Məhkəmə qərarları › İş №2(103)-5358/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5358/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5358/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “divident ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “qiymətli kağız mülkiyyətçilərinin reyestrdən çıxarılması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, 1994-cü ildən hal-hazıra kimi ödənilməyən dividentlər Cavabdeh ASC tərəfindən İddiaçı ödənilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Əhəd İsgəndərovun adı Cavabdeh ASC-nin səhmdarı kimi Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarılsın. Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsi ilə ilə qət olunub ki, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin edilsin, Əhəd İsgəndərovun adı Cavabdeh ASC-nin səhmdarı kimi Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin edilsin, qarşıqlılı iddia rədd olunsun. Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisədir. İddiaçı (səhmdar) divident ödənilməsini tələb edir, cavabdeh (kommersiya hüquqi şəxsi) isə iddiaçının adının səhmdar kimi qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarılmsını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26-cı maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarının 13, 19 və 26-cı bəndlərində verilən izahlara görə bu işə birinci instnsiya məhkəməsi kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalı idi. Lakin Nəsimi Rayon Məhkəməsi aidiyyət qaydasını pozaraq kommersiya mübahisəsinə baxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365, 387.2.1 və 32.4-cü maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar