Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5264/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(004)-2077/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı qərarın ləğv edilməsi, işə bərpa, əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin təsisçisi X2 onun Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 02 saylı qərarınin ləğv edilməsi; onun əvvəlki Cavabdeh MMC-nin direktoru vəzifəsinə bərpa edilməsi; ona ödənilməmiş 11130,79 manat məbləğin Cavabdeh MMC tərəfindən ödənilməsi; ona xx.xx.2021-ci ildən başlayaraq öz işinə (Cavabdeh MMCnin direktoru vəzifəsinə) bərpa olunanadək buraxılmış günlərə görə (aylıq 3000 manat olmaqla) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(004)- 2077/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qərarın ləğv edilməsi, işə bərpa, əmək haqqı və pul tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apelyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməklə, İddiaçı münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatna xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(004)- 2077/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və İddiaçı münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5264/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5264/2022
13.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver