Məhkəmə qərarları › İş №2(103)-5353/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5353/2020

14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5353/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Ərizəçinin vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(010)-928/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 atasının xx.xx.1948-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Əhməd-zadə Aqil Camal oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi uzun müddət Əhməd-zadə Aqil Camal oğlu ilə vətəndaş nikahında yaşamışdır. Həmin dövrdə Əhməd-zadə Aqil Camal oğlu formal olaraq digər şəxslə birgə nikahda idi. Bu səbəbdən də nikaha daxil ola bilməmişlər. Ərizəçinin 2016-cı ilin əvvəlində hamilə olması müəyyən edildi. Bu səbəbdən də X3 məhkəməyə nikahın pozulması üçün müraciət etdi. Lakin məhkəmə qətnaməsi çıxdıqdan qısa müddət sonra Əhməd-zadə Aqil Camal oğlu vəfat etdi. Bu səbəbdən xx.xx.2016-cı il tarixdə övladı X4 anadan olduqda atalığın müəyyən edilməsi mümkün olmadı. Hazırda qızının doğum haqda şəhadətnaməsinin ata qrafasında X5 yazılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, X1 doğum haqqında şəhadətnaməsində dəyişiklik edərək, ata qrafasında Əhməd-zadə Aqil Camal oğlu qeyd edilən yeni şəhadətnamə verilməsi xahişi ilə Sabunçu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin idarənin məktubuna əsasən ona məhkəməyə müraciət etməsi təklif edilmişdir.Təbii ki, övladının atası vəfat etdiyi üçün Sabunçu Qeydiyyat Şöbəsindən doğum haqda şəhadətnamənin verilməsidə mümkün deyil.Övladının doğum haqqında şəhadətnaməsində mövcud olmamış şəxsin adının yazılması onun bioloji atasından qalan əmlakdan pay almasının qarşısını alır həmçinin gələcəkdə normal həyat qurmasına maneçilik törədəcək. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(010)-928/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə xx.xx.2016-cı il təvəllüdlü X1 atasının xx.xx.1948-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Əhmədzadə Aqil Camal oğlu olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə sübut kimi dini nikah, mərhuma məxsus avtomobilə dair etibarnamə, ailəvi fotoşəkillər təqdim edilmişdir. Ərizəçi mərhum Əhməd-zadə Aqil Camal oğlu ilə faktiki nikah münasibətində yaşamışdır. Mərhumun başqa şəxslə rəsmi nikahda olması həqiqəti əks etdirmir. Əhmədzadə Aqil nikahın pozulması üçün müraciət etmiş, nikah pozulmuşdur. Lakin qətnamə onun ölümündən bir neçə gün öncə qanuni qüvvəsini almış və bu səbəbdən də ərizəçi ilə vaxt azlığı səbəbindən rəsmi nikaha daxil ola bilməmişdir. Kollegiya iclasında iştirak edən ərizəçinin vəkili P.Hacılı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnamsinin ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, ona atalıq faktının müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuş X1 atası kimi X5, anası kimi isə Ərizəçi göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Həmin Qərarın 11.3-cü maddəsindən görünür ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında müəyyən olunmuşdur ki, mərhum Əhmədzəda Aqil rəsmi olaraq başqa bir şəxslə nikahda olmuş və həmin nikahdan da uşaqları olmuşdur. Əhmədzadə Aqil rəhmətə getdikdən bir neçə ay sonra ərizəçinin uşağı dünyaya gəlmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarından da göründüyü kimi atalığın müəyyən olunması faktı məhkəmə tərəfindən tanınarkən zəruri üç şərtdən biri kimi həmin şəxsin özünü uşağın atası hesab etməsi şərtidir. Lakin, ərizəçinin uşağı Əhmədzadə Aqilin vəfatından sonra dünyaya gəldiyindən mərhumun özünü həmin uşağın atası hesab etməsini təsdiq edən heç bir sübut ərizəçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya ərizəçi tərəfindən sübutların təqdim edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, dini nikah, etibarnamə, fotoşəkillər faktı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə sübutların kifayət qədər olmaması səbəbindən həmin faktın təsdiqinə imkan vermədiyindən ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(010)-928/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar