Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-528/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fərhat qızının cavabdeh "X6” MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:”əmrin ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Fərhat qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Fərhat qızının cavabdeh "X6” MMC-yə qarşı "əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4009/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X2 məxsus olan xx.xx.2024-cü il tarixli, ******* saylı əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə həmin tarixli, 19 saylı əmrinə əsasən "X6” MMC-də satış üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli əmrlə şöbənin layihə meneceri vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli, 007 saylı əmrə əsasən AR ƏM- nin 70-ci maddəsinin "ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin "a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edilmişdir.
2. İddiaçı Fərhad qızı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən xx.xx.2024-cü il tarixindən etibarən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
3. "X6” MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 6 may 2024-cü il tarixli məktubu ilə X1 cəmi 8 gün sonra, yəni 14 may 2024-cü ildə işdən azad edilmək istədiyi qeyd olunub. Qanunvericiliyin tələbini nəzərə alaraq ərizəni təqdim etdiyi gündən 1 təqvim ayı sonra işdən ayrıla bilməsi qeyd olunmuşdur.
4. İddiaçı Fərhad qızı tərəfindən ünvanlanmış məktubda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağladığı təqdirdə ərizəsində qeyd etdiyi gündə işdən çıxa biləcəyi qeyd olunmuşdur. Qeyd olunan halın nəzərə alınaraq 15 may 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması xahiş olunmuşdur.
5. "X6” MMC tərəfindən İddiaçı Fərhad qızına ünvanlanmış xx.xx.2024cü il tarixli 002/24 nömrəli məktubdan görünür ki, istinad olunan Əmək Məcəlləsinin 69.1 -ci maddəsində qeyd olunduğu kimi bir hal olarsa, yeni işəgötürənlə bağlanmış hüquqi qüvvəsi olan əmək müqaviləsinin surətinin təqdim olunması tələb edilmiş, əks təqdirdə ərizə təqdim olunan gündən 1 təqvim ayı sonra işdən ayrıla bilməsi qeyd olunmuşdur.
6. "X6” MMC tərəfindən İddiaçı Fərhad qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, 15 may 2024- cü il, 16 may 2024 və 17 may 2024-cü il tarixlərində işdə olmamışdır. Təcili işə çıxması və işə gəlmədiyi tarixlər üçün İnsan Resursları şöbəsinə yaxınlaşıb izahat yazmağı xahiş olunmuşdur.
7. İşçinin iş vaxtı iş yerində olmaması haqqında xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, müvafiq tarixlərdə, saat 09:00-da işçilər tərəfindən daxili nizam-inzitam qaydalarına əmək olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində layihə meneceri İddiaçı Fərhad qızının iş yerində olmaması müəyyən edilmişdir.
8. İddiaçı və "Orientations Events” MMC arasında bağlanmış 15 may 2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı sərgi xidmətinin meneceri vəzifəsinə işə qəbul edilmişdir.
9. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işə başlamışdır.
10. Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, X/007/24 nömrəli əmrə əsasən Cavabdeh MMC-nin layihə meneceri vəzifəsində çalışan İddiaçı Fərhad qızı 06 may 2024-cü il tarixində işdən azad olunma barədə ərizə verərək 14 may 2024-cü il tarixindən etibarən işdən azad olunmasını xahiş etmişdir. İşçinin ərizəsinə 07 may 2024-cü iltarixli 001/24 nömrəli məktubla cavab verilmiş, bu cavab məktubunda ona izah edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İddiaçı Fərhad qızı isə 06 may 2024-cü il tarixli ərizəsində əmək müqaviləsini ləğv etmək istədiyi tarix olaraq 14 may 2024-cü il tarixini qeyd edib yəni cəmi 8 gün sonra. Bu baxımından ona bildirilmişdir ki, ərizəni təqdim etdiyi gündən bir təqvim ayı ərzində işdən ayrıla bilər. Cavab məktublarına qarşılıq olaraq işçi tərəfindən 10 may 2024-cü il tarixində yazılı şəkildə onlara bildirilmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı təqdirdə ərizəsində qeyd etdiyi gündən işdən çıxa bilər. Lakin işçidən bununla bağlı yeni işəgötürənlə bağladığı və hüquqi qüvvəsi olan əmək müqaviləsinin surətini təqdim etməsi istənildikdə işçi bu məktubu qəbul etməkdən imtina etmişdir - bu barədə kuryer xidməti tərəfindən 15 may 2024-cü il tarixli akt tərtib edilmişdir. İşçi yeni əmək müqaviləsi bağladığını əsas gətirsə də, bununla bağlı heç bir sənədi cəmiyyətə təqdim etməmişdir. Bu hal artıq işçinin öz əmək funksiyalarını yerinə yetirməkdən həm əmək müqaviləsi şərtlərinə, həm də əmək qanunvericiliyinə zidd olaraq imtina etməsidir - onlar bunun ciddi intizam pozuntusu olaraq qəbul edirlər. Bundan əlavə 15, 16, 17, 20, 21 may 2024-cü il tarixlərində işçi heç bir üzrlü səbəb bildirmədən bütün iş günü ərzində işə gəlməmişdir. Bu qədər müddət ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməmək artıq müəssisənin normal iş ahənginin pozulmasına gətirib çıxarır. Qeyd edilmiş hal ilə bağlı tərəflərindən 20 may 2024-cü il tarixli, 003/24 saylı məktubla işçiyə bildirilmişdir ki, işə gəlsin və işə gəlmədiyi tarixlər üçün yazılı izahat təqdim etsin. Lakin işçi tərəfindən bu bildirişin qəbul edilməsindən də imtina edilmişdir - bu barədə kuryer xidməti tərəfindən 21 may 2024-cü il tarixli akt tərtib edilmişdir. Cəmiyyətin layihə meneceri vəzifəsində çalışan İddiaçı Fərhad qızının başqa işəgötürənlə bağladığı əmək müqaviləsi barədə onlara heç bir sənəd təqdim etməməsi, tərəflərindən verilmiş bildirişlərə cavabverilməsindən imtina etməsi, o cümlədən heç bir üzrlü səbəb olmadan 15,16,17,20,21 may 2024-cü il tarixlərində işə gəlməməsini əsas götürərək və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, 72-ci maddəsinin “a” bəndini (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi) nəzərə almaqla cəmiyyətin layihə meneceri vəzifəsində işləyən İddiaçı Fərhat qızı ilə bağlanmış 05 aprel 2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilsin və o, həmin tarixdən etibarən tutduğu vəzifədən azad edilməsi, işçiyə son haqqhesabın ödənilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə 4,43 təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Fərhat qızı cavabdeh "X6” MMC-yə qarşı "əmrin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 007 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrlə cavabdeh hüquqi şəxsdə əmək müqaviləsi əsasında işə başladı. xx.xx.2024-cü il tarixli əmrlə layihə meneceri vəzifəsində işini davam etdirdi. İşlədiyi müddətdə tərəfindən hər hansı intizam pozuntusuna yol verilməmiş, haqqında hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Hər şəxsin fərdi inkişafı, əmək münasibətləri bazarında daha yaxşı, daha perspektivli, gördüyü işə münasibətdə adekvat əmək haqqında işlərdə çalışması onun təbii haqqıdır. Əlbəttə bu konstitusion hüquq qanunauyğun və digər əmək münasibətləri bazarının iştirakçılarının maraq və nənafelərinə uyğun həyata keçirilməlidir. Belə ki, iddiaçıya gəlmiş yeni iş təklifi əsasında iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə ərizə ilə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağlanmasını əsas götürərək onunla aralarında olan əmək müqaviləsinə vaxtından əvvəl 15 may tarixində xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə cavab məktubu ilə iddiaçının ərizəsində qeyd eidlən halın, təsdiq edilməsi üçün bağladığı əmək müqaviləsinin surətini təqdim etməsini, əks halda 1 ay sonra əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Yeni işəgötürənlə Əmək müqaviləsi xx.xx.2024-cü il tarixində imzalandığından, o cümlədən yeni işəgötürən müqavilənin konfidensial saxlanılmalı olduğunu bildirdiyindən yeni əmək müqaviləsini cavabdehə təqdim etmək dediyi tarixdə mümkün olmamışdır, lakin işə qəbulla bağlı aidiyyatı qurumun rəsmi internet səhifəsindən bildirişin təqdim edəcəyini bildirmişdir. Cavabdeh isə bununla razılaşmamış və hər hansı bir hüquqi əsas olmadan iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktiki və Əmək Məcəlləsinin 69.3-cü bəndində qeyd edilən əsas olduğundan onunla cavabdeh arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndini əsas götürərək xitam verilməli qanuni əsaslı və ədalətli deyil.
13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı 05 aprel 2022-ci il tarixdə cavabdeh müəssisəyə satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. O, 06 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək 14 may 2024-cü il tarixdən etibarən işdən azad olunmasını xahiş etmişdir. Ərizədə başqa hər hansı bir əsas, məsələn başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması göstərilməmişdir. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq, qanunvericiliyin tələbi baxımından ərizəsində göstərdiyi tarixdə deyil, 1 təqvim ayı sonra işdən azad edilə biləcəyini ona bildirmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Ümumi qayda belədir ki, işçi bir təqdim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son-haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Yəni işçi istədiyi vaxt işdən çıxa bilməz. Bir aylıq xəbərdarlıq müddəti bu məqsədlə müəyyən edilir ki, işəgötürən həmin işçinin yerinə yeni işçi tapmaq imkanına malik olsun, işəgötürənin iş ahəngi pozulmasın və işəgötürənin fəaliyyətinə xələl gəlməsin. Digər tərəfdən işçi ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsində göstərdiyi gün o hallarda xitam verilə bilər ki, işçi başqa işəgötürən ilə əmək müqaviləsi bağlasın və ya digər əsaslar mövcud olsun. İşçi başqa işəgötürənlə müqavilə bağlamışsa, yaxud digər əsaslar varsa, o, işdən çıxmaq istədiyi müəssisəyə bu barədə müvafiq sübutlar təqdim etməlidir (məs.: başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini/əmək müqaviləsi bildirişini və s.). İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraqcavabdehə bu barədə hər hansı sübut təqdim etməmiş, lakin 15 may 2024-cü il tarixdə və ondan sonrakı müddətdə heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişdən görünür ki, iddiaçının başqa işəgötürənlə - "Orientation Events” MMC ilə bağladığı əmək müqaviləsi 15 may 2024-cü il tarixdən deyil, 24 may 2024-cü il tarixdən qüvvəyə minmişdir. Belə ki, müvafiq əmək müqaviləsi bildirişi sistemə 24 may 2024-cü il tarixdə daxil edilmiş və bildiriş həmin tarixdə imzalanmışdır. Deməli, iddiaçı ilə başqa işəgötürən arasında əmək münasibətləri məhz 24 may 2024-cü il tarixdən yaranmışdır.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4009/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Fərhat qızı barəsində Cavabdeh MMC tərəfindən verilmiş “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli, X/007/24 nömrəli əmrin ləğv edilməsi qət edilmişdir (hakim X4).
15. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. İddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığını bildiyi halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verməsi iddiaçıya qarşı cavabdehin qərəzli mövqeyinin olduğunu əks etdirir. Belə ki, iddiaçı cavabdehdən əvvəl onunla əmək münasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradəsini ifadə etmişdir. xx.xx.2024-cü il tarixdən isə digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən işə başlamışdır. Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir. Digər bir tərəfdən işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlməməsi ilə əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh iddiaçının 2022-ci ildən Cəmiyyətdə qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Habuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Bundan əlavə iddiaçının xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə əmək müqaviləsi bağlaması iddiaçı tərəfindən sübut edilmişdir.
16. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2-ci, 12-ci, 49-cu, 69-cu, 70-ci, 71, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107ci, 119.1-ci maddələrinə, Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə əmək münasibətlərini davam etdirmək niyyətində olmamasını bildirsə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən bildirməyib. Heç ərizəsində belə bir halı qeyd etməyib, yəni o, bir aylıq müddəti gözləməli idi. İkincisi, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə istinad edərək əmək müqaviləsinə xitam vermək niyyətini bildirsə idi belə, bu hələ həmin əsas üçün yetərli deyildi. Çünki, qanunvericilik açıq-aydın yazır ki, "başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması" əsasında şəxs ərizəsində göstərdiyi tarixdən əmək müqaviləsinə xitam verə bilər. Burada hər hansı “niyyət” kimi sübut edilməsi mümkünsüz olan mücərrəd anlayışlardan bəhs edilmir. Konkret olaraq “əmək müqaviləsinin bağlanması” qeyd edilir və əmək müqaviləsinin bağlanması qaydası da Əmək Məcəlləsinin 7-ci maddəsində müəyyən edilir. Üçüncüsü, məhkəmənin əsaslandığı əmək münasibətlərinə davam etməmə barədə “niyyətin ifadəsi” yalnız tərəflərin qarşılıqlı razılığı kontekstində dəyərləndirilə bilər. Yəni, işçi deyirsə ki, mən başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq niyyətindəyəm və buna görə də hazırki işimdən ayrılmaq istəyirəm, belə olan halda yalnız işəgötürənin razılığı ilə, o, qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti gözləmədən işdən çıxa bilər. Çünki, bu artıq tərəflərin danışıqlarının nəticəsi ola bilər. Lakin işçi sadəcə olaraq işlərini tamamlamamaq və öz əmək funksiyalarını yerinə yetirməkdən imtina edərək günlərlə işə gəlməyib və 24 may 2024-cü il tarixində qüvvəyə minmiş əmək müqaviləsinə istinad edərək hüquqlarının pozulmasını iddia edib. Dördüncüsü, məhkəmə sonrakı tarixlə qüvvəyə minmiş əmək müqaviləsini daha əvvəlki tarixli əmrdən qaynaqlanan mübahisəyə şamil edir. Axı cavabdeh öz əmrində həmin əmək müqaviləsinə əsaslanmalı idi, belə çıxır ki, cavabdeh öz əmrində hələ qanuni qüvvəyə minməmiş bir əmək müqaviləsinə əsaslanmalı idi. Belə olan halda artıq həmin əmrin özü əsassız olacaqdı. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması işçinin ərizəsində göstərdiyi tarixdən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biridir. Lakin bu iş üzrə həmin əsasın yaranması praktiki cəhətdən mümkünsüz idi. Belə ki, Əmək və Məşğulluq altsistemi imkan vermir ki, işçi əsas iş yeri ola-ola digər bir işəgötürənlə əsas iş yeri üzrə əmək müqaviləsi bağlasın. Yalnız Əmək Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əvəzçilik üzrə əmək müqaviləsi bağlana bilər. Amma iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə də yalnız işəgötürənin razılığı ilə yol verilir. Belə bir razılıq da işəgötürən tərəfindən verilməyib. İddiaçı heç belə bir niyyətinin olmasını da nə şifahi, nə də yazılı qaydada cavabdehə bildirməyib, yəni belə bir iradə ifadəsi, ümumiyyətlə, olmayıb. Cavabdeh yalnız məhkəmədə öyrənib ki, iddiaçı başqa işəgötürənlə 24 may 2024-cü il tarixində əmək müqaviləsi bağlamışdır. Odur ki, işçi Cavabdeh MMC-də çalışarkən nəinki başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır, ümumiyyətlə, belə bir niyyəti olması barədə çalışdığı müəssisənin rəhbərliyini xəbərdar etməmişdir. Yəni belə bir faktiki hal, ümumiyyətlə, mövcud olmayıb. Birinci instansiya məhkəməsi, əslində, uydurulmuş bir fakta istinad edib və onu heç doğru-düzgün əsaslandıra da bilməyib. Məsələn, qətnamədə deyilir: “İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişdən görünür ki, iddiaçının başqa işəgötürənlə - "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi 15 may 2024-cü il tarixindən deyil, 24 may 2024-cü il tarixindən qüvvəyə minmişdir”, Yəni birinci instansiya məhkəməsi qəbul edib ki, əmək müqaviləsi əslində 24 may 2024-cü il tarixində bağlanıb. Bundan başqa, əgər əmək münasibətlərinə faktiki olaraq 15 may 2024-cü il tarixində başlanılıb, əmək münasibətləri 24 may 2024-cü il tarixində rəsmiləşdirilbsə, bunun özü hüquq pozuntusudur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan RespublkasınınƏmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiaz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. 49.1 -ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2¬1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin a bəndi isə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1 -ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra-elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə 1 təqvim ayı sonra xitam verilə biləcəyini, digər işəgötürənlə əmək müqaviləsi bağladığı halda təqdim olunması tələb etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxmamış, cavabdeh iddiaçıya bir neçə dəfə məktub ünvanlayaraq işə gəlməsini və izahat yazmasını tələb etmiş, xx.xx.2024-cü il tarixli əmrlə isə xx.xx.2024-xx.xx.2024-cü il tarixədək iddiaçının işə gəlməməsini əsas götürərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə istinad edərək xitam vermişdir. İddiaçı cavabdehlə bağlanmış hüquqi qüvvəsi olan əmək müqaviləsi olduğundan digər işəgötürənlə yazılı formada kağız daşıyıcıda tərtib edilməklə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamış, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə sistemə daxil edildikdən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş daxil edilərək xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə işə başlamışdır.
30. İş materialları ilə də təsdiq olunmuşdur ki, iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlməməsi ilə əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh iddiaçının 2022-ci ildən cəmiyyətdə qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Halbuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Bundan əlavə iddiaçının xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə əmək müqaviləsi bağlaması iddiaçı tərəfindən sübut edilmişdir.
31. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. İddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığını bildiyi halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verməsi iddiaçıya qarşı cavabdehin qərəzli mövqeyinin olduğunu əks etdirir. Belə ki, iddiaçı cavabdehdən əvvəl onunla əmək münasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradəsini ifadə etmişdir. xx.xx.2024-cü il tarixdən isə digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən işə başlamışdır. Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4009/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.