Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5367/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi (əri) olaraq qəbul etməsi üçün qanunla nəzərdə tutulmuş müddətin tərəfindən ötürülməsinin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Ceyhun Tağıyev) ilə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir.
3. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
7. Belə ki, mülki iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 968/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) İddiaçı cavabdehlər Cavabdehna və Maraqlı şəxs qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, həmin qətnamə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7932/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, iddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2556/2022 saylı qərarı ilə təmin edilməmişdir.
8. Həmin məhkəmə aktlarına əsaslanan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öncədən də ünvan 1 ünvanında 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik hüququnun tanınmasını, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini və s. xahiş etmiş və hazırda da iddia tələbi məhz həmin mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması ilə bağlıdır, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslarla qaldırılan mübahisəyə baxılmış və müvafiq qərar (qətnamə) qəbul edilmişdir, bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməlidir.
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
11. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
12. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın, həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.
13. Kollegiya qeyd edir ki, hazırkı halda mülki iş üzrə icraata xitam verilməsi MPM-in yuxarıda qeyd edilən tələblərinə uyğun olmamışdır.
14. Belə ki, iddiaçının hazırkı iddia tələbi “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması”dır.
15. Mülki iş üzrə icraata xitam verən birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktları ilə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi” tələbinə baxılmışdır.
16. Belə olan halda məlum olur ki, iddiaçının “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması” barədə hazırkı iddia tələbinə əvvəllər məhkəmədə baxılmamışdır, bu səbəbdən də birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad edərək, iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır.
17. Beləliklə də müəyyən olunur ki, hazırkı iş üzrə icaata xitam verilməsi MPM-in 261.0.2-ci madəsinin tələbinə uyğun olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
20. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
21. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov