Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5262/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-355/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X15 və X20 ilə birgə həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 21 iyun 2004-cü il təvəllüdlü X15 və 26 mart 2006-cı il təvəllüdlü X20 adlı iki övladları vardır. Daha sonra ailə münasibətləri korlandığından Binəqədi Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli, 2(011)-5698/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh ona qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(103)-10086/2018 saylı qətnaməsi ilə tərəflərindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Xətai Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. AR Ali Məhkəməsinin 31.01.2019-cu il tarixli, 2(102)-726/19 saylı qərarı ilə tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(103)-10086/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra tərəfindən AR Konstitusiya Məhkəməsinə şikayət olunmuş və şikayətdə onun mülkiyyətçi olmayaolmaya ona qarşı istifadə hüququnun tanınmasının qanunsuz olduğu, mənzilin özəlləşdirilməməsi qeyd edilsə də, AR Konstitusiya Məhkəməsinin 25.06.2020-ci il tarixli qərardadı ilə şikayətlərinin icraata götürülməsindən imtina edilmişdir. Həmin qərardadda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Ali Məhkəmənin qərarı öyrənilmiş, məhkəmə kollegiyası tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqində hər hansı bir hüquq pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Bununla da, Konstitusiya Məhkəməsi ona qarşı istifadə hüququnun tanınmasını qanuni hesab etmişdir. Belə olan halda, əgər ona qarşı istifadə hüququnun tanınması qanunvericiliyin tələblərinə uyğundursa o zaman kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb etmək qanuni və əsaslı hesab edilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli, ƏEM/F 24-052/20 saylı arayışı ilə həmin ərazidə yerləşən mənzillər üzrə aylıq kirayə haqqının 300-350 manat olması müəyyən olunmuşdur. Bu səbəbdən də, Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir və uşaqları ilə birgə mənzildən çıxarılmalıdırlar. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 18000 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil - Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzili xüsusi mülkiyyətdə deyil və bu mənzil hazırda dövlət mənzil fondunun balansında olmaqla dövlət mülkiyyətidir. İddiaçı ilə o, 23.02.2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və həmin vaxtdan da mübahisəli mənzil - Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə köçmüşdür. Həmin mənzildə birgə nikahdan iki uşaqları doğulmuşdur: 21 iyun 2004-cü il təvəllüdlü X15 və 26 mart 2006-cı il təvəllüdlü X20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun mübahisəli mənzildə yaşayış sahəsindən istifadə hüququ tanınmışdır və həmin qətnamə ilə də mübahisəli mənzilin dövlət mənzil fonduna aid mənzil olması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli 2(001)-5698/2018 saylı qətnaməsi ilə onun qarşılıqlı cavabdeh İddiaçı ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş 2 yetkinlik yaşına çatmayan uşaqları Teymur və Zaur onun himayəsində saxlanılmışlar. Onun 2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə uşaqların mənafeyi naminə yaşayış sahəsinə və mənzil şəraitlərinin yaxşılaşmasına ilkin iddiaçıdan daha çox ehtiyacları vardır. İlkin iddiaçı öz iddiasına mütəxəssis rəyi əlavə edərək hesab edir ki, 18000 manat verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi mümkündür. İlkin iddianı qəbul etmir, eyni zamanda 2 yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi xüsusi olaraq nəzərə alınmaqla, 18000 manat məbləğində kompensasiya verilməklə, qarşılıqlı cavabdeh İddiaçı ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilində yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və mənzildən çıxarılmalıdır. İlkin və qarşılıqlı iddianın həllində yetkinlik yaşına çatmayanların mənafeyi qanunvericiliyin tələbinə əsasən daha üstün götürülməlidir. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-355/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh iki övladı 21 iyun 2004-cü il təvəllüdlü X15 və 26 mart 2006-cı il təvəllüdlü X20 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən əmlak onun İ.Abdıyevin mülkiyyətində deyil, dövlət mənzil fondunun balansında olmaqla dövlət mülkiyyətidir. Həmin mənzilə məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmışdır və İ.Abdlyevlə birlikdə həmin əmlaka eyni hüquqlu şəxslərdir. Göründüyü kimi İ.Abdıyevin hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, qətnamənin ləğv edilməklə ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinə dair hissəsi təşkil edir. İş materiallarında olan Azərbaycan SSR İcra Komitəsi tərəfindən verilmiş 168845 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 26 sentyabr 1977-ci il tarixdə X1 X2, X12 və X16 ilə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 46.73 kv.m olan 1a saylı evin 46 saylı mənzilinə köçmək hüququ verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 317540 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 28 iyul 2008ci il tarixdə vəfat etmiş və ölüm faktı 882 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 969623 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 02 sentyabr 2018-ci il tarixdə vəfat etmiş və ölüm faktı 1512 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 05/70-425 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları X20 26.03.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan 05/70-424 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları X15 21.06.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X15, X20 və Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli 2(001)-5698/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasından 23.02.2003-cü il tarixdə bağlanmış, 417 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan 21 iyun 2004-cü il təvəllüdlü X6 və 26 mart 2006cı il təvəllüdlü X13 anaları Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(103)-10086/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(102)-726/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(103)-10086/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ƏEM/F 24-052/20 saylı 14.02.2020-ci il tarixli daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən ünvan 2 ünvanı və yaxın ətraf ərazidə yerləşən 3 otaqlı, zəif təmirli, 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzillərin orta aylıq kirayə haqqı təchizatından asılı olaraq 14 fevral 2020-ci il tarixinə 300-350 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş LP-125/20 saylı 04.12.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 43 saylı evin 46 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 60000 manat və aylıq kirayə haqqı 350-400 manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasından 23.02.2003-cü il tarixdə bağlanmış, 417 saylı qeydlə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 21 iyun 2004-cü il təvəllüdlü X6 və 26 mart 2006-cı il təvəllüdlü X13 anaları Cavabdeh himayəsində saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X15 və X20 ilə birgə həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materialları ilə həmçinin müəyyən edilir ki, mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən mənzillə bağlı order İddiaçı atası X1 verilmiş, həmin orderdə arvadı X2 və övladları X9 və X10 həmin mənzildən istifadə hüququ verilmişdir. X7 15.08.2008-ci il tarixdə vəfat etdikdən sonra mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı iddiaçının anası X2 2018-ci ildə X9 və X8 06.05.2018-ci il tarixli razılıq ərizələri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsə də, həmin vaxt Cavabdeh mübahisəli mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində 2(011)-4424/2018 saylı mülki işə baxılarkən iddianın təmini tədbiri qismində həbs qoyulduğundan Reyestr Xidməti özəlləşdirməni rəsmiləşdirə bilməmişdir. X2 02.09.2018-ci il tarixdə vəfat etmişdir. Mübahisəli mənzilin üzərində həbs mövcud olduğundan X16 mənzili bu günədək özəlləşdirə bilməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzillə dair order verilmiş, X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etməsi düzgün olmamışdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Normanın tələbindən göründüyü kimi istifadə hüququna xitam verilməsi yalnız mülkiyyətçinin tələbi ilə mümkündür. Hazırki işdə isə mübahisəli mənzil İ.Abdıyevin mülkiyyətində olmamışdır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və ilkin iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-355/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X15 və X20 ilə birgə həmin mənzildən çıxarılmaları»na dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə dair dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5262/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver