Məhkəmə qərarları › İş №2(103)-5376/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5376/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5376/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı «sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)-1350/2021 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı «sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC İddiaçı qarşı ayrılıqda qarşılıqlı iddia ərizələri ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli B-140/06 saylı müqavilənin etibarsız hesab edilməsinə dair və Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)- 1350/2021 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) qarşılıqlı iddia ərizələri qaytarılmışdır. Cavabdeh2 MMC həmin qərardaddan şikayət vermiş, şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə (bundan sonra, MPM) əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətlərin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizələrini geri qaytararkən belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra verilmişdir. Bundan əlavə mülki işdən göründüyü kimi, MPM-nin 155.2.-ci maddəsində göstərilmiş hallar da mövcud deyildir. Belə ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərkən mübahisəli müqaviləyə istinad etmişdir ki, bu da öz növbəsində qarşılıqlı iddianın verilməsi üçün məhkəmə baxışı gedişində əmələ gəlmiş əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılması üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. MPM-in 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İşdən görünür ki, iddia ərizəsi 26.01.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, 09.02.2021-ci il tarixdə Cavabdeh2 MMC-nin nümayəndəsinin də iştirakı ilə hazırlıq iclası keçirilərək, məhkəmə baxışı 09 mart 2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi həmçinin məhkəmə baxışında da iştirak etmiş, məhkəmə baxışı 02 aprel 2021-ci il tarixə təxirə salınmışdır. Cavabdeh2 MMC-nin qarşılıqlı iddiası isə yalnız 02 aprel 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda, cavabdeh qarşlıqlı iddianın verilməsinə əsasların sonradan yaranmasını da əsaslandıra bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini qaytarmaqla, düzgün nəticəyə gəlmiş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 155-156, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı «sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)-1350/2021 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)- 1350/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar