Məhkəmə qərarları › İş №2(103)-5364/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5364/2024

09.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5364/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4358/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə (sonradan - Azərterminalkompleks) işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4358/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan da şikayət vermiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı sonuncu qərardaddan da şikayət vermiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmuş, xx.xx.2024-cü il tarixli qərardad ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayət isə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinin verilməsi bu Məcəllə ilə müəyyən olunmuş formada (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununa edilmiş «Apellyasiya şikayətinin forması» başlıqlı əlavə 2-də müəyyən edilmiş) həyata keçirilməlidir. Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş əlavə 2-də nəzərdə tutulan tələblərə riayət edilməklə verilmişdir. Bu baxımdan apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqla qanuni və əsaslı nəticəyə gəlməmiş, prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş şikayət üzrə sonrakı prosessual hərəkətlər həyata keçirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar