Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-529/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh3 və onun nümayəndəsi Sultanova Bikəxanım Nazim qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə, 39 saylı Notariat Kontoruna və Cavabdeh3 qarşı «çıxarışın və texniki pasporun ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-418/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə, 39 saylı Notariat Kontoruna və Cavabdeh3 qarşı «çıxarışın və texniki pasporun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ataları X14 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi 63 nömrəli mülkə qardaşı Cavabdeh3 adına verilmiş çıxarışın və texniki pasportun (qeydiyyata alınmış - ********** qeydiyyat №-li, **********89 - 10301 reyestr nömrəli) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi 63-də yerləşən ev ataları X20 məxsus olmuş, adına xx xxxxxxx 1987-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. xx xxxx 1988-ci ildə ataları vəfat etmiş, sonra miras əmlak anaları X2 istifadəsində olmuş və onlar 7 uşaq həmin mülkdən istifadə etmişlər. xx xxxxxx 2001-ci ildə anaları rəhmətə getdikdən sonra əmlakdan o, qardaşı Ramiz İsgəndərov, Rafiq İsgəndərov, Əlihüseyn İsgəndərov və övladları istifadə etmişdir. Onlar evdən bağ evi kimi istifadə etmiş, hər yay 3 ay orada istirahət etmişlər. Qardaşı Cavabdeh3 oğlu evə 2003-cü ildə köçmüşdür. O, 18 il 7 ay həbsdə yatmış, sonra oraya yerləşmişdir. Orada qeydiyyatsız yaşamışdır. Artıq həmin ünvanda yaşamır. 3 nəfər, bacısı İsgəndərova (Səfərova) Solmaz Həmzə qızı 1945-ci il, qardaşları X22 1953-cü il, X16 1955-ci il öz miras paylarından İsgəndərov Əli-İsgəndər Həmzə oğlunan xeyrinə imtina etmişlər. Bu barədə notariat qaydada təsdiq edilmiş ərizə də vermişlər. O vaxtlar, yəni 2010-cu ildə evin qardaşının adına keçirildiyindən nə o, nə qardaşı X23 (1947-ci il), nə də kiçik X36 Hüseyn Həmzə (1958-ci il) oğlunun xəbərləri olmamışdır. Onlar bu barədə 2015ci ilin iyun ayında xəbər tutmuşlar. Evi adına keçirib və sonra qızı X6 bağışlamışdır. Onun adına çıxarış da almışdır. Evin bütün sənədləri, açarları da qızı X6 verilmişdir. O, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il qətnaməsinin surətini xx.xx.2015-ci ildə ərizə yazaraq almışdır. xx.xx.2015-ci ildə Sabunçu Rayon Məhkəməsinə müddətin bərpası üçün ərizə vermiş, ərizə ilə birlikdə apellyasiya şikayətini də təqdim etmişdir. Apellyasiya şikayətinə xx xxxxxxxx 2015-ci ildə baxılmış, Cavabdeh3 tərəfindən verilmiş ataları X27 tərəfindən miras qalmış mülkə, verilən ərizə buraxılmış vərəsəlik müddətinin bərpa edilməsi, mirasın qəbulu, miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Onun iddiası təmin edilmişdir. xx.xx.2017ci ildə yenidən Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxılmış və iddiası təmin edilmişdir. X3 adına olan çıxarış və texniki pasport 2(008)-868/2018 saylı işlə ləğv edilmişdir. Sabunçu Rayon Məhkəməsindən 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 2(008) 868/2018 saylı qətnamədən icra sənədi icra olunmşdur. Əmlak Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 11/2035 saylı arayışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən ümumi sahəsi 23,3 kv.m., yardımçı sahəsi 18 kv.m. olan 1 otaqdan ibarət 63 saylı şəxsi evdən ibarətdir. Əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin dövlət reyestrində 142 nömrəli reyestr kitabının 12948 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, 00501100 33 89-10301 reyestr №-li xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh3 məxsusdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 418/2020 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia ərizəsi təmin olunmuşdur. Cavabdeh3 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aralarında əvvəl də məhkəmə mübahisəsinin olması, mülkiyyətçi kimi hüquqlarının pozulması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan Bakı şəhər X34 İcraiyyə Komitəsinin Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli ev X17 adına qeydiyyata alınmışdır. İşdə olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evin sahibi X21r. İşdə olan Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli arayışın surətindən görünür ki, X27 xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxx 2013-cü il tarixdə İstanbul şəhərində ölmüşdür. İşdə olan X15 notarial qaydada təsdiq edilmiş xx.xx.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.1988-ci ildə vəfat etmiş atası X14 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evdə ona çatası paydan qardaşı Cavabdeh3 xeyrinə imtina etmişdir. İşdə olan X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.1988-ci ildə vəfat etmiş atası X14 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli mülkdən ona düşən paydan qardaşı Cavabdeh3 xeyrinə imtina etmişdir. İşdə olan X18 notarial qaydada təsdiq edilmiş xx.xx.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.1988-ci ildə vəfat etmiş atası X14 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evdə ona çatası paydan qardaşı Cavabdeh3 xeyrinə imtina etmişdir. İşdə olan Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Seriya MA ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli fərdi yaşayış evi X4 adına tam mülkiyyət hüququ üzrə dövlət reyestrində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı X12 Gülnar Həmzə qızına ünvanladığı xx.xx.2017-ci il tarixli, 278 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci ildə ölmüş atası X14 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evindən pay almaq üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 özünə məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evini qızı X39İsgəndər qızına bağışlamışdır. İşdə olan Bakı şəhəri 1 saylı Notariat X1 ünvanladığı məktubundan görünür ki, vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsini geri götürə bilmədiyi bildirilmişdir. İddiaçı hazırki tələbində – ataları X14 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi 63 nömrəli mülkə qardaşı olan Cavabdeh3 adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin ləğv olunmasına əsaslanmışdır. Halbuki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilmişdir. Yəni, həmin qətnamədə miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı məsələ həll olunmamış, çıxarışın verilməsi vəzifəsi səlahiyyətli inzibati orqana həvalə olunmamışdır. Sözügedən qətnamə vərəsəliklə bağlı mirasın ərizəçi Cavabdeh3 tərəfindən qəbul edilməsi faktını müəyyən etsə də, sonradan 39 saylı DNK tərəfindən miras əmlakla bağlı müvafiq notariat hərəkətləri (araşdırması) aparılmış, nəticədə cavabdehin adına xx xxxx 2010-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Notariat orqanı isə səlahiyyətləri həddində qanunvericiliyin tələblərinə («Notariat haqqında» Qanun, təlimat və s.) uyğun qaydada miras əmlaka dair miras qoyanın vərəsələrinə istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə müvafiq şəhadətnamə vermək hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Mübahisələndirilən çıxarış notariat orqanı tərəfindən verilmiş müvafiq vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən verilsə də, lakin həmin sənəd ümumiyyətlə mübahisələndirilməmişdir. Belə ki, işdə olan Bakı şəhəri 39 saylı DNK tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx xxxx 1988-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi Cavabdeh3 miras əmlak olan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən fərdi yaşayış evindən tam irs almalıdır. İşdə olan, Bakı şəhəri 39 saylı DNK-nun xx xxxxxxx 2017-ci il tarixli, xx xxxxxxx 2018-ci il tarixli, xx xxxxxxxx 2018-ci il tarixli məktubundan da görünür ki, xx xxxx 1988-ci il tarixdə vəfat etmiş X17 vərəsəlik işi Bakı şəhəri 39 saylı DNK tərəfindən xx xxxx 2010-cu il tarixdə icra olunmuş, Cavabdeh3 vərəsə kimi tanınmışdır. Şəhadətnamə verilən əmlak Bakı şəhəri, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Həmin əmlakdan vərəsəlik payının alınması üçün vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında ləğv edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Göründüyü kimi, miras əmlaka dair cavabdehin adına çıxarışın verilməsi barədə hüquq müəyyənedici əsaslar (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) qüvvədə olduğu halda, yalnız çıxarışın ləğvi barədə tələbin hüquqi və faktiki əsası yoxdur. Eyni zamanda, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi notariat orqanına qarşı müvafiq tələb olmadığı halda, prosessual hüquq normalarının tələblərinə zidd olaraq ümumi formada notariat hərəkətlərinə də münasibət bildirərək, vərəsəlik işi açılan zamanı vərəsələrin axtarılması üçün tədbirlərin görülməməsini, notariat hərəkətlərinin natamam aparılmasını və s. göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsi vərəsəliyin qanun üzrə həyata keçirilməsini, yəni bu istiqamətdə notarius tərəfindən müvafiq notariat hərəkətlərinin aparılmasını, nəticədə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini, həmin şəhadətnamə əsasında cavabdeh tərəfin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini, əvvəlki sənədlərin (çıxarışın verilməsinə əsas olan sənədlərin) isə iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə almamışdır. Həmçinin, qeyd edilməldir ki, iddiaçı hazırki iddiasında miras əmlaka dair cavabdehin adına verilmiş çıxarışın ləğv olunmasını tələb etsə də, nəzərə almamışdır ki, həmin çıxarış hazırda qüvvədə deyildir. Yəni, cavabdeh əmlakı xx xxxxxx 2011-ci il tarixli müqavilə əsasında digər şəxsə (X5) bağışlamış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində əmlakla bağlı mülkiyyət hüququna dair qeyd aparılmışdır. İddiaçı əvvəllər məhkəmədə iddia qaldıraraq əmlakın yeni mülkiyyətçisi olan X3 adına verilmiş çıxarışı mübahisələndirsə də, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd olunmuş, həmin qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə təmin olunmamış, qətnamə dəyişdirlmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia məhz göstərilən əsaslara görə rədd edilməlidir. Yəni, iddiaçı əvvəlki hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən, hazırki tələbini irəli sürmüşdür ki, bu hal da özü-özlüyündə iddianın əsassız olması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası işə irəli sürülmüş tələb həddində baxaraq, ondan kənara çıxmağı məqsədəmüvafiq hesab etmir. Çünki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq nomalarının düzgün tətbiq olunmaması ilə qəbul edildiyindən apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia yuxarıda göstərilən əsas üzrə rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə, 39 saylı Notariat Kontoruna və Cavabdeh3 qarşı «çıxarışın və texniki pasporun ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-418/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-418/2020 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-529/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-529/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver