Məhkəmə qərarları › İş №2(103)-5244/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5244/2020

13.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5244/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (cavabdeh) Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs (cavabdeh) Cavabdeh3 Nəriman qızının nümayəndələri (vəkilləri) X9, cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx” MMC-nin nümayəndəsi X4, cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) X11, müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə Cavabdeh1 “xxxx” MMC-nə qarşı “maneələrin aradan qaldırılması, tikinti materiallarının cavabdehin vəsaiti hesabına torpaq sahəsindən daşınaraq, hamarlanma işləri aparılmaqla əvvəlki vəziyyətinə gətirilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəriman qızına, X12 və Cavabdeh4 qarşı "torpaq sahəsindən istifadə hüququna qismən xitam verilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 "xxxx” MMC-ə qarşı “maneələrin aradan qaldırılması, tikinti materiallarının cavabdehin vəsaiti hesabına torpaq sahəsindən daşınaraq, hamarlanma işləri aparılmaqla əvvəlki vəziyyətinə gətirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 “xxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisindəki torpaq sahəsindən qanuni əsaslarla təyinatı üzrə istifadə etdiyini, lakin MMCnin torpaq sahəsinin bir hissəsinə qum və daş tökərək hamarlama işləri aparmağa başlamaqla qeyri-qanuni olaraq torpaq sahəsinin daxilindən yolun çəkilməsi işləri görməsi səbəbilə qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini, onlardan qanunsuz hərəkətlərini dayandırmalarını və gördükləri işlərə dair sənədləri tələb etsə də, MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərini davam etdirərək ona hər hansı sənəd təqdim etmədiklərini irəli sürmüş, buna görə də MMC-nin Bakı şəhəri, Binə qəsəbəsi, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsindən hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin qanunsuz hesab edilməsi və həmin maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbləri üzrə “xxxx” MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar. İddiaçı isə Cavabdeh1 qarşı müstəqil tələb irəli sürərək, Cavabdeh1 daimi istifadəsində olan torpaq sahəsinin “xxxx” MMC tərəfindən çəkilən avtomobil yolu ilə üstüstə düşən hissəsində onun daimi istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmin iddia tələbini belə əsaslandrmışdır ki, İcra Hakimiyyəti tərəfindən MMC-yə 3056 nömrəli 06.12.2017-ci il tarixli məktubla dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən X5 Hava Limanı avtomobil yolundan 5+442 km olan avtomobil yolunun layihə sənədləri və ərazinin baş plan bölməsi razılaşdırılmış, habelə Xüsusi Nişan verilmiş, həmin Xüsusi Nişanın verilməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X8 rəyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “Azəeryolelmitədqiqatlayihə" institutu tərəfindən təsdiqlənmiş X1 layihəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" idarəsinin texniki şərtləri və razılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin cavabı və digər qurumların rəyləri və razılıqları əsasında olmuşdur. Yol çəkilməsi nəzərdə tutulan ərazinin bir hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 daimi istifadəsinə əkin məqsədi ilə kənd təsərrüfatı təyinatlı 2.57 ha torpaq sahəsinin üzərinə düşür. Cavabdeh1 daimi istifadəsində olmaqla, İddiaçı sərəncamında olan 2.57 ha torpaq sahəsi təyinatına uyğun istifadə olunmur və əkinə yararlı sahə olmasına baxmayaraq həmin ərazidə heç bir əkin işi aparılmamışdır. Bundan başqa, Respublika əhəmiyyətli hesablanan X14 Hava Limanı istiqamətində olan beton avtomobil yolunun mühafizə zolağının çərçivəsində olan avtomobil yolunun beton örtüyü üzərində Cavabdeh1 tərəfindən müxtəlif növ mişar daşları tökülüb dağıdılmış və betonun bünövrəsinə armaturlar ataraq yolun bütövlüyünün pozulması təhlükəsi yaradılmışdır. 2.57 ha torpaq sahəsi Cavabdeh1 daimi istifadəsində olmaqla Abşeron RİH-nin sərəncamında olan torpaq sahəsi Cavabdeh1 tərəfindən Torpaq Məcəlləsi üzrə tələb olunan məqsədli təyinata uyğun istifadə edilmir və eyni zamanda, Respublika əhəmiyyətli X5 Hava Limanı beton avtomobil yolunun mühafizə zolağının tələbləri kobud surətdə pozulur. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəriman qızına və Cavabdeh4 qarşı iddia ərizəsi, sonradan isə X13 da cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, adı çəkilən şəxslərin daimi istifadəsində olan torpaq sahələrinin “xxxx” MMC tərəfindən çəkilən avtomobil yolu ilə üst-üstə düşən hissəsində daimi istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh3, Cavabdeh4, X11, Cavabdeh2 və Cavabdeh1 daimi istifadəsində olmaqla İddiaçı sərəncamında olan 23,0 ha torpaq sahəsi təyinatına uyğun istifadə olunmur. Torpaq sahəsi əkinə yararlı sahə olmasına baxmayaraq, həmin ərazidə heç bir əkin aparılmamışdır. Hazırda cavabdehlər tərəfindən uzun müddət ərzində təyinatına görə əkin işi aparılmayan sahənin bir hissəsi X5 Hava Limanı avtomobil yoluna bitişik beton örtüklü 5+442 km olan avtomobil yolunun üzərinə düşür. Odur ki, cavabdehlər tərəfindən Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə uyğun təyinatı üzrə istifadə olunmayan və İddiaçı Memarlıq və Tikinti Şöbəsi tərəfindən tikinti işlərinin başlanması üçün əsas hesab olunan 001 nömrəli 18 yanvar 2018-ci il i Xüsusi Nişan üzrə tikilən yolun ərazisi ilə üst-üstə düşən torpaq sahəsinin üzərində daimi istifadə hüququna xitam verilməlidir. 18 yanvar 2018-ci il tarixində İddiaçı Memarlıq və Tikinti Şöbəsi terəfindən "xxxx” MMC-nə X5 Hava Limanı yeni sement beton örtüklü avtomobil yolundan "xxxx" MMC kompleksinə gedən, uzunluğu S+442 km olan avtomobil yolunun tikinti işlərinin başlanması üçün əsas olan 001 nömrəli Xüsusi Nişan verilmişdir. Həmin Xüsusi Nişanın verilməsi X19 Nazirliyi Tikintidə Təhlükəsizliyə X8 rəyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən təsdiqlənmiş X2 layihəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsinin texniki şərtləri və razılığı, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin cavabı və digər qurumların rəyləri və razılıqları əsasında olmuşdur. Azərbaycan üzrə Respublika əhəmiyyətli hesablanan X14 Hava Limam istiqamətində olan beton avtomobil yolunun mühafizə zolağının çərçivəsində olan avtomobil yolunun beton örtüyü üzərində hazırki mülki işdə hallanan cavabdehlər tərəfindən müxtəlif növ mişar daşları tökülüb dağıdılmış və betonun bünövrəsinə armaturlar batırılaraq, bütövlüyünün pozulması təhlükəsi yaradılmışdır. İşə əlavə olunan sənədlərdən göründüyü kimi, "xxxx" MMC tərəfindən aparılan tikinti işləri qanuvericiliyə tam şəkildə uyğun olaraq Xüsusi Nişan əsasında aparılmış, cavabdehlər tərəfindən isə X5 Hava Limanı yolunda həmin tikintiyə müdaxilə olaraq qeyri-qanuni tikinti işləri aparılmaqdadır. Əlavə olaraq, AR Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli. 298 nömrəli Qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri təsdiq edilmişdir. Həmin Qərarın 1 -ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan respublika əhəmiyyətli mobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində qorunma (mühafizə) zolaqlarının ölçüsü müəyyən edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli qərardadı ilə sözügedən iddia tələbləri bir icraatda birləşdirilmiş, sonradan isə Cavabdeh2, Cavabdeh3 və X15 “xxxx” MMC-nə qarşı müstəil tələb irəli sürərək, Bakı şəhərinin Binə qəsəbəsində yerləşən Abşeron rayonu, Dönüzkökəltmə sovxozunun ərazisində onların daimi istifadəsində olan torpaq sahəsinin MMC tərəfindən çəkilməsi nəzərdə tutulan yolun altına düşən 1,1 ha hissəsinə görə onlarla servitutun müəyyən edilməsi, əldən çıxan faydaya görə hər il MMC tərəfindən 10 000 manat servitut haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri kimi onların daimi istifadəsindədir, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına 5 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 may 2019-cu il tarixli reyestr №-si **********17 qeydiyyat №-si ********** olan, Cavabdeh2 adına 5 ha torpaq sahəsinə dair 07 may 2019-cu il tarixli reyestr №-si **********14, qeydiyyat №-si ********** olan, Cavabdeh3 adma 5 ha torpaq sahəsinə dair 07 may 2019-cu il tarixli reyestr №-si **********15, qeydiyyat №-si ********** olan, Cavabdeh1 adına 2,57 ha torpaq sahəsinə dair 08 may 2019-cu il tarixli reyestr №-si **********19, qeydiyyat №- si ********** olan çıxarışlar verilmişdir. Torpaq sahəsindən təyinatına uyğun istifadə etməyə başlamışlar, o cümlədən ərazidə zeytun və badam ağacları, üzüm tingləri və başğa meyvə ağacları əkilmiş, onlara qulluq etmək üçün hər cür şərait yaradılmış, ağaclar artıq bəhər verməyə, onlar isə bu bitkilərin bəhərindən faydalanmağa və gəlir götürmə başlamış, torpaqdan istifadə zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İcra hakimiyyətinin iddia ərizəsində göstərilənlər, yəni “torpaq sahəsindən təyinatına uyğun istifadə olunmur” ifadəsi həqiqətə uyğun deyildir. Torpaq sahəsi 08 iyul 2004-cü il tarixli CN-1148 №-li şəhadətnaməyə əsasən onların daimi istifadələrindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə huququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaqdan məqsədli təyinatına görə ifadə edilmədikdə, istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya stemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə və sair hallarda.xitam verilir. Adı çəkilən torpaq sahəsi 15 ildir ki, onların istifadələrindədir, ondan təyinatına uyğun səmərəli şəkildə istifadə olunur və qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda qeyd olunan tələblər pozulmamışdır. Cavabdeh1 sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə müraciət edərək, "xxxx” MMC-nin Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərasində yerləşən 2.57 ha-dan ibarət torpaq sahəsindən hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin qanunsuz hesab edilməklə həmin maneələrin aradan qaldırılması, sahəyə tökülmüş (salınmış) tikinti materiallarının MMC-nin vəsaiti hesabına daşınaraq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və X15 da iddia tələbləriinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “xxxx" MMC-nin Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 23 ha-dan ibarət torpaq sahəsinin hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin qanunsuz hesab edilməklə həmin maneələrin aradan qaldırılması, sahənin Cavabdeh1 məxsus 2.57 ha torpaq sahəsindən, Cavabdeh2 məxsus 0.1448 ha torpaq sahəsindən, Cavabdeh3 Nəriman qızına məxsus 0.1012 ha torpaq sahəsindən və Cavabdeh4 məxsus 0.1642 ha torpaq sahəsindən avtomobil yolu inşa edilməsi məqsədi ilə tökülmüş tikinti materiallarının cavabdehin vəsaiti hesabına torpaq sahələrindən daşınaraq, hamarlanma işləri aparılmaqla əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və X10 iddia tələblərinin təmin edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Binə qəsəbəsindəki, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən 23 ha-dan ibarət torpaq sahəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəriman qızının və Cavabdeh4 hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin qanunsuz hesab edilməklə həmin maneələrin aradan qaldırılması, həmin sahədə Cavabdeh1 məxsus 2.57 ha torpaq sahəsindən, Cavabdeh2 məxsus 0.1448 ha torpaq sahəsindən, Cavabdeh3 Nəriman qızına məxsus 0.1012 ha torpaq sahəsindən və Cavabdeh4 məxsus 0.1642 ha torpaq sahəsindən avtomobil yolu inşa edilməsi məqsədi ilə tökülmüş tikinti materiallarının “xxxx” MMC-nin vəsaiti hesabına torpaq sahəsindən daşınaraq hamarlanma işləri aparılmaqla əvvəlki vəziyyətinə gətirilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəriman qızına və Cavabdeh4 qarşı "torpaq sahəsindən istifadə hüququna qismən xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 manatın İddiaçındən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, təmsil etdiyi qurumun iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini həmin qurumun iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Qətnamədən “xxxx” MMC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək ilkin iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini təmsil etdiyi MMC-nin iddialara cavab verməli olmayan şəxs olduğu, dövlət orqanlarının səhvinə görə MMC-nin üzərinə vəzifə qoyulmasının yolverilməzliyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçı (cavabdeh) Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs (cavabdeh) Cavabdeh3 Nəriman qızının nümayəndələri (vəkilləri) X16, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh4 yazılı ərizələr təqdim edərək mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini göstərməklə işin icraatına xitam verilməsini xahiş etmiş, cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx” MMC-nin nümayəndəsi Nərmin Layıcova da bu halı təsdiqləyərək İddiaçı iddiadan imtina barədə ərizəsini təqdim etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələblərindən imtinalar qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların (onların nümayəndələrinin) iddialarından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri İddiaçındən alınaraq müvafiq hesaba köçürülməli, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia tələblərindən imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-160/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçındəntutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), 394,19 (üç yüz doxsan dörd manat 19 qəpik) manat isə Kadastr və Yerqurluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin hesabına (“xxxx” ASC-nin Xətai Filalı, AZ23AİİB********************07,VÖEN:**********) keçirilsin; iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar