Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5367/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-940/2025 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiyası məhkəməsində icraat 1.Binəqədi RM-nin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub. 2.Cavabdeh qətnaməni xx.xx.2025-ci il tarixdə alıb və qanunla müıəyyən edilmiş 1 aylıq müddətin daxilində, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verib. Binəqədi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb, apellyasiya şikayəti geri qaytarılsın. Qərardadın iki əsası var: birinci, apellyasiya şikayətinin məzmununda qətnamənin qəbul edildiyi tarix göstərilməyib; ikinci, apellyasiya şikayətini nümayəndə kimi imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilməyib. 3.Cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verib. Binəqədi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, cavabdeh şikayətdə qərardadın ləğv edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı hansı qərarın qəbul edilməsini xahiş etdiyini şikayətin məzmununda göstərməyib. 4.Cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verib. Binəqədi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, cavabdeh şikayətdə qərardadın ləğv edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı hansı qərarın qəbul edilməsini xahiş etdiyini şikayətin məzmununda göstərməyib. 5.Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan təkrar şikayət verib. Binəqədi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin və şikayət mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Şikayət təmin olunmalı, xx.xx.2025-ci il tarixli qərardad ləğv olunmalı, Binəqədi RMnin xx.xx.2025-ci il tarixli qətnaməsində cavabehin verdiyi şikayətin mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 7.Birinci, qətnamədən verilmiş apellyasiya şikayətinin məzmununda qətnamənin qəbul edildiyi tarix göstərilib. Belə ki, şikayətinin sonunda cavabdeh xx.xx.2025-ci il tarixli qətnamənin ləğv edilməsini xahiş etdiyini qeyd edib (iş v. 158). 8.İkinci, qətnamədən verilmiş apellyasiya şikayətini nümayəndə kimi imzalayan şəxsin – Vəkil etibarnaməsi (iş v. 33) və orderi (iş v. 42) apellyasiya şikayəti verilən zaman mülki işin materiallarında olub. Göründüyü kimi, qətnamədən verimiş apellyasiya şikayətinin geri qaytarılması qanunsuz olub. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-940/2025 nömrəli qərardadı ləğv olunsun. Cavabdeh Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-940/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5367/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5367/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver