Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5288/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 (qırx min) BƏƏ dirhəmi məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün 5497,8 (beş min dörd yüz doxsan yeddi dirhəm, səksən fils) BƏƏ dirhəminin (ödəniləcəyi gün 1 BƏƏ dirhəminin Azərbaycan manatına nisbətdə məzənnəsinə uyğun hesablanmaqla Azərbaycan manatı ilə), həmçinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə X2 Dubay şəhərində yaşayır. 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı xx xxx 1981-ci il təvəllüdlü Cavabdeh 2 ay müddətinə qaytaracağına söz verərək ondan 40.000 BƏƏ dirhəmi məbləğində borc pul istəmişdir. İddiaçı Cavabdeh ilə münasibətini nəzərə alaraq, borcun verilməsinə razılaşmış və beləliklə, o, 40.000 BƏƏ dirhəmi məbləğində pul vəsaitini 2 ay müddətinə qaytarılacağı şərti ilə borc olaraq Cavabdeh vermişdir. Lakin, aralarında inam olduğundan pulun verilməsinə dair borc müqaviləsi və ya hər hansı digər sənəd imzalanmamışdır. Sonradan isə onun iddiaçıya qarşı dələduzluq etdiyinin şahidi olmuşdur. Belə ki, aralarında əldə edilmiş razılığa əsasən borcun qaytarılmalı olduğu 2 aylıq müddət bitdiyindən iddiaçı xx xxxx 2017-ci il tarixdən başlayaraq, Cavabdeh borcu tələb etdikdə o, borcun qaytarılması üçün vəsaitinin olmadığını bildirmiş, bununla yanaşı ona bir az daha müddətin verilməsini xahiş edib həmin müddətdə borcu mütləq qaytaracağını vəd etmişdir. Beləliklə, Cavabdeh hər dəfə borc məbləğinin qaytarılmasını tələb etdikdə müxtəlif bəhanələrlə ona daha bir müddət verilməsini xahiş edərək vaxtı uzatmaqla borcun qaytarılmasından yayınmağa başlamışdır. Daha sonra isə yaşayış yerini dəyişdirdiyindən onunla ümumiyyətlə əlaqə yaratmaq mümkün olmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, o, Bakı şəhərinə qayıdaraq burada yaşayır. Bir müddətdən sonra iddiaçı Azərbaycan Respublikasında olarkən xx xxxx 2018-ci il tarixdə Cavabdeh avtomobil idarə edərkən təsadüf nəticəsində görmüş və ondan borcun qaytarılmasını tələb etmişdir. Lakin Cavabdehlə borcun qaytarılması istiqamətində aparılan söhbət zamanı o, yenə də əvvəlki danışıqlarına uyğun yalan vədlər verərək maddi vəziyyətinin pis olduğunu və pulu olan kimi iddiaçının pulunu qaytaracağını bildirmişdir. Ondan bu müddət ərzində iddiaçıdan nə əsasla gizləndiyi və telefonlarına nə üçün cavab vermədiyini soruşduqda və borcun etirafı ilə bağlı notariusa gedərək ona olan borcunu notariat qaydada təsdiq etməsini tələb etdikdə isə Cavabdeh aqressivləşərək iddiaçını və onunla birlikdə orada olan bacısı Natellanı təhqir etməyə başlamış və ondan şikayət edilsə belə, bir ay ərzində 5-10 manat pul qaytaracağını və bununla da iddiaçının ondan pulunu ala bilməyəcəyini bildirmişdir. Eyni zamanda Cavabdeh oglu ilə aparılan söhbət zamanı bacısı tərəfindən video çəkiliş aparılmış və yuxarıda qeyd olunanlar çəkilişin köçürüldüyü videodiskdə öz əksini tapmışdır. Beləliklə, Cavabdeh borcunu qaytarmaq niyyətində olmadığını və iddiaçıya qarşı dələduzluq etdiyini hiss edərək, ona olan 40.000 BƏƏ dirhəmi məbləğində borcunu rəsmi qaydada tələb etməyə başlamışdır. Belə ki, 2018-ci ilin dekabr ayında iddiaçı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh ona və bacısına qarşı nalayiq hərəkətlərinə görə cəzalandırılması və dələduzluq nəticəsində ələ keçirdiyi 40.000 BƏƏ dirhəminin qaytarılması istiqamətində tədbirlər həyata keçirilməsini xahiş etmişdir. Onun şikayəti Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin əməkdaşı Rauf Məmmədovun icraatına qəbul edilmiş, lakin bu günədək borcun qaytarılması istiqamətində hər hansı müsbət nəticə əldə edilməmiş və şikayətə baxılmasının nəticəsi barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Beləliklə, Cavabdeh bu günə iddiaçıya olan əsas borcu 40.000 BƏƏ dirhəmi təşkil edir. Həmçinin, nəzərə alınsa ki, hazırda 1 BƏƏ dirhəminin Azərbaycan manatına nisbətdə məzənnəsi 1 BƏƏ = 0,4675 AZN nisbətindədir, o halda Cavabdeh iddiaçıya olan əsas borcu hazırkı günə 18.700 manat (40.000 dirhəm x 04675 = 18.700 manat) təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-523/2020 saylı,xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-523/2020 saylı,xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsinə münasibətdə pul verilərkən onun şəxsən iştirak etdiyini bildirsə də, bunu təsdiq edən əlavə sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi qənaətinə gəlmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi bildirir ki, məhkəmədə şahid qismində ifadə vermiş X1 Ərəb Əmirliklərinin Dubay şəhərində İddiaçı yaşadığı evdə kirayədə yaşamış və İddiaçı tərəfindən Cavabdeh 40.000 BƏƏ dirhəmi məbləğində borc pul verilməsinin canlı şahidi olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında Cavabdeh bildirişlər göndərilsə də, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə verərək işə qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində X5 şahid qismində ifadə vermiş, Cavabdeh bacısı İddiaçı vasitəsilə tanıdığını göstərmişdir. Belə ki, 2016-cı ilin sonunda bacısı İddiaçı Cavabdeh 2-3 ay müddətində qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc pul vermişdir. O, pul verilərkən özü iştirak etməmişdir. Bu barədə bacısı ona bildirmişdir. Cavabdeh işlənmiş mebel alqı-satqısı ilə məşğul olmuş, pulu da işləri ilə əlaqədar istəmiş, qısa zaman ərzində qaytaracağını bildirmişdir. Bacısı dəfələrlə pulu qaytarmağı Cavabdeh tələb etsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş digər şahid X7 ifadəsində göstərmişdir ki, Cavabdeh ilə heç bir münasibətləri yoxdur. O, Elnurənin Dubaydakı evində kirayə qalmışdır və indi də orada yaşayır. Hər iki tərəf Könül adlı qadınla tanış olmuş, həmin qadınla köhnə mebel almaq söhbəti olmuşdur. 2016-cı ilin sonlarında onun, Elnurənin və sonuncunun yoldaşının iştirakı ilə Elnurə Ruslana 40.000 dirhəm – 11.000 ABŞ dolları borc pul vermişdir. O, sonradan Ruslanı görməmişdir. Elnurə Ruslanla dəfələrlə telefonla əlaqə saxlayaraq pulu qaytarmasını istəmiş, lakin Ruslan borcunu qaytarmamışdır. Apelyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasında iş materiallarında olan video diskə baxış keçirilmişdir. Çəkilişdən müəyyən olunur ki, Cavabdeh İddiaçı borcunun olduğunu etiraf edir və pulu ödəyəcəyini bildirir. Həmin videodiskə baxış keçirilərkən görünür ki, çəkiliş aşkar surətdə aparılmış və cavabdeh həmin çəkilişin aparılmasından məlumatlı olmuşdur. Bu səbəbdən də məhkəmə həmin video çəkilişi sübut qismində qəbul edir. Beləliklə, sadalanan sübutlarla İddiaçı tərəfindən Cavabdeh 2016-cı ildə BƏƏ-nin Dubay şəhərində 40.000 BƏƏ dirhəmi məbləğində pul verməsi öz təsdiqini tapmışdır. İddiaçı həmin pul məbləğini borc kimi verdiyini bildirərək öz iddiasının qanuni əsası kimi Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən normalarına istinad etmişdir (MM 739.1-ci maddə). Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iş materiallarından müəyyən edilir ki, mübahisənin predmetini təşkil edən 40.000 BƏƏ dirhəmi pulun verildiyi dövrün məzənnəsi ilə təxminən 18.700 Azərbaycan manatı təşkil etsə də, tərəflər hazırkı münasibətlərə daxil olarkən pulun borc şəkildə verilməsinə dair yazılı müqavilə bağlamamışlar və bununla da, göstərilən hüquq normasının tələblərinə riayət etməmişlər. Buna görə də, iddianın borc münasibətlərini tənzimləyən hüquq normalarına istinad edilməklə əsaslandırılmasını kollegiya düzgün hesab etmir. Lakin məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən iddianın qanuni əsasının düzgün müəyyən edilməməsi həmin iddianın düzgün olmaması və təmin edilməməli olması anlamına gəlmir. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normaları ilə deyil, əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında həll edilməlidir. Belə ki, mülki hüququn hamılıqla qəbul edilmiş prinsiplərindən olan «iura novit curia» - «məhkəmə hüququ bilir» prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddiaçıya məxsus olan pul məbləğini heç bir qanuni əsas olmadan özündə saxlamaqla və onu geri qaytarmamaqla, iddiaçının mülkiyyət hüquqlarını pozur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 40.000 BƏƏ dirhəmi sonuncudan alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış 5497,80 (beş min dörd yüz doxsan yeddi dirhəm, səksən fils) BƏƏ dirhəminin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsini də əsaslı hesab edir və bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia təmin edilməli, 40.000 (qırx min) BƏƏ dirhəmi məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün 5497,80 (beş min dörd yüz doxsan yeddi dirhəm, səksən fils) BƏƏ dirhəminin (ödəniləcəyi gün 1 BƏƏ dirhəminin Azərbaycan manatına nisbətdə məzənnəsinə uyğun hesablanmaqla Azərbaycan manatı ilə), həmçinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-523/2020 saylı,xx xxxxxx 2020ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. 40.000 (qırx min) BƏƏ dirhəmi məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün 5497,80 (beş min dörd yüz doxsan yeddi dirhəm, səksən fils) BƏƏ dirhəmi (ödəniləcəyi gün 1 BƏƏ dirhəminin Azərbaycan manatına nisbətdə məzənnəsinə uyğun hesablanmaqla Azərbaycan manatı ilə), həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5288/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5288/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver