişdir. Belə olan halda iddiaçı da hazırki halda vərəsə kimi tanına bilməz. Belə ki, mübahisəli mənzil üzrə İddiaçı anası Ağasiyeva Zivər mənzil üzrə vərəsə kimi müəyyən edilmədiyindən, eyni zamanda Zivər vərəsə olmuş olsa idi belə, onun ölümündən uzun müddət, hətta xx.xx.2023-cü il tarixli X58 X13 verilməsindən 6 aylıq müddət keçdiyindən məhkəmə hesab etmişdir ki, sözügedən şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
6. Məhkəmə əlavə olaraq bildirmişdir ki, cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X30 barəsində xüsusi qərar çıxarılmasına əsas olmadığından iddiaçının tərəfin bu barədə vəsatəti təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu, 1133cü, 1145-1146-cı, 1151-ci, 1159-1160-cı, 1243-cü, 1246-1248-ci, 1255-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119-cu, 217-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı X14 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4803/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 X17 oğlu olması faktı müəyyən edilmişdir. X3 ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədlərin olmaması MM-in 1145-ci maddəsinin tələblərinin kobud pozulmasıdır. İş materiallarından da göründüyü kimi, Əliyeva Soltan (Sultan) Nurulla qızının birinci dərəcəli vərəsəsi Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun ölümü təsdiqlənmədiyi ücün vərəsəliyin qəbulu mümkünsüz hesab edilməlidir. Proses zamanı şifahi vəsatət verilərək, Əliyeva Soltan (Sultan) Nurulla qızının birinci dərəcəli vərəsəsi Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun barəsində sorğu verilməsi xahiş edilsə də, bununla əlaqədar olaraq məhkəmə hazırlıq iclasında və baxış zamanı verilən vəsatətlərə baxılmamışdır. Göstərilənlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184 və 87-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iddia tələbində Əliyeva Soltan (Sultan) Nurulla qızının birinci dərəcəli vərəsəsi Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun ölüm faktını araşdırmadan yalnış nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı X14 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
12. Məhkəmənin təşəbbüsü ilə X34 və X35 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişdirlər.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X49 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzinin notariat ofisi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X34 və X35 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; 532-ci maddəsinə əsasən X58də payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) X58 əsasında düşəsi hissəyə bərabər olan payı alırlar; 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
15. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən X58 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159-cu və 1159.1.1-ci maddəsinə əsasən X58 zamanı birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
21. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
22. Qanunvericiliyin mənasına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
23. Vərəsəlik X13, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 55 saylı fərdi yaşayış evi Soltan Nurulla qızının (X29) mülkiyyətində olmuşdur. Bu şəxs xx.xx.1942-ci il tarixdə vəfat etmiş və bundan sonra ondan miras qalmış bu əmlak pay həmin vaxt qüvvədə olan qanunvericiliyin (1923-cü ildə qüvvəyə minmiş və 1965-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin) tələbinə uyğun olaraq faktiki olaraq onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul olunmuşdur. Bu şəxsin Soltan Nurulla (X29) qızının övladı (oğlu) olması faktı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(004)-4803/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir.
25. Bununla belə Soltan Nurulla (X29) qızından miras qalmış əmlakı həmin vaxt bu əmlakda yaşayan onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu faktiki olaraq qəbul etmiş və həmin ünvanda həyat yoldaşı Balacaxanım, onun başqa nikahdan olan qızı Zivər, habelə onunla birgə nikahdan doğulmuş Pikəxanım və Şəfiqə ilə birlikdə yaşamağa davam etmişdir. Ondan başqa Soltan Nurulla qızının (X18) hər hansı başqa vərəsəsinin olduğu müəyyən edilmir.
26. Lakin bu şəxsin ölməsi (tarixi, yeri, şəraiti, səbəbi və sair) barədə nəinki hər hansı sənəd, ümumiyyətlə məlumat yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda götərilən qətnaməsi ilə də bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhz bu şəxs barəsində zəruri məlumatların olmaması səbəbindən onun Soltan Nurulla (X29) qızının oğlu olması faktı həmin qətnamə ilə müəyyən edilmişdir. Onun məhkəmə tərəfindən ölmüş elan edilməsi də müəyyən edilmir.
27. Bu baxımdan istər xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin, istərsə də hazırda qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından ona məxsus olan əmlaka, yəni hazırda mübahisələndirilən fərdi yaşayış evinə dair miras açılmamışdır.
28. Belə olan halda, Cavabdeh3 mübahisəli əmlakdan ½ hissədə irs almaq hüququ verən xx.xx.2023-cü il tarixli X58 X28 etibarsızdır. Həmin şəhadətnamədə qeyd edilən əmlakın Soltan Nurulla qızından (X12) miras qaldığı göstərilmişdir. Halbuki, əmlakın bügünədək onun mülkiyyətində qalması bu məzmunda şəhadətnamənin verilməsi üçün əsas ola bilməz. Artıq müəyyən edildiyi kimi, bu əmlak onun ölümündən sonra faktiki olaraq oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul edilmişdir.
29. Nəzərə alınmalıdır ki, Cavabdeh3 Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun nəticəsidir (onun qızı Pikəxanımın oğlu olan Rafiqin qızıdır). İddiaçı isə Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı olmuş Balacaxanımın qızı Zivərin qızıdır. Bu baxımdan iddiaçı hazırki şəhadətnamənin mübahisələndirilməsi üçün subyektiv hüquqa malikdir. Hər bir halda, iddiaçı hazırki iddianı qaldırmaq üçün, cavabdehin mübahisələndirilən şəhadətnamənin alınması üçün müraciət edib, onu almaq qədər hüquqa malikdir. Hazırki iddianın qaldırılması üçün də Mülki Məcəllə ilə müəyyən edilmiş müddətləri ötürməmişdir.
30. Məhkəmə kollegiyası iddia üzrə “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi üzrə mövqeyini əsas götürüb, iddia tələbini “miras əmlak üzərində payların müəyyən edilməsi” hissəsində əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Ümumiyyətlə iddiaçının bu tələbi, “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair onun özünün mövqeyinə ziddir.
31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli X58 X28 etibarsız hesab edilməli və onun əsasında Cavabdeh3 adına verilmiş çıxarış ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1856/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X30 tərəfindən reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X58 X28 etibarsız hesab edilsin və onun əsasında Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış (mülkiyyət hüququ haqqında qeyd) ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü iddiaçı X8 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.