Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5307/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi X11 və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “Azneft” X7 NQÇİ-nin xx.xx.2022-ci il tarixli, SOCAR **********00070020B00056 saylı əmrin qanunsuz hesab edilərək ləğv olunması, onun “Azneft” X3 NQÇİ-nin istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin istehsalat proseslərinin avtomatlaşdırılması xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci tarixindən işə bərpa olunacağı günə qədər olan müddət ərzində məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
2. Birinci instansiya məhkəməsində icraat zamanı: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1484/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadla mediasiya prosesində iştirak edilməməsi əsası ilə ərizə baxılmamış saxlanılmış, xx.xx.2022-ci il tarixdən – xx.xx.2022 tarixədək mediasiya sessiyasından sonra iddiaçının müraciəti əsasında iş üzrə xx.xx.2022-ci il tarixli qəbul edilmiş məhkəmə qərardadı ilə icraat təzələnmişdir, - xx.xx.2022-ci il tarixdə cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Vəkil1 etiraz təqdim edərək, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işə bərpa olunma” tələbinə dair dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (cild 1, iş səh. 47, 58, 59, 61, 88); - xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən “Siyəzənneft” NQÇİ İddiaçı 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul etmişdir; - “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2021-ci il tarixli İşçilərin sayının azaldılması haqqında bildirişindən məlum olur ki, xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə onunla bağlanılmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 25 avqust 2021-ci il tarixdə ləğv ediləcəkdir; - “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmrindən məlum olur ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayının ixtisar edilməsi) işdən azad edilmişdir. Əsas qismində “ştat cədvəli, Həmkarlar ittifaqı təşkilatının razılığı” qeyd edilmişdir; - DƏMX-nin Quba RƏŞ-nin xx.xx.2021-ci il tarixli, **********6 saylı cavab məktubundan məlum olur ki, AR Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ-hüquqi aktların tələblərinə əməl edilməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda qüvvədə olan əmək müqaviləsinə əsasən İddiaçı hal-hazırda “Siyəzənneft” NQÇİ-də peşəsi üzrə işini davam etdirir; - SOCAR “Azneft” İB-nin xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olur ki, 6 ştat vahidi üzrə 16 nəfər dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə reytinq siyahısında İddiaçı və X13 eyni bal toplayaraq 6-cı sırada yerləşdiyindən praktiki bacarıqların yoxlanması üçün peşə sınaq imtahanı keçirilmiş və nəticədə X13 daha yüksək bal topladığı üçün yerləşdirilmişdir. İddiaçı “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq, həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət almaq üçün müraciət etmək imkanları təklif edilmişdir; - SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olur ki, İddiaçı “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmadığından ona iş təklifi edilməsi nəzərdə tutulmamışdır. Həmçinin xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək fasiləsiz, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək bir neçə günlük fasilələrlə əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqədar xəstəlik məzuniyyətində olması səbəbilə əmək münasibətləri barədə sənədləşdirilmə aparılması mümkün olmamışdır; - “Premium Clinic” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixində müraciətindən sonra “Oturaq sinirin neyropatiyası” diaqnozu müəyyən edilmiş, o, xx.xx.2022-ci il tarixinə qədər klinikada ambulator şəraitdə müalicə almışdır; - xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, İddiaçı “28 May” NQÇİ-nin Mənzil-kommunal təsərrüfatının Mədəni-məişət təminatı xidmət sahəsində vakant olan 5-ci dərəcəli anbardar peşəsi üzrə iş yeri ilə tanışlığa gəlməkdən və təklif olunan işdən imtina etmişdir; - “Peşə sınaq imtahanı və Müsahibənin yekun protokolu”ndan məlum olur ki, müsahibə nəticəsində X8 orta balı 3.9 olmaqla müsahibəni keçmiş, İddiaçı orta balı 2.7 olmaqla müsahibəni keçməmişdir; - xx.xx.2021-ci il tarixli aktdan məlum olur ki, “Azneft" İstehsalat Birliyinin (Birlik) İnsan resursları departamentinin (İRD) rəis müavini X15, "Azneft” İB-nin insan resursları departamentinin (İRD) İR əməliyyatlarının icrası qrupunun kadrların hazırlığı üzrə aparıcı mühəndisləri X5 və X10 bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2021-ci il tarixində Birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi, struktur dəyişikliyi nəticəsində “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqramına qoşulmuş İddiaçı “Abşeronneff NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin Elektrik laboratoriyasında vakant olan 5-ci dərəcəli elektromexaniki sınaqlar və ölçü laborantı peşəsi təklif edilmiş, lakin İddiaçı tərəfindən Siyəzəndə işləmək istədiyi bildirilərək tərəfindən imtina edilmişdir; - xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, “Azneft” istehsalat Birliyinin (Birlik) insan resursları departamentinin (İRD) rəis müavini X15, "28 May" Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Personalın uçotu xidmətinin rəisi X5 və NQÇİ-nin Personalın uçotu xidmətinin rəis müavini X9, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2022-ci il tarixində İRD tərəfindən Birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi, struktur dəyişikliyi nəticəsində “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqramına qoşulmuş İddiaçı “28 May” NQÇİ-nin Mənzil-kommunal təsərrüfatının Mədəni-məişət təminatı xidmət sahəsində vakant olan 5-ci dərəcəli anbardar peşəsi üzrə iş yeri ilə tanış olunması məqsədi ilə “28 May” NQÇİ-yə email ünvanlanmışdır. Göndərilmiş emailin icrasının təmin olunması məqsədi ilə İddiaçı ilə müxtəlif tarixlərdə (xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022) əlaqə saxlanılmış və o, iş yeri ilə tanışlıq üçün “28 May" Neft və Qazçıxarma İdarəsinin inzibati binasının yerləşdiyi Çilova dəvət edilmişdir. Lakin buna baxmayaraq, İddiaçı Çilov adasına gəlməkdən və təklif olunan işdən imtina etmişdir; - “Siyəzənneft” NQÇİ-nin X14 heyəti iclasının xx.xx.2022-ci il tarixli 81 saylı protokolundan məlum olur ki, SOCAR-ın “Azneft” istesalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********0004002QA00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir; - İmtahan nəticələrindən məlum olur ki, İddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində “Siyəzənneft” NQÇİ-də 4-cü dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində çalışır. İddiaçı staja əsasən balı 30%, test imtahanı nəticəsinə əsasən balı 43%, rəhbər qiymətləndirmə nəticəsinə əsasən balı 9%, təhsilə əsasən balı 0% olmaqla yekun balı 81.50% kimi qiymətləndirilmişdir; - xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən məlum olur ki, İddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2.6 olmaqla (hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin kooroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir; - xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən məlum olur ki, X13 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 4 olmaqla (hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 4, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 5, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 4 balla) qiymətləndirilmişdir; - xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 24.08.21-26.08.21, 27.08.21-29.08.21, 30.08.21-08.09.21, 09.09.21-18.09.21, 19.09.21- 28.09.21-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 29.09.21-08.10.21, 09.10.21-18.10.21, 19.10.21-28.10.21ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 29.10.21-07.11.21, 08.11.21-17.11.21, 18.11.21-27.11.21, 28.11.21- 30.11.21-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 17.01.22-19.01.22, 20.01.22-22.01.22, 23.01.22-24.01.22ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 04.02.22-06.02.22, 07.02.22-09.02.22, 10.02.22-28.02.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 01.03.22-10.03.22, 11.03.22-19.03.22, 20.03.22-28.03.22, 29.03.22- 31.03.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, 04.04.22-18.04.22, 19.04.22-26.04.22, 27.04.22-06.05.22, 07.05.22-15.05.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir; - xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00056 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayının ixtisar edilməsi) işdən azad edilmişdir; - İş materiallarından məlum olur ki, Məcidova X2 “Sinerqiya” maliyyə-sənaye universitetində qiyabi formada təhsil alır və hal-hazırda 3-cü kursdadır.
3. Cavabdeh “Azneft” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1484/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-643/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1484/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı tutularaq cavabdeh “Azneft” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir.
5. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2396/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-643/2023 nömrəli iş üzrə 09 fevral 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6, Əmək Məcəlləsinin 11, 68, 70, 71, 77, 80, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106.1, 217.1, 217.3, 372.1, 372.2, 372.4, 407.2, 416.1, 416.2, 417.1, 418.1, 418.2, 418.3, 418.6-cı maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni iki əsasla qəbul etməmişdir: 1) eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı iddiaçıya əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilməmişdir; 2) Həmkarlar İttifaqının iclası keçirilmişdir. Birinci əsasla bağlı apellyasiya instansiyası məhkəməsi “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatına istinad etsə də, diqqətdən qaçırmışdır ki, iddia ilə mübahisə edilən əmrin tarixi xx.xx.2022-ci ildir. Başqa sözlə, cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin qanuniliyinə hüquqi qiymət verərkən Məhkəmə həmin əmrdən 6 ay sonra qəbul edilmiş Təlimata istinad etmişdir. İkinci əsasa dair apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 47-ci bəndində qeyd etmişdir ki, cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş, iddiaçıya xx.xx.2022-ci il tarixdə saat 10:30-da keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatın verilməsi və onun saat 10:00 radələrində HİK-ə gəlməsi, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getməsi barədə xx.xx.2022-ci il tarixli akt apellyasiya baxışı zamanı təqdim olunmuşdur. Halbuki, MPM-in 372.2-ci maddəsi məhkəmələrdən imperativ qaydada tələb etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarın 22-ci bəndində istinad olunan xx.xx.2012-ci il tarixli Qərarında da məsələyə şərh verilərək, göstərilmişdir ki, yeni (əlavə) sübutların təqdim edilməsi üçün işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmaması sübut edilməli və apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməlidir. Lakin işdən görünür ki, qeyd olunan sübutetmə yükü cavabdeh, sübutun təqdim edilməmə səbəblərinin üzrlülüyünün yoxlanması vəzifəsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi ilə bağlı məhdudiyyətin müəyyən edilməsidir. . O da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin bu tələbi prosessual qənaət prinsipini qorumağa yönəlməklə yanaşı, mülki mühakimə icraatının fundamental prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsipləri ilə bağlıdır. Dispozitivlik prinsipi isə işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Məhkəmə kollegiyası bu kontekstdə, həmçinin, qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticənin qəbul edilməməsinin hər iki əsasına haqlı olaraq etiraz etmişdir. Kassasiya şikayətinin xx.xx.2022-ci il tarixli Peşə Təlimatının da apellyasiya baxışı zamanı təqdim olunması (iş vərəqi 212), Həmkarlar İttifaqının xx.xx.2022-ci il tarixli qərarının (i.v. 110) Əmək Məcəlləsinin 80.2-ci maddəsinin tələbinə zidd olaraq əsaslandırılmaması və sahə üzrə praktiki bacarıqların qiymətləndirilməsi zamanı iddiaçıya tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verildiyi barədə dəlilləri də əsaslı olmuşdur. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 29-41-ci bəndlərində müzakirə edilən hallar və bildirilən hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara qanunvericiliyin tələblərinə müvafiq qaydada aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Cavabdeh “Azneft” İstehsalat Birliyinin apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 78, 79, Mülki Prosessual Məcəlləsinin 88, 220, 260.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. Belə ki, iddiaçıya xx.xx.2021-ci ildə xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM m.79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM m.78) sırasında deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqına müraciət edilmiş və razılıq verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 10:30-da keçiriləcək HİK-nin iclası barədə məlumat verilmiş və o, saat 10:00 radələrində HİK-nə gəlmiş, lakin öz xoşu ilə iclasda iştirak etməkdən imtina edərək çıxıb getmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixindən xitam verilmiş, o, xx.xx.2022-ci il tarixdə işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən məcburi mediasiya sessiyasında iştirak edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022 il tarixdə mediasiya təşkilatına müraciət etmiş, müvafiq arayış aldıqdan sonra xx.xx.2022-ci il tarixdə prosessual məcəllənin tələblərini pozaraq iş üzrə icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə kobud prosessual pozuntuya yol verərək iş üzrə icraatı təzələmişdir. Belə ki, AR MPM-in 260.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddia ərizəsi üzrə icraat təzələnməməli idi, iddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət etməli idi. Lakin məhkəmə tərəfindən qeyd edilən bu hallar nəzərə alınmamışdır. İddiaçı ilkin olaraq iddia müddəti ötürülmədən məhkəməyə müraciət etmiş olsa da, sonradan xx.xx.2022-ci ildə iddia ərizəsi baxılmamış saxlandığından, buna görə də iddia müddətinin axımı davam etdiyindən, buna görə də, iddiaçı Əmək Məcəlləsinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün AR Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən, məhkəmə hazırkı işə iddia müddətini də tətbiq edərək iddia tələbini rədd etməli idi.
7. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edilməlidir ki, işçilərin ixtisarı ilə bağlı cavabdeh tərəfindən müvafiq əmr qəbul edilmiş, işçilərin attestasiya edilməsi üçün xx.xx.2020-ci il tarixdə test imtahanı keçirilmişdir. İmtahanın nəticələri həmin gün məlum olsa da, cavabdeh nədənsə, 8 ay sonra yəni 2021-ci ilin may ayında iddiaçı ilə “eyni balı" toplayan Telman Əliyev arasında peşə sınaq imtahanı keçirmişdir. Test imtahanı ilə bağlı onu qeyd etmək lazımdır ki, iddiaçının əmək stajı onunla “eyni balı” toplayan X1 qədər çox olsa da, staja görə qiymətləndirmə zamanı hər ikisinə eyni faiz (30 faiz) dərəcəsi verilmişdir. Bu kriteriyanın hansı əsasla müəyyən edildiyi məlum deyildir. Halbuki, real olaraq 20 ildən yuxarı iş stajı olan işçi ilə ondan daha az stajı olanın eyni qiymətləndirilməsi düzgün deyildir. Digər bir məsələ xx.xx.2020ci il tarixdəki test imtahanlarının nəticələrindən 8 ay sonra cavabdehin “keçirdiyi peşə sınaq imtahanı" ilə bəzi məqamları qeyd etmək zəruridir. Cavabdeh “müvafiq komissiya" tərəfindən X8 bacarıqlarının daha yüksək qiymətləndirildiyini bildirmiş və bu səbəbdən də iddiaçıya xəbərdarlıq bildirişi göndərildiyini göstərmişdir. Cavabdehin “peşə sınaq imtahanı” ilə bağlı təqdim etdiyi sənədlərə nəzər yetirən zaman məlum olmuşdur ki, cavabdehin “müvafiq komissiya”sı cəmi 2 nəfərdən (Qədir Allahverdiyev - Energetika və Elektrik avadanlıqlarının avad. tex. xidmət şöbəsinin rəis müavini və Bahadur Baxışov - Avtomatlaşdırma və MBC tex. xid. şöb. rəis müavini) ibarət olmuş, "qiymətləndirmə" isə cəmi 1 (bir) nəfər (Qədir Allahverdiyev) tərəfindən həyata keçirilmişdir. Halbuki, komissiyanın sayı tək say tərkibdə (ən azı 3 nəfərdən ibarət) olmalı, qiymətləndirmə isə ümumi şəkildə komissiyanın bütün üzvlərinin iştirakı ilə aparılmalı idi. Bundan əlavə, qeyd edilməlidir ki, qiymətləndirmənin nəticəsinə dair yekun protokolla iddiaçı tanış edilməmişdir. Bu hal da xüsusilə vurğulanmalıdır ki, sahə üzrə praktiki bacarıqların “qiymətləndirmə“si zamanı iddiaçıya əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir. Belə ki, iddiaçı qadın cinsinin nümayəndəsi olmasına baxmayaraq, fiziki cəhətdən uyğun olmayan tapşırığın yerinə yetirilməsinə cəlb edilmiş, ona işıq dirəyinə çıxıb naqili oradan açmaq tapşırılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, iddiaçının əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismartexniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Cavabdehin məhkəməyə verildiyini dediyi akt birinci instansiya məhkəməsində keçirilən proseslərdə təqdim edilməmişdir. Təbii ki, aktın da HİK qərarı kimi formal xarakter daşıdığı aşkardır. Belə ki, İddiaçı HİK-də iclasın keçirilməsindən xəbəri olmamış, ümumiyyətlə o, iclasa dəvət olunmamışdır. Nədənsə, cavabdeh HİK-in iclasına dair protokolun xx.xx.2022-ci ildə deyil, xx.xx.2022-ci ildə tərtib edildiyini bildirir, lakin cavabdehin HİK-ə müraciətinin tarixinə nədənsə toxunmur. Halbuki, işdə olan materiallara nəzər yetirəndə görmək olur ki, elə müraciət də xx.xx.2022-ci il tarixdə edilmişdir. Bu vəziyyətdə çox maraqlı bir məsələ ortaya çıxır. Deməli, xx.xx.2022-ci il tarixdə müraciət göndərilir, elə həmin günü, daha doğrusu iş vaxtının saat 09:00-da başlanıldığını nəzərə alsaq, cəmi 1 saat 30 dəqiqə sonra "iclas” təyin edilir, həmin qısa müddət ərzində cavabdeh imkan tapıb heç kimə məlum olmayan formada guya İddiaçı iclasın tarixi barədə “məlumatlandırır” və İddiaçı saat təqribən 10 radələrində ora gəlir ancaq içəri girməkdən imtina edir. Göründüyü kimi ssenari gözəl ancaq zamanlaması yanlışdır. Bu zaman kəsiyində bütün bu yazılanların edilməsi mümkün olmamaqla bərabər həm də absurddur. Üstəgəl buna “don geyindirmək” üçün əlavə olaraq sonradan akt da tərtib edilmişdir. HİK-in qərarının cavabdehin təqdimatından fərqi yalnız üzərində qərar sözünün yazılması olmuşdur. Qalan hissələrdə eynilə təqdimatın təsdiqi həyata keçirilmişdir. Bu hal özü də bir daha sübut edir ki, bütün bu sənədlər formal olaraq tərtib edilmiş və reallıqda Həmkarlar İttifaqının işçi ilə bağlı mövqeyini bildirən sənəd kimi qəbul edilə bilməz. Həmkarlar İttifaqının protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, lakin iddiaçının iclasda iştirakı təmin edilməmiş və ya onun hər hansı formada iclasın tarixi barədə məlumatlandırılmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Siyəzənneft” NQÇİ-nin ümumi yığıncağının protokolundan məlum olur ki, İddiaçı ona edilən iş təklifindən imtina etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X16 iddiaçı işdən çıxmazdan əvvəl ona “Azneft” İB-də vakant yerlər olduğunun bildirildiyini, lakin iddiaçının razılaşmayaraq, öz işini istədiyini dediyini qeyd etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsində iştirak etdiyini, iddiaçıya dəfələrlə başqa yerlərdə işlərin təklif edildiyini, iddiaçının həmkarların iclasına gələrək narazılığını bildirməsi və iştirakdan imtina etməsi ilə bağlı aktı digər sənədlərlə birlikdə birinci instansiya məhkəməsinə təqdim etdiklərini, iddiaçının mediasiyaya müraciət etmədən məhkəməyə müraciət etdiyi üçün birinci dəfə işin baxılmamış saxlanıldıqdan sonra iddiaçının ümumi qaydada məhkəməyə müraciət etməli olduğunu, birinci instansiyası məhkəməsi tərəfindən MPM-in normasının pozulduğunu, iddiaçının ərizə ilə qərardadın ləğv olunması üçün müraciət etdiyini, hakimin də qərardadı ləğv edib, işin icraatını təzələdiyini, iddia müddətinin ötürüldüyünü və bunun etirazllarında qeyd edildiyini bildirmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hazırkı apellyasiya icraatı zamanı barışıqla əlaqədar avqust ayının 30-u dəvət edildiyi Həmkarlar Təşkilatının iclasında ona konkret olaraq Siyəzən NQÇİ-də iş olmadığını dediklərini, ona başqa iş təklif olunmadığını, cavabdehin vəkilinin sadaladığı işlərin ona 2021-ci ildə təklif olunduğunu, 2021-ci ildə Abşeron NQÇİ-də və 28 May NQÇİ-də ona iş təklif olunan zaman Bakıda yaşayış yeri olmadığını bildirərək, imtina etdiyini, rəis müavininin ona bunu nəzərə alacaqlarını bildirdiyini, test imtahanından 9 ay keçəndən sonra təzədən sınaq imtahanı keçirildiyini, əmək müqviəsində göstərilən müəssisənin əsasnaməsini tələb etmədiyini və onunla tanış olmadığını bildirmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 etiraz məzmunlu izahat verərək, cavabdeh tərəfindən sözügedən aktların təqdim edilmədiyini, vəzifə təlimatının verilməsi ilə bağlı vəsatət verilməsinə baxmayaraq, təqdim edilmədiyini, vəzifə təlimatının apellyasiya məhkəməsinə təqdim olunmasından xəbərdar olmadıqlarını, iddiaçıya vəzifə təlimatına uyğun olmayan işlərin tapşırıldığını, imtahanın nəticələrini mübahisələndirmədiklərini, mediasiyaya vaxtında müraciət edildiyini, iddiaçının əmək funksiyasına daxil olmayan işin görülməsi ilə imtahan edildiyini, vəzifə təlimatları ilə iddiaçının tanış olmasına dair cavabdehin hər hansı sübut təqdim etmədiyini, iddiaçının sözügedən vəzifə təlimatları ilə tanış olmadığını, iddiaçının həmkarlar ittifaqında keçirilən iclasa dəvət edilməsinə dair heç bir sübutun təqdim olunmadığını, ümumiyyətlə həmkarlarla əlaqəli prosedurların qısa müddət ərzində tələm-tələsik həyata keçirildiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 83, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80- 82, 106, 119, 216-220, 227, 385-390, 420-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün iddianın əsasını təşkil edən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, göstərilmiş nəticələr işin mübahisə edilən hallarına uyğun gəlməmişdir. Kollegiya diqqətə çatdırır ki, iddianın predmeti və əsası üzrə mövcud olan faktlar, habelə iddiaçının sübutetmə vəzifəsinə müvafiq hallar sübuta yetirilməmişdir. Müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş məhkəmə, (iddianın mübahisələndirilən dəlillərin mötəbərliyinə lazımi qiymət verilməyən sübutlar əsasında) qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin əsaslandırılması üzrə gəldiyi nəticə çəkişmə prinsipinə zidd olduğundan qətnamə tam ləğv edilməklə apellyasiya şikayəti təmin edilməli və iddia tələbi rədd edilməlidir. 15.Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddələrinin tələblərinə əsasən: 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər: 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər: 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar: 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 288. Fərdi əmək mübahisələrinin predmeti: Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri: 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri: 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
16. İş materialları üzrə “Peşə sınaq imtahanı və Müsahibənin yekun protokolu”ndan məlum olur ki, müsahibə nəticəsində X8 orta balı 3.9 olmaqla müsahibəni keçmiş, İddiaçı orta balı 2.7 olmaqla müsahibəni keçməmişdir. xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən məlum olur ki, İddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2.6 olmaqla (hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir; - xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən məlum olur ki, X13 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 4 olmaqla (hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 4, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 5, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 4 balla) qiymətləndirilmişdir;
17. Diqqətə çatdırılmalıdır ki, əmək müqaviləsinin xitamına əsas ştatların ixtisarı olmuşdur və ixtisarın aparılması iddiaçıya məlum olmuşdur. Müzakirə edilən Peşə sınaq imtahanı və Müsahibənin yekun protokolu və namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi vərəqəsi iddia ərizəsində mübahisələndirilməmiş, onların qanunsuz olmasına dair tələblər irəli sürülməmişdir. Qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələblərinə (ƏM-in fərdi əmək mübahisələrinin predmeti adlanan 288-ci maddəsinə) əsasən: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası; komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi və digər ayrıca göstərilmiş məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə nizama salınan ayrıca əmək mübahisəsi predmetləridir. Həmkarlar ittifaqının iclasından iddiaçının məlumatlı olması barədə aktın apellyasiya icraatı zamanı təqdim edilməsinə əsas isə qətnamənin ləğvinə yönəlmiş apellyasiya şikayətinin dəlillərinin təsdiq və qətnamədə göstərilmiş əsasların təkzib edilməsi zərurəti olmuşdur. Belə ki, iddianın əsasını iddiaçının stajının, xəstəliyinin və təhsil almasının nəzərə alınmaması və təhdid edilməsi təşkil etsə də birinci instansiya məhkəməsi tələbin predmeti və əsaslarına dair dəyişiklik edilmədən son məhkəmə baxışı iclasında müzakirə edilmiş həmkarlar ittifaqı təşkilatının prosedur fəaliyyətinə və imtahan nəticələrinə müvafiq pozuntulara istinadən iddianı təmin etmiş və iddiaçının bu dəlillərinə münasibət bildirilməsi və müvafiq sənədlərin (sübutları) təqdim edilməsi üçün cavabdehə şərait yaratmayaraq çəkişməni təmin etməmişdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə İşə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallarda yol verilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Bundan əlavə qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən həmkarlar ittifaqının razılığının olmasını müəyyən edən (ƏM-nin 80-cı maddəsinin dispozitiv şərtinə) normaya əməl edilməməsinin nəticəsi, “Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri” adlanan ƏM-in 300-cü maddəsininin dispozitiv şərtinə müvafiq işə bərpanın mütləq göstərişi kimi əks edilməmişdir.
20. Qeyd edilənlərdən əlavə olaraq iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadla mediasiyaya müraciət edilməməsi əsası ilə ərizə baxılmamış saxlanılmış, xx.xx.2022-ci il tarixdən – xx.xx.2022 tarixədək mediasiya sessiyasından sonra iddiaçının müraciəti əsasında iş üzrə xx.xx.2022-ci il tarixli qəbul edilmiş məhkəmə qərardadı ilə icraat təzələnməklə mülki prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət etməli idi. Diqqətə çatdırılmalıdır ki, yalnız Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmənin (iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə), bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadının ləğv səlahiyyəti vardır. Bu baxımdan, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bir aylıq iddia müddətinin ötürülməsini təkzib edən əsaslı dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla belə, qeyd edilən prosessual pozuntuya dair araşdırma üzrə kassasiya instansiya məhkəməsinin göstərişləri olmadığından kollegiya bu prosessual uyğunsuzluğun müzakirəsi üçün və ərizənin baxılmaması üçün əsaslar müəyyən etmir.
21. Kassasiya instansiya məhkəməsinin təlimatın təsdiq edilmə tarixinin əmrdən sonra olması barədə araşdırılması vacib olan göstərişlərinə dair qeyd edilməlidir ki, iddiaçının təlimatdan öncə vəzifələrini müəyyən edən əmək müqaviləsinin 3.1-ci bəndinin şərtlərində uyğun təşkilatın əsasnaməsi olmuşdur ki, iddiaçı bu sənəddən ümumiyyətlə xəbərsiz olmuşdur. Halbuki, qeyd edilən dəlillərin müzakirəsi peşə fəaliyyətinə dair imtahan nəticələrinin mübahisələndirildiyi təqdirdə mümkün ola bilərdi. Hazırda belə tələblər, o cümlədən iddianın predmeti və əsası başqa istinadlar olduğundan onların müzakirəsi yolverilməzdir. Belə ki, birinci instansiya məhkəməsinin hazırlıq mərhələsindən sonra və ya apellyasiya baxışı zamanı iddiaçı iddia predmetinin və ya əsasının dəyişdirilməsi (iddia həcminin artırılması) barədə əsaslandırılmış müraciət etməmişdir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Azneft" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.