Məhkəmə qərarları › İş №2(103)-533/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-533/2024

11.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-533/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ("xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ikinci mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Birinci iş üzrə cavabdeh, ikinci üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ("xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3568/2023 saylı qətnaməsindən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 tərəfindən xx.xx.2015-ci il tarixdə yazılmış və Bakı şəhəri 34 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ərizələrə əsasən onlar qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiklərini bildirmişlər və gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldildiyi təqdirdə mənzili qeyri-şərtsiz tərk etməyi öz öhdələrinə götürmüşdülər.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)- 147/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “Bank VTB (Azərbaycan)” ASCnin iddiasının qismən təmin edilməsi, Cavabdeh1 32 322 ABŞ dolları məbləğində əsas, 4.420,36 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36.842,36 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, iddia ərizəsini verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASCyə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 90.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən bir ay müddətində tərk edilmədikdə, həmin yaşayış sahələrindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir.

3. Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 12/02-1 nömrəli protokola əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-8151/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 90.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 76.500 manat olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzili təkrar hərracdakı satış qiymətindən 25% aşağı olan qiymətə, yəni 57.375 manat pula ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC-yə satılmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

5. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə əsasən “Bank VTB (Azərbaycan)” ASC mülkiyyətinfə olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 sayı evin, 30 saylı mənzilini 90.900 manat məbləğində pula İddiaçı satmışdır.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. İddiaçı tərəfindən Xətai rayon icra şöbəsinə ünvanlanmış ərizəyə əsasən İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxsində aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyatla Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində (keçmiş adı ilə Telnov küçəsi) yerləşən 17 saylı evin 30 saylı mənzilinə mülkiyyət hüququ əldə etdiyini, lakin evin köhnə sahiblərinin hələ də həmin ünvanda yaşadıqlarını, bununla da Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn mülkiyyət hüququndan məhrum olunduğunu bildirmiş və hazırda həmin mənzildə qanunsuz olaraq yaşamaqda davam edən borcluların həmin mənzildən çıxarılmalarına dair müvafiq tədbirlərin görülməsi üçün müvafiq əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 253 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzili yığma beton konstruksiyadan inşa edilmiş doqquz mərtəbəli binanın altıncı mərtəbəsində yerləşməklə dörd yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan normal (əla səviyyədən nisbətən aşağı keyfiyyətli) səviyyəli təmirli fərdi evin hazırkı orta bazar qiyməti 150.000 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

9. Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlərin həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci iş üzrə iddiaçı tələbini işin yuxarıda göstərilən hallarına uyğun əsaslandırmış, o cümlədən bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırda Lütfi Zadə küçəsi), 17 saylı evin 30 saylı mənzili məhkəmə qətnaməsinin icrası qaydasında keçirilmiş hərracın baş tutmaması səbəbindən tələbkar "xxxx" ASC-yə təklif edilmiş və nəticədə “Hərracın yekunları barədə protokol”a əsasən onun tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Bundan sonra onunla "xxxx" ASC arasında xx.xx.2022ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin mənzil "xxxx" ASC tərəfindən 90.900 manat pula ona satılmış və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin artıq mülkiyyətində olan bu mənzilə köçmək istəyən zaman orada keçmiş mülkiyyətçi və borcluların yaşadığının şahidi olmuşdur. Bu səbəbdən xx.xx.2017-ci il tarixli, 2(011)- 147/2017 saylı icra sənədinin icra edilməsi üçün dəfələrlə Xətai Rayon İcra Şöbəsinə müraciət etmişdir. Müraciətindən sonra xx.xx.2023-ü il tarixli, xx/xx-162351/20 saylı məktubla onun icra sənədi üzrə tələbkar olmaması səbəbindən mənzilin boşaldılaraq ona təhvil verilməsinin mümkün olmadığı bildirilmişdir.

11. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısına dair “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın alqı-satqına dair” AN-1 serialı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

12. İkinci iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 cavabdehlər "xxxx" MMC-yə və “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra “Bank VTB (Azərbaycan)” ASC onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin cavabdeh İddiaçı satılması ilə bağlı “Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə” bağlamışdır. Evin ekspertiza tərəfindən qiyməti 90.000 manat müəyyən edilmişdir. Hazırda yaşadığı evin ekspertiza tərəfindən qiymətləndirilməsi xx.xx.2017-ci il tarixdə olmuş və bugünkü günə qədər 6 il vaxt keçmişdir. Müraciəti üzrə “Müstəqi Məhkəmə Ekspertiza” mərkəzi tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 253 saylı rəyi ilə müəyyən olunmuşdur ki, hazırda yaşadığı evin hazırki orta bazar qiyməti 150.000 manatdır. Belə olan halda o, “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın alqısatqısı”na dair AN-1 serialı, 116100 saylı, xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2017-ci il tarixdə keçirilmiş ekspertizanın rəyi ilə razı deyildir. “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında bağlamış həmin müqavilə əsassız varlanma məqsədini daşımışdır. Belə ki, mübahisələndirilən yaşayış sahəsi real bazar qiymətindən aşağı qiymətə dəyərləndirilmiş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur.

13. İkinci iş üzrə cavabdeh İddiaçı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazı birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

14. Birinci iş üzrə İddiaçı vəsatətinə əsasən “Bank VTB (Azərbaycan)” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbi barədə iddiasına dair 2(011)-2614/2023 saylı mülki iş üzrə icraata xitam verilmiş və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiası üzrə 2(011)-3568/2023 saylı mülki işə birləşdirilmişdir

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3568/2023 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim X3)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, Cavabdeh1 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından, ikinci iş üzrə iddia tələbi təmin edilə bilməz. Belə ki, Cavabdeh1 iddia tələbini mübahisəli mənzilin hazırkı orta bazar qiymətinin 150.000 manat olması ilə əsaslandırır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 və digər cavabdehlərin mübahisəli mənzilə dair heç bir iddialarının olmayacağını göstərən notarial qaydada təsdiq olunmuş ərizələri mövcuddur. Digər tərəfdən ikinci iş üzrə iddiaçı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbi irəli sürmüş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bununla yanaşı təsdiq edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən "xxxx" ASC həmin mənzilin tam hüquqlu mülkiyyətçisi olmuş, Cavabdeh1 həmin mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, birinci iş üzrə iddia tələbi üzrə cavabdehlər iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla da iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətdiyi üçün birinci iş üzrə iddia tələbi təmin edilərək, cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təvhil verilməli, ikinci iş üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157-ci, 389.1-ci, 390-cı, 405ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 218.3-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci iş üzrə iddianın rədd edilməsini, ikinci iş üzrə iddianın təmin edilməsini xahiş etmişdir.

20. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları qiymətləndirərkən düzgün nəticəyə gəlməmiş, tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozmuşdur. Belə ki, bank və birinci iş üzrə iddiaçı öz maraqları naminə mübahisəli əmlakın alqı-satıq müqaviləsini evin real bazar qiymətindən aşağı qiymətə imzalamışlar. Ev real bazar qiymətinə uyğun satılmış olsaydı, bankın borcu olan 62.000 manat çıxıldıqdan sonra 88.000 manat ona qaytarılmalı idi. Bank və birinci iş üzrə iddiaçı onun düşdüyü pis vəziyyətdən sui - istifadə edərək ona ziyan vurmuşlar. Ona görə də hesab edir ki, birinci iş üzrə iddia qanunsuz və əsasız olduğundan təmin edilməməlidir, ikinci iş üzrə iddia təmin edilməlidir. Məhkəmə tərəflər arasında münasibətləri nizama salan hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, sübutlara MPM– nin 88–ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. İşdən göründüyü kimi iddiaçı öz hüquqdan ona ziyan vurmaq məqsədi ilə istifadə etmiş, məhkəmənin də bu hərəkətlərə etinasız yanaşması iş materialları ilə istisna edilmir. Təqdim edilmiş sənədlərə əsasən evin ilkin və sonrakı qiymətləndirilmələrini arasında həddindən artıq fərq olmasına baxmayaraq, birinci instansiya məhkəməsi buna heç bir əhəmiyyət verməmiş, işə səthi yanaşmışdır. Ən azından birinci instansiya məhkəməsi iki fərqli ekspert rəyi arasında olan qiymət fərqinə görə öz təşəbbüsü ilə yenidən ekspertiza təyin edə bilərdi. Lakin bunu etməmişdir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən sübut kimi sadəcə əvvəlki məhkəmə qətnamələrinə istinad etmişdir. Halbuki o, evin qiymətləndirilməsinə dair yeni ekspert rəyini təqdim etmiş olsa da, məhkəmə həmin rəyə heç bir münasibət göstərməmiş, işə səthi yanaşmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi evin qiymətləndirilməsi ilə bağlı rəylər arasında olan fərqi nəzərə almış olsa idi, iş üzrə ədalətli nəticəyə gələ bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, mübahisəli mənzili cavabdehdən yox, "xxxx" ASC-dən almışdır. Onun cavabdehlə heç bir şəxsi münasibətləri olmamışdır. Mənzilə münasibətdə o vicdanlı alıcıdır və hazırki mübahisə üzrə onun əsassız varlanmasından söhbət belə gedə bilməz.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci iş üzrə iddianın rədd edilməsini, ikinci iş üzrə iddianın təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmiş və birinci iş üzrə iddianı və apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. İştirak etdiyi məhkəmə iclasında birinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər.

25. Birinci iş üzrə digər cavabdehlər Cavabdeh5 və Cavabdeh6, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən bu cavabdehlər məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə bu cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 324.1-ci, 324.2-ci, 324.4-cü və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, birinci iş üzrə iddianın rədd edilməsi, ikinci iş üzrə iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır.

36. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ikinci iş üzrə iddiaçı Cavabdeh1 mübahisələndirdiyi mənzil onun mülkiyyətində olmuş və onunla üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin təminatı olaraq onun tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə məhkəmə tərəfindən ondan yaranmış borc məbləği tutulmaqla, tutma həmin mənzilə yönəlmişdir. Bu barədə məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası qaydasında keçirilmiş hərrac baş tutmamış və nəticədə mənzil təkrar hərracdakı qiymətdən 25% aşağı qiymətlə Bank tərəfindən əldə edilmişdir. Bununla bağlı xx.xx.2020ci il tarixdə “Hərracın yekunları barədə” protokol imzalanmış və bundan sonra mənzilə dair Bankın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 hərracın nəticələrinin etibarsızlığını mübahisələndirsə də, onun iddiası əsassız hesab edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra isə həmin mənzil onun mülkiyyətçisi olan Bank tərəfindən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə birinci iş üzrə İddiaçı satılmış və xx.xx.2022-ci il tarixdən hazıradək sonuncunun mülkiyyətindədir.

38. Bununla belə, mübahisəli mənzil əvvəllər Cavabdeh1 mülkiyyətində olsa da, sonradan qanuni əsaslarla, yəni hərrac yolu ilə onun mülkiyyətindən çıxmış və “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətinə keçmişdir. Sonuncu da artıq bu əmlakın mülkiyyətçisi olaraq sərbəst iradəsini ifadə etməklə, o cümlədən əmlakın satış qiymətini müəyyən etməklə, bu məsələdə İddiaçı ilə razılığa gələrək, aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzili onun xeyrinə özgəninkiləşdirmişdir. Qeyd edilənlər öz növbəsində Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilənin bağlanmasına hər hansı formada maneə yaratmasını, o cümlədən müqavilə üzrə əmlakın qiymətinin müəyyən edilməsinə təsir etməsini və ya bu əsasla müqaviləni mübahisələndirməsini hüquqi baxımdan istisna edir. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə Cavabdeh1 İddiaçı qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində apellyasiya şikayətinin bu məsələ ilə bağlı dəlillərinin əsassız olduğunu və birinci instanisya məhkəməsinin ikinci iş üzrə iddianın rədd edilməsi barədə qənaətinin qanuni və əsaslı olmasını təsdiq edir.

39. Məhkəmə kollegiyası birinci iş üzrə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

40. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmiş və insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Marks Belçikaya qarşı”, “Mançini İtaliyaya qarşı”, “Loizidu Türkiyəyə qarşı”, “Akimova Azərbaycana qarşı” və sair).

41. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

42. Bununla belə, mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı həmin əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, artıq ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona hər hansı şəxsdən razılığın alınması tələb edilmir. Həmin mənzil hazırda birinci iş üzrə cavabdehlərin istifadə və sahibliyindədir. Halbuki, cavabdehlərin bu mənzilə olan bütün hüquqları qanuni əsaslarla, o cümlədən öz razılıqlarına əsasən (mənzil ipoteka ilə yüklü edilən zaman onlar bu barədə notarial qaydada təsdiq edilmiş ərizələr verərək, buna etiraz etmədiklərini və mənzilə tutma yönəldikdə onu qeyri-şərtsiz tərk etmələri barədə üzərlərinə öhdəlik götürmüşdülər) aradan qalxmış, onlara xitam verilmişdir. Hazırda onların bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasın olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin bu mənzildən qanunsuz olaraq istifadə və ona sahiblik etməsi və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə İddiaçı konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Belə ki, İddiaçı mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən əmlaka sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir.

43. Bu baxımdan hazırda cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçi İddiaçı iradəsinə zidd olaraq mübahisəli mənzildən istifadə və ona sahiblik etməsi onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən onun mülkiyyət hüququnun qorunması, o cümlədən bu hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin mənzildən qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər bütün əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla (mənzili boşaltmaqla) İddiaçı təhvil verməlidir. Birinci instansiya məhkəməsi bu tələblər üzrə iddianı təmin etməkdə haqlı olmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçıya aid edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Birinci iş üzrə cavabdeh, ikinci üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3568/2023 saylı qətnaməsi birinci iş üzrə cavabdeh, ikinci üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə cavabdeh, ikinci üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar