Məhkəmə qərarları › İş №2(103)-5258/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5258/2023

11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5258/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Emin Mehdiyevdən ibarət tərkibdə, iddiaçı Səfərova (Məmmədova) Leyli Əli qızının cavabdeh Maraqlı şəxs1 vəzifəli şəxsinin hərəkətsizliyindən şikayətinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Səfərova (Məmmədova) Leyli Əli qızının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin iş üzrə Sabunçu Rayon Məhkəməsi xx.xx.2005-ci il tarixli qətnamə qəbul edib. Bu qətnamədən işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs2 Məhəmmədli oğlu xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verib. Bununla yanaşı, o, ərizə verərək iş üzrə maraqlı şəxs qismində tanınmasını xahiş edib. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, Maraqlı şəxs2 Məhəmmədli oğlu iş üzrə maraqlı şəxs kimi tanınsın və onun apellyasiya şikayətinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bundan sonra iddiaçı Səfərova (Məmmədova) Leyli Əli qızı xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş edib. Sabunçu Rayon Məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərib. Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və iş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya qeyrimümkün sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş inzibati iş sayılır. Sabunçu Rayon Məhkəməsi işə baxdığı zaman (2005cı ildə) ümumi məhkəmə olmaqla yanaşı, həm də inzibati məhkəmə sayılıb, yəni indiki inzibati məhkəmələrin səlahiyyətinə malik olub. Bundan başqa, işə Sabunçu Rayon Məhkəməsi tərəfindən xüsusi iddia icraatı qaydasında baxılıb, bu icraatın qaydaları isə hazırkı inzibati məhkəmə icraatının qaydalarına oxşar olub. O cümlədən iş üzrə cavabdeh Maraqlı şəxs1 inzibati orqandır, yəni iddia ərizəsində inzibati orqanın hərəkətsizliyinə dair mübahisə qaldırılıb. Hazırda Sabunçu Rayon Məhkəməsi inzibati məhkəmənin səlahiyyətlərinə malik olmadığına görə inzibati iş üzrə hər hansı qərardad qəbul etmək səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 387.2.1ci maddəsinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. O cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası inzibati işlərə baxmaq səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Odur ki, hazırkı iş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya qeyri-mümkün sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya qeyri-mümkün sayılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar