Məhkəmə qərarları › İş №2(103)-5267/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5267/2021

21.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5267/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdeh tərəfindən verilmiş “mənzilin hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi barədə” qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 156-cı maddəsində qarşılıqlı iddianın qəbul edilməsinin 3 şərti müəyyən olunub. 1-ci şərt ondan ibarətdir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməlidir, lakin hazırkı işdə belə yönəlmə yoxdur. 2-ci şərt ondan ibarətdir ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmalıdır, lakin qarşılıqlı iddia təmin edilsə də ilk iddia təmin olunmalıdır, çünki iddiaçı mənzilin mülkiyyətçilərindən biridir, mənzil hərracda satılan günə qədər orada yaşamaq hüququna malikdir. 3-cü şərt ondan ibarətdir ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmalı və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməlidir. Göründüyü kimi, qarşılıqlı əlaqənin olması kifayət deyil, bu əlaqə mübahisələrə daha tez və düzgün baxılmasına xidmət etməlidir. Hazırkı işdə qarşılıqlı əlaqə mübahisələrə daha tez və düzgün baxılmasına xidmət etmir. Beləliklə, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara almaqla düzgün nticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar