Məhkəmə qərarları › İş №2(103)-5267/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5267/2023

15.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5267/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev № 36da yerləşən 96 №-li mənzildən (bundan sonra – mənzil) iddiaçının istifadə etməsinə cavabdehlərin və digər şəxslərin yaratdığı maneə aradan qaldırılsın, iddiaçının mənzildən istifadə etməsi ilə əlaqədar iddiaçıya qarşı yol verilən qeyri-qanuni hərəkətlərə son qoyulsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdehlər iddiaçının valideynləridir. Cavabdehlər ayrılıblar, iddiaçı anası ilə birlikdə həmin mənzildə yaşayır, iddiaçının atası isə başqa ünvanda yaşayır. Mənzil iddiaçının atasının - Cavabdeh1 mülkiyyətindədir. İddiaçı həmin mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Belə ki, başqa mülki işdə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 (keçmiş arvadı), İddiaçı (övladı) və Fidan Qurbanovaya (övladı) qarşı “mənzildən çıxarılma barədə” iddia ilə məhkəməyə müraciət edərək tələb edib ki, cavabdehlər həmin mənzildən çıxarılsın. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlər mənzildən çıxarılsın. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, sonuncu qətnamə isə kassasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılıb. İddiaçının mənzildən istifadəsinə cavabdehlərin maneə yaratması və ya cavabdehlərin iddiaçıya qarşı qeyri-qanuni hərəkətlərə yol verməsi müəyyən olunmur. İddiaçı Cavabdeh2 (anasını) formal cavabdeh kimi göstərib, o, birinci instansiya məhkəməsində iddianı etiraf edib. İddiaçının Cavabdeh1 (atasının) mənzilindən çıxmalı olması qanuni qüvvədə olan qətnamənin göstərişidir. Həmin qətnamənin icrası “maneə” və ya “qeyri-qanuni hərəkət” hesab olunmur. Lakin iddiaçı qətnamənin göstərişlərini özünə qarşı “maneə” və “qeyri-qanuni hərəkət” kimi qiymətləndirir. Bu isə qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar