Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5376/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızıznın katibliyi, İddiaçı Tarix oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) Məmmədzadə Ayşən Cavid qızının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(004)-573/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 1.800 (bir min səkkiz yüz) Avro əsas borc, 90 (doxsan) Avro faiz borcun, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 97.02 (doxsan yeddi avro iki sent) Avro olmaqla, cəmi 1.987 (bir min doqquz yüz səksən yeddi) Avro məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Kollegiyanın iclasında tərəflər məhkəməyə barışıq sazişini təqdim edərək bildirmişlər ki, aralarında barışıq sazişi bağlamışlar, barışıq sazişindən irəli gələn hüquqi nəticələr onlara aydındır, bu səbəbdən də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi məhkəmədəni xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə: İddiaçı ilə mülki iş üzrə 2400 manat pulun ödənilməs hər ay 800 manat olmaqla 2020-ci il 01 noyabrdan etibarən 800 manat, xx xxxxxx 2021-ci ildə 800 manat olmaqla ödəməyi X1 öhdəsinə götürür. İddiaçı qalan məbləğdə iddiasından imtina edir və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 2400 manat pulu ödəmədiyi təqdirdə qanunla müəyyən edilmiş məsuliyyət müəyyən edilir. Tərəflər bu sazişlə razılaşaraq imzaları ilə təsdiq edirlər. Kollegiya tərəfindən barışıq sazişinin şərtləri və nəticələri tərəflərə izah edilmiş və tərəflər ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Kollegiya barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və fjanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Pespublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azarbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397- 400 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə: Tərəflər razılaşırlar ki, İddiaçı ilə mülki iş üzrə 2400 manat pulun ödənilməs hər ay 800 manat olmaqla 2020-ci il 01 noyabrdan etibarən 800 manat, xx xxxxxx 2021-ci ildə 800 manat olmaqla ödəməyi X1 öhdəsinə götürür. İddiaçı qalan məbləğdə iddiasından imtina edir və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 2400 manat pulu ödəmədiyi təqdirdə qanunla müəyyən edilmiş məsuliyyət müəyyən edilir. Bakı şəhəri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-573/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5376/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5376/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver