Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5323/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh4 və cavabdehlər Cavabdeh4 və Cavabdeh2 vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı «istifadə hüququ itirilmiş hesab olunmaqla mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(011)-3737/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Bikəs qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı «istifadə hüququ itirilmiş hesab olunmaqla mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(011)- 3737/2020 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilmiş, qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Bikəs qızı birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışında Cavabdeh4, həmçinin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 vəkili X6 məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtinaya dair ərizə təqdim edərək göstərilmişlər ki, iddiaçı ilə aralarından olan hazırki mübahisə məhkəmədən kənar qaydada barışıq yolu ilə həll edilmişdir. Bu səbəbdən də, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Bikəs qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(011)-3737/2020 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətindən imtinanın qəbul edilərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, həmçinin şikayətdən imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı «istifadə hüququ itirilmiş hesab olunmaqla mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(011)-3737/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Bikəs qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5323/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5323/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver