Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-529/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “X4 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, “39T 415007.66 m B 44 77374.55 m C” koordinatlar üzrə yerləşən və cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq iddiaçı Şirkətin istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019cu il tarixli qətnamə (İş № 2(103)-2925/2019) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdehin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-5341/2019) ilə kassasiya şikayətini təmin etmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və işə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən hazırki mülki işə apellyasiya qaydasında yenidən baxılır. Məhkəmə, apellyasiya şikayətini və işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şirkətin adından iddianı X2 imzalamışdır. İddia ərizəsində göstərilir ki, A.Sarıbalayev Şirkətin Azərbaycan Respublikasında olan Nümayəndəliyin İcraçı direktorudur. Nümayəndəliyin Əsasnaməsinin 7.2-ci bəndində qeyd edilir ki, Nümayəndəliyin direktoru Şirkət tərəfindən ona verilmiş etibarnamədə göstərilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Şirkət tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “Ümumi etibarnamədən” görünür ki, Şirkət onun adından çıxış etməyi və zəruri hərəkətlərin yerinə yetirilməsini Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyin direktoru Pərvaiz Neveediyə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İş materiallarında iddianı imzalamış X1 Şirkətin Azərbaycandakı Nümayəndəliyin direktor və ya icraçı direktoru olmasını təsdiq edə biləcək sənədlər yoxdur. Odur ki, MPM-nin 69.2-ci maddəsinin tələblərində çıxış edən və yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, A.Sarıbalayevin hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsini imzalamağa səlahiyyəti olmamışdır. İddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmalı idi. Çünki MPM-nin 152.1-ci maddəsinin mənasına görə, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdırsa, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin Rayon Məhkəməsi qeyd edilən bu prosessual hüquq normasının tələbinə əməl etməmiş, iddia ərizəsini qaytarmamış, iddia ərizəsini icraata qəbul etmişdir. MPM-nin259.0.3-cü maddəsinin mənasına görə, işə baxan hakim, artıq icraata qəbul edilmiş iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını aşkar etdikdə, ərizəni baxılmamış saxlayır. MPM-in 384.0.4-cü və 391-ci maddələrinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi barədə qərardad qəbul etməlidir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 191, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxnı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı “X4 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbi” barədə iddiası baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-529/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-529/2020
29.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver