Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5343/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(094)- 107/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 iyul 2019-cu il tarixli, 494 nömrəli Nikah haqqında arayışın surətindən görünür ki, X21 ilə X5 nikahlarını bağlamışlar və Ucar rayon Qeydiyyat şöbəsində nikah haqqında 17 aprel 1964-cü il tarixli 29 nömrəli akt qeydi tərtib edilmişdir. Nikahdan sonra arvada “Rasulova” soyadı verilmişdir.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 23 yanvar 1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası isə İddiaçıdır.
3. Doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X12 18 oktyabr 1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası isə İddiaçıdır.
4. AZ-İ seriyalı 340432 nömrəli 01 aprel 2009-cu il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 15 mart 2009-cu il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında 01 aprel 2009-cu il tarixdə 300 nömrə ilə qeyd edilmişdir.
5. AZ-İİ seriyalı 026138 nömrəli 24 iyul 2019-cu il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 21 iyul 2019-cu il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında 24 iyul 2019-cu il tarixdə 947 nömrə ilə qeyd edilmişdir.
6. Cavabdeh notariat ofisində təsdiq olunmuş 08 dekabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, 21 iyul 2019-cu il tarixdə vəfat etmiş mərhum X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina edir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır.
7. 153 saylı MKİS tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli, 191 nömrəli 2 nömrəli forma arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, X12, Cavabdeh, X16 və X9 qeydiyyatdadır.
8. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında X24, 27 iyul 2005-ci il təvəllüdlü X34, 14 sentyabr 2019-cu il təvəllüdlü X13, 21 noyabr 2012-ci il təvəllüdlü X26, 19 yanvar 2007-cü il təvəllüdlü X35, İddiaçı, Cavabdeh və X9 qeydiyyatdadır.
9. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-251/2020 saylı, 17 noyabr 2020ci il tarixli qətnaməsindən görünür ki, X3 Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 40-cı məhəllə 1 A saylı evin 21 nömrəli mənzilinə istifadə hüququna xitam verilməsi qət edilmişdir.
10. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-279/2021 saylı, 17 avqust 2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin olunaraq ünvan 1 ünvanında yerləşən mənzilin - miras əmlakın tam olaraq onun tərəfindən qəbul edilməsi müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 noyabr 2021-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 40-cı məhəllə 1 A saylı evin 21 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
12. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-35/2021 saylı, 01 sentyabr 2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X17 qarşı 21 noyabr 2012-ci il təvəllüdlü X14 onun yanında qalması barədə iddia tələbi rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək cavabdehlər Cavabdeh uşaqları - 27 iyul 2005-ci il təvəllüdlü X34, 19 yanvar 2007-cü il təvəllüdlü X35 və 21 noyabr 2012-ci il təvəllüdlü X26 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 17 aprel 1964-cü ildə X23 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan X12, Cavabdeh, X10 və X22 adlı uşaqları anadan olmuşdur. X22 15 mart 2019-cu ildə vəfat etmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən 12 may 1995-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 X11 mülkiyyətində olmuşdur. X23 21 iyul 2019-cu ildə vəfat etdikdən sonra İddiaçı miras əmlakı qəbul etmək üçün Bakı şəhəri 33 saylı dövlət notariat ofisinə müraciət etmiş və 28 yanvar 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakda 1/2 pay almışdır. İddiaçının qızları X12 və Cavabdeh notariat ofisində miras əmlakdan onlara düşən paydan imtina etmişlər, gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacağını bildirmişlər. X1 vərəsəlikdən imtina etmədiyi üçün notariat ofisi miras əmlakın açıq qalmış 1/2 hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Buna görə də, DƏDRX-dən 26 fevral 2020-ci il tarixdə İddiaçı adına ünvan 1 ünvanına dair 1/2 hissədə çıxarış verilmiş, 1/2 hissə açıq saxlanılmışdır. X10 2001-ci ildə İran İslam Respublikasının vətəndaşı X27 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və köçərək İran İslam Respublikasında yaşamışdır. Gülnarə Rəsulovanın birgə nikahdan 2007-ci il təvəllüdlü X36 adlı uşağı anadan olmuş və hazırda atasının mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov (hazırda Yavər Əliyev) küçəsi 18 saylı evin 21 nömrəli mənzilində qeydiyyatdadır. X25 ailəsi ilə birlikdə İran İslam Respublikasında yaşayır. Gülnarə Rəsulova ünvan 1 ünvanından qediyyatdan çıxmadığından İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-251/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq X3 ünvan 1 ünvanından istifadə hüququna kompensasiya verilmədən xitam verilmişdir. X23 21 iyul 2019-cu ildə vəfat etdikdən sonra ünvan 1 ünvanı faktiki olaraq İddiaçı qalmış, hal-hazıradək həmin evdə yaşamaqla evin bütün xərclərini ödəyir. X10 2001-ci ildə ailə qurub həmin evdən çıxmış, digər qızları isə miras əmlakdan imtina etmişlər. Buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 279/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq ünvan 1 ünvanında yerləşən mənzilin - miras əmlakın tam olaraq onun tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Bundan sonra ünvan 1-ə dair İddiaçı adına DƏDRX-dən tam pay üzrə 23 noyabr 2021-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh Rəsulova X7 vətəndaşı X28 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 27 iyul 2005-ci il təvəllüdlü X34, 19 yanvar 2007-cü il təvəllüdlü X35 və 21 noyabr 2012-ci il təvəllüdlü X26 adlı uşaqları doğulmuşdur. Ofelya 25 mart 2019-cu il tarixədək ərinin müvəqqəti qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamış, uşaqları da yaşadıqları ünvan üzrə məktəbə getmişlər. Cavabdeh 2019-cu ildə uşaqlarını atasının yanında tərk edərək evdən çıxıb getmiş və həmin vaxtdan bacısı Gülnarə Rəsulovanın əri X15 mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov (hazırda Yavər Əliyev) küçəsi 18 saylı evin 21 nömrəli mənzilində yaşayır. Cavabdeh bundan sonra əri X17 qarşı uşağın anadan qalması tələbi ilə məhkəməyə müraciət edərək kiçik oğlu X14 onun yanında qalmasını xahiş etmiş, lakin Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-35/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh X28 iddanı qəbul etməyərək bildirmişdir ki, uşaqlar birinci sinfə yaşadıqları ünvan üzrə məktəbə getmiş və hazırda da həmin məktəbin müvafiq siniflərində təhsil almaqla istəklərinə əsasən onunla birlikdə yaşayırlar. 25 mart 2019-cu ildə Cavabdeh ilə ayrılmışlar. Cavabdeh xahişinə əsasən 21 noyabr 2012-ci il təvəllüdlü X18 özü ilə müvəqqəti götürərək yaşadıqları ünvanı tərk etmişdir. Lakin 45 gündən sonra Cavabdeh 21 noyabr 2012-ci il təvəllüdlü X18 geri qaytarmışdır. Həmin tarixdən uzun müddət iddiaçı 21 noyabr 2012-ci il təvəllüdlü Xanşərəf Əliyev ilə maraqlanmamış və yalnız müntəzəm olaraq həftənin cümə günü axşam saatlarında götürüb və bazar günü günorta saatlarınadək qaytarmışdır. Sonradan isə iddiaçı hal-hazıradək uşaqların saxlanılması, təlim-tərbiyəsi və lazımi tələbatlarının ödənilməsi ilə məşğul olmamış, digər iki övladı ilə nə maraqlanmamış, nə də onlarla ünsiyyət qurmamışdır. Hazırda övladı 21 noyabr 2012-ci il təvəllüdlü Xanşərəf Əliyevin onunla birlikdə yaşadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qətnamədən də göründüyü kimi Ofelya X2 ilə 25 mart 2019-cu il tarixədək ərinin müvəqqəti qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamışlar. Uşaqları da yaşadıqları ünvan üzrə məktəbə getmişlər və hazırda orada təhsillərini davam etdirirlər. Cavabdeh ailə qurduqdan sonra heç vaxt uşaqları ilə birlikdə İddiaçı məxsus mənzildə yaşamamışlar. Cavabdeh mübahisəli mənzil istifadə hüququnun yaranmasına baxmayaraq o, 2003-cü ilin əvvəllərindən İddiaçı mülkiyyətində olan mənzildə yaşamır və daimi yaşayış üçün ərinin evinə getmişdir. Həmin müddət ərzində cavabdehin mübahisəli mənzildə yaşamaması ona dəlalət edir ki, onun yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır. Cavabdehin yaşayış sahəsinə ehtiyacı olsa belə, getdiyi gündən hal-hazıradək mübahisəli evdə yaşamasının təmin olunması üçün aidiyyəti orqana müraciət etməmiş, mülkiyyətçi və ya mənzilin digər sakinlərinin onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar barədə məlumat verməmişdir. Cavabdehin mübahisəli mənzildən istifadə etməsinə mülkiyyətçi və ya mənzilin digər sakinləri tərəfindən hər hansı maneə yaradılmamışdır. Belə olan halda cavabdehin mübahisəli mənzildən istifadə hüququna uşaqları ilə birlikdə kompensasiya ödənilmədən xitam verilməlidir. Bundan başqa, Cavabdeh uşaqlarını tərk edərək getdiyindən, bu günə kimi nə ərinin və uşaqlarının yaşadığı evə geri qayıda, nə də ki, məhkəmədə həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edə bilmir. Həm də Cavabdeh başqa yaşayış yeri olmasaydı 25 mart 2019-cu il tarixdən sonra, yəni ərinin evindən çıxıb getdikdən sonra mübahisəli mənzilə köçürülmə tələbi ilə bağlı müraciət edərdi. Lakin o, bununla bağlı halhazıradək məhkəməyə müraciət etməmiş, əksinə, notariat ofisində miras əmlakdan ona düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Həmçinin, Cavabdeh 2003-cü ildən mübahisəli evdə yaşamadığını, ərinin evində yaşadığını, mübahisəli mənzildə ona məxsus heç bir əşya olmadığını, 25 mart 2019-cu il tarixdən sonra isə şəhərdə, o cümlədən Pirallahı qəsəbəsində İranda yaşayan bacısı Gülnarənin ona daimi yaşamaq üçün verdiyi evdə yaşadığını, mübahisəli evdə yaşamaq üçün ona heç kimin maneçilik törətmədiyini, həmin evdə yaşamadığı üçün ona düşən paydan imtina etdiyini və mənzillə bağlı hal-hazıradək heç bir tələbinin olmadığını bildirmişdir. Cavabdeh yalnız 15 mart 2022-ci il tarixdə anasını görmək üçün həmin mənzilə getdiyini, lakin anasının onu həmin mənzilə buraxmadığını bildirsə də, onun bu dəlili həqiqəti əks etdirmir. Belə ki, cavabdeh işə məhkəmədə baxılan zaman 2022-ci ilin mart ayında mübahisəli mənzilə gələrək anasının hazırkı iddia tələbi qaldırmasına irad tutub orada səs-küy salaraq heç bir səbəb olmadan yaşlı anasını, yəni iddiaçını itələmiş və anası bu barədə DİN “102” xidmətinə məlumat vermişdir. Bununla bağlı sahə müvəkkili cavabdehdən izahat almışdır.
15. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(094)- 107/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev, yəni Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi məhəllə 40 ev 1 A 21 nömrəli mənzil 12 may 1995-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən iddiaçının əri X11 mülkiyyətində olmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-279/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin - miras əmlakın tam olaraq İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Bundan sonra Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi məhəllə 40 ev 1 A 21 nömrəli mənzil 23 noyabr 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmış və hazırda mülkiyyətindədir. Cavabdeh mübahisəli evə istifadə hüququnun yaranmasına baxmayaraq, o, özünün də bildirdiyi kimi, 2003-cü ildən mübahisəli mənzildə yaşamamış, həmin vaxtdan 25 mart 2019-cu il tarixədək ərinin müvəqqəti qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamışdır. Ərindən ayrıldıqdan sonra şəhərdə, arada bir isə bacısının ona daimi yaşamaq üçün verdiyi Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov (hazırda Yavər Əliyev) küçəsi 18 saylı evin 21 nömrəli mənzilində yaşamış və hal-hazırda da, orada yaşayaraq bütün kommunal xərcləri ödəyir. Həmin müddət ərzində cavabdehin mübahisələndirilən mənzildə yaşamaması ona dəlalət edir ki, onun həmin yaşayış sahəsinə ehtiyacı yoxdur. Onun yaşayış sahəsinə ehtiyacı olsa belə hal-hazıradək mübahisəli mənzildə yaşamasının təmin olunması üçün aidiyyəti orqana müraciət etməmiş, mülkiyyətçi və ya mənzilin digər sakinlərinin onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar barədə məlumat verməmişdir. 21 iyul 2019-cu ildə atası X23 vəfat etdikdən sonra notariat kontoruna müraciət edərək miras əmlakdan ona düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Hal-hazırda da, həmin mənzillə bağlı heç bir tələbi yoxdur. Mübahisəli mənzildə anası ilə yanaşı bacısı Dilarə uşaqları ilə birlikdə yaşadığından. həmin mənzilə köçərək orada yaşamaq fikri yoxdur. Məhkəmə araşdırması zamanı da, cavabdehin mübahisəli mənzildən istifadə etməsinə mülkiyyətçi və ya mənzilin digər sakinləri tərəfindən hər hansı maneənin yaradılması öz təsdiqini tapmamışdır. Belə olan halda Cavabdeh uşaqları - 27 iyul 2005-ci il təvəllüdlü X34, 19 yanvar 2007-cü il təvəllüdlü X35 və 21 noyabr 2012-ci il təvəllüdlü X26 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mübahisəli mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi hallar həqiqəti özündə əks etdirmir. Belə ki, cavabdeh qeyd olunduğu kimi 2015-ci ildə ərindən ayrıldıqdan sonra azyaşlı övladları ilə mübahisəli Pirallahı rayonu Pirallahı qəsəbəsi məhəllə 40 ev 1 A mənzil 21 ünvanında yerləşən mənzildə yaşamağa başlamış, azyaşlı övladı orada orta məktəbə getmiş və bütün bunlara baxmayaraq iddiaçı ona kompensasiya verilmədən istifadə hüquqna xitam verilməsini tələb etmişdir. Hazırda heç bir yaşayış evi yoxdur buna baxmayaraq iddiaçı onu 15 mart 2022-ci il tarixdən həmin mənzilə buraxmır. Əlavə olaraq da qeyd edilməlidir ki, məhkəmə tərəfindən məhkəmə bildirişi göndərilsə də, iddiaçı bildirişlərin cavabdehə çamasına və mübahisədən məlumatı olmasına mane olduğundan məhkəmə baxışında qoşulmuş və bunun nətixəsində cavabdeh yeni Prosessual Məcəlləyə uyğun olaraq məhkəmə iclasında mübutları təqdim etmək imkanı məhdudlaşdırılmışdır. Bununla bağlı vəsatət verilsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Bir daha qeyd etmə istəyir ki, cavabdehin həmin mənzildə yaşayış hüquq olmaqla orada qeydiyyatda olmaq haqqı da vardır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd edir ki, cavabdeh könüllü olaraq öz miras payından anasının yəni iddiaçının xeyrinə imtina etməklə öz istifadə hüququndan da imtina etmişdir. Bəli belə olan halda istifadə hüquq olmayan şəxsin necə istifadə hüququna xitam verilə bilər? Bundan belə nəticəyə gəlmək olar ki, Pirallahı məhkəməsi işə baxarkən məhkəmə aidiyyətini pozaraq işi icrata qəbul etmiş və mülki iş kimi işə baxmışdır. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin və iki az yaşlı övladının başqa yaşayış yerinin olmaması hallarını nəzərə almamış, qeyd olunan əsaslar üzrə zəruri olan hər tərəfli araşdırmalar aparmamış və Cavabdeh uşaqları - 27 iyul 2005-ci il təvəllüdlü X34, 19 yanvar 2007-cü il təvəllüdlü X35 və 21 noyabr 2012-ci il təvəllüdlü X26 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməməsi əsaslara istinad etməmiş və nəticə də Məhkəmə tərəfindən mülki mübahisəyə baxaraq yekun qətnamə çıxarılan zaman maddi və prosessual hüquq normalar pozulmuşdur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, belə olan haldaməhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 may 2016-cı il tarixli Qərarında qeyd ediliri ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-279/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, X23 21 iyul 2019-cu ildə vəfat etdikdən sonra ünvan 1 ünvanı faktiki olaraq İddiaçı qalmış, İddiaçı həmin evdə yaşamaqla evin bütün xərclərini ödəmiş, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdeh həmin müddət ərzində mübahisəli evdə yaşamamışdır. Həmçinin Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-35/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh 2003-cü ildə X28 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş və 25 mart 2019-cu il tarixədək ərinin müvəqqəti qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamışlar. Uşaqları da yaşadıqları ünvan üzrə 12 saylı məktəbə getmişlər və hazırda orada təhsillərini davam etdirirlər, uşaqlar ataları ilə birlikdə yaşayırlar. 30.Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. 31.İşin faktiki hallarından göründüyü kimi Cavabdeh mübahisəli evə istifadə hüququnun yaranmasına baxmayaraq, o, özünün də bildirdiyi kimi, 2003-cü ildən mübahisəli mənzildə yaşamamış, həmin vaxtdan 25 mart 2019-cu il tarixədək ərinin müvəqqəti qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamışdır. Ərindən ayrıldıqdan sonra şəhərdə, arada bir isə bacısının ona daimi yaşamaq üçün verdiyi Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov (hazırda Yavər Əliyev) küçəsi 18 saylı evin 21 nömrəli mənzilində yaşamış və hal-hazırda da, orada yaşayaraq bütün kommunal xərcləri ödəyir. Həmin müddət ərzində cavabdehin mübahisələndirilən mənzildə yaşamaması ona dəlalət edir ki, onun həmin yaşayış sahəsinə ehtiyacı yoxdur. Onun yaşayış sahəsinə ehtiyacı olsa belə hal-hazıradək mübahisəli mənzildə yaşamasının təmin olunması üçün aidiyyəti orqana müraciət etməmiş, mülkiyyətçi və ya mənzilin digər sakinlərinin onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar barədə məlumat verməmişdir. 21 iyul 2019-cu ildə atası X23 vəfat etdikdən sonra notariat kontoruna müraciət edərək miras əmlakdan ona düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Hal-hazırda da, həmin mənzillə bağlı heç bir tələbi yoxdur. Mübahisəli mənzildə anası ilə yanaşı bacısı Dilarə uşaqları ilə birlikdə yaşadığından. həmin mənzilə köçərək orada yaşamaq fikri yoxdur. Məhkəmə araşdırması zamanı da, cavabdehin mübahisəli mənzildən istifadə etməsinə mülkiyyətçi və ya mənzilin digər sakinləri tərəfindən hər hansı maneənin yaradılması öz təsdiqini tapmamışdır.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh uşaqları - 27 iyul 2005-ci il təvəllüdlü X34, 19 yanvar 2007-cü il təvəllüdlü X35 və 21 noyabr 2012-ci il təvəllüdlü X26 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mübahisəli mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir.
33. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Belə ki, cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı izahatında bildirmişdir ki, 16 ildən artıqdır ki, mübahisəli mənzildə yaşamır, lakin sonraki iclaslarda cavabdehin nümayəndəsi eyni zamanda vəkili X6 izahatına bildirmişdir ki, 2015-ci ildə cavabdeh ərindən ayrıldıqdan sonra azyaşlı övladları ilə mübahisəli Pirallahı rayonu Pirallahı qəsəbəsi məhəllə 40 ev 1 A mənzil 21 ünvanında yerləşən mənzildə yaşamağa başlamış, 2019-cu ildə uşağı atasına verdikdən sonra 15 mart 2022-ci il tarixədək mübahisəli evdə yaşamağa davam etmişdir. Cavabdeh apellyasiya şikayətində də qeyd olunanlara istinad etmişdir. Bununla belə cavabdeh, 2015-ci ildən etibarən mübahisəli mənzildə yaşaması barədə hər hansı mötəbər sübutlar təqdim etməmiş, həmçinin cavabdehin birinci instansiya məhkəməsi zamanı verdiyi izahatında qeyd etmişdir ki, 16 ildən artıqdır ki, mübahisəli mənzildə yaşamır, bundan sonra da orada yaşamaq fikri yoxdur, lakin ata evindən qeydiyyatdan çıxmaq istəmir. Göründüyü kimi cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamamasını bildirməklə, nümayəndənin sonrakı iclasda “cavabdehin 2015-ci ildən etibarən mübahisəli mənzildə yaşaması, sonradan maneə yarandığı üçün evi məcburən tərk etməsi” kimi ifadələri işin nəticəsinə təsir edə bilməsinə yönəlmiş izahatlardır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(094)-107/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elnur Həsənov Rəşad Həsənov