Məhkəmə qərarları › İş №2(103)-5300/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5300/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5300/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X5, Cavabdeh4 Babaş qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğluna, Cavabdeh10, Cavabdeh11, Sadıkova Zahraya və X11 qarşı mülki iş üzrə (Açar sözlər: “binanın ümumi əmlakının saxlanılması ilə bağlı xərclər”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh11 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X11 qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, C.Naxçivanski küçəsi ünvanında yerləşən 81 saylı binanın mülkiyyətçiləri tərəfindən xx.xx.2019-cu il tarixdə həmin binanın idarə edilməsi üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC)-nin yaradılması barədə razılığına gəlinmişdir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçı İdarə Heyətinin xx.xx.2020-ci il tarixli ilk iclas protokolundan görünür ki, mülkiyyətçinin mülkiyyətində olan sahənin hər kvadrat metri üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır.

4. İddiaçı MMMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən sakinlərin kommunal borclarının öz əksini tapdığı cədvələ əsasən Cavabdeh11 – 3.486,12 manat məbləğində kommunal borcu var.

5. Daşınmaz əmlakın dövlət reyestrindən **********00-05301-083019 nömrəli çıxarışda əsasən Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi Cavabdeh11 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi ümumi sahəsi 264.1 kv.metr olmaqla onun adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

6. xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh11 Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “X20” MMC-yə icarəyə vermişdir.

7. Müqavilənin 13-cü bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Sadıkhova Zahraya qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1905,27 manat, X3 682 manat, Cavabdeh4dan 1288 manat, Cavabdeh5 777 manat, Cavabdeh6 1078 manat, Cavabdeh7 567 manat, Cavabdeh81064 manat, Cavabdeh11 – 3248,43 manat, Cavabdeh9 8678,88 manat, Cavabdeh10 4054,08 manat, Cavabdeh2 1067,04 manat, Cavabdeh12 – 1269,84 manat olmaqla ümumilikdə 25679,54 manatın ayrı-ayrılıqda, eynizamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 AZN poçt xərclərinin, həmçinin ödənilmiş 168 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X3 682 manat, Cavabdeh4dan 1357 manat, Cavabdeh5 840 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 2845,68 manat, Cavabdeh12 1443 manat, X9 264,96 manat olmaqla, ümumilikdə 30.390,20 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 manat poçt xərclərinin, həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın ünvan 2 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il tarixli və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı Mənzil Mülkiyytçilərinin Müştərək Cəmiyyəti adlı qeyri-kommersiya təşkilatı yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 3 ünvanında yerləşən və hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən, binanın əmlakının saxlanılması üçün ödəniş haqlarının müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı 2910 manat, DSMF köçürmələri778 manat, işsizlik fonduna köçürmə 32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri orta aylıq xərci 1300 manat, liftlərin servis xidmət haqqı 800 manat, zibilin daşınması 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və.s) 130 manat, su pulu və qrunt sulara dair xərc 30 manat, vergi və sair hesabatların verilməsi 100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və.s) 197 manat, cəmi 6797 manat, binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir m2 - nə görə 0,22 (iyirmi iki qərik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 m2 sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. Cavabdeh1 iddia tələbində müəyyənləşdirilən məbləğin bir hissəsini ödəmiş, qalan hissəsini isə noyabr ayının sonuna qədər ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla əlaqədar olaraq İddiaçı MMMC iddia tələbində Cavabdeh1 qarşı olan 1905,27 manat məbləğində pul tələbindən imtina etmişdir. Bununla yanaşı, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 73.6 m2 olan qeyri-yaşayış sahəsini 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 mülkiyyətinə vermişdir. Buna görə də, həmin tarixdən etibarən kommunal ödənişləri ödəmək öhdəliyi məhz Natiq Məmmədovun üzərinə düşür. Bununla bağlı, 2022- ci ilin dekabrından 2023-cü ilin dekabr ayınadək olan 264,96 manat məbləğində pul vəsaitinin X9 tutulması ilə bağlı iddia tələbinə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Həmçinin, digər cavabdeh "xxxx" Market MMC-nin fəaliyyət göstərdiyi qeyriyaşayış obyekti olan daşınmaz əmlak Cavabdeh11 xüsusi mülkiyyətindədir. İcarə müqaviləsi əsasında "xxxx" Market MMC-yə icarəyə verilmişdir. Analoji qaydada, bu qeyriyaşayış obyektin mülkiyyəçisi Cavabdeh11 binanın saxlanma xərclərini qarşılama öhdəliyi daşıyır. Növbəti Cavabdeh9 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ölçüsü 38.7 kvm və 111.8 kvm olan qeyri-yaşayış sahələrini tam mülkiyyəti üzrə Cavabdeh12-ya (MYV: MYİ0513880, xx.xx.2020, DMX; FİN: 216151; d/t xx.xx.1987) 04 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satmışdır. Bunlardan əlavə, iddia ərizəsində göstərilən cavabdehlərə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyaların göndərilməsi üçün tərəflərindən 61 manat poçt xərcləri çəkilmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin Cavabdeh2 aid hissədə azaldılması barədə ərizə verərək ona aid hissədə tələbin 1.039,56 manat saxlanılmasını xahiş etmişdir.

12. Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsinə nəzər saldıqda sonuncuya qarşı irəli sürülmüş tələbin hansı əmlaka, hansı müddət ərzində iddia olunan məbləğin hesablanmasına rast gəlməmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə ərizə verilmişdir. Hər dəfə müxtəlif rəqəmlərin yazılmasına şahid olurlar. Nə iddia ərizəsində, nə əlavə olunmuş sənədlər arasında Cavabdeh2 mülkiyyətində olan əmlakına dair heç bir hüquq müəyyənedici sənəd əlavə olunmamışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı özü 2020-ci ilin 08-ci ayı təsis olunmuşdur, lakin təsis olunduğu müddətdən əvvəlki tarixlərə belə xidmət göstərdiyini iddia edərək, əsassız olaraq pul vəsaiti tələb edir. Bundan əlavə mənzil mülkiyyətçilərindən fərqli olaraq qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə tərəflər arasında müqavilənin bağlanması mütləq xarakter daşıyır. Belə ki, mənzil mülkiyyətçisindən fərqli olaraq, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin binada ümumi mülkiyyəti yoxdur, onun adətən özünün binanın çöl tərəfindən ayrı girişi çıxışı olur, məhlənin təmizlənməsi, zibilin atılması, binanın mühafizə olunması, məhlənin işıqlandırılması, liftlərdən istifadə olunması xidmətlərindən istifadə etmədiyi üçün, mənzil mülkiyyətçilərinə göstərilən xidmətlərdən fərqli olaraq, burada göstərilə xidmətlər müqavilə ilə müəyyən olunmalıdır.

13. Cavabdeh10 nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassız və yalan məlumatlara əsaslanmışdır. İddiaçı MMMC cavabdeh hesab etdiyi Cavabdeh10 həmin çoxmənzilli binada yaşayış sahəsinin olduğu və ya onun neçə m2 sahədən ibarət olmasını, məbləğin hansı formada hesablanmasını göstərməmişdir. Cavabdeh10 həmin binada təxminən 100 m2 olan qeyriyaşayış sahəsi vardır. Digər qeyri yaşayış sahələri isə başqa şəxslərə satılmışdır. Özündə olan qeyri-yaşayış sahəsi isə təmirsiz vəziyyətdədir. Cavabdeh10 həmin binada olan qeyriyaşayış sahəsindən istifadə etmir və orada hər hansı bir formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Belə olan halda iddiaçının göstərdiyi bu xərclərin cavabdehə aiddiyyəti yoxdur. İddiaçının təqdim etdiyi iddia ərizəsinə nəzər salınsa Cavabdeh10 hansı əsaslara görə 6147,84 manat pul tələb etmələri, həmin rəqəmin necə və hansı qaydada hesablanması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 288/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia qismən təmin edilmiş, cavabdehlər X3 66 manat, Cavabdeh4 1.357 manat, Cavabdeh5 693 manat, Cavabdeh6 1.144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1.121 manat, Cavabdeh11 3.486,12 manat, Cavabdeh9 10.410,60 manat, Cavabdeh10 6.147,84 manat, Cavabdeh2 1.039,56 manat, Cavabdeh12 1.443 manat və X9 264,96 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi, cavabdehlər X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X9 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrıayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manatın (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə, araşdırma zamanı müəyyən olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlərin MMMC-yə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli ünvan 2 də yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri tərəfindən, Cəmiyyət yaradılaraq idarə olunmasına dair razılıqda mülkiyyətçilərin böyük əksəriyyəti öz imzaları ilə təsdiq etmişlər ki, binanın idarəçiliyi "xxxx" MTK-a tərəfindən düzgün idarə olunmadığından və çoxlu sayda nöqsanlar mövcud olduğundan binanın idarə edilməsi qanunvericilik çərçivəsində mülkiyyətçilər tərəfindən həyata keçirilsin. Bu səsbəbdən də xx.xx.2020-ci il tarixdə mənzil mülkiyyətçilərinin şoxluğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamə ilə dövlət qeydiyyatına alınaraq İddiaçı yaratmışlar. Göstərilən xidmətlərə görə İddiaçı MMMC-nin İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolu ilə mülkiyyətçinin mülkiyyətində olan sahənin hər m2 üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının nümayəndəsi qəbzin maliyyə hesabatlılıq kökü olmadığını bildirsə də, bunu təsdiq edən başqa sübut təqdim edilmədiyi üçün qəbz nəzərə alınmalı və X4 mülkiyyətində olan 73.3 m2 mənzilə görə 2022-ci ildə ödənilməmiş 3 ay üzrə ödənilməli olan xidmət haqqının məbləği aylıq 22 manatdan olmaqla cəmi 66 manat borc X3 tutulmalıdır.

17. Cavabdeh4 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 23 manat binanın saxlanma haqqını ümumilikdə 59 ay (2019, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 59 ay üzrə ödənilməli olan xidmət haqqı 1357 manat borc Cavabdeh4 tutulmalıdır. Cavabdeh4 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

18. Məhkəmə Cavabdeh5 tələb olunan borca görə qeyd etmişdir ki, iddiaçı müqavilədən öncəki tarixə olan borcu cavabdehdən tələb edə bilməz. Tələb bu hissədə qismən təmin olunmalıdır və Cavabdeh5 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 21 manat binanın saxlanma haqqını 33 ay (2021-ci ildən 10 ay, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etmədiyi üçün 33 ay üzrə ödənilməli olan xidmət haqqı 693 manat borc Cavabdeh5 tutulmalıdır.

19. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh6 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 22 manat binanın saxlanma haqqını ümumilikdə 52 ay (2019-cu ildən 5 ay, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 52 ay üzrə ödənilməli olan xidmət haqqı 1.144 manat borc Cavabdeh6 tutulmalıdır. Cavabdeh6 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

20. Binanın saxlanması ilə bağlı ödənilməli olan xidmət haqqı üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh7 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 27 manat binanın saxlanma haqqını ümumilikdə 24 ay (2021-ci ildən 1 ay, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 24 ay üzrə ödənilməli olan xidmət haqqı 648 manat borc Cavabdeh7 tutulmalıdır. İddiaçının nümayəndəsi yuxarıda qeyd olunan 09 dekabr 2021-ci il tarixli qətnamə ilə müəyyən olunmuş borcu hesablamadıqlarını, sadəcə cavabdehin əvvəllər də ödəmədiyi üçün məhkəməyə müraciət etdiklərini məhkəmənin nəzərinə çatdırmaq üçün əlavə etdiyini bildirmişdir. Cavabdeh7 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

21. Binanın saxlanması ilə bağlı xərcləri üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh8 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 19 manat binanın saxlanma haqqını ümumilikdə 59 ay (2019, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 59 ay üzrə ödənilməli olan xidmət haqqı 1.121 manat borc Cavabdeh8 tutulmalıdır. Cavabdeh8 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

22. Binanın saxlanması ilə bağlı ödənilməli olan xidmət haqqı üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh11 mülkiyyətində olan qeyriyaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 79,23 manat binanın saxlanma haqqını ümumilikdə 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 44 ay üzrə ödənilməli olan xidmət haqqı 3486,12 manat borc Cavabdeh11 tutulmalıdır. Cavabdeh11 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

23. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Sadıkhova Zahra mülkiyyətində olan cəmi 192.4 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın saxlanma haqqını ümumilikdə 25 ay (2021-ci ildən 02 ay, 2022, 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 25 ay üzrə ödənilməli olan xidmət haqqı 1443 manat borc Sadıkhova Zahradan tutulmalıdır. Cavabdeh Sadıkhova Zahra iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

24. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 56,16 manat binanın saxlanma haqqını 12 ay (2022-ci ildən 1 ay, 2023-cü ilin noyabr ayı da daxil olmaqla) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 12 ay üzrə ödənilməli olan xidmət haqqı 673,92 manat təşkil edirdi. Lakin Cavabdeh2 İddiaçı MMMC-yə xx.xx.2023-cü ildə GJF/1 № 062891 nömrəli qəbzlə 673.0 manat borcunu ödəmişdir. Bundan əlavə həmin cədvəldə Cavabdeh2 111 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083006 olan qeyri-yaşayış sahəsinə hər m2 görə 0,30 manat olmaqla aylıq 33,3 manat binanın saxlanma haqqını 10 ay (2022-ci ildən 10 ay) ərzində 333 manat, həmçinin mülkiyyətçinin 73.6 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083013 olan qeyri-yaşayış sahəsinə görə aylıq 22.08 manat olmaqla 32 ay (2020-ci ildən 9 ay, 2021, 2022-ci ildən 11 ay) üzrə 706,56 manat üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən Cavabdeh2 borcuna münasibətdə iddia qismən təmin edilərək ödənilməli olan xidmət haqqı 1039,56 manat borc Cavabdeh2 tutulmalıdır.

25. Cavabdeh2 etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, irəli sürülmüş tələbin hansı əmlaka, hansı müddət ərzində iddia olunan məbləğin hesablanmasına rast gəlinməməsi ilə bağlı etirazı əsassızdır. Belə ki iddiaçı hansı əmlaka (m2 30 qəpik olmaqla) hansı əsasla xidmət haqqının hesablanması ilə bağlı məlumatları məhkəməyə təqdim etməklə iddia tələbini əsaslandırmışdır.

26. Bundan başqa, Cavabdeh2 ünvan 6 ünvanında yerləşən 73.6 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301- 083013 olan qeyri-yaşayış sahəsini ******* nömrəli, 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən alıcı X1. Sonuncu öz növbəsində mülküyyət hüququ əldə etdiyi 73.6 m2 qeyri- yaşayış sahəsinin hər kvadrat metrinə görə 0,30 manat olmaqla aylıq 22.08 manat binanın saxlanma haqqını 12 ay (2022-ci ildən 1 ay və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 12 ay üzrə ödənilməli olan xidmət haqqı 264,96 manat borc X9 tutulmalıdır.

27. Cavabdeh10 ünvan 6 ünvanında yerləşən, 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301- 083005 olan qeyri-yaşayış sahəsi hər m2 görə 0,30 manat olmaqla aylıq 56.16 manat binanın saxlanma haqqını ümumilikdə 32 ay(2020-ci ildən 9 ay, 2021, 2022-ci ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 32 ay üzrə ödənilməli olan xidmət haqqı 1797,12 manat borc, həmçinin reyestr nömrəsi **********0- 05301-083004 olan 115.4 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023- cü ildən 11 ay) üzrə aylıq 34,62 manat xidmət haqqı olmaqla ümumilikdə 1523, 28 manat; reyestr nömrəsi **********0-05301-083043 olan 19.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,88 manat xidmət haqqı olmaqla ümumilikdə 258,72 manat; reyestr nömrəsi **********0-05301-083045 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,37 manat xidmət haqqı olmaqla ümumilikdə 236,28 manat; reyestr nömrəsi **********0- 05301-083046 olan 51.1 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 15,33 manat xidmət haqqı olmaqla ümumilikdə 674,52 manat; reyestr nömrəsi **********0-05301-083042 olan 19.2 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,76 manat xidmət haqqı olmaqla ümumilikdə 253,44 manat; reyestr nömrəsi **********0-05301-083048 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 3,48 manat xidmət haqqı olmaqla ümumilikdə 153,12 manat; reyestr nömrəsi **********0-05301-083050 olan 43.1 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 12,93 manat xidmət haqqı olmaqla ümumilikdə 568,92 manat; reyestr nömrəsi **********0-05301-083020 olan 15.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,77 manat xidmət haqqı olmaqla ümumilikdə 209,88 manat; reyestr nömrəsi **********0- 05301-083047 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 3,48 manat xidmət haqqı olmaqla ümumilikdə 153,12 manat; reyestr nömrəsi **********0-05301-083049 olan 24.2 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 7,26 manat xidmət haqqı olmaqla ümumilikdə 319,44 manat. Beləliklə, ödənilməli olan xidmət haqlarının cəmi məbləği 6.147,84 manat borc Cavabdeh10 tutulmalıdır.

28. Cavabdeh9 ünvan 7 ünvanında yerləşən, 41.9 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301- 083012 olan qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən 111.8 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301-083014 olan qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən 38.7 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00- 05301-083015 olan qeyri-yaşayış sahəsi cəmi 192.4 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın saxlanma haqqını ümumilikdə 19 ay (2020-ci ildən 9 ay, 2021-ci ildən 10 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 19 ay üzrə ödənilməli olan xidmət haqqı 1096,68 manat borc, həmçinin reyestr nömrəsi **********0-05301-083008 olan 300.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 90,21 manat xidmət haqqı olmaqla ümumilikdə 3969,24 manat; reyestr nömrəsi **********0-05301-083010 olan 126.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023cü ildən 11 ay) üzrə aylıq 37,86 manat xidmət haqqı olmaqla ümumilikdə 1665,84 manat; reyestr nömrəsi **********0-05301-083009 olan 15.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,68 manat xidmət haqqı olmaqla ümumilikdə 205,92 manat; reyestr nömrəsi **********0- 05301-083013 olan 19.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,91 manat xidmət haqqı olmaqla ümumilikdə 260,04 manat; reyestr nömrəsi **********0-05301-083014 olan 20.8 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,24 manat xidmət haqqı olmaqla ümumilikdə 274,56 manat; reyestr nömrəsi **********0-05301-083036 olan 13.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,17 manat xidmət haqqı olmaqla ümumilikdə 183,48 manat; reyestr nömrəsi **********0-05301-083011 olan 22.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,75 manat xidmət haqqı olmaqla ümumilikdə 297 manat; reyestr nömrəsi **********0-05301-083010 olan 21.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,45 manat xidmət haqqı olmaqla ümumilikdə 283,8 manat; reyestr nömrəsi **********0- 05301-083012 olan 15.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,56 manat xidmət haqqı olmaqla ümumilikdə 200,64 manat; reyestr nömrəsi **********0-05301-083017 olan 16.9 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,07 manat xidmət haqqı olmaqla ümumilikdə 223,08 manat; reyestr nömrəsi **********0-05301-083018 olan 15.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,65 manat xidmət haqqı olmaqla ümumilikdə 204,6 manat; reyestr nömrəsi **********0-05301-083044 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,37 manat xidmət haqqı olmaqla ümumilikdə 236,28 manat; reyestr nömrəsi **********0-05301-083016 olan 17.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,31 manat xidmət haqqı olmaqla ümumilikdə 233,64 manat; reyestr nömrəsi **********0- 05301-083015 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 7,26 manat xidmət haqqı olmaqla ümumilikdə 319,44 manat; reyestr nömrəsi **********0-05301-083064 olan 57.3 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 17.19 manat xidmət haqqı olmaqla ümumilikdə 756,36 manat. Beləliklə, ödənilməli olan xidmət haqlarının cəmi məbləği 10.410,60 manat borc Cavabdeh9 tutulmalıdır.

29. Cavabdeh10 nümayəndəsi və vəkili Nümayəndə2 Alixan oğlu tərəfindən təqdim olunan yazılı etirazla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh10 yaşayış sahəsinin olduğu və ya onun neçə m2 sahədən ibarət olması, məbləğin hansı formada hesablanmasını göstərməməsi ilə bağlı etirazları əsassızdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-1062/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-29095/2023 **********95 nömrəli cavab (daşınmaz əmlakların çıxarışların sürəti təqdim edilməklə) məktubu ilə Cavid Hüseyinlinin ünvan 8 ünvanında iddiaçı tərəfindən qeyd edilən əmlaklarının olması sübut olunmuşdur. Cavabdeh10 mülkiyyətçisi olduğu qeyri-yaşayış sahələrindən istifadə etməməsi və onların təmirsiz vəziyyətdə olması ilə bağlı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 137.10-cu bəndinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Binaların saxlanması üçün Cəmiyyətlərə xidmət haqqı ödənilməsi üçün həmin binadakı yaşayış və ya qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi kimi tələb nəzərdə tutulmamışdır. Mülkiyyətçinin öz əmlakından istifadə etməməsi həmin əmlakın yerləşdiyi binanın saxlanması üçün xidmət haqlarının ödənilməsini istisna etmir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 120.5, 122.3, 135.1, 135.2, 136.2, 137.4, 137.5, 137.10, 138.5, 140.1-ci maddələrinə, Mülki Məcəllənin 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5893/2024 nömrəli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 tutulmalı olan məbləğlərlə bağlı hissələrdə dəyişdirilmiş, Cavabdeh2 930,08 manat, Cavabdeh9 9.063,6 manat, Cavabdeh10 5.372,64 manat məbləğində vəsaitin tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Cavabdeh11 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, həmçinin maddi və prossesual normalar düzgün tətbiq edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı MMMC ilə Cavabdeh11 arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Ən azı xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin bağlanmasına dair təkliflə bildiriş göndərilməli idi. Düzgün olaraq cavabdehə qarşı iddia qaldırılmayıb. Cavabdehin xüsusi mülkiyyətində olan qeyri yaşayış obyekti, yəni “X20” MMC-nin fəaliyyət göstərdiyi daşınmaz əmlak, icarə müqaviləsi əsasında “X20” MMC-yə icarəyə verilmişdir. Kommunal xərclərin qarşılanması öhdəliyi “X20” MMC-nin öhdəliyinə düşür. İş materiallarından görünür ki, kommunal xidmətlərin ödənilməsinə dair “X20” MMC-yə MTK tərəfindən pretenziya məktubu göndərilmişdir. Habelə, hazırki dövrdə də kommunal ödənişlər “X20” MMC tərəfindən ödənilir. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh11 kommunal ödənişlərlə bağlı hər hansı öhdəliyi yoxdur, çünki cavabdehə kommunal xidmətlər göstərilmir, obyekt qeyri-yaşayış sahəsidir və xidmətlərin göstərilməsi ilə bağlı müqaviləsi də mövcud deyil. Hətta kommunal xidmətlər ödənilməli olsa belə, bu, “X20” MMC tərəfindən icra olunmalıdır,çünki qaz pulu, işıq pulu və digər kommunal xidmət ödənişlərini “X20” MMC həyata keçirir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən, bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həlledərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz,elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxile dilməsinə xüsusi diqqət yetirməlidirlər. Eyni zamanda, cavabdeh X6 qarşı İddiaçı tərəfindən qaldırılmış iddia ərizəsinin verilmə müddəti keçmişdir. İddia müddətinin tətbiqinə dair ərizəni birinci instansiya Məhkəməsində təqdim edə bilməmə əsası isə cavabdehin koma vəziyyətdə olması, Almaniya Federativ Respublikasında müalicə alması, məhkəmə iclaslarından xəbərinin olmamasıdır. Cavabdeh hazırda da yataq xəstəsidir, sağlamlıq vəziyyəti çox ağırdır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, məhkəmə maddi və prosessual hüquqları pozaraq, əsaslıaraşdırma aparmadan yekun məhkəmə aktı çıxarmış və qanunvericiliyin tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında Cavabdeh11 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, kommunal ödənişlər məhkəmə aktı qüvvəyə mindikdən sonra, yəni 2023-cü il noyabr ayından sonrakı dövrdən ödənilmişdir. Həmin vaxtdan əvvəlki dövrə olan ödənişlər edilməmişdir.

37. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respulikasının Mülki Məcəlləsi Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

40. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək;... Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək;... Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Maddə 139.2. Yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı işdə iddia qismən təmin edildiyindən, Cavabdeh11 apellyasiya şikayətində qətnaməni ona münasibətdə iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə ödənilməli olan borc məbləği ilə bağlı Cavabdeh11 aid hissədə dəyişdirilməlidir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın ümumi əmlakına həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər daxildir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyən edilmiş mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

46. Qanunvericiliyə əsasən sahə mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 1) çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 2) kommunal xidmətlərə görə haqq.

47. O da qeyd edilməlidir ki, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir və həmin xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

48. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ona kommunal xidmətlərin göstərilmədiyini bildirsə də, sözügedən xidmətlər iddiaçı tərəfindən deyil, aidiyyəti qurumlar tərəfindən həyata keçirilir və həmin xidmətlərə görə haqqlar da müəyyənləşdirilmiş tariflər əsasında həmin qurumlara ödənilir.

49. İşdə olan cavabdeh ilə “X20” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən də görünür ki, MMC kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqları, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqını, o cümlədən əlavə vergi haqqlarını ödəməyi üzərinə götürmüşdür. Həmin müqavilədə MMC tərəfindən binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə işlərə görə haqqların ödənilməli olması nəzərdə tutulmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, bu öhdəliyin icra edilməsi sahə mülkiyyətçinin üzərinə düşür. Cavabdeh tərəfindən iddiada tələb olunan dövr üzrə haqqların MMC tərəfindən iddiaçıya ödənildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

50. Bununla belə, mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Yəni, MMC tərəfindən sonradan cavabdehin yerinə sözügedən haqqların ödənilməsi və iddiaçı tərəfindən bu haqqların qəbul edilməsi qanunvericiliyin tələblərinə zidd deyil.

51. Kollegiya həmçinin qeyd edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

52. Beləliklə, İddiaçı MMMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığına görə həmin tarixdən sonra mülki hüquqlara malik olmuş, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərlə bağlı qərar isə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən əvvəlki vaxt üçün sahə mülkiyyətçilərindən binanın ümumi əmlakının saxlanması ilə bağlı xərclərin tələb edilməsi əsassızdır.

54. Beləliklə, binanın ümumi əmlakının saxlanmasında iştirak etmədiyi üçün Cavabdeh11 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (264.1 m2) hər m2 üçün 0,30 manat olmaqla, aylıq 79,23 manat binanın ümumi əmlakının saxlanmasına görə ödənilməli olan haqq müqabilində 39 ay üzrə (xx.xx.2020-xx.xx.2023) hesablanmış 3.089,97 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

55. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də iddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddətinin ötürülməsi ilə bağlıdır.

56. Kollegiya iddia müddətinin tətbiqi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən həmin borcun tələb edilməsi üçün iddia müddəti beş il təşkil edir. İşdən görünən odur ki, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərlə bağlı qərar 2020-ci ilin sentyabr ayında qəbul edilmiş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir.

57. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsi Cavabdeh11 tutulmalı olan məbləğlə bağlı hissədə dəyişdirilsin. Cavabdeh11 3.089,97 manat məbləğində vəsait tutularaq İddiaçınə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar