Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5265/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2535/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16240 manat məbləğində pulun Cavabdeh Məmmədovnadan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2535/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2535/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəməyə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə onun iddia ərizəsinə baxmaqdan imtina edərək, iş yzrə icraata xitam vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2535/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-3390/2020 nömrəli qətnaməsindən görünür ki, ilkin iddiaçı X3 cavabdeh İddiaçı qarşı borc pulun qaytarılması tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılaraq, ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 5000 manat məbləğində borc və 6 manat dövlət rüsumunun alınaraq ilikin iddiaçı X4 verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-932/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasınnda baxılaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-3390/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan yekun məhkəmə aktı çıxarılmış və qanuni qüvvəsini almış 2(060)-3390/2020 nömrəli mülki iş üzrə qarşılıqlı iddia ərizəsi eynilik təşkil edir. Belə ki, hazırki mülki iş üzrə İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.240 manat məbləğində pulun Cavabdeh Məmmədovnadan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilir ki, hazırkı iddia ərizəsi üzrə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-3390/2020 nömrəli mülki iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X3 vərəsəsi – həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan yekun məhkəmə aktı çıxarılmış və qanuni qüvvəsini almış 2(060)-3390/2020 nömrəli mülki iş üzrə isə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilkin iddiasının təmin edilməməsi, eyni zamanda onun özünün borclu kimi tanınması və X2 16.240 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisənin tərəfləri qismində yəni hazırki iş üzrə Cavabdeh Məmmədovna, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-3390/2020 nömrəli mülki iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsində cavabdeh X6 olmasına baxmayaraq, tərəflər arasındakı mübahisə eyni predmet barəsində və eyni əsaslar üzrədir (16.240 manat məbləğində pulun qaytarılması) və həmin tələblə bağlı artıq məhkəmənin qanuni qüvvəyə minmiş, hüquqi qiymət verilmiş qətnaməsi mövcuddur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla kollegiya belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində artıq məhkəmə qətnaməsi olduğundan, mülki iş üzrə icraata xitam verilməlidir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2535/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2535/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5265/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5265/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver