Məhkəmə qərarları › İş №2(103)-5247/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5247/2022

21.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5247/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5763/2021 saylı, 11 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Binəqədi Rayon Məhkəməsinin 2(001)-5763/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Abar Bayramov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı X3 reabilitasiya şöbəsinin həkimi vəzifəsinə bərpa edilməsi, onunla bağlanmış 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti 21 fevral 2022-ci il tarixdə məhkəmənin icratına daxil olmuş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə edilmişdir Binəqədi Rayon Məhkəməsinin 2(001)-5763/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətinin bərpa olunması barədə cavabdehin ərizəsi təmin edilməmişdir. Bundan sonra, 29 aprel 2022-ci il tarixdə cavabdeh yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, şikayətə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5763/2021 saylı, 11 may 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün verilmiş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair 29 aprel 2022-ci il tarixli ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd edilən Binəqədi Rayon Məhkəməsinin 2(001)-5763/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair xx.xx.2022-ci il tarixli ərizəsi təmin edilməmişdir (i/v 132-134). Belə olan halda, rayon məhkəməsi cavabdehin həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair yeni, 29 aprel 2022-ci il tarixli ərizəsinə təkrarən baxılmaqda haqlı olmamışdır. Belə ki, rayon məhkəməsinin cavabdehin eyniməzmunlu ərizəsinin təmin edilməməsi barədə qüvvədə olan xx.xx.2022-ci il tarixli qərardadı olduğu halda, həmin ərizəyə təkrarən baxması prossesual qanunvericiliyin tələb və prinsipləri, eləcə də hüquqi müəyyənlik prinsipi baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prossesual müddətlərə dair məsələlər üzrə qərardarlardan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, cavabdehin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair 29 aprel 2022-ci il tarixdə verilmiş ərizəsi baxılmadan cavabdehə geri qaytarılmalı, eyni zamanda, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Rayon Məhkəməsinin 2(001)-5763/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadını qanunla müəyyən olunmuş qaydada mübahisələndirmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5763/2021 saylı, 11 may 2022-ci il tarixli qərardadı ləğv edilsin, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Rayon Məhkəməsinin 2(001)-5763/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair 29 aprel 2022-ci il tarixdə verilmiş ərizəsi baxılmadan geri qaytarılsın. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Rayon Məhkəməsinin 2(001)-5763/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadını qanunla müəyyən olunmuş qaydada mübahisələndirmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar