Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5375/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC nümayəndəsi X1 və nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-570/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1.800 Avro əsas borc, 90 Avro faiz borcu, 97.02 Avro mərkəzi bankın uçot faizi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.987 Avro məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı (bundan sonra sifarişçi) ilə Cavabdeh MMC-nin (bundan sonra icraçı) direktoru X1 arasında şirkətin icraçısı X6 və icraçının köməkçisi X3 da iştirakı ilə Avropada İş Xidmətləri və viza dəstəyi xidmətinə dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1-ci maddəsinə əsasən icraçı Çexiyada işlə təmin edilmə və viza dəstəyi xidmətini və habelə ehtiyac yarandığı təqdirdə notarial qaydada sənədlərin təsdiqini də həyata keçirəcəkdir. Müqavilənin 3.1-ci maddəsində qeyd olunur ki, tərəflər arasında xidmət haqqı icraçı tərəfindən müəyyən edilir. 3.2-ci maddənin tələbinə əsasən müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan icraçı tərəfindən müəyyənləşdirilən hər bir nəfərə görə xidmət haqqı və digər xərclərdən ibarət 1.800 avro müəyyən edilib, avans olaraq işə başlayarkən 60% məbləğində sifarişçi tərəfindən ödənilir, 40% ödəniş isə rəsmi iş dəvətnaməsi gəldikdən sonra sifarişçidən tələb ediləcəkdir. İşə əlavə edilmiş hesab fakturalardan da görüldüyü kimi xx.xx.2019-cu il tarixdə cavabdehə 900 avro, xx.xx.2019cu il tarixdə isə qalan 900 avro xidmət haqqı olmaqla, ümumilikdə 1.800 avro ödənilmişdir. Cavabdeh tərəfindən müqavilədə razılaşdırılmış xidmətlər yerinə yetirilməmiş, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh işi uzatmış və ona olan borcunu qaytarmamışdır. Bu müddət ərzində Avropada işləməyə gedəcəyi düşüncəsi ilə o, əvvəllər işlədiyi iş yerindən ayrılmış, amma iş icraçı tərəfindən müqavilədə göstərilən müddət ərzində yerinə yetirilmədiyi üçün yenidən iş axtarmaq məcburiyyətində qalmış, bütün bunlar da onun iş və ailə həyatında bir sıra problemlərin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2019-cu il tarixdən illik bank uçot faiz dərəcəsi 9.25% olaraq müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 570/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 1.800 Avro əsas borc, 90 Avro faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 97.02 Avro olmaqla, cəmi 1.987 Avro məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş30 manatməbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ilə Cavabdeh MMC-nin təsisçisi və direktoru X1 məhkəmə mübahisəsini sülhlə yekunlaşdırmaq qərarına gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmiş və onun təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində aşağıdakılar göstərilmişdir:
1. Cavabdeh MMC İddiaçı 2400 (iki min dörd yüz) manat məbləğində vəsaiti xx xxxxxx 2020-ci il tarixdə 800 (səkkiz yüz) manat, xx xxxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat, xx xxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat olmaqla ödəməyi öhdəsinə götürür.
2. İddiaçı isə Cavabdeh MMC tərəfdən 2400 (iki min dörd yüz) manat məbləğində vəsaitin xx xxxxxx 2020-ci il tarixdə 800 (səkkiz yüz) manat, xx xxxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat, xx xxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat olmaqla ödənilməsinə etiraz etmədiyini bildirir. İddiaçı və cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət edərək Sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Kollegiya izahatları dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, saziş təsdiq olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh MMC İddiaçı 2400 (iki min dörd yüz) manat məbləğində vəsaiti xx xxxxxx 2020-ci il tarixdə 800 (səkkiz yüz) manat, xx xxxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat, xx xxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat olmaqla ödəməyi öhdəsinə götürür.
2. İddiaçı isə Cavabdeh MMC tərəfdən 2400 (iki min dörd yüz) manat məbləğində vəsaitin xx xxxxxx 2020-ci il tarixdə 800 (səkkiz yüz) manat, xx xxxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat, xx xxxxxxx 2020-ci il tarixində 800 (səkkiz yüz) manat olmaqla ödənilməsinə etiraz etmədiyini bildirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-570/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov