Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5319/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-166/2024 nörməli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 30 mart 2018-ci il tarixli, 036 nömrəli müqaviləyə əsasən, İddiaçı Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.7 m2 olan (faktiki sahəsi 85 m2 ) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Cavabdeh MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Faktiki sahə 85 m2 20% artırılır (102 m2 ). Təmir haqqı ümumilikdə 13260 manat məbləğdə qiymətləndirilib 10,2 m2 sahə ilə əvəzləşdirilərək veriləcək 102 m2 sahənin üzərinə əlavə edilir.
2. Tərəflər arasında imzalanmış 30 mart 2018-ci il tarixli, 036 saylı müqaviləyə 23 dekabr 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı veriləcək mənzilin sahəsinə əlavə ediləcək 10.8 m2 üçün hesablanmış məbləğ 30 iyun 2019-cu il tarixdən 30 dekabr 2021-ci il tarixinədək hesablanan 30 aylıq kirayə haqqından çıxılması, tikinti şirkəti tərəfindən İddiaçı yerdə qalan 960 manat məbləğində pul vəsaitinin ödənilməsi, “əmlak mülkiyyətçisi”nə 3-cü blok 6-cı mərtəbədən ümumi sahəsi 123 kv.m təşkil edən mənzil verilməsi razılaşdırılmışdır.
3. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubuna əsasən müəyyən edilir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Nəsimi rayonu, S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli yaşayış binaları və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası, 300 mənzilli, 1 və 2ci mərtəbələri qeyri-yaşayış sahəsi, texniki mərtəbəsi yaşayış olan yaşayış binasına ünvan 3 ünvanı verilərək mövcud vəziyyətdə 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan 30 mart 2018-ci il tarixli, 036 saylı Müqavilə və 23 dekabr 2021-ci il tarixli, 1 saylı müqaviləyə əlavə üzrə Cavabdeh MTK tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 13.47 kv.m sahəyə görə, 20205 manat pulun, həmin müqavilə üzrə 5000 manat kirayə haqqının və ödənilmiş 165.7 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə cavabdeh tərəfindən İddiaçıtəhvil verilməli olan mənzilin ümumi sahəsi 123 kv.mdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmiş mənzilin sahəsi barədə iddiaçıda əsaslı şübhələr yarandığından xx.xx.2023-cü il tarixində AR “X5” MMC-yə “İddiaçı mülkiyyətinə verilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 3-cü blok 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə uyğun olaraq nə qədər təşkil edir?” sualı ilə müraciət edilmişdir. İddiaçının müraciətinə əsasən, xx.xx.2023- cü il tarixli, 108 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, “İddiaçı mülkiyyətinə verilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 3-cü blok 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ümumi sahəsi – 109.53 kv.m təşkil edir.” 123 kv.m– 109.53 kv.m= 13.47 kv.m Müqavilənin 2.2.4-cü maddəsinə əsasən, “tikinti şirkətinin vəzifələrindən biri də ““Əmlak mülkiyyətçisi”-nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”-nə ödəməkdir (1 kv.metr üçün 1500 manat).” Göründüyü kimi, İddiaçı CavabdehMMC tərəfindən ümumi sahəsi 123 kv.m mənzil verilməli olduğu halda, 13.47 kv.m az olan mənzil təhvil verilmişdir. Belə olan halda, mənzilin 1 kv.m-i 1500 manat məbləğində qiymətləndirilir. 13.47 kv.mx 1500 manat = 20.205 manat Cavabdeh tərəfindən İddiaçı mənzilin ümumi sahəsinin razılaşdırılmış ölçüdən az olan hissəsi ilə bağlı ödənilməli olan kompensasiya məbləği 20.205 manat təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli (təmir haqqı əvəzləşdirilmişdir.) mənzil ilə təmin edən günədək (mənzil təhvil verilənədək) onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda l (bir) dəfə ödəyir.” Nəzərinizə çatdırırıq ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayı üzrə kirayə haqqı ödənildikdən sonra, cavabdeh tərəfindən bugünədək kirayə haqqı ödənilməmişdir.
6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 mart 2018-ci il tarixli, 036 nömrəli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Həmçinin iddiaçı müqavilə üzrə 2022-ci ilin oktyabr ayından bu günədək 10 ay üzrə - avqust ayı daxil olmaqla 5000 manat kirayə haqqının ödənilməsini tələb etmişdir. Bu hissədə də məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Cavabdeh MTK tərəfindən 2022-ci ilədək kirayə haqqının ödənilməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunmuşdur. Həmçinin bu günki tarixədək kirayə haqqının tələb edilməsi əsaslı deyil, belə ki, mənzil cavabdeh artıq təhvil verilmişdir. İddiaçının mənzili qəbul etmədiyi halda kirayə haqqı tələb etməsi yolverilməzdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 762, 766, 773, 776.1-ci maddələri və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3, 59.4, 59,5-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-166/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, mənzil təhvil verildikdə onun qüsurlardan azad olması, müqavilədə nəzərdə tutulan keyfiyyətə uyğun gəlməsi və üçüncü şəxslərin iddialarından qorunmuş olması vacibdir. Mənzilin sahəsi ilə bağlı ortaya çıxan nöqsan, podratın nəticəsinin müqaviləyə uyğun olmaması və bu səbəbdən qüsurlu hesab edilməsi deməkdir. Qeyd edilən normaya əsaslanaraq, iddiaçıya təhvil verilmiş mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olması səbəbindən haqlı olaraq, iddiaçının kompensasiyası tələb etmək hüququ yaranmışdır. Müqavilənin 2.2.4-cü maddəsinə əsasən, “tikinti şirkətinin vəzifələrindən biri də “Əmlak mülkiyyətçisi”-nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”-nə ödəməkdir (1 kv.metr üçün 1500 manat).” Göründüyü kimi, veriləcək sahə az olduğu təqdirdə, mənzilin 1 kv.m-nə görə tikinti şirkəti 1500 manat məbləğində pulun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmadığından, mənzilin sahəsinin hesablanmasının divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə ziddiyyət təşkil edir. Göründüyü kimi, mülki qanunvericiliyin şərh olunmuş normaları və müqavilə şərtləri baxımından cavabdeh müqavilədə göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansısa tədbir görməmişdir. Mülki iş materiallarında olan sənədlərlə, habelə məhkəmə araşdırması zamanı əldə edilən ekspert rəyiilə də sözügedən mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahəyə uyğun olmadığı müəyyən edilir. Məhkəmə isə iş materiallarında cavabdeh tərəfindən sözügedən müqavilədə nəzərdə tutulmuş mənzili sahəsinə uyğun şəkildə iddiaçıya təhvil verməsi barədə heç bir mötəbər yazılı sübut – mənzilin təhvil-təslim aktı olmadığı halda, öz qətnaməsi ilə iddiaçının mövcud qüsurlarla bağlı tələb hüququnu təmin etməmiş, işin halları barədə səhv nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə qətnamədə qeyd etmişdir ki, “Həmçinin bu günki tarixədək kirayə haqqının tələb edilməsi əsaslı deyil, belə ki, mənzil cavabdehə artıq təhvil verilmişdir. İddiaçının mənzili qəbul etmədiyi halda kirayə haqqı tələb etməsi yolverilməzdir. Bildirir ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayı üzrə kirayə haqqı ödənildikdən sonra, cavabdeh tərəfindən 2024-cü il iyul ayınadək kirayə haqqı ödənilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçı və cavabdeh arasında müqavilə bağlanılıb. Mənzilin kv.metri ilə müqavilədə olan kv.metri düzgün gəlmir, əskiklik var. Məhkəmə qətnaməsində isə üst-üstə düşdüyü yazılmışdır. İş üzrə ekspertiza da təyin edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri pozulub. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların sahəsi daxil olmaqla hesablanır. 13.47 kv.metr əskikdir. Bunun da dəyəri 20.205 manatdır. Mənzilin arakəsmə divarlarının hesablanması qaydası tikinti qaydalarına əsasən müəyyən olunmuşdur. Mənzil təhviltəslim edilməmişdir. Başqa yerdə yaşamaq üçün kirayə haqqının ödənilməsi o zaman xitam olunur ki, mənzil təhvil verilsin. Bugünə kimi isə mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçıya mənzilin təhvil verilməsi barədə heç bir sübut yoxdur, cavabdeh sübutları təqdim edə bilməmişdir. Rayon məhkəməsində iclas buna görə təxirə də salınmışdır. Mənzilin təhvil alınması üçün rəsmi qaydada məlumat verilməmişdir. İddiaçı dəfələrlə müraciət edib ki, mənzil təhvil verilsin. Heç bir zəng də olmayıb, rəsmi məktub da göndərilməyib. Belə bir sənəd də iş materiallarında yoxdur.İddiaçı məhkəmə çəkişməsi davam etdiyi üçün mənzili təhvil almamışdır.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, İddiaçı ilə müqavilə bağlanılıb. Müqavilənin 1.2-ci bəndində kirayə haqqının ödənilməsi məsələsi qeyd edilib. Pandemiya dövründə binanın təhvil verilməsi gecikib, kirayə haqqı ödənilməyə davam edib. Bina 2022-ci ildə istismara verilib. 300-ə yaxın sakin köçürülüb. İddiaçı müqavilənin öhdəliklərindən yayınıb. İddiaçı mənzilini də ölçüb, mənzili təhvil alıb. Mənzilin təhvil verilməsi barədə poçtla məktub göndəriblər. Mənzilin sahəsi az deyil, qəbul etmirlər. Mənzilin faktiki sahəsi ilə müqavilədə qeyd olunan sahə eynidir, üst-üstə düşür. Bu halların nəzərə alınmasını xahiş edir. İddiaçının yaxın qohumunun da belə bir iddiası var. Binada hazırda tam yaşayış var. Əlavə müqaviləyə əsasən təmirli mənzil verilməli idi. Təmirlə bağlı heç bir problem olmayıb. Əlavə müqavilə 2021-ci ildə bağlanılıb. İddiaçıya zəng olunub və mənzilini təhvil alması barədə ona bildiriş göndərilib. İddiaçı etiraf edir ki, dəfələrlə onlara müraciət edib. İddiaçıya dəfələrlə zəng etmişlər. 2022-ci ilin sentyabr ayından bina istismara qəbul edilib. İddiaçının mənzilini necə verməyə bilərlər. Mənzilin sahəsi də az deyil. Əmlak Komitəsinin nümayəndələri binanın bütün mənzilləri ölçüb, bu barədə məktub da var. Əgər hansısa mənzildə kv.metrində fərq olsa idi bina istismara verilməzdi. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Mənzili təhvil almayan 3 sakin olub. Onlara da mənzilin təhvil verilməsi üçün zəng edilib, məktub göndərilib. Bugün də iddiaçı mənzilini təhvil almır.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi cavabdehdən 20205 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir.
20. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı ilə bağlanmış 30 mart 2018-ci il tarixli, 036 saylı müqaviləyə görə cavabdeh 112,kv.m ümumi sahəsi olan mənzillərin təhvil verilməsini öhdəsinə götürüb.
21. Sonradan tərəflər arasında imzalanmış 30 mart 2018-ci il tarixli, 036 saylı müqaviləyə 23 dekabr 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı veriləcək mənzilin sahəsinə əlavə ediləcək 10.8 m2 üçün hesablanmış məbləğ 30 iyun 2019-cu il tarixdən 30 dekabr 2021-ci il tarixinədək hesablanan 30 aylıq kirayə haqqından çıxılması, tikinti şirkəti tərəfindən İddiaçı yerdə qalan 960 manat məbləğində pul vəsaitinin ödənilməsi, “əmlak mülkiyyətçisi”nə 3-cü blok 6-cı mərtəbədən ümumi sahəsi 123 kv.m təşkil edən mənzil verilməsi razılaşdırılmışdır.
22. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinə cavabdeh tərəfindən əməl edilməyərək müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyi üçün verilməmiş sahənin – 13.47 kv.m dəyəri məbləğində kompensasiya ödənilməsini xahiş edir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8234 nömrəli ekspert rəyinə istinad edilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablandığı halda, bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə aid edilmir.
25. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
26. Göründüyü kimi bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ norma kimi müəyyən edilmişdir.
27. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli, 10/8234 nömrəli ekspert rəyində qeyd edilir ki, ünvan 5 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 109.53 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
29. Tərəflər arasında imzalanmış müqavilədə sahənin hesablanması ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır.
30. Ekspert rəyindən görünür ki, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123.0 kv.m, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan - 109.53 kv.m təşkil edir.
31. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC tərəfindən tərəflər arasında imzalanmış müqavilə şərtləri pozulmaqla az sahə - 109.53 kv.m iddiaçıya təhvil verilmişdir.
32. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. Tərəflər arasında imzalanmış müqavilənin 2.2.4-cü bəndində qeyd edilmişdir ki, “Əmlak mülkiyyətçisi”nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”nə ödəməlidir. (1 kv.metr üçün 1500 AZN)
35. Hazırkı işin hallarından görünür ki, iddiaçıya müqavilə üzrə nəzərdə tutulandan 13.47 kv.m (123.0 kv.m - 109.53 kv.m) az sahə verilmişdir. Belə olan halda iddiaçının 20205 manat məbləğində kompensasiya ödənilməsi tələbi əsaslıdır və təmin edilməlidir. (1500 x 13,47)
36. İddiaçının digər tələbi - həmin müqavilə üzrə 5000 manat kirayə haqqının ödənilməsidir. İddiaçı sonuncu kirayə haqqının 2022-ci ilin oktyabr ayında verildiyini qeyd edir.
37. İşin halları ilə müəyyən edilir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MTKya ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubuna əsasən müəyyən edilir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Nəsimi rayonu, S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli yaşayış binaları və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası, 300 mənzilli, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, texniki mərtəbəsi yaşayış olan yaşayış binasına ünvan 3 ünvanı verilərək mövcud vəziyyətdə 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir.
38. Bundan əlavə, 22 oktyabr 2022-ci il tarixli aktda qeyd edilir ki, Cavabdeh MTK-nın məsul əməkdaşı X3 tərəfindən sakin X6 və İddiaçı ilə 051 235 56 50 nömrəli mobil telefon ilə dəfələrlə əlaqə saxlanılmış və bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan mənzil Cavabdeh MTK xx.xx.2022-ci il tarixdən istismara qəbul edilmişdir və xx.xx.2022-ci il tarixdən etibarən ona məxsus mənzil təhvil alınmalıdır. X4, X12, Rza-zadə Şirin Əjdər oğlu, X3, Nümayəndə2 tərəfindən imzalanmışdır.
39. Kollegiya qeyd edir ki, cavabdeh tərəf binanın istismara qəbul edilməsi və mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməsi üçün gördüyü tədbirlər barədə məhkəməyə sübut təqdim etmişdir. İddiaçı tərəf isə həmin halları təkzib edəcək sübut məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, əgər mənzil hazır deyildirsə və yaxud təhvil verilmirdisə iddaçı tərəfindən ən azı cavabdehdən mənzilin təhvil verilməsini tələb etməsi barədə müraciətlər verilə bilərdi. Lakin belə bir müraciətin olması iş materiallarından müəyyən olunmur.
40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kirayə haqqının ödənilməsi ilə bağlı tələbi əsassızdır. Həmin hissədə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 166/2024 nörməli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh MTK dan 20205 (iyirmi min iki yüz beş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, qətnamə kirayə haqqı tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat Cavabdeh MTK-dən alınaraq İddiaçı ödənilməli, birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi ilə bağlı 50 manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
42. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-166/2024 nörməli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh MTK -dan 20205 (iyirmi min iki yüz beş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamə kirayə haqqı tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat Cavabdeh MTK-dən alınaraq İddiaçı ödənilsin. Rüsumun qalıq hissəsi apellyatora aid edilsin. Birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi ilə bağlı 50 manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar Xəyal Sarıyev : Fərrux Qasımov