Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5269/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzilin boşaldılması, sökülməsi üçün təhvil verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 898/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 23 saylı mənzilin cavabdehlər X7 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 23 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 47 kv.m ölçüdə təmirli 11 saylı mənzilin 1/2 hissəsi X6 və 1/2 hissəsi Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən cavabdehlər X6 və Cavabdeh1 ayrılmış ümumi 350 manat məbləğində aylıq kirayə haqqından paylarına uyğun (1/2 hissədə) kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 898/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehlər Cavabdeh1 və X7 tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 47 kv.m olan, təmirli 12 saylı mənzilin ½ hissəsi X6 və ½ hissəsi Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh1 və X6 hər ay cəmi 400 manat məbləğində kirayə haqqının ödənilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdehlər X4 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili və X5 nümayəndəsi Vəkil həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirb, hesab edir ki, cavabdeh X5 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və onun apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, hər iki cavabdehin adından verilmiş apellyasiya şikayəti vəkil və nümayəndə qismində Vəkil tərəfindən imzalansa da, onun cavabdeh X5 vəkili olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. X7 tərəfindən verilmiş etibarnamə isə Vəkil onun adından apellyasiya şikayətinin verilməsi hüququnu vermir. Bununla belə, cavabdeh X6 münasibətdə apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu da məhz bu cavabdeh tərəfindən ödənilmiş, digər Cavabdeh1 tərəfindən isə hər hansı məbləğdə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Qeyd edilənlər öz növbəsində hər iki cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından cavabdeh X7 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-cü, 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 898/2024 saylı qətnaməsindən cavabdeh X7 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5269/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5269/2024
03.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver