Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5322/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və Cavabdeh2nə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2n nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı - 2 №-li Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçisi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70 - ci maddəsinin "b" bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilib, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən 2 №-li Regional Sukanal İdarəsində 8 il 4 ay 22 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarı işdənçıxarma müavinəti verilib, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim günü pul əvəzi ödənilib.
2. İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2024-cü il tarixli 518-K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Su Ehtiyatları Agentliyini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və “Regional Su və Meliorasiya Xidməti” publik şəxsi Şamaxı su və X1 idarəsinində əvvəlki işinə bərpa edilməsi, 17 dekabr 2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqının ona ödənilməsi, 16 iyul 2024-cü tarixli xəbərdarlıq məktubu və 16 dekabr 2024-cü il tarixli işdən azad edilmə əmrinin əslini təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qət edilməsini xahiş edib.
4. İddiada göstərilib ki, 2016-cı ilin fevral ayında "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı Sukanal sahəsinə nəzarətçi peşəsinə qəbul edilmişdir. Bu peşədə 8 il 10 ay qüsursuz işləmiş, hər gün işdə olmuş, işinin öhdəsindən layiqincə gəlmiş, heç bir töhmət və ya xəbərdarlıq almamışdır. 14 oktyabr 2024-cü il tarixdə ADSEA “Regional Su və Meliorasiya Xidməti” publik hüquqi şəxsin Şamaxı su və X1 idarəsinin yeni rəisi Əhəd Əzizov birləşmə ilə əlaqədar 2 saylı Regional Sukanal İdarəsinin X10 işçilərini yenidən işə qəbul etsə də, bəzilərinin adlarının qarşısına “imtina" sözü yazılmış siyahını Regional İdarəyə göndərərək həmin işçiləri işə qəbul etməyəcəyini bildirmişdir. Həmin siyahıda onun da adının qarşısına imtina yazılmışdır. Sonradan həmin işçiləri işə qəbul etsə də, onu qərəzli şəkildə işə qəbul etməmişdir. Buna görə, dəfələrlə Əhəd Əzizovun qəbulunda olmuş, şikayət ərizələri ilə müraciət etsə də, Əhəd Əzizov ona bildirmişdir ki, “hara istəyirsən get, kimə istəyirsən yaz mən səni işə qəbul etməyəcəm”. 17 dekabr 2024-cü ilə kimi hər gün işdə olmuş və işə davamiyyət jurnalına imza etmişdir. 17 dekabr 2024-cü il tarixdə onu qanunsuz olaraq işdən azad etmişlər. Şikayət edib ki, niyə xəbərdarlıq etmədən işdən azad edilmişdir. Ona 19 dekabr 2024 - cü il tarixdə 2 saylı Regional Sukanal İdarəsinin 16 iyul 2024-cü il tarixli 101 saylı “Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” məktubunu verib bildirmişlər ki, ona həmin tarixdə xəbərdarlıq məktubu verilmiş məktub idarədə qalmışdır. O bildirmişdir ki, bu xəbərdarlıqdakı imza və xətt onun deyil. X10 rəisi Eldəniz Şeydayev bildirmişdir ki, xəbərdarlıq iyul ayından idarədə qalmışdır. ADSEA “Regional Su və Meliorasiya Xidməti” publik hüquqi şəxsin Şamaxı su və X1 idarəsinin ştat cədvəlində onun işlədiyi ştat ixtisara düşmədiyi halda onu ixtisar adı altında işdən azad etmişlər. Ona heç bir iş təklif edilməmişdir. Birinci işə o, qəbul edilməli olduğu halda qıraqdan 15-dən çox işçi işə qəbul edilmişdir. Hətta onun ştat vahidi olan nəzarətçi peşəsinə də işçi qəbul edilmişdir. Dəfələrlə ADSEA-ya işdən qanunsuz çıxarılmağı ilə bağlı yazılı müraciət etmiş, müraciətinə cavab olaraq Agentlikdə vakansiya ilə bağlı işlər müvəqqəti dayandırıldığı, işlə bağlı Məşğulluq idarəsinə müraciət edilməsi yazılmış rəsmi məktubla cavab vermişlər. Yenidən Agentliyə məktubla müraciət etmişdir ki, əgər yazılan kimi işə qəbul dayandırılıbsa, niyə onu işdən azad edəndən sonra qıraqdan 15-dən çox işçini işə qəbul etmisiz? Bu barədə ona heç bir cavab verilməmiş, işə bərpa edilməyi ilə bağlı 23 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qəbulunda olmuş, vəziyyətini ərizə ilə birlikdə Mehriban xanıma bildirmişdir. Ona deyilmişdir ki, işinə bərpa ediləcək və eyni zamanda Administrasiyadan ADSEA-ya işə bərpa edilməyi ilə bağlı məktub da göndərilmişdir. Daha sonra 17 yanvar 2025-ci il tarixdə Quba şəhərində ADSEA sədri Zaur Mikayılovun qəbulunda olmuş, Zaur Mikayılov da bildirmişdir ki, 3 ya 4 gündən sonra əlaqə saxlanılacaq və nəticə barədə məlumat veriləcək. Lakin bu günə kimi bir zəng də edilməmişdir. Odur ki, işinə bərpa edilməklə qalan əmək haqqının alınması ilə bağlı mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəflər mediasiyaya gəlməkdən imtina etmişlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və “Regional Su və Meliorasiya Xidməti” publik şəxsi Şamaxı Su və X1 İdarəsində əvvəlki işinə bərpa edilməyi barədə iddia tələbinin təmin olunması, 17 dekabr 2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqısının ona ödənilməsi, 16 iyul 2024-cü tarixli xəbərdarlıq məktubu və 16 dekabr 2024-cü il tarixli işdən azad edilmə əmrinin əslini təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qət edilməsini xahiş edib.
6. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılıb.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ADSEA “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin 518 - K saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında olan əmrinin ləğv olunması, əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxılmaya görə ayların əmək haqqının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin təşəbbüsü ilə Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş edib.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2025 saylı, 15 iyul 2025ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin təmin edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Cavabdeh2 2 nömrəli Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi; məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin Şamaxı Sukanal İdarəsində 2-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə 4-cü dərəcə ilə Müştəri Xidmətlər qrupunun su kəməri təsərrüfatına nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə 4-cü dərəcə ilə "xxxx" MMC-nin 2№-li Regional Sukanal İdarəsinin Şamaxı abonent işləri sahəsinin iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə 4-cü dərəcə ilə 2 saylı Regional Sukanal İdarəsinin Şamaxı SKS-nin iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu mddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2019- cu il tarixdə "xxxx" ASC-nin 2 №-li Regional Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən X10 iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna 4-cü dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə X10 Abonentlərlə iş qrupuna 4-cü dərəcə ilə su kəməri təsərrüfatınında nəzarətçi peşəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. X11 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən işçi İddiaçı rəsmi xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. Keçmiş 2 №-li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşmüş, onlardan 86 nəfəri ilə X11 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsi arasında yenidən əmək müqaviləsi bağlansa da, İddiaçı daha əvvəl “X7” filialının Şamaxı poçtunun xx.xx.2001-ci il tarixli, 341 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edildiyinə görə onunla yenidən əmək müqaviləsi bağlanmamışdır. Hazırda İddiaçı “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin 2 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2024cü il tarixli 518-K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinin ləğv olunması, əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxılmaya görə ayların əmək haqqının ona ödənilməsi barədə qərar qəbul edilməsini tələbi ilə məhkəməyə müraciət etmişdir. İşçilərinin sayının və ştatının ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-in 78-ci maddəsi); işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir (ƏM-in 77-ci maddəsi); xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir (ƏM-in 77-ci maddəsi); işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Plenum Qərarında işçilərin sayının azaldılması və ştatların azaldılması ilə bağlı qeyd olunmuşdur ki, ƏM-in 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə İddiaçı əmək müqaviləsi ləğv edilərkən, ona başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmiş, ixtisardan sonra 2 №-li Regional Sukanal İdarəsinin Şamaxı Sukanal sahəsində 7 nəfər nəzarətçi vəzifəsinə bərpa edilmiş, nəzarətçilərdən yalnız İddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmamış, sonradan idarədə yeni ştat cədvəli tərtib edilmiş və ştat vahidləri artırılmışdır. İddiaçının uzun illər xidmət etməsinə baxmayaraq, onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, sonradan digər şəxslərlə əmək müqavilələri bağlanaraq onların işə götürülməsi, həmin işçilərlə müqayisədə ayrıseçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Cavabdeh2, o cümlədən 2 №-li Regional Sukanal İdarəsinin X10 hazırkı strukturu və ştat cədvəli, ştat vahidi barədə məlumatların əldə olunması ilə əlaqədar məhkəmə tərəfindən sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Bundan başqa, ƏM-in 80.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəllənin 80.2.-ci maddəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X5 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad olunmasına razılıq vermədiyi halda, işəgötürən Həmkarlar ittifaqı təşkilatının qərarı ilə razılaşmırsa və işçi ilə bağlanmış müqaviləsinin ləğv olunmasında israrlıdırsa o, bu halı əsaslandırmaqla qərar qəbul etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə məktub ünvanlamaqla məsələyə münasibət bildirmişdir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
12. Qətnamədən cavabdehlər Cavabdeh2 və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir.
13. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edib şikayətində göstərib ki, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X13 xx.xx.2025-ci il tarixli, 3-53-2/2-1751/2025 nömrəli sorğuya cavab məktubuna əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 №li Fərmanına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2 yaradılmışdır. Keçmiş 2 №li Regional Sukanal İdarəsinin xx.xx.2024-ci il tarixli, 101 nömrəli məktubuna əsasən, “abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi” vəzifəsində işləyən İddiaçı və digər 92 (doxsan iki) işçiyə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq bildirişləri təqdim edilmişdir. 2 №li Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Keçmiş 2 №li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşmüş, onlardan 86 nəfəri ilə X11 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsi arasında yenidən əmək müqaviləsi bağlanmışdır. İddiaçı daha əvvəl X7 filialının Şamaxı poçtunun xx.xx.2001-ci il tarixli, 341 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X11 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsinin 28 dekabr 2024-cü il tarixdə təsdiqlənmiş ştat cədvəlinə əsasən Ştat cədvəli üzrə cəmi 142 işçi təsdiq edilmiş, fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə 5 nəfər, iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə 2 nəfər işçi ştata alınmışdır. X8, X9 ilə yenidən əmək müqaviləsi bağlanılmış və onlar su kəməri təsərrüfatında nəzarətçi vəzifələrinə bərpa edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsi Ucar sukanal sahəsinin 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi cənab Fərhad Heydərova ünvanladığı xx.xx.2024-cü il tarixli, 01/05 nömrəli “Ştat vahidinin ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” müraciət məktubuna əsasən SuTəsərrüfatı İşçilərinin, X5 daxil olmuş xx.xx.2024-cü il tarixli 13-16-9-2/2-01/3- 403/2024 saylı məktubuna tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən, 2 №-li Regional Sukanal idarəsinin əməkdaşlarının tutduqları vəzifələr üzrə ştat vahidləri ixtisara düşmüşdür. Ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqavilələrinə xitam verilən zaman, əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqavilələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2024-cü il tarixli 518-K nömrəli əmrlə Azərbaycan Respublikasının 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir Buna baxmayaraq birinci instansiya məhkəməsinə kifayət qədər sübut üçün iş materialları təqdim olunsa da, bu kimi sübutları nəzərə almamış, təqdim olunmuş materiallar araşdırılmadan, yalnız iddiaçının əsassız, şifahi sözlərini əsas götürərək 2(004)-2100/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnamə qəbul etmişdir. Bununla yanaşı, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə isə sadəcə iddiaçının göstərdikləri ilə kifayətlənmiş və müvafiq araşdırma aparmamışdır.
14. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi də apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edib şikayətində göstərib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5- ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2 yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən Cavabdeh2 meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə Cavabdeh2n Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strurkturda Yevlax rayon Su kanal İdarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi Cavabdeh2 publik hüquqi şəxsə həvalə edilmişdir. İddiaçını çalışmış olduğu Yevlax rayon Su kanal İdarəsi Cavabdeh2n tərkibinə verilərək Yevlax Su X1 İdarəsi yaradılmışdır. Cavabdeh2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib edilməməsi Cavabdeh2n daxili işidir. Hal-hazırda cavabdehin Şamaxı rayon Su kanal İdarəsi adında struktur təşkilatı mövcud deyildir. Bu kimi hallar olmasına və cavabdehin Şamaxı rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2n nümayəndəsi X6 ayrı-ayrılıqda təmsil etdikləri cavabdeh orqanlar tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək onların məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 11, “ə” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X5 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292.2 Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmasa da, Cavabdeh2 apellyasiya şikayəti qətnamənin İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X13 2 nömrəli Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi hissəsində dəyişdirilməsi üçün əsasdır.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Hər iki apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin hər iki apellyasiya şikayəti üzrə ləğv edilməsi i üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının işə bərpa olunduğu qurumun adı və vəzifəsi istisna olmaqla hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, eləcə də cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
27. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla iddiaçının işə bərpa olunduğu qurumun adı və vəzifəsi istisna olmaqla qalan hissələrdə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Buna görə də, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, digər Cavabdeh2n apellyasiya şikayəti isə yalnız iddiaçının işə bərpa olunduğu qurumun adı və vəzifəsi hissəsində dəyişdirilməsi üçün əsas olduğundan qətnamənin qalan hissələrdə apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
28. Əvvəla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən - 2 №-li Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70 - ci maddəsinin "b" bəndinə əsasən, yəni ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilsə də, onun işə bərpa olunduğu qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh2 olmuşdur. Demək iddia əmək müqaviləsinin ləğv edilməsi hissəsində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə, işə bərpa olunması hissəsində isə Cavabdeh2nə qarşı yönəlib. Hər iki cavabdehin hansı qaydada və regionlar üzrə yaradıldığı, hansı xidmətləri göstərdiyi və digər hallar apellyasiya şikayətlərinin məzmununda göstərilməklə yanaşı işin mübahisəsiz halı sayılır.
29. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi apellyasiya şikayətində iddiçının əmək müqaviləsinə xitam verilənədək işlədiyi qurumun adını dəqiq göstərməsə də Cavabdeh2n onun alt qurumu olmadığı və ona hansısa göstəriş vermək səlahiyyətinin olmaması da bəllidir. Qətnamə ilə onun üzərinə yalnız 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi vəzifəsi qoyulub. Çünki bu əmr Cavabdeh2 tərəfindən verilməyib, nə də əmr verilərkən 2 nömrəli Regional Sukanal İdarəsi onun strukturuna aid olmayıb. Əmrin verildiyi blankda da onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr olduğu qeyd olunub, möhürün üzərində isə "xxxx" ASC və 2 nömrəli Regional Sukanal İdarəsi yazıları əks olunub(i.v.5). Qeyd olunduğu kimi qətnamə ilə iddiaçının işə bərpa edilməsi vəzifəsi Cavabdeh2nə həvalə edildiyindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 buna görə narahat olmasına da zərurət və əsas olmadığından, onun işə bərpa hissəsində iddianın əsassız olaraq təmin edilməsi və bunun qətnamənin icrasını mümkünsüz edəcəyi barədə fikirlər irəl sürməsinə də gərək və ehtiyac yox idi. Göründüyü kimi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
30. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, keçmiş 2 №li Regional Sukanal İdarəsinin xx.xx.2024-ci il tarixli, 101 nömrəli məktubuna əsasən, “abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi” vəzifəsində işləyən İddiaçı və digər 92 (doxsan iki) işçiyə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq bildirişləri təqdim edildiyi göstərilsə də, iddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək həmin bildirişdəki imzanı icra etmədiyini və bunun müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir(i.v.4;53). Ancaq birinci instansiya məhkəməsi buna lüzum görməmişdir. Məhkəmə tərkibi də qeyd olunan bildirişdəki imzanın iddiaçı tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinə də əsas və zərurət görmədi. Çünki bu halın müəyyən edilib-edilməməsinin iddianın əsaslı olmasına heç bir təsiri yoxdur. 31.Bundan əlavə, keçmiş 2 №li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşüb, onlardan 86 nəfəri ilə X11 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsi arasında yenidən əmək müqaviləsi bağlansa da İddiaçı daha əvvəl "xxxx" Dövlət Müəssisəsi filialının Şamaxı poçtunun xx.xx.2001-ci il tarixli, 341 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edilməsi barədə dəlillər də açıq-aşkar iddiaçıya qarşı olan qərəzli münasibəti nümayiş etdirib. Çünki həmin vaxtdan 23 il keçdikdən sonra, üstəlik cevrilən qurumlarda 8 il, 4 ay, 22 gün qüsursuz, nöqsansız və hər hansı bir intizam tənbehi almadan işlədikdən sonra ona qarşı bu cür münasibət ədalətsiz olmuşdur. Yəni, 23 il əvvəl başqa bir qurumda işlədiyinə görə intizam tənbehinə məruz qalmasının, 23 il sonra onu mənfi xarakterizə edən hal kimi qiymətləndirilməsi tamamilə yanlış qərar olmuşdur.
32. Göstərilənlərlə yanaşı, hazırkı işin halları onu deməyə əsas verir ki, burada həqiqi mənada ştatların ixtisarından da söhbət gedə bilməz. Çünki cavabdeh publik hüquqi şəxslər məlum Fərmana əsasən çevrilmə yolu ilə yenidən təşkil yolu yaradılmışdır. İddiaçı ilə yanaşı 92 nəfər çevrilən əvvəlki hüquqi şəxsin strukturuna daxil olan qurumda eyni xarakterli işlərdə işləyib. Məhz buna görə də 92 nəfərdən 86 nəfəri ilə yenidən əmək müqaviləsi bağlanıb və onlar xarakterinə görə əvvəlki işləri ilə eyni olan vəzifələrdə yenidən işlərini davam edir. Bu faktlar da apellyasiya şikayətinin açıq-aşkar əsassız olduğunu bir daha təsdiq edir.
33. Bundan əlavə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Cavabdeh şəxslər hansısa tədbirlər gördüyünə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Həmçinin cavabdehlər Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin imperativ tələbinə də əməl etməyib. Belə ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Yəni, cavabdeh işdə saxladığı 86 nəfərin əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin iddiaçıdan daha yüksək olduğuna, eləcə də peşəkarlıq səviyyəsini müəyyən edərkən onların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına dair də məhkəməyə heç bir sübut təqdim etməyib. Bu cür vəziyyət də onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya qarşı hər hansı bir əsas və səbəb olmadan ayrıseçkiliyə yol verilib.
34. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının işə bərpa olunduğu qurumun adında yanlışlığa yol vermişdir. Çünki həm iddia ərizəsində, həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrində iddiaçı “Regional Su və Meliorasiya Xidməti” publik şəxsi Şamaxı Su və X1 İdarəsində əvvəlki işinə bərpa edilməyini tələb edib. Lakin məhkəmə Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X13 mövcud olmayan 2 nömrəli Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsini qət edib ki, bu da yanlış olmuşdur. Ona görə də qeyd olunan hissədə qətnamə dəyişdirilməli və İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh2 Şamaxı su X1 idarəsində əvvəlki işinə(peşəsinə) uyğun (İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və ya Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və.s ola bilər)vəzifəsinə bərpa edilməlidir.
35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməməli, digər Cavabdeh2n apellyasiya şikayəti isə qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsi İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X13 2 nömrəli Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi hissəsində dəyişdirilməli; İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh2 Şamaxı su X1 idarəsində əvvəlki işinə(peşəsinə) uyğun (İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və ya Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və.s ola bilər)vəzifəyə bərpa edilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin, digər Cavabdeh2n apellyasiya şikayəti isə qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsi İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X13 2 nömrəli Regional Sukanal İdarəsinin X10 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi hissəsində dəyişdirilsin: İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh2 Şamaxı su X1 idarəsində əvvəlki işinə(peşəsinə) uyğun (İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və ya Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və.s ola bilər)vəzifəyə bərpa edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.