Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5349/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(006)-2482/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə 07/UNİ2019/0294 nömrəli “Universal” X8 bağlamış və banka 1000 manat məbləğində əmanət pul qoymuşdur. "xxxx" ASC (bank) ilə İddiaçı (əmanətçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X5: 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş 1000 (min) AZN məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 2.2.-ci bəndinə əsasən Əmanət xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, 12 ay müddətinə, illik 11 faizlə qoyulur. 3.1-ci bəndinə əsasən Əmanətin məbləğinə faizlər gündəlik hesablanır. Əmanətin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. 4.1-ci bəndinə əsasən Bankın hüquq və öhdəlikləri: 4.1.5. Əmanətçini 1 (bir) ay öncə xəbərdar edərək Əmanətlərin Sığortalanması Fondu tərəfindən faiz dərəcəsi dəyişdiyi təqdirdə tərəflərin qarşılıqlı razılığı ilə həmin müqaviləyə əlavə imzalanmaqla müqavilədə nəzərdə tutulmuş faiz dərəcələrini artırmaq və ya azaltmaq; 4.1.11. Əmanətin əmanətçiyə qaytarılmasını təmin etmək. 5.2-ci bəndinə əsasən Bank tərəfindən Əmanətçidən Fondun tələblərinə uyğun olaraq bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. 5.6-cı bəndinə əsasən aşağıdakı əmanətlər qorunan əmanətlər hesab edilmir: e) cəlb edildiyi günə AZN 10%, USD/AVRO 2.5%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. 8.1-ci bəndinə əsasən Müqaviləyə hər hansı əlavə və dəyişiklik tərəflərin qarşılıqlı razılığı əsasında və yazılı şəkildə həyata keçirilir. 8.3-cü bəndinə əsasən Əlavə və dəyişikliklər tərəflər bu barədə müvafiq sənədi imzaladıqdan sonra qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. 9.2-ci bəndinə əsasən Həmin müqavilənin müddəti və əmanətin qaytarılma tarixi: xx.xx.2020-ci il müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103) 127/2020 nömrəli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratoriumun tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2020-ci il tarixdən bankın əmanətçiləri qarşısında öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilmədiyini nəzərə alaraq, sığorta hadisəsinin baş verdiyi günü xx.xx.2020-ci il tarixi hesab etmişdir. Hazırda iddiaçı banka depozitə yerləşmiş əsas və faiz borcu məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1000 (min) manat əmanət məbləğinin və 3 il üçün bank faizinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Sumqayıt filialı) ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X5 2.1-ci bəndinə görə Bank Əmanətçidən 1000 ( min) manat əmanət məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, yəni 12 ay müddətinə illik 11% olmaqla qoyulmuş, müqavilənin 2.2-ci bəndinə görə müqavilənin müddəti və əmanətin qaytarılma tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanmış, həmin qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı məxsus əmanət kitabçasına görə "xxxx" ASC xx.xx.2019-cu il tarixdə 1000 (min) manat pul qəbul etmişdir. Lakin "xxxx" ASC ləğv edildiyinə görə İddiaçı banka əmanət kimi qoyduğu 1000 ( min) manat və həmin pula görə hesablanmış faizləri ala bilmir. İddiaçı pulun ödənilməsi xahişi ilə LPO "xxxx" ASC-yə müraciət etmiş, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş cavab məktubunda tələbin növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Lakin iddiaçı cavabdehin müraciətə cavabı ilə razılaşmır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X5 5.2-ci bəndinə görə əmanətin qaytarılma tarixi xx.xx.2020-ci il təyin edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1000 (min) manat əmanət məbləğinin və 3 il üçün bank faizinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(006)- 2482/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, yəni İddiaçı ilə "xxxx" ASC arasında müvafiq əmanət müqaviləsinin bağlandığı vaxt Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı qüvvədə olmuşdur. Həmin qərara görə xx.xx.2019-cu il tarixdən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10% müəyyən edilmişdir (X1 Himayəçilik Şurasının iclasının 106 saylı protokolu). xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 12% müəyyən edilmişdir (X1 Himayəçilik Şurasının iclasının 116 saylı protokolu). "xxxx" ASC-də sığorta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Yəni, sığorta hadisəsi baş verən tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10% olmuş, lakin İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli “Universal” X6 əlavə və ya dəyişikliklər edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 11% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 10% olmuşdur. Buna görə də müqavilə bağlanan vaxt həmin əmanət qorunan əmanət hesab olunmurdu. Müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi (xx.xx.2019-cu il tarixli “Universal” X5 8.3-cü maddəsi). Mülki iş üzrə aparılan icraat zamanı müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müvafiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-də sığorta hadisəsi baş vermiş və xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Yəni, qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilərkən artıq sığorta hadisəsi baş vermiş və Bank qanunvericilikdə nəzərdə tutulmuş öz hüquq və vəzifələrini yerinə yetirə bilməyəcək vəziyyətə gəlmişdir. Həmçinin, qeyd etmək zəruridir ki, qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edildikdən (xx.xx.2020-ci il tarixdən) sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır. Məhkəmə xüsusi ilə qeyd etmişdir ki, əmanət müqaviləsi bağlandıqdan sığorta hadisəsi baş verən vaxtadək əmanət qoyulan pul vəsaiti qorunan əmanət olmamışdır. Sığorta hadisəsi baş verdikdən sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının milli valyutada illik faiz dərəcəsinin yuxarı həddinin 12% olması barədə qərar qəbul etməsi hazırkı mübahisənin həlli üçün əsaslı dəlil deyil. Çünki, Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verənə qədər qorunan əmanətlər üzrə kompensasiya vermək iqtidarındadır. İş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun sığorta hadisəsi baş verdikdən sonra yaranan və ya dəyişən münasibətlər üçün cavabdeh olması hüquqi cəhətdən mümkün deyildir. Buna görə də iddia tələbi əmanətin ödənilməsi hissəsində əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin 3 il üçün bank faizinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X8 üzrə banka verilmiş 1000 manat məbləğində əmanətin qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi tam əsassızdır. Belə ki, pul vəsaiti bankın depozit hesabına daxil edilən zaman sığortalı əmanət kimi qəbul edilmiş və ona əmanətin tam sığortalandığı bildirilmişdir. Hətta hazırda sığortalı əmanətlər üzrə illik faiz dərəcəsi 12 faiz təşkil edir ki, bu da həmin vəsaitin ona ödənilməsini ehtiva edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-390.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə görə, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 5-ci maddəsinə görə, əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə görə, əmanət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir; 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.2 və 2.1.2.6-cı maddələrinin tələbinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.9-cu maddəsinə görə, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir. 2.1.10-cu maddəsinə görə, sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 8.1.20-ci maddəsində qeyd edilmişdir ki, X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə 07/UNİ2019/0294 nömrəli “Universal” X6 əsasən müqavilənin müddəti, yəni əmanətin qaytarılma vaxtı xx.xx.2020ci il müəyyən edilmişdir. 1000 manat məbləğində əmanət 12 ay müddətinə, illik 11 (on bir) faiz ilə qoyulmuşdur İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli iclasının 106 saylı protokolundan görünür ki: X4 tövsiyələrinə uyğun olaraq 01 iyul 2019-cu il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin milli valyutada 10%, xarici valyutada isə 2,5% müəyyən edilməsi; X4 tövsiyələrinə uyğun olaraq maliyyə bazarlarındakı vəziyyətdən, o cümlədən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinə edilən dəyişikliklərdən asılı olaraq qorunan əmanətlər üzrə faiz siyasətinə baxılması, habelə aidiyyəti məlumatların təqdim edilməsinin təmini məqsədilə qeyd olunan istiqamət üzrə təhlillərin aparılması və nəticəsi barədə rüblük əsasda Himayəçilik Şurasına məlumatın verilməsinin Əmanətlərin Sığortalanması Fonduna tapşırılması; Qərarın icrasının Fondun icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevə tapşırılması barədə qərar verilmişdir. Müəyyən edilmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2020-ci il tarixli iclasının 116 saylı protokolu ilə X4 tövsiyəsinə uyğun olaraq 01 iyun 2020-ci il tarixindən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12% müəyyən edilməsi; Qərarın icrasının Fondun icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevə tapşırılması barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi barədə xx.xx.2020ci il tarixli qərar qəbul edilmişdir. Həmin vaxtdan etibarən əmanətçilər qarşısında öhdəliklər qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirilə bilmədiyini nəzərə alaraq qeyd olunan bankda sığorta hadisəsinin baş verdiyi gün xx.xx.2020-ci il tarixi hesab olunur. Sığorta hadisəsi baş vermiş banklarda qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi xahiş olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ləğv prosesində olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ərizəsindən görünür ki, o "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X8 üzrə banka qoyulmuş 1000 (min) əmanət məbləğinin ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, LPO "xxxx" ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli cavab məktubunda isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsini göstərmişdir. Həmçinin cavab məktubunda qeyd edilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cəlb etdiyi günə bu Qaydanın 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə, yəni İddiaçı ilə "xxxx" ASC arasında müvafiq əmanət müqaviləsinin bağlandığı vaxt Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı qüvvədə olmuşdur. Həmin qərara görə xx.xx.2019-cu il tarixdən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10% müəyyən edilmişdir (X1 Himayəçilik Şurasının iclasının 106 saylı protokolu). xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 12% müəyyən edilmişdir (X1 Himayəçilik Şurasının iclasının 116 saylı protokolu). "xxxx" ASC-də sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermişdir. Yəni, sığorta hadisəsi baş verən tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10% olmuş, lakin İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli “Universal” X6 əlavə və ya dəyişikliklər edilməmişdir. Göründüyü kimi hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 11% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 10% olmuşdur. Buna görə də müqavilə bağlanan vaxt həmin əmanət qorunan əmanət hesab olunmurdu. Müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi (xx.xx.2019-cu il tarixli “Universal” X5 8.3-cü maddəsi). xx.xx.2020ci il tarixdə "xxxx" ASC-də sığorta hadisəsi baş vermiş və xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Yəni, qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilərkən artıq sığorta hadisəsi baş vermiş və Bank qanunvericilikdə nəzərdə tutulmuş öz hüquq və vəzifələrini yerinə yetirə bilməyəcək vəziyyətə gəlmişdir. Həmçinin, qeyd etmək zəruridir ki, qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edildikdən (xx.xx.2020-ci il tarixdən) sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır. Bundan başqa sığorta hadisəsi baş verdikdən sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının milli valyutada illik faiz dərəcəsinin yuxarı həddinin 12% olması barədə qərar qəbul etməsi hazırkı mübahisənin həlli üçün əsaslı dəlil deyil. Çünki, Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verənə qədər qorunan əmanətlər üzrə kompensasiya vermək iqtidarındadır. İş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun sığorta hadisəsi baş verdikdən sonra yaranan və ya dəyişən münasibətlər üçün cavabdeh olması hüquqi cəhətdən mümkün deyildir. Digər tərəfdən İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X8 üzrə banka verilmiş 1000 manat məbləğində əmanətin qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı şikayətində pul vəsaitinin bankın depozit hesabına daxil edilən zaman sığortalı əmanət kimi qəbul edilməsini və ona əmanətin tam sığortalandığı bildirilməsini qeyd etmiş, həmçinin əlavə etmişdir ki, hazırda sığortalı əmanətlər üzrə illik faiz dərəcəsi 12 faiz təşkil edir ki, bu da həmin vəsaitin ona ödənilməsini ehtiva edir. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı hesab edir ki, iddiaçı müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müvafiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən pul vəsaitinin bankın depozit hesabına daxil edilən zaman sığortalı əmanət kimi qəbul edilməsi halı iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qeyd edildiyi kimi Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verənə qədər qorunan əmanətlər üzrə kompensasiya vermək iqtidarındadır. İş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun sığorta hadisəsi baş verdikdən sonra yaranan və ya dəyişən münasibətlər üçün cavabdeh olması hüquqi cəhətdən mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğ – kompensasiya olunmayan əmanət məbləğidir, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq növbəlililk əsasında ödənilməlidir. Qeyd olunan əmanət məbləği isə növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. İddiaçının banka əmanətin geri qaytarılması barədə cavabdehə müraciət etməsinə dair ərizə ilə bağlı qeyd etmək lazımdır ki, banka əmanətin geri qaytarılması barədə ərizənin təqdim edilməsi banka qoyulmuş əmanətin bütün məbləğinin sığorta edilmiş məbləğ hesab edilməsi üçün əsas deyil. Çünki, yuxarıda qeyd edildiyi kimi, qoyulmuş əmanət məbləğinin sığorta olunan həddi qanunvericiliklə tənzimlənir. Qeyd olunmalıdır ki, iddiaçının əmanəti kompensasiya olunmayan (sığortalanmayan) əmanət olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğv edicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanət bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, "xxxx" ASC-i yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri (həmçinin geri qaytarılmalı olan kreditlər) hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçının əmanət məbləğinin sığortalı əmanət kimi qiymətləndirilməsi, onu digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(006)- 2482/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Səadət Səlimova