Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5321/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “kompensasiya məbləğinin və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-165/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MTK arasında olan xx.xx.2018-ci il tarixli, 015 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, 1 saylı müqaviləyə əlavə üzrə Cavabdeh MTK tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 19,57 kv.m sahəyə görə 29.355 manat pulun, həmin müqavilə üzrə 5.000 manat kirayə haqqının və ödənilmiş 193,10 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-165/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə iddia tələbindən imtinaya dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddiadan imtina barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, bu ərizəni məhkəməyə təqdim edən iddiaçının nümayəndəsinə iddiaçı tərəfindən iddiadan imtina etmək səlahiyyətinin verilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hərəkətlərin qanuna zidd olması dedikdə müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi və həmin hərəkətin mahiyyətinin qanuna zidd olması başa düşülür. Həmin hərəkətlərin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması dedikdə isə bu hərəkətlərin doğurduğu hüquqi nəticələrin konkret hüquqi və ya fiziki şəxsin qanuni maraqlarına birbaşa zidd olması başa düşülür. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən iş üzrə aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır. İş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu bu ödənişi həyata keçirən iddiaçıya büdcədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-165/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət gəlirlərinə alınsın. Ödənilmiş 193,10 (bir yüz doxsan üç manat, on qəpik) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən İddiaçı büdcədən geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5321/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5321/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver