Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5261/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 saylı işi üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 saylı işi üzrə 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3; AR Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2; Mənzil Məcəlləsini 112.1-ci maddəsinə istinadən) iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə "İnşaat Konstruksiyaları” MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3146/2021 saylı qiyabi qətnaməsi ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-5261/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və X1 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-2(004)-1645/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-5261/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1645/2023 nömrəli 02 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6044/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə(sədrlik edən və məruzəçi hakim İmanov Azad Nizam oğlu) hər iki mülki iş eyni tərəflərin iştirak etdiyi və birbiri ilə əlaqədar olduğundan, İddiaçı cavabdehlər "xxxx" MMC və X1 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair 2(103)-6044/2023 nömrəli mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-5261/2023 nömrəli mülki işlə birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, hər iki mülki iş bir-biri ilə əlaqədar olduğundan və məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü işlərin birləşdirilməsi məqsədə müvafiq olduğundan, onların birlikdə baxılması bir icraatda birləşdirməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264, 366-368, 397, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6044/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair 2(103)- 5261/2023 saylı mülki işin, digər - İddiaçı cavabdehlər "xxxx" MMC və X1 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair 2(103)-6044/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi (təqdim edilməsi) üçün müvafiq prosessual hərəkətlərin edilməsi təmin edilsin.
Məhkəmə qərarları › İş №2(103)-5261/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5261/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver