Məhkəmə qərarları › İş №2(103)-5239/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5239/2024

19.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5239/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6inə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 3 iyul 2024-cü il tarixli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6inə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Respublika Təcili və X2 Mərkəzi” X6inin İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli 18-1-88/3-1- 2168/2024 nömrəli əmrinin ləğv edilməsi, onun “Respublika Təcili və X2 Mərkəzi” X6inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, “Respublika Təcili və X2 Mərkəzi” X6indən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1380 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Respublika Təcili və X2 Mərkəzi” X6i apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6i tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apelyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayətində “məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr rüsumdan azaddır” əsasını seçməklə pozuntuya yol vermişdir. Belə ki, hazırki işin materiallarından açıq-aydın görünür ki, apellyasiya şikayəti verən tərəf həmin kateqoriya şəxslər dairəsinə aid deyildir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. “X6 haqqında” Qanunun 2.2, 7.1 və 7.2-ci maddələrinə əsasən, X6 – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. X6in nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. X6in əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanından istifadə olunması barədə vəsatət şikayətə əlavə edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 03 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6 tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin cavabdehə geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar