Məhkəmə qərarları › İş №2(103)-533/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-533/2023

30.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-533/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçıların vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, səkkiz otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. İddiaçı1 vəsatətinə əsasən X22, məhkəmənin təşəbbüsünə əsasən isə "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddiasını müdafiə edərək, bildirmişdir ki, cavabdeh onun faktiki nikahda olduğu X11 qardaşıdır.X3 faktiki nikahından xx.xx.1999-cu il tarixdə İddiaçı3 və xx.xx.2002-ci il tarixdə İddiaçı2 doğulmuşdur. Onlar 2005-ci ilin yay aylarına kimi onların istifadə və sahibliyində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Muxtar Axundov küçəsi, 25 saylı evdə yaşamışdılar. Bundan sonra X22 fərdi fəaliyyətlə məşğul olmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və onlar başqa mənzil almaq məqsədi ilə həmin evi satmaq qərarına gəlmişdilər və bu səbəbdən bir müddət Beyləqan rayonunda yaşamışdılar. Həmin ev satıldıqdan sonra əldə edilmiş vəsait hesabına 2006-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 22 nömrəli evin, 2 və 3 nömrəli mənzilləri alınmış və həmin mənzillər də sökülərək, 2007-ci ildə X11 vəsaiti hesabına hazırda mübahisələndirilən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi və onun arxasında olan digər ev tikilmişdir. Bundan sonra o, uşaqları, yəni digər iddiaçılarla birlikdə mübahisəli evə köçmüşlər. Onların yaşadığı evin arxasında inşa edilmiş digər evdə isə qaynı, mərhum X28 yaşamışdır. Mübahisəli evdə 2019-cu ildə oğurluq hadisəsi baş verdiyindən həmin vaxt təhlükəsizlikləri baxımından müvəqqəti olaraq evi tərk etmişlər və bir müddət kirayə əsaslarla Bakı şəhəri, Xalqlar Dostluğu metrostansiyasının yanında yerləşən Bəhruz Nuriyev küçəsi, ev 15/9A, 13 saylı mənzildə yaşamışdılar. Evin açarlarını isə cavabdehin oğluna təhvil vermişdilər ki, o, evə nəzarət etsin. Lakin mübahisəli evə qayıtmaq istəyəndə cavabdeh onların oraya köçməsinə və yaşamasına imkan verməmiş, o cümlədən evin açarlarını qaytarmamışdır. Hazırda da onların evdə yaşamasına maneə yaradır. Bununla belə, mübahisəli və digər evin yerləşdiyi yerdə əvvəllər yerləşən mənzillərin onların istifadə və sahibliyində olan evin satışından əldə edilmiş vəsait hesabına alınmasına, mübahisəli və digər evin onun əri X11 vəsaiti hesabına inşa edilməsinə, onun və digər iddiaçıların mübahisəli evdə 2007-2019- cu illərdə fasiləsiz və maneəsiz yaşamasına, evlə bağlı bütün ödənişləri həyata keçirməsinə, həmin evlərin cavabdehə hər hansı aidiyyətinin olmamasına, cavabdehin ümumiyyətlə orada yaşamamasına baxmayaraq, hazırda cavabdeh hər hansı əsas olmadan onu mübahisəli evdə yaşamaq hüququndan məhrum etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddialarını və iddiaçının mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən əmlakın cavabdehə hüquqi baxımdan hər hansı aidiyyəti yoxdur.İddiaçının həmin evdə yaşaması cavabdehin hər hansı hüququna müdaxilə və ya hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh nəinki mübahisəli evdə, həmin ünvanda inşa edilmiş və mübahisəli evin arxasında yerləşən digər evdə də heç vaxt yaşamamışdır. Hər iki ev iddiaçının hüquqi baxımdan faktiki nikah münasibətlərində olduğu, reallıqda isə el adəti ilə ailə qurduğu əri X22 tərəfindən, onun sifarişi ilə və vəsaiti hesabına inşa edilmişdir. X22 fərdi fəaliyyətlə məşğul olmaq üçün Rusiya Federasiyasına gedənədək onlar bir yerdə yaşamışdılar, nikahlarından iki uşaqları olmuşdur. X22 da mübahisəli evi ailəsi üçün inşa etdirmiş, inşa etdirdiyi digər evdə isə qardaşı X28 yaşamışdır. Məhz bu səbəbdən də inşa edildiyi gündən mübahisəli evdə iddiaçı öz uşaqları ilə yaşamışdır. Lakin hazırda iddiaçı cavabdehin qanunsuz və əsassız müdaxiləsi ilə üzləşmişdilər. Göstərilənlərin nəzərə alınmasını və iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddiasını və İddiaçı1 mövqeyini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. 09 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı2 iddiasını, habelə iddiaçılar İddiaçı1 və İddiaçı3 mövqeyini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçıların qeyd etdiyi həyətdə 24 saylı ev mövcud deyil, yalnız 22 saylı evin 2 və 3 saylı mənzilləri mövcuddur, həmin mənzillər onun vəsaiti hesabına alınmış və mənzillərə dair onun mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, hazırda da mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Muxtar Axundov küçəsi, 25 saylı evin satışından əldə edilmiş 82.000 ABŞ dolları hesabına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 22 saylı evin, 3 saylı mənzilinin alınmasına dair iddiaçıların dəlilləri də əsassızdır. Artıq bildirdiyi kimi, həmin mənzil onun mülkiyyətindədir və həqiqətən də iddiaçıların vəsaiti hesabına alındığı təqdirdə alqı-satqı müqaviləsi onunla deyil, onların hər hansı biri ilə və ya qardaşı X22 ilə bağlanmış olardı və mənzil hazırda onun deyil, onların hər hansı birinin mülkiyyətində olmuş olardı. İddiaçılar həqiqətəndə onun razılığı ilə onun mülkiyyətində olan evdə müəyyən müddət yaşamışdılar. Sonradan İddiaçı1 artıq uşaqlarının böyüdüyünü, iki ailənin bir evdə yaşamasının çətin olduğunu, uşaqları ilə birlikdə kirayə tutduğu başqa evə köçmək istədiyini bildirmiş, o, isə buna ilk olaraq etiraz etsə də, iddiaçının təkidini nəzərə alıb, sonradan razılaşmışdır. İddiaçıların köçməsinin səbəblərindən biri də həmin evin arxasında yerləşən evdə yaşayan və həmin vaxt yataq xəstəsi olan qardaşı X19 qulluq göstərilməsindən yayınmaq olmuşdur. Hər bir halda, qeyd edilən ev iddiaçılara məxsus olsa idi onlara özlərinə məxsus olan evi tərk edib kirayə əsaslarla başqa bir evdə yaşamazdılar. Onların hazırda həmin evə köçüb orada yaşaması üçün hər hansı hüquqları yoxdur. O, da buna qəti olaraq razı deyil. Lakin mübahisəli evdə yerində müayinə keçirildikdən və cavabdehin qeyd etdiyi mənzillərin söküldüyü, yerində isə iki ədəd 2 mərtəbəli, o cümlədən mübahisəli evin mövcud olduğu müəyyən edildikdən sonra cavabdeh bu evlərin hər ikisinin onun vəsaiti hesabına inşa edildiyini qeyd etmişdir. Şahidlərin ifadələri dinlənildikdən sonra isə cavabdeh mübahisəli və digər evin onun qardaşı X15 vəsaiti hesabına inşa edildiyini bildirmiş, daha sonra isə kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan ünvan 3 saylı evin, 3 saylı mənzilini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etdiyini qeyd etmişdir. 09 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X22 bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin, habelə onun arxasında yerləşən evin onun qardaşı Cavabdeh hər hansı aidiyyəti yoxdur. Cavabdeh həmin evlərin inşa edilməsində hər hansı formada iştirak etməmiş, əvvəllər bu evlərin yerində yerləşən mənzillər də onun vəsaiti hesabına alınmamışdır. Sadəcə olaraq o, Rusiya Federasiyasında olduğundan mənzillər Cavabdeh adına rəsmiləşdirilmişdir. Belə ki, onun və ailəsinin istifadə və sahibliyində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Muxtar Axundov küçəsində yerləşən 25 saylı evin satışından əldə edilmiş vəsait hesabına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 22 nömrəli evin, 2 və 3 nömrəli mənzili alınmış və həmin mənzil də sökülərək, 2007-ci ildə onun vəsaiti hesabına hazırda mübahisələndirilən fərdi yaşayış evi və onun arxasında digər ev tikilmişdir. Mübahisəli evdə onun ailəsi, digər evdə isə mərhum qardaşı X28 yaşamışdır. Cavabdeh bu evlərə hər hansı aidiyyəti olmamış, o həmin evlərin hər hansı birində yaşamamış, başqa bir ünvanda yaşamışdır və hazırda da yaşayır. X6 öldükdən sonra onun evini Cavabdeh istifadə etməyə başlamışdır. Mübahisəli evdə isə inşa edilən vaxtdan onun ailə üzvləri, yəni arvadı İddiaçı1 və qızları, İddiaçı3 və İddiaçı2 yaşamışdır. 2019-cu ildə iddiaçılar müvəqqəti olaraq mübahisəli fərdi yaşayış evindən çıxdıqdan sonra cavabdeh hər hansı əsas olmadan onları bu evə buraxmamış, həm bu, həm də digər evdən istifadə etməyə imkan vermir. Halbuki, onun həmin evlərə hər hansı hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddiaçıların mübahisəli evə köçürülməsini xahiş etmişdir. Bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 3 saylı evin, 3 saylı mənzilini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Hazırda da onların arasında kredit və ipoteka müqaviləsindən irəli gələn münasibətlər davam edir. İddiaçılar tərəfindən mübahisələndirilən əmlakın isə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş mənzilə hər hansı aidiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X23 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X22 və Cavabdeh onun qohumudur. Onların ataları iki qardaşın uşaqları, yəni əmi uşaqları olmuşdur. X11 xahişi və sifarişi ilə 2007-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən sahədə inşa edilən evin təmirində iştirak etmiş və evin sanitar qovşağına və digər aidiyyəti hissələrinə kafel və metlax vurmuş, habelə su və işıq xəttini quraşdırmışdır. Ümumilikdə 4 aya yaxın müddət ərzində həmin evdə işləmişdir. Göstərdiyi xidmətin dəyərini ona X22 ödəmiş, gördüyü işlərə görə Cavabdeh tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. Onunla birlikdə həmin evdə Həsən adlı bacısı oğlu da fəhlə kimi işləmiş, qum, daş, taxta və digər tikinti materialları daşımışdır. Evin hasarını inşa edən şəxsi tanımamış, həmin evin yerində olan evin sökülməsini görməmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən verilmiş suallara cavab olaraq onun qardaşı, mərhum X20 3 ay bir qohum olaraq öz evində saxladığını, Cavabdeh 200 ABŞ dolları məbləğində borcunun olmadığını, mübahisəli evdə həmin borc qarşılığında işləmədiyini, ümumiyyətlə onun göstərdiyi xidmətlərin dəyərinin 200 ABŞ dolları məbləğindən xeyli artıq olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X21 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh onun dayısıdır. O, mübahisəli evdə 2008-2012ci illər ərzində digər dayısı X11 ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər bu evin yerində olan evin sökülməsini görməmişdir. Cavabdeh ilə bir müddətdir ki, münasibətləri pozulmuşdur. Buna səbəb Cavabdeh mübahisəli evdə onun tərəfindən pilləkənin quraşdırılmasına maneə yaratması olmuşdur. Halbuki, bu barədə ona tapşırığı həmin evin sahibi X22 vermişdir. Cavabdeh iddiaçıları mübahisəli evə buraxmayanda həmin evin kilidini də məhz X11 tapşırığı əsasında sındırmışdır. Belə ki, həmin evi öz vəsaiti hesabına məhz X22 inşa etdirmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X11 və Cavabdeh qohumudur. Onlar iki qardaşın nəvələridir. Mübahisəli evin yerində əvəllər başqa bir tikili olmuşdur. Həmin tikilinin sökülməsi və yerində mübahisəli evin, habelə mübahisəli evin arxasında olan evin inşası X22 və X2 və vəsaiti hesabına aparılmışdır. Belə ki, həmin vaxt o, özünə məxsus yük maşını ilə söküntü və tikinti aparılan yerə tikinti materialları daşımışdır. Cavabdeh söküntü və tikinti işlərinə hər hansı aidiyyəti olmamış, o bu işlər üçün hər hansı məbləğdə vəsait verməmişdir. Onun göstərdiyi xidmətlərin, habelə tikinti işlərinə cəlb edilmiş digər şəxslərin xidmət haqqını X22 və X28 ödəmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən verilmiş suallara cavab olaraq X15 Rusiya Federasiyasından Azərbaycan Respublikasına xeyli məbləğdə pul vəsaiti ilə qayıtdığını, pulun dəqiq məbləğini bilmədiyini, pulun bir hissəsinə X15 “BMW” markalı avtomobil aldığını, avtomobilin alınmasında Cavabdeh da iştirak etdiyini, tikinti işlərinə X15 da pul verdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X11 və Cavabdeh xalası oğludur. O, uzun illər Beyləqan rayonunda yaşamış və 2004-cü ildən etibarən usta kimi Bakı şəhərində fəaliyyət göstərmiş, 10-dan artıq ev inşa etmişdir. 2006-cı ildə X22 ona müraciət edərək, mübahisəli evin tikilməsini ona təklif etmişdir. O da razılıq verərək, birgə fəaliyyət göstərdiyi digər ustalarla 2006-cı ildə, 4-5 ay ərzində bünövrəsindən dam örtüyünə kimi iki mərtəbəli 8 otaqlı evi inşa etmişdilər. Tikinti ilə bağlı bütün xərcləri, o cümlədən xidmət haqqını X22 ödəmiş, mübahisəli evin layihəsini də onlara məhz X22 vermişdir. Həmin vaxt onların yeməklərini də X11 həyat yoldaşı İddiaçı1 təşkil etmişdir. Həmin evin inşası aparılan zaman X20 orada görmüş, onlar bir neçə dəfə nahar da etmişdilər. Lakin Cavabdeh heç vaxt görməmişdir. Tikinti başa çatdıqdan sonra 2007-2011-ci illərdə həmin evdə bir neçə dəfə olmuşdur. Belə ki, evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsini birləşdirən pilləkəndə çatlar yaranmış və onlar bu çatları aradan qaldırmışdılar. 2011-ci ildə onunla X22 arasında aparılmış pul hesablaşması zamanı uyğunsuzluq olduğundan aralarında mübahisə yaranmış və bundan sonra ünsiyyətləri kəsilmişdir. Hazırda da ünsiyyət saxlamırlar. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X16 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X11 və Cavabdeh anası onun kəndlisidir, eyni zamanda uzaq qohumudur. O, ustadır və bir çox evdə təmir işləri aparmışdır. X4 dəvəti ilə mübahisəli evdə də usta kimi onunla birlikdə işləmiş və göstərdiyi xidmətin dəyəri ona həm X22, həm də X28 tərəfindən ödənilmişdir. İşlədiyi dövrdə həmin evdə Cavabdeh görməmiş, ondan hər hansı məbləğdə xidmət haqqı almamışdır. İşlədiyi evin sahibi X22, onun arxasında olan evin sahibi isə X28 olmuşdur. Evin tikintisindən sonra həmin evdə olmamışdır. Tikinti aparılan vaxt onların yeməklərini də X11 həyat yoldaşı İddiaçı1 təşkil etmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X11 və Cavabdeh əmisi oğludur. O, usta kimi bir çox evdə işləmişdir. Lakin mübahisəli evdə deyil, onun arxasında yerləşən və X19 məxsus olan evdə 2007-ci ildə usta kimi işləmiş, o cümlədən beton tökmüş, taxta döşəməni və alçipanı, habelə kafel və metlax vurmuşdur. Mübahisəli ev isə bildiyinə görə X22 inşa etdirmişdir. X22 həmin vaxt Rusiya Federasiyasında işləyirdi və maddi vəziyyəti yaxşı olmuşdur. Məhkəmə iclasında iştirakı Cavabdeh tərəfindən təmin edilmiş şahid X24 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X11 və Cavabdeh yaxın qohumudur. O, 2006-cı ildə mübahisəli evin tikintisində usta kimi iştirak etmiş, o cümlədən alçipan yığmış və divar kağızı çəkmişdir. Göstərdiyi xidmətlərin haqqı X22 tərəfindən ödənilmiş, bir dəfə də X11 adından ona Cavabdeh pul vermişdir. Mübahisəli evin sahibi X22, onun arxasında yerləşən evin sahibi isə X28 olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 3 saylı, 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə (mənzilinə) köçürülməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin qətnaməsi ləğv olunmalı və iddia tam rədd olunmalıdır.Belə ki, iddiaçıların qeyd etdiyi həyətdə 24 saylı ev mövcud deyil, yalnız 22 saylı evin 2 və 3 saylı mənzilləri mövcuddur, həmin mənzillər onun vəsaiti hesabına alınmış və mənzillərə dair onun mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, hazırda da mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Muxtar Axundov küçəsi, 25 saylı evin satışından əldə edilmiş 82.000 ABŞ dolları hesabına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 22 saylı evin, 3 saylı mənzilinin alınmasına dair iddiaçıların dəlilləri də əsassızdır. Artıq bildirdiyi kimi, həmin mənzil onun mülkiyyətindədir və həqiqətən də iddiaçıların vəsaiti hesabına alındığı təqdirdə alqı-satqı müqaviləsi onunla deyil, onların hər hansı biri ilə və ya qardaşım X22 ilə bağlanmış olardı və mənzil hazırda mənim deyil, onların hər hansı birinin mülkiyyətində olmuş olardı.İddiaçılar həqiqətən də onun razılığı ilə onun mülkiyyətində olan evdə müəyyən müddət yaşamışdılar.Sonradan İddiaçı1 artıq uşaqlarının böyüdüyünü, iki ailənin bir evdə yaşamasının çətin olduğunu, uşaqları ilə birlikdə kirayə tutduğu başqa evə köçmək istədiyini bildirmiş, o isə buna ilk olaraq etiraz etsəm də, iddiaçının təkidini nəzərə alıb, sonradan razılaşmışam. İddiaçıların köçməsinin səbəblərindən biri də həmin evin arxasında yerləşən evdə yaşayan və həmin vaxt yataq xəstəsi olan qardaşım X19 qulluq göstərilməsindən yayınmaq olmuşdur.Hər bir halda, qeyd edilən ev iddiaçılara məxsus olsa idi onlara özlərinə məxsus olan evi tərk edib kirayə əsaslarla başqa bir evdə yaşamazdılar. Onların hazırda həmin evə köçüb orada yaşaması üçün hər hansı hüquqları yoxdur. Onu da qeyd edir ki, iddiaçıların özünün mülkiyyətində başqa yaşayış yeri də vardır. Məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə istinad etmişdir.Belə ki, qanunvericilik əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranma əsaslarını müəyyən etmişdir.İddiaçıların isə həmin hüquqlardan heç biri mübahisəli əmlak üzərində yoxdur.Məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə istinad etmişdir.Halbu ki, iddiaçıların mübahisəli əmlak üzərində heç bir sahiblik, istifadə və mülkiyyət hüquqları yoxdur.Məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinə istinad etmişdir.Halbu ki, iddiaçıların mübahisəli əmlak üzərində heç bir sahiblik, istifadə və mülkiyyət hüquqları yoxdur. Belə hüquq olmadığından onların hər hansı hüquqlarının pozulması da müəyyən olunmur. Qanunvericiliyin tələbində də göründüyü kimi iddiaçıların mübahisəli tikili olan qanunsuz tikilinin üzərində heç bir hüquqları yoxdur. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin olunmuşdur və ekspert rəyi alınana kimi iş üzrə icraat dayandırılmışdır. Bakı apellyasiya məhkəməsinə xx.xx.2023-cü il tarixldə iş üzrə 17 aprel 2023-cü il tarixli ekspert rəyi daxil olmuşdur və bundan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh verdiyi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki,cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ilə üçüncü şəxs X17 faktiki nikah münasibətlərindən iddiaçılar İddiaçı3 və İddiaçı2 doğulmuşdur. Cavabdeh üçüncü şəxs X11 qardaşıdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıyev İlham küçəsində istifadədə olan 0,0206 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 2 nömrəli və 3 nömrəli mənzillər tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. Apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi sənədlərə əsasən də yuxarıda göstərilən məlumat təsdiqini tapır. Həmçinin birinci instansiya məhkəməsində işə baxılan zaman Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məlumatına əsasən mənzillərin yerləşdiyi torpaq sahəsinin ayrılması və ya qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı bu mənzillərin hər ikisinin söküldüyü və 2007-ci ildə yerində iki ədəd iki mərtəbəli yeni tikilinin inşa edildiyi müəyyən edilmişdir. Hər iki tikilinin müstəqil girişi var. Tikililər biri-birinə münasibətdə arxa-arxaya yerləşir. İkinci tikili birinci tikiliyə münasibətdə daha hündürdə yerləşir. İkinci tikili ilə üzbəüz dayandıqda sol tərəfdən birinci tikiliyə gedən pilləkən yolu mövcuddur. Birinci tikili hazırda Cavabdeh faktiki istifadəsində və sahibliyindədir. Orada ona məxsus olan əşyalar yerləşdirilmişdir. İkinci tikilinin kilidi cavabdehdədir. Cavabdeh ikinci tikilidən də real olaraq istifadə etdiyini bildirmiş, lakin bu halın, o cümlədən cavabdehə məxsus hər hansı əşyanın orada yerləşməsinin müəyyən edilməsi üçün ikinci tikiliyə baxış keçirilməsi cavabdehə təklif edilsə də, cavabdeh buna hər hansı zərurətin olmadığını bildirmiş və bundan yayınmışdır. İkinci tikilidə 2007-ci - 2019-cu illərdə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 yaşamışdır. Hazırda iddiaçılar cavabdehə qarşı iddia qaldıraraq, ünvan 3 ünvanında yerləşən 2 və 3 saylı mənzillərin onların istifadə və sahibliyində olan digər bir evin satışından əldə edilmiş vəsait hesabına alındığını, sonradan həmin evlərin X11 hesabına söküldüyünü və 2007-ci ildə onun yerində X11 hesabına 2 ədəd, o cümlədən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin inşa edildiyini, 2007-2019-cu illər ərzində həmin evdə yaşadıqlarını, 2019-cu ildə evdə oğurluq hadisəsinin baş verməsi səbəbindən müvəqqəti olaraq təhlükəsizlik baxımından evi tərk edərək, kirayə əsaslarla başqa evdə yaşadıqlarını, evə nəzarət etmək üçün açarları cavabdehin oğluna verdiklərini, lakin sonradan evə qayıtmaq istədikdə cavabdehin buna maneə yaratdığını və onları evə buraxmadığını, cavabdehin mübahisəli və digər evə hər hansı aidiyyətinin olmadığını, onların inşasında hər hansı formada iştirak etmədiyini, orada heç vaxt yaşamadığını bildirirlər və onların 2 mərtəbəli, 8 otaqlı evə köçürülmələrini tələb edirlər. Üçüncü şəxs X22 iddiaçılarla eyni mövqeydən çıxış edir. Mübahisəli və digər evin onun vəsaiti hesabına inşa edildiyini və ona məxsus olduğunu bildirir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçıların qeyd etdiyi həyətdə 24 saylı evin mövcud olmadığını, yalnız 22 saylı evin 2 və 3 saylı mənzillərinin mövcud olduğunu, həmin mənzillərin onun vəsaiti hesabına alındığını, mənzillərə dair onun mülkiyyət hüququnun xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığını, hazırda da mülkiyyətində olduğunu, iddiaçılar həqiqətən də onun razılığı ilə onun mülkiyyətində olan evdə müəyyən müddət yaşadıqlarını, sonradan könüllü olaraq evi tərk etdiklərini və kirayə əsaslarla tutduqları başqa evə köçdüklərini, onların hazırda mübahisəli evə köçüb orada yaşaması üçün hər hansı hüquqlarının olmadığını, iddianın təmin edilməsinə qəti olaraq etiraz etdiyini bildirmişdir. Lakin mübahisəli evdə yerində müayinə keçirildikdən və cavabdehin qeyd etdiyi mənzillərin söküldüyü, yerində isə iki ədəd 2 mərtəbəli, o cümlədən mübahisəli evin mövcud olduğu müəyyən edildikdən sonra cavabdeh bu evlərin hər ikisinin onun vəsaiti hesabına inşa edildiyini qeyd etmişdir. Şahidlərin ifadələri dinlənildikdən sonra isə cavabdeh mübahisəli və digər evin onun qardaşı X15 vəsaiti hesabına inşa edildiyini bildirmiş, daha sonra isə kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan ünvan 3 saylı evin, 3 saylı mənzilini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etdiyini qeyd etmişdir. Həm iddiaçı, həm də cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmədə iştirak edən və hər iki tərəfin qohumu olan şahidlər mübahisəli evin X1 ilə inşa etdiklərini, bununla bağlı göstərilən xidmətlərin haqqının onun tərəfindən ödənildiyini, Cavabdeh tikinti işlərində hər hansı formada iştirak etmədiyini bildirirlər. Cavabdehlə üçüncü şəxs "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq cavabdeh mülkiyyətində olan ünvan 3 saylı evin, 3 saylı mənzilini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Onunla "xxxx" ASC arasında kredit və ipoteka müqaviləsindən yaranmış münasibətlər hazırda da davam edir. "xxxx" ASC mübahisəli evin onun qarşısında ipoteka ilə yüklü edilmiş mənzilə hər hansı aidiyyətinin olmadığını bildirir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin mülkiyyətində və ya istifadə və sahibliyində olmasından, hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, iddiaçıların həmin fərdi yaşayış evinə hər hansı hüququnun yaranıb-yaranmamasından asılıdır. Bununla bağlı, məhkəmə ilk növbədə vurğulayır ki, mübahisəli tikinti, yəni ünvan 3 ünvanında yerləşən 3 saylı 2 mərtəbəli, 8 otaqlı ev reallıqda mövcuddur, lakin mülkiyyət olaraq dövlət qeydiyyatına alınmamışdır, hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Həmin tikintinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Mübahisəli tikintinin inşasını həyata keçirən şəxslə bağlı qeyd edilməlidir ki, bu tikintinin cavabdeh tərəfindən, onun sifarişi və vəsaiti hesabına inşa edilməsi öz təsdiqini tapmır. Məhkəmə iclasında iştirak edən şahidlər (qardaşların qohumları), o cümlədən iddiaçılar tərəfindən dəvət edilsə də cavabdehin ifadəsinin alınmasına bilavasitə razılıq verdiyi və həqiqətən də tikintinin inşasında iştirak etməsini təsdiq etdiyi X10 və X18, habelə iştirakı bilavasitə cavabdehin özü tərəfindən təmin edilmiş X13 və X24 öz ifadələrində bu tikintinin məhz X1 və onun vəsaiti hesabına inşa edilməsi barədə ifadə verirlər. X21 istisna olmaqla (bu şahid qardaşların bacısı oğludur və 2008-2012-ci illərdə mübahisəli evdə yaşamışdır) digər şahidlər mübahisəli və ya onun arxasında olan evin inşasında usta kimi iştirak etmiş və gördükləri işin müqabilində Cavabdeh tərəfindən onlara hər hansı məbləğdə vəsaitin verilmədiyini bildirirlər. Onlar ümumiyyətlə Cavabdeh tikinti işləri aparılan zaman həmin sahədə görmədiklərini vurğulayırlar. Şahid ifadələrindən sonra cavabdeh özü də mübahisəli və onun arxasında yerləşən evin onun vəsaiti hesabına deyil, mərhum qardaşı X15 vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Halbuki, ilk olaraq tikililərin onun vəsaiti hesabına inşa edildiyini vurğulamışdır. Ümumiyyətlə nəzərə alınmalıdır ki, cavabdeh ilk öncə iddiaçılara məxsus hər hansı yaşayış sahəsinin olmadığını, orada onun mülkiyyətində olan iki ədəd mənzilin olduğunu qeyd etmişdir. Lakin məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı cavabdehin mülkiyyətində olan tikililərin söküldüyü və yerində iki ədəd 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən edildikdən sonra cavabdeh bu tikintilərin onun vəsaiti hesabına inşa edildiyini söyləmişdir. Şahidlərin ifadəsindən sonra isə hər iki evin onun mərhum qardaşı X15 vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Bununla belə, nəticə etibarı ilə cavabdeh özü də etiraf etmişdir ki, mübahisəli fərdi yaşayış evi onun tərəfindən, onun sifarişi və vəsaiti hesabına inşa edilməmişdir. Məhkəmə müəyyən edilmiş bu halları, o cümlədən cavabdehin biri-birinə zidd olan müxtəlif mövqelərdən çıxış etməsini nəzərə alıb, habelə şahidlərin ifadələrini mötəbər sübut kimi qiymətləndirib belə qənaətə gəlir ki, fərdi yaşayış evi kimi istifadə edilən və 2 mərtəbədən, 8 otaqdan ibarət olan mübahisəli tikinti (mübahisə predmeti olmadığından digər tikintiyə hər hansı hüquqi qiymət verilmir) məhz X22 tərəfindən, onun sifarişi və vəsaiti hesabına inşa edilmişdir. Məhkəmə iddiaçıların həmin fərdi yaşayış evinə hər hansı hüququnun yaranıbyaranmaması ilə bağlı qeyd edir ki, X22 iddiaçılar İddiaçı3 və İddiaçı2 atası, İddiaçı1 isə onların anasıdır, lakin X22 ilə İddiaçı1 arasında nikah bağlanmamışdır. Bu uşaqlar onların faktiki nikah münasibətlərindən olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçılar İddiaçı3 və İddiaçı2 iddiasına hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, bu iddiaçılar 2007-2019-cu illərdə həmin tikintidə yaşamış, tikinti yaşayış sahəsi olaraq onların istifadə və sahibliyində olmuşdur. 2019-cu ildə onlar bu yaşayış sahəsini könüllü olaraq tərk etmişdilər. Bu hala cavabdehin müdaxilə etməsi, ümumiyyətlə cavabdehin həmin illər ərzində bu əmlaka hər hansı aidiyyətinin olması, habelə iddiaçıların tikilini daimi əsaslarla tərk etməsi və iddiaçıların bu tələbatının başqa yaşayış sahəsi hesabına ödənildiyi müəyyən edilmir. Bu da öz növbəsində iddiaçıların bu yaşayış sahəsinə uzun müddət ərzində bağlılığının olmasını və həmin bağlılığın hazırda da kəsilmədiyini təsdiq edir. Lakin cavabdehin hazırda iddiaya qəti şəkildə etiraz etməsi onların həmin yaşayış sahəsindən istifadə etməsinə maneənin olduğuna dəlalət edir. Halbuki, onun yaratdığı maneənin hər hansı hüquqi əsası, o cümlədən iddiaçıların həmin yaşayış sahəsinə köçürülməsi nəticəsində cavabdehin hər hansı hüququna müdaxilənin baş verməsi müəyyən edilmir. Hər bir halda, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun təminatı 3 halın, o cümlədən şəxsin köçmək istədiyi yerdə yaşamasının, şəxsin həmin yaşayış yerindən məhrum edilməsinin və məhrum etmənin qanuniliyinin aydınlaşdırılmasını şərtləndirir. Bu baxımdan iddiaçılar mübahisəli fərdi yaşayış evində uzun illər (2007-2019) yaşamışlar, hazırda həmin yaşayış sahəsindən cavabdeh tərəfindən məhrum edilmişlər və onları bu imkandan (hüquqdan) məhrum etmək üçün cavabdehin hər hansı qanuni əsası olmamışdır. Belə ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (hazırki vəziyyətdə yaşayış sahəsinə buraxmama və bu yolla iddiaçıların orada yaşamasına maneə yaratma) yol verən cavabdehin həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ, o cümlədən istifadə hüququ, habelə icarə və digər hüququ olsun. Lakin nəzərə alınmalıdır ki, mübahisəli fərdi yaşayış evi 2007-ci ildə, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22 saylı evin, 3 saylı mənzilinin tam sökülməsindən sonra onun yerində inşa edilmişdir. Mübahisəli fərdi yaşayış evinin hazırda yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdehin mülkiyyətində olan daşınmaz əmlak tam məhv olmuş və onun qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir (buna baxmayaraq, cavabdeh bu əmlakı kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC qarşısında ipoteka ilə yüklü də etmişdir). Qanunvericiliyin bu halı tənzimləyən müddəalarının tələbləri baxımından mübahisəli tikintinin cavabdehin mülkiyyətində olan əmlaka hər hansı aidiyyəti yoxdur, ümumiyyətlə cavabdehin hazırki mübahisəli fərdi yaşayış evinə hər hansı hüququ yaranmamışdır. Bu səbəbdən onun tərəfindən tətbiq edilmiş məhrum etmə qanunsuz sayılmalı, qanunsuz məhrum etmənin nəticələri aradan qaldırılmalı və bu hüquqlarından məhrum edilən iddiaçılar mübahisəli fərdi yaşayış sahəsinə köçürülməlidirlər. Məhkəmə, köçürülmə həyata keçirilən yaşayış sahəsinin ünvanı ilə bağlı belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 3 saylı, 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə (mənzilinə) köçürülməlidir. Məhkəmə Kollegiyası xatırladır ki, İddiaçı1 iddiası ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 3 saylı, 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə (mənzilinə) köçürülməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin dəlillər cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə etirazın dəlilləri ilə eyni məzmunludur və yuxarıda həmin dəlillər üzrə tək-tək hüquqi qiymətləndirmə aparılmışdır. Belə halda məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri üzrə təkrar qiymətləndirmə aparılmasına zərurət qalmır. Məhkəmə Kollegiyası həmçinin onu da qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin olunmuşdur və ekspert rəyi alınana kimi iş üzrə icraat dayandırılmışdır. Bakı apellyasiya məhkəməsinə xx.xx.2023-cü il tarixldə iş üzrə 17 aprel 2023-cü il tarixli ekspert rəyi daxil olmuşdur və bundan sonra iş üzrə icraat təzələnmişdir. İş üzrə 17 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən Rəyin tədqiqad hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsində, təqdim olunmuş ərazidə sahələri 22.9 kv.m (8.8x2.6m), 18.0 kv.m (3.6x5.Om), 18.0 kv.m(3.6x5.0m), 16.6 kv.m (4.6x3.6m),15.4 kv.m(6.45x2.4m), 5.9 kv.m (2.7x2.2m), 2.4 kv.m(1.6x1,5m), 25.2 kv.m (9.0x2.8m), 18.0 kv.m (3.6x5.Om), 18.0 kv.m (3.6x5.Om), 17.3 kv.m (4.8x3.6m) və 32 kv.m (6.4x5.Om) təşkil edən, 12 ədəd tikilidən ibarət olan ikimərtəbəli yaşayış evinin mövcud olduğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinəti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH Seriyalı, ******* nömrəli xx.xx.2006-cı il qeydiyyat tarixli və MH Seriyalı, ******* nömrəli xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışlarda həmin mənzillərin texniki parametirləri (situasiya planlı yerləşməsi) göstərilmədiyindən, eləcədə MH Seriyalı, ******* nömrəli xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışın məlumatları ilə Azərbaycan Respublikası Nazirlər Kabinəti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən tərtib edilmiş 28 mart 2006-cı il tarixli texniki pasportun məlumatları üst-üstə düşmədiyindən, həmin çıxarışlarda göstərilən mənzillərin sökülübsökülmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, 2 mərtəbəli mübahisəli fərdi yaşayış evinin mövcudluğu bir daha təsdiqini tapır. Mübahisəli evin isə 2006-cı ildə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən 1 (bir) otaqlı mənzillər olmadığı birinci instansiya məhkəməsinin mübahisə obyektinə keçirdiyi yerində baxış və işin digər materialları ilə təsdiqini tapır. Odur ki, məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayəti təmin edilməsin. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar