Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5361/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işdən azad edilməyə dair əmrin ləğvi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 Ağaməmməd oğlunun, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndələri X2, Nümayəndə və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1034/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağanmış PERSORD20-01598 saylı, 05 mart 2020-ci il tarixli Əmək müqaviləsinə əsasən, işçi İddiaçı "xxxx" QSC-də Kiçik və X12 üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur.
2. İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, onunla imzalanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsini xahiş edir.
3. İş materiallarında olan, Yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli Aktan görünür ki, xx.xx.2021-ci il tarixdə Kiçik və X12 üzrə aparıcı mütəxəssis İddiaçı işdən azad olunması barədə AD-255018 nömrəli sorğu informasiya təhlükəsizliyi üzrə menecer Zaur Kərimova daxil olmuş və həmin sorğu əsasında informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı pozuntu faktları aşkar edilmişdir: xx.xx.2021-ci il, saat 17:41-də İddiaçı korporativ elektron poçt ünvanından Fuad.FElektron ünvan 1, şəxsi elektron poçt ünvanına – fuad.feyruzoğElektron ünvan 2 banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə aşkar olunmuş fakt barədə izahat verməyə dəvət edilmiş və izahat verməkdən imtina etmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır.
4. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli 21-1070 nömrəli kadr əmrinin surətindən görünür ki, Kiçik və X12 üzrə aparıcı mütəxəssis ilə bağlanmış əmək müqaviləsinə 05 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasının əslini və kadr əmrinin surətini İddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə götürmüşdür.
5. İş materiallarında olan, ******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 21-1070 nömrəli kadr əmri ilə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi edilməsi tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin İddiaçı barədə xx.xx.2021-ci il tarixli “işdən azad olunma barədə” 21-1070 nömrəli kadr əmrinin ləğv edilməsinin, qed olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi dəyişdirilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı barədə xx.xx.2021-ci il tarixli “işdən azad olunma barədə” 21-1070 nömrəli kadr əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Bank sistemində əmək fəaliyyətinə 03 aprel 2006-cı ildə Azərbaycan Mikromaliyyələşmə Qapalı Səhmdar Bankında başlamışdır. Qeyd olunan bankın adı 2008-ci ildə dəyişərək Cavabdeh QSC adlandırılmışdır. 18 yanvar 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər digər kredit təşkilatlarında çalışmışdır. xx.xx.2020-ci ildən etibarən təkrarən cavabdeh təşkilatda aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Pandemiya ilə əlaqədar bankda iş rejimi yeni qaydalara uyğunlaşdırıldığı üçün Bank rəhbərliyinin rəsmi icazəsi əsasında distant-onlayn qaydada müəyyən işlərin icrası zərurəti yaranmışdır. Bu səbəbdən rəhbərlik bir qrup işçilərə öz şəxsi e-mailindən istifadə etməyə icazə vermişdir. Bank rəhbərliyi özləri şəxsi emailinə çıxışı açıq qoymaqla, şəxsi e-maildən bank xidmətləri və işlərin icrası üçün istifadəsinə icazə vermişlər. Bank rəhbərliyinin icazəsi əsasında işlədiyi dövrlərdə hətta şənbə və bazar günlərində də müştəri cəlb etmək üçün öz e-mailindən bank rəhbərliyinə məlumatlar göndərmişdir. Cavabdehın rəhbərliyinin göstərişi ilə informasiya təhlükəsizliyi əməkdaşları Cavabdehda olan onun korporativ poçt ünvanını şəxsi telefonuna yükləmişlər. Həmin ünvana gələn məktubları rəhbərliyin icazəsi ilə işdən kənarda izləyə bilmiş və sorğulara cavab da yaza bilirmiş. İşdən kənarda olanda lazım olan cədvəlləri yerindəcə doldurub, müştərilər haqqında məlumatları qeyd edib, lazım olan rəhbər işçilərə məlumat göndərmişdir. Hətta xx.xx.2021-ci ildə işdən onu azad etdikdən sonra da şəxsi telefonunda olan poçt ünvanına məlumatlar gəlmişdir. Bu xx.xx.2021-ci ilə qədər davam etmişdir. xx.xx.2021-ci ildə Bankın 19 illiyi yubileyi ilə bağlı “zoom” üzərindən baş ofislə bağlantı həmin elektron poçtuna göndərilmiş və kollektiv onun komputerinin qarşısına yığılaraq tədbirdə iştirak etmişlər. xx.xx.2021-ci ildə saat 09:35-də bank tərəfindən onun korporativ poçt ünvanına zoomla görüş təyin etmişlər. Bu görüş zamanı yeni işə götürülmək üçün müraciət etmiş şəxslərlə X13 Departamentinin əməkdaşları ilə görüş təşkil edilmiş və keçirilmişdir. xx.xx.2021-ci il 15:43-də yenə də onun korporativ poçt ünvanına “zoom”la görüş təyin edilmişdir. Bu görüşdə də İnsan Resursları Departamentinin əməkdaşları başqa bir namizədlə görüşüb danışmışlar. Onun korporativ poçt ünvanında “zoom”la görüş davam edən zaman Lənkəran filialının müdiri X3 onu otağına dəvət etmişdir. Müdirin komputerində “zoom”la görüşdə baş ofisdən İnsan Resursları Departamentinin rəhbəri Nigar Hüseynzadə və İnformasiya Təhlükəsizliyi meneceri Zaur Kərimov onunla danışığa başlamışlar. Onların sözünə görə o bank sirri və kommersiya sirrini yaymışdır. O isə bu sirri kimə və nə vaxt ötürməyi barədə məlumat istəmişdir. Ehtimal etdiklərini söyləmişlər. Bu görüşdə X3 da iştirak etmişdir. Görüş başlayanda müdir Məhəmməd qapını içəridən açarla kilidləmişdir. Bu da onda müəyyən şübhələr yaratmışdır. Həmin vaxt onların bu hərəkətinə etiraz etmişdir. Cavabdehın 3-cü şəxslərə bank sirrinin yayılması haqqında sübutları yoxdur. İnsan Resursları Departamentinin əməkdaşları əlavə akt tərtib etmiş və bu akta Lənkəran filialının əməkdaşları X5, X10 və X4 imza etmişlər. Halbuki onlar onunla bağlı görüşlərdə iştirak etməmişlər. Bank rəhbərliyi xx.xx.2021-ci ildə bütün işçilərlə Əmək müqaviləsinə zidd olan müqavilə imzalatmışlar. Hər dəfə 3 ay artırılmaqla 3 aylıq müqavilə formasını tərtib edib işçilərə məcburən imza etdirmişlər. Bu da işlərinin gələcəkdə dayandırılması riski deməkdir. Uzun müddət qeyd olunan bank sistemində işləməyinə baxmararaq, gördüyü və həcminə uyğun gəlməyən formada və məbləğdə əmək haqqı ödənilmişdir. Hətta Əmək Məcəlləsinə zidd olaraq əmək müqaviləsini uzun müddət işləyən işçilərlə 3 ay müddətinə bağlamağa başlamışlar. Cavabdeh təşkilat vəzifəsini, yaxud vəzifə maaşını dövrün və yerinə yetirilən iş həcminə uyğun olaraq artırmadığı üçün, digər bir kredit təşkilatından daha yüksək vəzifə və yüksək vəzifə maaşı təklifi aldığı üçün, 07 oktyabr 2021-ci il tarixdə Cavabdeh QSC-nin Lənkəran filialının dəftərxanasına ƏM-nin 69cu maddəsinə uyğun formada ərizə təqdim edərək, əmək müqaviləsinin öz təşəbbüsü ilə xitam edilməsini cavabdehdən, bank rəhbərliyindən xahiş etmişdir. Belə bir ərizə təqdim etdiyi üçün cavabdeh təşkilat məqsədli və qərəzli formada heç bir sübut olmadan onun işdən çıxmaq barədə yazdığı ərizəni əngəlləmək üçün ona qarşı “qarayaxma” kompaniyasına başlamışlar. Bu niyyətlərini həyata keçirmək üçün heç bir fakt və sübut olmadığı üçün cavabdeh tərəfindən ona və digər müəyyən işçilərə onlayn işlərin icrası məqsədilə şəxsi emaildən istifadəyə dair verdikləri icazəni əsassız formada bank sirrinin yayılması kimi hallandırmağa başlamışlar. Əslində sirr o vaxt yayılmış hesab olunardı ki, məlumat 3-cü şəxslərə ötürülmüş hesab olunsun. Belə bir fakt mövcud deyildir. Cvabdehin bu hərəkəti yalnız onların razılığı olmadan onun başqa kredit təşkilatında yüksək vəzifə maaşlı işə keçməyini əngəlləməklə onun əmək kitabçasına əsassız formada ləkə gətirə bilən qeydi qərəzli və əsassız olaraq yazmaq ilə əlaqədardır. Bu səbəblərə görə cavadeh 05 noyabr 2021-ci il tarixdə 21-1070 nömrəli işdən azad olunmağı barədə kadr əmri rəsmiləşdirmişdir. Onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi öz əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmişdir və o tutduğu vəzifədən azad edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-1034/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli), İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işçisi olan İddiaçı Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin (bundan sonra - ƏM) 10, 68, 70, 71, 72-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
13. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
14. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh QSC-də tutdugu vəzifədən azad olunan zaman Azarbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 47, 51, 70, 71, 72-ci maddələri pozulmuş və birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən həmin maddələr və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Bildirir ki, o, Cavabdeh QSC-nin müştərilərinin məlumatlarını daşıyan “excel” faylı həmin müştəriləri Cavabdeh QSC-nin əməkdaşı Xəyala təqdim etmək və həmin müştərilərlə görüşmək üçün şəxsi elektron poçt ünvanına göndərmişdir. O, kommersiya sirri hesab olunan bu malumatları birbaşa rəhbəri olan filial rəhbərinin razılığı ilə şəxsi elektron poçt unvanına göndərmişdir. Biznes müştərilərlə əlaqədar Bankda formalaşmış təcrübəyə uyğun olaraq, tərəfindən xx.xx.2021-ci il tarixdə yeni bir müştəri banka cəlb edilmişdir. Həmin müştəri bankdan 450.000 manat kredit götürdü. Həmin vaxt bank ilə əmək müqavilənin xitamı üçün müraciətini hazırlamışdır. Əgər banka müştəri cəlb etmək istəməsəydi və banka qarşı işçi olaraq hər hansı qərəzi olsaydı, müştərini dəvət etməyə bilərdi. Məhkəmə onun tərəfindən kommersiya sirrinin yayılmasının necə baş verməyi, ümumiyyətlə belə bir faktın olub-olmaması, habelə kommersiya sirrinin hansı 3-cü şəxsə yayılması faktının mövcudluğunu aydınlaşdırmamışdır. Məhkəmə “Kommersiya sirri haqqında” qanunun və tərəflər arasında bağlanmış kommersiya razılaşmasının tələblərini nəzərə almamış, habelə cavabdehin 3 ay müddətinə işçiləri müqavilə bağlamağa məcbur etməsinə düzgün qiymət verməmiş, ümumiyyətlə buna aydınlıq gətirməmişdir. İşəgötürən olaraq Cavabdeh QSC tərəfindən onun isdən azad edilməsi qanunvericilikdə tələb olunan çərçivədə asaslandırılmamışdır. Şəxsi elektron poçt ünvanına göndərdiyi məlumat yalnız onun özünə aiddir və o, kimsəyə məlumat ötürməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh QSC tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilərək, apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Proses iştirakçılarının izahatı:
16. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Ağaməmməd oğlu verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndələri X6, Nümayəndə və nümayəndəsi və vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
21. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
22. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
23. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
24. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, İddiaçı Cavabdeh QSC-də 05 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla Kiçik və X12 üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli 21-1070 nömrəli kadr əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 05 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı barədə xx.xx.2021-ci il tarixli “işdən azad olunma barədə” 21-1070 nömrəli kadr əmrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli Yoxlamanın nəticələrinə dair Akta əsasən xx.xx.2021-ci il tarixdə Kiçik və X12 üzrə aparıcı mütəxəssis İddiaçı işdən azad olunması barədə AD-255018 nömrəli sorğu informasiya təhlükəsizliyi üzrə menecer Zaur Kərimova daxil olmuş və həmin sorğu əsasında informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı pozuntu faktları aşkar edilmişdir: xx.xx.2021-ci il, saat 17:41-də İddiaçı korporativ elektron poçt ünvanından Fuad.FElektron ünvan 1, şəxsi elektron poçt ünvanına fuad.feyruzoğElektron ünvan 2 banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə aşkar olunmuş fakt barədə izahat verməyə dəvət edilmiş və izahat verməkdən imtina etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşmanın 1-ci bəndindən görünür ki, razılaşmanın bağlanması faktı və onun mətni, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar, X9 xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya sirri rejiminin tətbiqi barədə” Qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar kommersiya sirri şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq Kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Bu Razılaşmaya əsasən tərəflər əmək münasibətləri çərçivəsində kommersiya sirri təşkil edən məlumatların bir-birlərinə birbaşa və ya dolayı yolla açıqlamasının mümkünlüyünü anlayaraq, kommersiya sirrinin qorunması və yalnız tərəflər arasında bağlanmış Əmək müqaviləsinin icrası məqsədilə və əmək müqaviləsi çərçivəsində istifadə edilməsi niyyətini bəyan edirlər və razılaşmada nəzərdə tutulan şərtlərlə razılaşırlar.
42. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, Davranış Kodeksinin qaydalarının işəgötürən tərəfindən müəyyən edilən şərtlərini imza edib qəbul etməsinə baxmayaraq könüllü işdən azad olunma barədə ərizə verdikdən bir müddət sonra Bankın müştərilərinin fərdi məlumatlarını əks etdirən məlumatları göstərilən qaydalara zidd olaraq korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərmişdir. Bununla da İddiaçı əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaqda ifadə olunan əmək funksiyasından irəli gələn vəzifələrini yerinə yetirməmişdir. İşçisi olan İddiaçı Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur.
43. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı verdiyi apelyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh QSC-də tutdugu vəzifədən azad olunan zaman Azarbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 47, 51, 70, 71, 72-ci maddələri pozulmuş və birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən həmin maddələr və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur.
44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.
45. Apelyasiya şikayətində bildirmigdir ki, X11 oglu Cavabdeh QSC-nin müştərilərinin məlumatlarını daşıyan “excel” faylı həmin müştəriləri Cavabdeh QSC-nin əməkdaşı Xəyala təqdim etmək və həmin müştərilərlə görüşmək üçün şəxsi elektron poçt ünvanına göndərmişdir. Həmçinin, apelyasiya şikayətində bildirilmişdir ki, İddiaçı kommersiya sirri hesab olunan bu malumatları birbaşa rəhbəri olan filial rəhbərinin razılığı ilə şəxsi elektron poçt unvanına göndərmişdir.
46. Məhkəmə kollegiyası İddiaçı oglunun Cavabdeh QSC-nin kommersiya sirlərini şəxsi elektron poçtuna göndərməsini əsaslandırmaq üçün irəli sürdüyü bu dəlilini əsassız hesab edir. Belə ki, müştərilərlə görüşmək və həmin müştərilərlə əlaqə saxlamaq üçün həmin müştərilərin Cavabdeh QSC-də olan məlumatlarının şəxsi elektron poçt ünvanına göndərilməsinə heç bir halda ehtiyac yoxdur. Apelyasiya şikayətində İddiaçı həmin müştərilərlə birbaşa əlaqəsi olduğu və əvvəllər də agər İddiaçı müştərilərin telefon nömrələri mövcuddursa, müştərinin krediti, onun faizi və digər malumatları əks etdirən müştəri portfelini Cavabdeh QSC-dən kənara çıxarmağa nə ehtiyac vardlr. Müştəri ilə əlaqə saxlamaq üçün yalnız telefon nömrəsi kifayət etdiyi halda bütün müştəri malumatlarının çıxarılması isə onu göstərir ki, İddiaçı bu məlumatları öz şəxsi maraqları üçün istifadə etmək məqsədilə Cavabdeh QSC-dən kənara çıxarmışdır. Bununla yanaşı İddiaçı tərəfindən müştəri məlumatlarının Cavabdeh QSC-dən kənara çıxarılmasına filial rəhbəri tərəfindən razılıq verilməsi barədə iddiaçının dəlili hər-hansı bir sübutla təsdiq olunmur. Bütün bunlar isə onu göstərir ki, İddiaçı müştəri məlumatlarını müştərilərlə görüşmək üçün deyil, gələcəkdə, yəni Cavabdeh QSC-dən ayrıldıqdan sonra öz şəxsi maraqları üçün istifadə etmək məqsədilə şəxsi elektron poçt ünvanına göndərmişdir.
47. Apelyasiya şikayətində İddiaçı əmək müqaviləsinin müddətinə istinad olunmuş və bununla əlaqədar olaraq Cavabdeh QSC tərəfindən bir sıra hüquqi normaların pozulduğu iddia edilmişdir. Hazırki iş üzrə isə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə deyil, 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bu isə onu deməyə asas verir ki, həmin əmək müqaviləsinin müddətinin hazırki iş ilə heç bir əlaqəsi yoxdur və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq bu məsələyə toxunulmamışdır.
48. Apelyasiya şikayətində iddia edilmişdir ki, işəgötürən olaraq Cavabdeh QSC tərəfindən İddiaçı isdən azad edilməsi qanunvericilikdə tələb olunan çərçivədə asaslandırılmamışdır. Kollegiya bu dəlili aşağıda qeyd edilən səbəblərdən asassız hesab edir.
49. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına Cavabdeh QSC-nin müştəri məlumatlarının qeyd olunduğu elektron sənədi göndərmişdir. Bununla, o, onunla Cavabdeh QSC arasında imzalanmış əmək müqaviləsinin 7.4-cü bəndini və “Kommersiya sirri rejiminin tatbiqi” barədə razılaşmanın tələblərini pozmusdur. Belə ki, əmək müqaviləsinin 7.4-cü bəndi tələb edir ki, işçi bankın işi üçün tələb olunmadıgı halda, işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatlar bankın sahəsindən kənara çıxara bilməz. Hazırki işdən də aydın olur ki, İddiaçı məlumatları Cavabdeh QSC-nin işi üçün deyil, şəxsi maraqları üçün bankdan kənara çıxarmışdlr. Bu isə onu göstərir ki, İddiaçı əmək müqaviləsi üzrə ğhdəliklərini qəsdən yerinə yetirməmiş və onları pozmugdur.
50. Kommersiya sirri haqqında Azarbaycan Respublikasının Qanununa əsasən Cavabdeh QSC-nin fəaliyyəti ilə əlaqədar olaraq topladığı və işlətdiyi məlumatlar müştəri məlumatları Cavabdeh QSC-nin kommersiya sirri hesab olunur və Cavabdeh QSC onların sahibidir.
51. Həmin Qanunun 5-ci maddəsində isə kommersiya sirri sahibinin bir sıra hüquqları öz əksini tapmışdır. Bunlara kommersiya sirri rejimini müəyyən etmək, onların mülki dövriyyəyə buraxılma üsulunu müəyyən etmək və rejimin pozulmasına təhlükə yaradan hərəkətlərdən müdafiə olunmaq daxildir.
52. Hamin Qanunun 6.1 və 10.1-ci maddələrinə əsasən kommersiya sirri rejiminə əməl etmək öhdəliyi işçilərin üzərinə əmək muqaviləsi və ya kommersiya sirri rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilir.
53. Hamin Qanunun 6.1.2-ci maddəsinə əsasən konfident kommersiya sirri rejiminə əməl etməy borcludur. Hazırki işdə İddiaçı əmək müqaviləsində və kommersiya sirrinə dair rejimdə müəyyən edilən kommersiya sirri rejimi həmin əmək müqaviləsinin 7.4-cü bəndində qeyd edilən öhdəliklərini icra etməməklə kobud surətdə pozmuşdur. Bununla da, İddiaçı Cavabdeh QSC-nin Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən huquqlarını pozmuş və onlara ziyan vurmugdur.
54. Azarbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi Cavabdeh QSC-yə İddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsini ləğv etməyə icazə verir.
55. Əmək Məcəlləsinin 71.2-ci maddəsində tələb edilir ki, yuxarıda qeyd edilən 70-ci maddanin “ç” bəndi ilə İddiaçı əmək müqaviləsinə xitam vermək üçün İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
56. Əmək Məcəlləsinin 71.3-cü maddəsi isə tələb edir ki, yuxarıda qeyd edilən 70-ci maddə ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
57. İş materiallarından aydın olur ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq Cavabdeh QSC-yə məxsus kommersiya sirlərini şəxsi elektron poçt ünvanına göndərmişdir. Bunun nəticəsində isə Cavabdeh QSC-nin kommersiya sirri ilə əlaqədar huquqlarını pozmuşdur. Beləliklə, İddiaçı qəsdən əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə görə işəgötürən olaraq Cavabdeh QSC-nin kommersiya sirri üzrə huquq va qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu isə onu göstərir ki, hazırki iş üzrə Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbinə əməl edilməmişdir.
58. İddiaçı işdən azad edilməsinin zəruriliyinin asaslandırılması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu barədə müvafiq kadr əmrində xx.xx.2021-ci il tarixli “yoxlama nəticələrinə dair” akta istinad olunmuşdur. Həmin aktda isə açıq-aşkar İddiaçı tərəfindən əmək funksiyalarının pozuntusu ilə nəticələnən əməl təsvir olunmugdur. Bu isə onu göstərir ki, İddiaçı işdən azad olunma əsası əmək müqaviləsi üzrə öhdəliklərini pozmasıdır va onun əmək müqaviləsi üzrə öhdəliklərini pozması halı əmrdə istinad olunan aktda təsvir olunmuşdur. Bu da onu göstərir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi Cavabdeh QSC tərəfindən asaslandırılmış və Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinə əməl edilmişdir.
59. Apelyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı şəxsi elektron poçt ünvanına göndərdiyi məlumat yalnız onun özünə aiddir və o, kimsəyə məlumat ötürməmişdir. Lakin nəzərə almaq lazımdır ki, Kommersiya sirri haqqında Qanunun 2.0.6-cı maddəsində kommersiya sirri rejimi kommersiya sirrinin əldə edilməsinin məhdudlaşdırılması üzrə kommersiya sirrinin sahibi va ya konfidenti tərəfindən müəyyən edilmiş tədbirlər sistemidir. Cavabdeh QSC və İddiaçı arasında müəyyən edilmiş kommersiya sirri rejimi də onun hansı hallarda bu kommersiya sirlərini əldə etməsini müəyyən etmişdir. Bu üsullardan kənar formada İddiaçı kommersiya sirlərini əldə etməsi isə Kommersiya sirri haqqında Qanunun 2.0.8-ci maddəsinə əsasən kommersiya sirrinin əldə olunmasnın qeyri-qanuni üsulu hesab olunur və onun kommersiya sirri rejimini pozduğunu göstərir. İddiaçı kommersiya sirri rejimini pozduğunu və bu rejimin kommersiya sirri rejiminin məxfiliyini qorumağa çalışan tədbirlər sistemi olduğunu nəzərə aldıqda isə aydın olur ki, bu rejimi pozmaqla o, Əmək Məcəlləsinin 72-ci maddasinin “d” bəndində qeyd edildiyi kimi kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməmişdir.
60. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, İddiaçı Cavabdeh QSC-y məxsus kommersiya sirlərini şəxsi elektron poçt ünvanına göndərməklə əmək müqaviləsi üzrə hüquqlarını qəsdən pozmus, bununla Cavabdeh QSC-nin kommersiya sirri ilə əlaqədar olaraq huquq va mənafeyinə ziyan vurmuş, habelə kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh QSC isə bu hadisələri və İddiaçı əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini müvafiq kadr əmri və “yoxlama nəticələrinə dair” akt ilə əsaslandırmışdır.
61. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
62. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
63. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1034/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.