Məhkəmə qərarları › İş №2(103)-5292/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5292/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5292/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğvi və məhdudiyyətlərin götürülməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinə dair Cavabdeh1 verilmiş Seriya RX, ******* nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan, dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddianın təmin edilməsi, cavadehlərdən dövlət rüsumu kimi ödənilmiş 10 manatın tutularaq İddiaçı ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manatın isə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,cavabdeh, iddiaya etirazını bildirmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə isə, qəbul etdiyi qətnamədə bu barədə ümumiyyətlə qeyd etməmişdir. İş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş, qarşı tərəf verilən rəylə razılaşmadığı üçün yenidən ekspertiza təyin olunmuş və yerində hər hansı bir baxış keçirilmədən mütəxəsis rəyi əsasında bu vaxta kimi verilən rəylərin tam əksinə rəy verilmişdir. Cavabdeh, narazı qaldığı üçün təkrar ekspertizanın keçirilməsini xahiş etmiş və məhkəmə vəsatətini təmin edərək, Dövlət Əmlak Komitəsinin mütəxəsislərinin iştirakı ilə kompleks ekspertiza təyin etmişdir. İş ekspertizaya göndərildikdən sonra Ədliyyə Nazirliyinin qərarı ilə işə baxan hakim Fərrux Qasımovun təyinatı dəyişdirilərək başqa məhkəməyə göndərildiyindən, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Hakim Fərrux Qasımov tərəfindən işə baxılarkən təkrar kompleks ekspertiza keçirilməsi barədə qərar qəbul olunub, lakin heç bir ekpertiza aparılmadan əvvəlki verilmiş ekspert rəyinə uyğun olaraq mütəxəsisin rəyini köçürməklə rəy verilmişdir. Hakim cavabdehə heç bir xəbərdarlıq etmədən, məhkəmə iclasında iştirakını təmin etmədən, iş üzrə ona qədər təqdim olunmuş sübutlara hüquqi qiymət vermədən, yalnız iddiaçının sözü ilə iddianın təmin olunması barədə qətmə qəbul etmiş, bununla da, cavabdehin konstitusiyon hüququ olan mülkiyyət hüququnu pozmuşdur. İşin mahiyyəti ilə bağlı isə bildirir ki, idda ərizəsində qeyd olunduğu kimi cavabdeh qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almış və alınan vaxtdan fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun istifadəsində olmuşdur. Lakin torpaq sahəsində hər hansı bir hasar çəkməmiş, kiminsə torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə isə araşdırmamışdır ki, 2012-ci ildən bu vaxta qədər iddiaçı niyə iddia qaldırmayıb, yaxud iddia qaldırıbsa, nəticəsi necə olub? Əslində, bu sualların cavabı iş materiallarına əlavə olunsa və bu barədə məhkəməyə bildirilsə də, məhkəmə işin ədalətli həllinə çalışmadığı, işi obyektiv araşdırıb düzgün hüquqi nəticəyə gəlmək istəmədiyi üçün məsələnin bu hissəsində hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı eyni əsasla eyni iddia tələbi ilə bir dəfə də Binəqədi Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Həmin iddia tələbində də iddiaçı müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin ona həvalə olunması, DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı hətta Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi rayon bələdiyyəsinin iştirakları ilə tam və uzun müddət araşdırma aparılmış, dəfələrlə iş üzrə ekspertizalar keçirilmiş, məhkəmənin iştirakı ilə yerli baxış, habelə ekspertiza ilə əlaqədar olaraq yerində araşdırma aparılmış və rəylər verilmişdir. Bunun nəticəsi olaraq, xx.xx.2015-ci il tarixli qətnamə ilə iddia tələbləri əsassız olduğundan rədd olunmuşdur. İddiaçı tərəfindən qətnamədən müvafiq olaraq apellyasiya daha sonra isə kassasiya şikayətləri verilmiş nəhayət Ali Məhkəmənin qərarı ilə iddia tələbinin rədd olunmasına dair məhkəmə qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. MPM-in 153.2.2-ci mddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Qanunun bu tələbinə zidd olaraq məhkəmə, eyni tərəflər arasmda eyni predmet barəsində məhkəmənin qanuni qüvvədə olan qərarının olmasına baxmayaraq, iddia ərizəsini icraaatına qəbul etmiş, hətta həmin qərarlara, o cümlədən Azərbaycan Respublikasının qanunlarına zidd qətnamə qəbul etmişdir.Məhkəmə iddianı icraata qəbul etdikdən sonra məhkəmə araşdırması zamanı da, ekspertiza təyin etmiş və xx.xx.2018-ci il tarixdə ekspert rəyi verilmişdir. Lakin məhkəmə bununla razılaşmayaraq, yenidən ekspertiza təyin etmiş və sanki öz məqsədinə istədiyi rəyi (heç bir araşdırma aparılmadan tərtib olunmuş) əldə etdikdən sonra iddianın təmin olunması barədə qanunsuz və əsasız qətnamə çıxarmışdır. Halbuki, iddaçının təqdim etdiyi icarə müqaviləsi ilə bağlı araşdırma aparılarkən, Binəqədi bələdiyyəsinin özü qeyd olunan torpaq sahəsinin bələdiyəyə aid olması barədə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, əgər həqiqətən də elə bir torpaq sahəsi yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə, yəni ümumi məqsədlə iddiaçıya verilmişdirsə (şəxsi istifadə üçün deyil), nəyə görə iddiaçı həmin əraziyə hasar çəkirdi (iddiaçı hasar çəkdiyini qeyd edir). İddiaçının cavabdehə qarşı ilk iddia üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixdə çıxarılmış və hazırda qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə müyyən edilmişdir ki, ...Təqdim olunmuş materiallara əsasən, hazırkı iş üzrə mübahisə predmeti Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi təşkil edir. Çünki bu hal iddiaçının dəlillərinin yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə iş üzrə bir neçə ekspertiza keçirilmişdir. Keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, tərəflərin istifadələrində olan torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyil. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs olan Binəqədi bələdiyyəsi İddiaçı istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olduğunu sübut etməmişdir..."Birinci instansiya məhkəməsi qərəzli olaraq qətnamənin əsaslandırıcı hissəsində iddianın əsası kimi göstərilən hala istinadən qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsində Cavabdeh1 0.10216 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi satılsa da, çıxarışda torpaq sahəsi 0.012 ha göstərilmişdir. Məhkəmə bunu qeyd etməklə sanki elə göstərir ki, cavabdeh, həqiqətən iddiaçının qeyd etdiyi torpaq sahəsini zəbt etmişdir. Halbuki, 0.10216 0.012-dən böyük rəqəmdir. Bunu iddiaçının eyni əsas və eyni predmet barədə cavabdehə qarşı olan əvvəlki iddiası ilə bağlı işə baxan Bakı Apelyasiya Məhkəməsi öz qətnaməsində qeyd edərək, ədalətli qətnamə qəbul etsə də, bu günə qədər cavabdeh, mülkiyyətçi olaraq əssasız iddalarla üzləşərək, qeyri-qanuni qəsdə məruz qalır. Məhkəmə, qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuş halları nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-48/2020 saylı iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə qətnamənin qalan hissəsi ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə qalan hissədə də ləğv olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19Y saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Faiq Rüstəmov küçəsində 38 saylı evin yanında yerləşən 150 kv.metr torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Vaqif Axundov ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqımüqaviləsinə əsasən, V.Axundov, mülkiyyətində olan 0,10216 ha torpaq sahəsində yerləşən Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 38 saylı fərdi yaşayış evini Cavabdeh1 satmışdır. DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, dövlət mülkiyyətində olan 0,012 ha torpaq sahəsində yerləşən Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 38 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 аdına qeydiyyata alınmış və onun həmin torpaq sahəsi üzərində istifadə hüququ təsbit edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtiblənmiş xx.xx.2014-cü il tarixli aktda qeyd olunmuşdur ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakışəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi, 38 saylı evin yanında ayrılmış 150 kv.m. torpaq sahəsinə baxış zamanı müşahidə edilmişdir ki, icarədar İddiaçı məxsus divar sökülmüş, torpaq sahəsi zəbt olunaraq tikinti işləri aparılmışdır. Vaqif Axundov, notarial qaydada təsdiqlənmiş xx.xx.2016-cı il tarixli ərizəsində qeyd etmişdir ki, Bakışəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, 38 saylı evin yanında yerləşən, İddiaçı icarəsində olan 150 kv.metr torpaq sahəsi heç vaxt onun mülkiyyətində, sahibliyində olmayıb və o, həmin ərazidə hər hansı abadlıq-yaşıllaşdırma işləri aparmamış, həmin torpaq sahəsini heç kimə satmamış, həmin 150 kv.metr torpaq sahəsinin ona heç bir aidiyyəti olmamışdır. Hazırda iddiaçı, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən, onun icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək, həmin torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, iddiaçı tərəfindən mübahisələndirilən sahənin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi və onun istifadəsində olan 0,012 ha torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaəsn, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.1.2-ci, 158.2-ci və 158.4-cü maddələrinə görə, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının MM-in 157.2-ci maddəsində nəzərdə tutulan tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi (sahiblik və ya istifadə edəni) olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddianın bu əsasla haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərtinin müəyyən edilməsi zəruridir. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7796 saylı, xx.xx.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, İddiaçı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verilmiş 150 kv.metr torpaq sahəsinin ərazi planı Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmaması səbəbindən birinci (İddiaçı ilə Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədəri haradan keçir) və dördüncü (İddiaçı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verilmiş 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədirmi) sualların cavablandırılması mümkün olmamışdır. İkinci sual üzrə Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A № 423493 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsinin sərhədləri faktiki ölçülmüş torpaq sahəsindən keçdiyi; üçüncü sual üzrə isə Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A №-423493 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsi 4Ə-02/465 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış və ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********65-10301) fərdi yaşayış evi kimi mülkiyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eyni suallar üzrə təkrar məhkəmə mühəndistexniki ekspertizası üzrə 11243 saylı, xx.xx.2019-cu il tarixli və komission məhkəmə tikintitexniki ekspertizası üzrə 28614 saylı, xx.xx.2020-ci il tarixli rəylərinə əsasən, müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədləri Vaqif Axundovun istifadəsində olmuş 1021 kv.metr torpaq sahəsinə şimal-qərb hissədən bitişik olmaqla, həmsərhəd hissədən keçir. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A № 423493 saylı Torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsinin sərhədləri plan-ölçü sənədində qeyd edilən koordinatlar daxilindədir və naturaya uyğundur. RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin sərhədləri faktiki olaraq cavabdeh tərəfindən hasara alınmış ərazidən keçir və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A № 423493 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, fərqlidir. İddiaçı ilə Binəqədi rayonuM.Ə.Rəsulzadə bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədir. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən, qənaətini belə əsaslandırmışdır ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 0,10216 ha torpaq sahəsində yerləşən ünvan 3 ünvanındakı fərdi yaşayış evi satılsa da, daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışda həmin torpaq sahəsinin ölçüsü 0,012 ha göstərilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertizalarla müəyyən edilmişdir ki, icarə müqaviləsi əsasında İddiaçı istifadəsində olan 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, ona görə ki, mübahisəli torpaq sahəsinin (İddiaçı icarəsin verilmiş 150 kv.metr torpaq sahəsi) cavabdehin qanunsuz sahibliyində olması və cavabdeh tərəfindən məhdudiyyətlər yaradılaraq iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik yaradılması işin faktiki halları ilə mübahisəsiz şəkildə təsdiqlənmir. Belə ki, yuxarıda sadalanan ekspert rəylərindən görünür ki, iş üzrə ekspert qarşısına eyni suallar qoyulmaqla üç dəfə müxtəlif vaxtlarda məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və ekpertizaların keçirilməsi eyni quruma (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) həvalə edilmişdir. Birinci (xx.xx.2018-ci il tarixli) ekspertiza Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə keçirilmiş və həmin mütəxəssisin rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsinin ərazi planı Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmaması səbəbindən həmin torpaq sahəsinin sərhədlərini və onun RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İkinci və üçüncü (xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli) ekspertizalar isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən mütəxəssis cəlb edilməklə keçirilmiş və həmin mütəxəssisin rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədləri Vaqif Axundovun istifadəsində olmuş 1021 kv.metr torpaq sahəsinə şimal-qərb hissədən bitişik olmaqla, həmsərhəd hissədən keçir. İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* №-li çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, araşdırma zamanı məlum oldu ki, iş materiallarında olan Vaqif Axundova məxsus Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən ona 1021 kv.metr torpaq sahəsi ayrılmışdır. O, həmin 1021 kv.metr torpaq sahəsi üzərindəki istifadə hüququnu və üzərindəki tikililəri 2012-ci ildə Cavabdeh1 satmışdır. Lakin DƏDRX tərəfindən Cavabdeh1 adına çıxarış verilərkən orada istifadədə olan torpaq sahəsi 1200 kv.metr, yəni satılmış ərazidən 179 kv.metr artıq qeyd edilmişdir. İddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əlavə edilmiş sxemə əsasən isə Cavabdeh1 adına verilmiş həmin çıxarışda qeyd edilmiş həmin artıq 179 kv.metr torpaq sahəsinin 150 kv.metri üst-üstə düşür. Vaqif Axundova məxsus Torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş ona ayrılmış 1021 kv.metr torpaq sahəsi ilə İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahələri üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Yəni Cavabdeh1 torpaq sahəsi 179 kv.metr artırılarkən İddiaçı icarəsinə verilmi 150 kv.metr ərazi də ora daxil edimişdir. Kollegiya qeyd olunanları nəzərə alaraq hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədləri müəyyən olunmalıdır. Sübutetmə yükü baxımından isə mübahisəli torpaq sahəsinin sərhədlərini, onun cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyini, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. İddiaçı, bu faktı təsdiq edən sənəd kimi, məhkəməyə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əlavə edilmiş sxem təqdim etmişdir. Lakin iş üzrə keçirilmiş birinci ekspertizanın rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmadığından hüquqi baxımdan keçərli hesab edilməmiş və bu səbəbdən də həmin sənəd əsasında rəy verilməsi mümkün olmamışdır. İş üzrə keçirilmiş ikinci və üçüncü ekspertizalar üzrə isə məhz həmin sxem əsasında iddiaçının icarəsinə verilmiş torpağın sərhədləri müəyyən edilməklə, onun cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsi məsələsi həll olunmuşdur. Birinci instansiya məhkəməsi, qətnaməsində keçirilmiş ikinci və üçüncü ekspertizaların rəyinə istinad edərkən, nəyə görə eyni qurum tərəfindən keçirilmiş birinci ekspertizanın rəyi ilə razılaşmadığını əsaslandırmamış və rəylər arasındakı ziddiyyətləri nəzərə almamışdır. İddiaçı da, icarəsində olan torpaq sahəsinin sərhədlərini kifayət qədər mötəbər sənədlərlə sübuta yetirə bilməmişdir. Əksinə, işdə olan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə keçirilmiş ekspertizalar üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli rəylərində qeyd olunmuşdur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsi ilə istifadəyə verilmiş torpaq sahəsinin yerləşmə və coğrafi koordinatları, eləcə də ölçüləri mülki iş materiallarında olan sənədlərdə, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində saxlanılan baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamış, İddiaçı istifadəsinə verilmiş 150 kv.metr torpaq sahəsi ilə xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edimişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya, qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi “Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.m. torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” tələbinin təmin olunması hissəsində ləğv edilərək, həmin iddia tələbi rədd olunmalı, və iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-48/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.m. torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.m. torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddiası rədd olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar