Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5340/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi qızının katibliyi ilə, 2(004)- 275/2023 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi şikayəti qəbul edərək, baxılması üçün apellyasiya şikayətini və mülki işə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, iddiaçıya münasibətdə qətnamənin şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2023-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə verilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət iddiaçı tərəfindən ötürülmüşdür. Şikayətin verilməsi müddətini ötürmüş iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən apellyasiya şikayətini qəbul etmiş və şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5340/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5340/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver