Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5369/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi (qanuni təmçilçisi) X15, Cavabdeh5 iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-701/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X8, Cavabdeh9 qızına, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 mənzillərin dövlət qeydiyyatının ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 cavabdehlikdən çıxarılaraq X6 cavabdeh qismində işə cəlb edilərək, Seriya RX № 0310026 saylı, xx.xx.2014-cü il tarixli X2 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzilin dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Mənzil Tikinti Kooperativi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh6 Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qızı, Cavabdeh10, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 cavabdehlikdən çıxarılmasını xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr H 5-ci il tarixli 322 saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonu ərazisində sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı vəziyyətdə olan, şəhərin görünüşünə xələl gətirən və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi, binalar söküldükdə orada yaşayan sakinlərinyeni mənzil verilənədək kirayə mənzillərə köçürülmələri nəzərdə tutulmuşdur. Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə” Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 95 saylı Sərəncamı ilə ünvan 1 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni mənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Qeyd edilən sərəncama əsasən İddiaçı MTK qəzalı vəziyyətdə olan həmin binada yaşayan sakinləri tikinti işlərini həyata keçirən şirkət hesabına kompensasiya verməklə kirayə köçürərək müqavilə şərtlərini tam şəkildə yerinə yetirmişdir. Qeyd edilən ərazidə yerləşən bina artıq sökülmüşdür. Yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatmış və sakinlərə tam təmirli mənzillər verilmişdir. Sabunçu rayonu, ünvan 1 ünvanlarında yerləşən xüsusi mülkiyyətdə olan mənzillərin dövlət qeydiyyatı ləğv olunmadığına görə yeni tikilmiş çoxmənzilli, hündürmərtəbəli binanın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Buna görə də, Seriya MH № 057377 saylı, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında X10 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 20, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh5 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 6, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh14na məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 7,Seriya ÖM № 097153 saylı, xx.xx.2001-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 2,Seriya MH № 01666122 saylı, xx.xx.2008-ci il tarixli Çıxarışla Cavabdeh18 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli Çıxarışla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsiMehmandarov küçəsi 19, mənzil 4,Seriya MH № ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzillərin dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-701/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Seriya MH № 057377 saylı, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında X10 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 20, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh5 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 6,Seriya MH № ******* saylı, xx.xx.2006-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 10, xx.xx.2001-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 2,Seriya MH №01666122 saylı, xx.xx.2008-ci il tarixli Çıxarışla Cavabdeh18 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli Çıxarışla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 4,Seriya MH № ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzil, Seriya RX №0310026 saylı, xx.xx.2014-cü il tarixli X3 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzillərin dövlət qeydiyyatı ləğv edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim edərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə aralarında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2016-cı il tarixli 27№-li müqavilə bağlanmışdır. AR MM-nin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa, bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il 322 №-li Qərarının 1.1-ci bəndində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalardan söhbət gedir. Onların yaşadığı 3 mərtəbəli bina evləri köhnə olsada, keyfiyyətlə tikilmişdir və qəzalı vəziyyətə düşməmişdir. Hətta indi dəqiq bilinmir ki, Mədəniyyət küçəsi 28 ünvanda yerləşən bina evi qəzalı, ev kimi rəsmi qaydada tanınıb, yoxsa yox. Çünki iddiaçı bu barədə məhkəməyə rəy təqdim etməyib. Əgər binanın qəzalı vəziyyətdə olması barədə rəy yoxdursa, onun sökülməsi qeyri-qanunidir və bunun müvafiq hüquqi nəticəsi yaranır. xx.xx.2016-cı ildə İddiaçı Mənzil Tikinti Kooperativi ilə bağlanan 27 nömrəli həmin müqaviləyə görə o, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi ev 28-də xüsusi mülkiyyətində olan 7 N-li mənzilini MTK-ya verir, o isə əvəzində ona yeni tikilmiş binanın 3-cü mərtəbəsində 10 N-li mənzili təqdim edir. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə görə o, öz mənzilini təhvil verib, əvəzində İddiaçı Mənzil Tikinti Kooperativindən təmirli mənzil almalı idi. Müqavilənin 2.3-cü bəndinə görə “xxxx”-Ş MTK inşa etdiyi mənzili ona tam təmirli şəkildə təhvil verməli, o, isə həmin mənzili qəbul etməlidir. Müqavilənin 5.2-ci bəndində deyilir ki, müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək, vətəndaşa hər ay 300 AZN olmaqla kirayə haqqı ödəniləcəkdir. Lakin 300 manatın ödənişi vaxtından əvvəl dayandırılmışdı və bununla da, onlar qış vaxtı nəm mənzilə köçməyə məcbur edilmişdilər. Lakin bu o demək deyil ki, o, mənzili qəbul etmişdir. Belə ki, mənzil təhvil-təslim edilməmişdir. O. mənzilin keyfiyyətsiz təmiri barədə sakinlərin köçürülməsi, mənzillərin ayrılması ilə bilavasitə məşğul olan və təmirli mənzil vəd edən Sabunçu rayon İH Başçısına ərizə ilə müraciət etdi. Ərizəsinə təmirin keyfiyyəti əks olunan videogörüntülü DVD əlavə etdi. Bununla yanaşı, o, “xxxx”-Ş MTK-nın sədri X19 da müraciət etdi. Mənzilin vəziyyəti “Tikinti normaları və qaydalarının” ciddi pozulmasına dəlalət edir. Bir sözlə, “xxxx”- Ş MTK müqavilənin şərtlərini pozmuş, buna görədə onun mənzillərin dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia tələbi əsassızdır. O, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini və ona əlavəni müdafiə etdi, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, o, xx xxxxx 2016-cı il tarixdə iddiaçı ilə “Çoxmnzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 27 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona təmirli mənzil əvəzində o, öz mənzilini cavabdehə təhvil vermişdir. Ona hər ay 300 manat məbləğində kirayə haqqı ödənilib. Ancaq sonuncu ayın kirayə haqqı ona ödənilməyib. Onların mənzilləri sökülmüş, əvəzində müqavilədə qeyd olunan mənzil ona verilmişdir. Mənzildə çoxlu qüsurlar olmuşdur. Bəzi qüsurları MTK aradan qaldırsa da, tam olaraq aradan qaldırmamışdır. O, müqaviləni də mübahisələndirməyib. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi (qanuni təmçilçisi) X25 apellyasiya şikayətini və əlavəni qəbul etmədi, izahat verərək göstərdi ki, xx xxxxx 2016-cı il tarixdə iddiaçı ilə “Çoxmnzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 27 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdehə təmirli mənzil əvəzində cavabdeh öz mənzilini onlara təhvil vermişdir. Cavabdehə hər ay 300 manat məbləğində kirayə haqqı ödənilib. Qəzalı vəziyyətdə olan cavabdehin yaşadığı bina sökülərək, yerində çoxmərtəbəli, yaraşıqlı bina tikilmiş, iddiaçıya oradan təmirli mənzil verilmişdir. Cavabdeh qəzalı vəziyyətdə olan mənzildən çıxaraq, hazırda yaraşıqlı binada olan təmirli mənzildə yaşayır. Cavabdeh bir müddət yaşayandan sonra, su krantının dəyişməsini tələb etmiş, onlar həmin su krantını dəyişmişər. Cavabdeh əsassız olaraq hüquqdan sui-istifadə ilə məşğul olur. Onun bu hərəkətlərinə görə digər mülkiyyətçilər əziyyət çəkirlər. İddiaçı öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, qəzalı vəziyyətdə olan mənzil əvəzinə cavabdehi təmirli mənzillə təmin etmiş, hər ay vaxtlı-vaxtında kirayə haqqını ödəmişdir. Xahiş etdi ki,apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə əsassız olduğundan, təmin edilməsin. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh5 ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh5 lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başcısının 95 saylı, xx xxxx 2016-cı il tarixli sərəncamın surətindən görünür ki, yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədilə İddiaçı MTK-ya həvalə edilməsi, ünvan 2 saylı ünvanlarda yerləşən binaların sakinlərinn qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsi, yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Sabunçu rayonu, ünvan 1 saylı binaların yerləşdiyi sahələr “xxxx” MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. İşdə olan çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 saylı, xx xxxxx 2016cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MTK ilə X11 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 2 bloklu çoxmənzilli yaşayış binasının İİ giriş Vİİ mərtəbəsində 2 otaqlı, 84 saylı , sahəsi 76.25 kv.m olan mənzili təmir edərək X5 təhvil verilməsini, X11 öz növbəsində ona məxsus olan Mədəniyyət küçəsi 28 saylı evin 20 nömrəli mənzilində yerləşən ümumi sahəsi 59.70 kv.m yaşayış sahəsi- 46.22 kv.m, əlavə tikintisi-30.0 kv.m olan 3 otaqlı mənzili İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 300 manat olmaqla kirayə haqqı ödəniləcəkdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 057377 saylı, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 saylı evin 20 nömrəli mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir. İşdə olan çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 09 saylı, xx xxxxx 2016cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MTK ilə X20 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 2 bloklu çoxmənzilli yaşayış binasının İİ giriş Vİ mərtəbəsində 1 otaqlı, 77 saylı, sahəsi 49.0 kv.m olan mənzili təmir edərək X12 təhvil verilməsini, X20 öz növbəsində ona məxsus olan Mədəniyyət küçəsi 28 saylı evin 10 nömrəli mənzilində yerləşən ümumi sahəsi 60.62 kv.m, əlavə tikilisi-22.0 kv.m olan 3 otaqlı mənzili İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 3, 10 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 27 saylı, xx xxxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh5 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 2 bloklu çoxmənzilli yaşayış binasının İ giriş İİİ mərtəbəsində 3 otaqlı, 10 saylı, sahəsi 108.70 kv.m olan mənzili təmir edərək Cavabdeh5 təhvil verilməsini, Cavabdeh5 öz növbəsində ona məxsus olan Mədəniyyət küçəsi 28 saylı evin 7 nömrəli mənzilində yerləşən ümumi sahəsi 45.87 kv.m, əlavə tikilisi-20 kv.m olan 3 otaqlı mənzili İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 300 manat olmaqla kirayə haqqı ödəniləcəkdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH № 049078 saylı, xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 17 saylı evin 4 nömrəli mənzili Cavabdeh11 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyeva küçəsi 17 saylı evin 5 nömrəli mənzili Cavabdeh12 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1983-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, 6 saylı mənzilCavabdeh13 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya ÖM № 097153, xx.xx.2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 2 saylı mənzilCavabdeh17 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı, xx.xx.2008-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 19, 3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh18 oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19, 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh20 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh20 adına olan Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi, ev 19, mənzil 5-ə dair Cavabdeh20 ilə X32 arasında bağlanmış 16 saylı NK-nın 4Ə-761 retestrli, xx.xx.2014-cü i tarixli alqı-satqı müqaviləsi idarənin arxivində mövcuddur. Lakin sözügedən müqavilənin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan X23 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Nazirlər Kabinetinin 322 saylı, xx.xx.2015ci il tarixli qərari və Sabunçu Rayon İcra hakimiyyəti Başçısının 95 saylı xx xxxx 2016-cı il tarixli sərəncamı ilə ünvan 4 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətində olan yaşayış binalarının sökülməsi yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisi "xxxx- Ş" MTK-ya həvalə edilmişdir.Mehmandarov küçəsi 19 saylı ünvanda yerləşən 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı, mənzillər 16 saylı Notariat Kontorunda bağlanmış AN-İ N-0466217 saylı, xx.xx.2014-cü il tarixli, AN-İ N- 0458796 saylı, xx.xx.2014-cü il tarixli, AN-İ N-0451422 saylı, xx.xx.2014-cü il tarixli, AN-İ N-0451377 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən onun mülkiyyətinə keçmişdir. "İddiaçı" MTK tərəfindən qeyd edilən mənzillərin sökülməsinə o razılıq vermişdir. Yuxarıda qeyd edilən ünvanlarda yerləşən ona məxsus mənzillərin dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. İşdə olan AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh20 Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi, ev 19, 5 saylı mənzili X4. İşdə olan AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh19 Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi, ev 19, 4 saylı mənzili X4. İşdə olan AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi, ev 19, 3 saylı mənzili X4. İşdə olan AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh20 Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi, ev 19, 2 saylı mənzili X4. İşdə olan X7 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, Nazirlər Kabinetinin 322 saylı, xx.xx.2015-ci il tarixli qərarı və Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 95 saylı xx xxxx 2016-cı il tarixli sərəncamı ilə ünvan 5 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətində olan yaşayış binalarının sökülməsi yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisi "xxxx- Ş"MTKya həvalə edilmişdir.Mehmandarov küçəsi 17 saylı ünvanda yerləşən 1 saylı, la saylı, 2 saylı, 3 saylı, 4 saylı, 6 saylı, 7 saylı, 8 saylı, Mehmandarov küçəsi 19 saylı ünvanda yerləşən 1 saylı, 6 saylı, 7 saylı, 8 saylı mənzillər 16 saylı Notariat ofisində bağlanmış AN-İ N-0523753 saylı, xx.xx.2015-ci il tarixli, AN-İ N-0523758 saylı, xx.xx.2015-ci il tarixli, AN-İ N-0538547 saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N-0551516 saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N-0546194 saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N-0546172 saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N-0551464 saylı, xx.xx.2016- cı il tarixli, AN-İ N-0546173 saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N-0546174 saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N- ******* saylı, xx.xx.2016-cı il tarixli, AN-İ N-0546158 saylı, xx.xx.2016-cı İl tarixli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən onun mülkiyyətinə keçmişdir. "İddiaçı" MTK tərəfindən qeyd edilən mənzillərin sökülməsinə o mənzillərin dövlət qeydiyyatının məhkəmə qaydasında ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh22 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (S.Mehmandarov) M.Fətəliyev küçəsi, ev 19, 7 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (S.Mehmandarov) M.Fətəliyev küçəsi, ev 19, 6 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh16 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19, 1 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, X21 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19, 8 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh15 Fehruz qızı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17, 8 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh14 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17, 7 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Tanırquliyev Zöhrab Tanırqulu oğlu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17,6 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, X18 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17,6 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh9 qızı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17, 2 saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh7 Kamral oğlu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17, 1A saylı mənzili X1. İşdə olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh8 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17, 1 saylı mənzili X1. İşdə olan xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17, 4 saylı mənzili X1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Kollegiyanın sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********84 saylı məktubuna əsasən tədqiqat obyeklərinə mütəxəsislər tərəfindən texniki baxış keirilmişdir. ünvan 6 ünvanlarda yerləşən qəzalə vəziyyətdə olan çoxmənzilli yaşayış binaları sökülərək, yerində İddiaçı MTK tərəfindən yeni 12 mərtəbəli yaşayış binaları inşa edilmişdir. Kollegiyanın sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavininin xx xxxxxx 2020-ci il tarixli, 1/1280 saylı məktubuna əsasən “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə “Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 95 saylı Sərəncamı ilə ünvan 7 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-nə icazə verilmişdir. Qeyd edilən sərəncam əsasında ünvan 1 saylı ünvanlarda yerləşən binalar sökülərək yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşası başa çatmış və sakinlərə tam təmirli mənzillər təhvil verilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə” Sabunçu rayon Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 95 saylı Sərəncamı ilə ünvan 1 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək, yerində yeni mənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Qeyd edilən sərəncam əsasında ünvan 1 saylı ünvanlarda yerləşən binalar sökülərək yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşası başa çatmış “xxxx” MTK qəzalı vəziyyətdə olan həmin binada yaşayan sakinləri tikinti işlərini həyata keçirən şirkət hesabına kompensasiya verməklə kirayə köçürərək müqavilə şərtlərini yerinə yetirmiş və sakinlərə tam təmirli mənzillər təhvil verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanlarında yerləşən xüsusi mülkiyyətdə olan mənzillərin dövlət qeydiyyatı ləğv olunmadığına görə yeni tikilmiş çoxmənzilli, hündürmərtəbəli binanın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qəzalə vəziyyətdə olan daşınmaz əmlakın sökülməsi və yerində yeni daşınmaz əmlakın tikilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də təsdiq olunmuşdur. Apellyator cavabdeh tərəfindən müqavilə şərtlərinin tam olaraq yerinə yetirilməməsi ilə bağlı dəlil irəli sürsə də, bu dəlili təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, xx xxxxx 2016-cı il tarixdə iddiaçı ilə “Çoxmnzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 27 saylı müqavilədən irəli gələn öhdəlik münasibətlərini mübahisələndirməmişdir. Şərh olunanlara əsasən, kollegiya belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 701/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Seriya MH № 057377 saylı, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında X10 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 20, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh5 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 6,Seriya MH № ******* saylı, xx.xx.2006-cı il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 məxsus Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi 28, mənzil 10, xx.xx.2001-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 2,Seriya MH № 01666122 saylı, xx.xx.2008-ci il tarixli Çıxarışla Cavabdeh18 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli Çıxarışla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 4,Seriya MH № ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzil, Seriya RX №0310026 saylı, xx.xx.2014-cü il tarixli X3 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzillərin dövlət qeydiyyatı ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5369/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5369/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver