Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5377/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Tahir oğlunun iştirakları ilə, İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən götürülməsi” tələbinə dair ilkin iddia və iddiaçı Cavabdeh “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təmir xərclərinin ödənilməsi” üzrə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsindən “İddiaçı-1” MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X2” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və 10 may 2019-cu il tarixdən qətnamə icra edilən tarixə qədər hər ay üçün 646 (altı yüz qırx altı) manat və eyni zamanda əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanılmaqla Cavabdeh tutularaq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “X2” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri yanaşı olan eyni gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. 08 aprel 2019-cu il tarixdə yəni müqavilə müddətinin bitməsinə 1 ay qalmış icarəyə verən tərəfindən qeyd edilən müqavilənin 6.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə bildiriş-xəbərdarlıq göndərilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsini bildirmişdir. Sonradan icarəyəverən tərəfindən 10 may 2019-cu il tarixdə hər iki icarə müqaviləsi üzrə bildiriş göndərilərək müqavilələrə xitam verildiyi, qeyri-yaşayış sahəsinin dərhal boşaldılaraq təhvil verilməsi bildirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər nə icarə obyektləri təhvil verilmiş, nə də icarə haqqları ödənilmişdir. Hazırda icarəci tərəfindən qeyd edilən icarə müqavilələrində göstərilən qeyri-yaşayış sahələrinə qanunsuz olaraq sahiblik edilir. İddia ərizəsinə əlavə edilmiş icarə müqavilələrindən məlum olur ki, icarəyə verən 1 (bir) ay qabaqcadan xəbərdarlıq etməklə müqaviləni birtərəfli qaydada poza bilər. İcarəçi tərəfindən bu zaman əmlak təhvil verilmədiyi təqdirdə icarəçi hər gecikdirilmiş gün üçün icarə haqqının 5%-i həcmində məsuliyyət daşıyır və bu hal icarəçini icarə haqqını ödəməkdən azad etmir. İcarə müqavilələrinə nəzər saldıqda isə icarə haqqının R000901 nömrəli müqavilə üzrə 321 (üç yüz iyirmi bir) manat, R000759 nömrəli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat təşkil etdiyi məlum olur. Belə olan təqdirdə, cavabdeh tərəfindən icarə obyekti təhvil verilən günə qədər hər iki müqavilə üzrə hər ay 646 (altı yüz qırx altı) manat və gecikdirilmiş hər gün üçün icarə məbləğinin 5%-i, yəni 32 (otuz iki) manat məbləğində pul ödəməlidir. “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil 22.02.2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh “X2” kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1- ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, icarə haqqının 01 may 2019-cu il tarixdn 01 fevral 2021-ci il tarixə kimi cavabdehdən tutulmasına və eyni zamanda əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanılmaqla Cavabdeh tutularaq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təmir xərclərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinin rədd olunması; ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun, 1 -ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyriyaşayış sahəsinin və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən “Kosmos” yaşayış komleksində 8 nömrəli binanın 8-ci blokun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsinin tam əsaslı təmirinə onun tərəfindən xərclənən 112.200 (bir yüz on iki min iki yüz) manat vəsaitin “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsinə məcbur edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “X2” kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun, 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən “Kosmos” yaşayış komleksində 8 nömrəli binanın 8-ci blokun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahələrini boşaldılaraq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və 10 may 2019-cu il tarixindən qətnamə icra edilən tarixə qədər hər ay üçün 646 (altı yüz qırx altı) manat və əlavə olaraq hər gün üçün 30 (otuz) manat hesablanmaqla Cavabdeh tutularaq “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini tam əsassız hesab etdiyindən onu qəbul etmir. Belə ki, sözü gedən qeyri-yaşayış sahələrini satın almaq məqsədi ilə 2016-cı ilin avqust ayında cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilat həmin sahələrin satmaq niyyəti olduğunu, lakin onlara məxsus bütün sahələr bankda girovda olduğu üçün hal-hazırda satışa çıxara bilməyəcəklərini bildirmişdilər. Əgər niyyətinin ciddi olduğunu və həmin sahələri satın almaq istəyirsə başqa şəxsə satmaları üçün öncədən icarə müqaviləsi bağlamalı olduğunu bildirdilər. Satış qiymətini də hər kv.metr üçün 1.200 (bir min iki yüz) manat olduğunu bildirdilər. O, cavabdeh təşkilatla 15 sentyabr 2016-cı il tarixdə 1 (bir) il müddətinə ünvan 3 ünvanda yerləşən 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsinə və 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamışdır. İlk gündən icarəyə götürdüyü sahələri satın almaq məqsədi olduğundan cavabdehə bildirdi ki, ona verdiyi sahələrin döşəməsi linolyum divarları da beton divarın üzərində yapışdırılmış divar kağızı olduğu üçün buranı işlətmək mümkün deyildir. Bu səbəbdən də qeyri-yaşayış sahələrinin əsaslı təmirə ehtiyacı olduğunu bildirmişdir. Cavabdeh təşkilatın nümayəndələri ona bildirdilər ki, onsuz bu yerləri ona satmaq üçün icarə müqaviləsi bağlamışlar, istədiyi kimi təmir etsin. O da öz növbəsində tam əsaslı şəkildə həmin qeyri-yaşayış sahələrini təmir etməyə başlamışdır. Təmir işləri gedə-gedə dəfələrlə cavabdeh təşkilatla əlaqə saxlayıb nə vaxt alqı-satqı müqaviləsini bağlayacaqlarını soruşurdu. Hər dəfə bir bəhanə gətirərək vaxtı uzadırdılar. Bir müddət keçdikdən sonra qiyməti qaldırıb 1.500 (bir min beş yüz) manat olduğunu bildirdilər. Etiraz etməyinə baxmayaraq, sonunda bu qiymətlə də razılaşdı. Alqı-satqı məqamı gəldikdə ona dedilər ki, müdirləri xarici ölkəyə getdiyi üçün alqı-satqı edə bilmirlər. Bir müddət keçdikdən sonra qiyməti yenidən qaldırıb hər kv.metr üçün 1.800 (bir min səkkiz yüz) manat olduğunu bildirdilər. Artıq istifadəsində olan qeyri-yaşayış sahələrini tam əsaslı təmir etdiyi üçün məcbur qalıb qeyd olunan məbləğə də razılaşdı. Cavabdeh təşkilatın nümayəndələri ona telefonla zəng vuraraq alqı-satqı müqaviləsinin bağlamağa dəvət etdilər. Lakin alqı-satqı vaxtı çatdıqda cavabdehin nümayəndələri şirkətləri tərəfindən bütün satışları dayandırıldığını bildirərək alqı-satqı müqaviləsini bağlamaqdan imtina etdilər. Hər dəfə alqı-satqı barədə soruşduqda ona gözləməyini tez bir vaxta həll edəcəklərini bildirirdilər. Buna baxmıyaraq, hər ay vaxtı vaxtında icarə haqqı ödəyirdi. Lakin 2019- cu ilin aprel ayında cavabdeh təşkilatın nümayəndələri onu ofislərinə dəvət edərək istifadəsində olan qeyri-yaşayış sahələrinin satın alınması üçün hər kv.metr üçün 3.000 (üç min) manat ödəməli olduğunu bildirdilər. Lakin onlara bu qiymətin real olmadığını və onlarla belə razılaşmadığını bildirmişdir. Cavabdehin nümayəndələri onunla razılaşmayaraq həmin sahəyə müştəriləri olduğunu və 3.000 (üç min) manat ona satacaqlarını və istifadəsində olan qeyri-yaşayış sahələrinin boşaldılmasını tələb etdilər. Həmin vaxtdan icarə ödənişlərini dayandıraraq həmin sahələrə xərclədiyi 112.200 (bir yüz on iki min iki yüz) manat məbləğin ödənilməsini tələb etdi. Sözü gedən qeyri-yaşayış sahələrinin təmiri və yenidən qurma işlərinə xərclədiyi vəsait aşağıda qeyd etdiyi kimidir: ara divarların sökülməsi, daşınması və fəhlənin xərcləri-2.500 (iki min beş yüz) manat; qaz xəttinin texniki şərtinin alınması, çəkilməsi və qaz sayğacının quraşdırılması-4.800 (dörd min səkkiz yüz) manat; 2 ədəd iri çol qapılar-9.000 (doqquz min) manat; kombi, istilik sistemi, döşəmənin istilik sistemi və usta xərcləri- 13.000 (qırx üç min) manat; istilik radiatorları aksesuarları ilə-1.200 (bir min iki yüz) manat; elektrik xətləri, ayrıca zirzəmidən xəttin çəkilməsi, daxili və xarici işıqlandırma sistemi, aksesuarlar və usta xərcləri-7.000 (yeddi min) manat; ayrıca zirzəmidən su xəttinin çəkilməsi, daxili su xəttinin çəkilməsi, ariston qoyulması və usta xəcləri-3.200 (üç min iki yüz) manat; qranit döşəmə, hamam, sanitar qovşaq, aksesuarlar və usta xərci-21.800 (iyirmi bir min səkkiz yüz) manat; daxili rəngsaz işləri, mal-material usta xərci-12.000 (on iki min) manat; aaxildə aksesuar və mebellərin yığılması- 18.000 (on səkkiz min) manat; divarların güzgülərlə işlənməsi4.700 (dörd min yeddi yüz) manat; çöl girişin hər iki tərəfə pilləkanların yığılması, yerə döşəmənin vurulması, divar dekor daşlarla işlənməsi-8.000 (səkkiz min) manat; daxili və çöl kamera sisteminin quraşdırılması və siqnalizasiya qurulması-7.000 (yeddi min) manat. Belə ki, istifadə olunan malmateriallar İspaniya və İtaliya ölkələrinin istehsalıdır. Cəmi 112.200 (bir yüz on iki min iki yüz) manat məbləğində xərci çıxmışdır. Belə ki, həmin ərazidə təmirsiz sahələrin hər kv.metrinin qiyməti 1.200-1.500 manat arasında dəyişir. Təmirli sahələr isə təmirindən aslı olaraq 2.000-2.500 manat civarında satılır. Belə olan halda, cavabdeh təşkilat istifadəsində olan və gələcəkdə almaq məqsədi ilə tərəfindən əsaslı şəkildə tam təmir etdiyi qeyri-yaşayış sahələrini özü təmir etmiş kimi sataraq tərəfindən təmirə xərclədiyi vəsaiti mənimsəmək niyyətindədir. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə 15 sentyabr 2016-cı il tarixdən 15 sentyabr 2017- ci il tarixədək 12 ay müddətinə imzalanır. Hesab edir ki, 12 ay müddətinə icarəyə götürülən qeyriyaşayış sahəsinə 112.200 (bir yüz on iki min iki yüz) manat vəsaitin icarə məqsədi ilə istifadə olunacağını bilərək təmirə xərcləmək ağılsızlıq olardı. Açıq aydın göründüyü kimi, qeyd olunan vəsaitin təmir işlərinə xərcləmək məqsədi həmin sahələri satın almaq olduğunu göstərir. Hesab edir ki, qeyd olunan hüquq normasına görə ilk iddia üzrə iddiaçı sözü gedən qeyri-yaşayış sahələrinin əsaslı təmirinə cavabdeh tərəfindən xərclənən vəsaiti ödəməyə borcludur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə, ilk iddia qismən təmin edilərək, Cavabdeh X2” kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “İddiaçı-1” MMC-yə təhvil verilməsi, Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manatın tutulub “İddiaçı-1” MMC-yə ödənilməsi, qalan hissədə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunaraq, “İddiaçı-1” MMC-dən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manatın tutulub Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (sədrlik edən: Gültəkin Əsədova). “İddiaçı-1” MMC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin qismən – Cavabdeh 01.05.2019-cu il tarixindən 01.02.2021-ci il tarixinədək icarə haqqı üzrə hər ay 646 manat olmaqla, cəmi 13.566 manatın tutulub “İddiaçı-1” MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın ümumi icrarə haqqı məbləğinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: “İddiaçı-1” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini qarşılıqlı iddia tələbini təmin edərkən yalnız qarşılıqlı iddiaçının əsassız fikirlərinə və iş üzrə keçirilmiş ekspert rəyi üzərində qurmuş, iş materiallarında olan müqavilə şərtlərinə, yəni icarə obyektinin cavabdehə təmirli şəkildə təhvil verməsinə, cavabdehin təmir işlərini apararkən mülkiyyətçi ilə hər hansı bir razılıq əldə etməməsi barədə işin hallarına əhəmiyyət verməmiş və zərərin əvəzinin ödənilməsi barədə AR Mülki Məcəlləsinin 21-ci maddəsinə düzgün istinad etməmişdir. İş materiallarında olan 15.09.2016-cı il tarixli “icarə obyektinin təhvil verilməsi” haqqında aktdan görünür ki, İddiaçı tərəfindən qeyri-yaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Əgər İddiaçı tərəfindən verilmiş icarə obyekti təmirli olmuşdursa, bu zaman iddiaçının mülkiyyətçinin iradəsinə zidd olaraq icarə obyektini yenidən təmir etməsinə zərurət olmamış və mülkiyyətçinin əmlakına qanunsuz müdaxilə edilmişdir. Bu da öz növbəsində mülkiyyətçiyə vurulmuş ziyan kimi qəbul edilməli olmuşdur. Digər tərəfdən icarə obyektində aparılmış təmir cavabdeh tərəfindən mülkiyyətçinin iradəsinə zidd olmaqla onun tərəfindən könüllü olaraq aparılmışdır. Aparılmış təmir işləri əsaslı deyil, cavabdehin fəaliyyətinin məqsədləri üçün aparılmışdır. Belə olan halda təmir üçün çəkilmiş xərcləri məhkəmə cavabdehə vurulmuş zərər kimi qiymətləndirməkdə haqlı olmamışdır. Onu da qeyd edək ki, təmirli bir icarə obyektində təmir işləri aparılması məntiqsiz və əsassız bir yanaşmadır. Cavabdeh sadəcə orada fəaliyyətinin məqsədləri üçün bəzi aksesuarlar qoymuşdur ki, bu da təmir kimi qiymətləndirilə bilməz və ekspert rəyi də bu səbəbdən əsassız olmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbini təmin edərkən qətnaməsində AR Mülki Məcəlləsinin 21-ci maddəsini düzgün tətbiq etməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində (ilk iddia üzrə) qeyd olunmuşdur ki, “İddiaçı-1” MMC ilə Cavabdeh arasında bağlanılmış 000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “X2 kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri ilə yanaşı olan eyni gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. Hər iki müqavilə üzrə cəmi 646 manat aylıq icarə haqqı ödənilməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi müddətlərdə icarə ödənişləri etməmişdir. Ona görə də Cavabdeh “X2” kimi fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyriyaşayış sahəsi boşaldılaraq “İddiaçı-1” MMC-yə təhvil verilməli və Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmiş altı) manat tutulub “İddiaçı-1” MMC-yə ödənilməli olduğu qeyd olunmuşdur. Məhkəmə qətnaməsində qeyd olunan 1 il 9 ayın icarə haqqısı ən azı 1 (bir) ili hesablanmalı deyil idi. Belə ki, həmin dövrdə ölkədə COVİD 19 virusunun artımının qarşısının almaq səbəbi ilə tədbiq edilmiş sərt karantinə əsasən çox sayda iş yerləri həmçinin gözəllik salonlarının işləməsinə qadağa qoyulmuşdur. Belə olan halda, icrəyə götürülən geyri-yaşayış sahələri tam qapalı olduğunda həmin müddət ərzində icarə haqları hesablana və cavabdehdən tələb edilə bilməz. Ona görə də 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmiş altı) manat məbləğ azaldılmalıdır. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində (qarşılıqlı iddia üzrə) qeyd olunmuşdur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyri-yaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini sonradan əsaslı təmir etmişdir. Məhkəmə ekspertiza mərkəzinin 16 noyabr 2020-ci il tarixli 10/1994 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8,1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmin tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 19.605 (on doqquz min altı yüz beş ) manat olması müəyyən olunur. Məhkəmə qeyd edilən rəyə əsasən hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Cavabdeh ödənilməli olduğu qeyd olunmuşdur. Məhkəmə qətnaməsinin bu hissəsin də ziddiyətlidir. Belə ki, məhkəmə bu hissədə yalnız Məhkəmə ekspertiza mərkəzinin 16 noyabr 2020-ci il tarixli 10/1994 saylı rəyini əsas götürərək qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) qiymətləndirmişdir. Baxmıyaraq ki, realıqda və real bazar qiymətlərini nəzərə alınsa həmin qeyriyaşayış sahənin təmirinə 112 200 (bir yüz on iki min iki yüz) manat vəsait xərclənmişdir. Lakin məhkəmə yalnız Məhkəmə ekspertiza mərkəzinin rəyini əsas götürərər qeyri-yaşayış sahənin təmirinəxərclədiyim vəsaiti 92.550 (doxsan iki min beş yüz əlli) manat məbləğdə azaltmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək “İddiaçı-1” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, “İddiaçı-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan, 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “X2” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. 08 aprel 2019-cu il tarixdə yəni müqavilə müddətinin bitməsinə 1 ay qalmış icarəyə verən tərəfindən qeyd edilən müqavilənin 6.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə bildiriş-xəbərdarlıq göndərilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsini bildirmişdir. 10 may 2019-cu il tarixdə hər iki icarə müqaviləsi üzrə bildiriş göndərilərək müqavilələrə xitam verildiyi, qeyri-yaşayış sahəsinin dərhal boşaldılaraq təhvil verilməsi bildirilmişdir. İşdə olan 15.09.2016-cı il tarixli “icarə obyektinin təhvil verilməsi” haqqında aktdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyri-yaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 12 mart 2020-ci il tarixli 19061 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8,1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmir tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 15,487 (on beş min dörd yüz səksən yeddi) manat olması müəyyən olunur. Məhkəmə ekspertiza mərkəzinin 16 noyabr 2020-ci il tarixli 10/1994 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8,1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmin tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 19.605 (on doqquz min altı yüz beş ) manat olması müəyyən olunur. İlkin ekspertiza ilə hazırki təkrar ekspertizaların nəticələri arasında yaranmış fərq (4118 manat) hazırki ekspertiza aparılarkən keçirilmiş baxış zamanı cavabehin verdiyi məlumat əsasında əlavə qapalı tikinti təmir işlərinin görülməsinin müəyyən edilməsi ilə izah olunur. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə kollegiyası işin hallarına, apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, “İddiaçı-1” MMC ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan, 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan, 22 nömrəli qeyri-yaşayış sahəsini “X2” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. Hər iki müqavilə üzrə cəmi 646 manat aylıq icarə haqqı ödənilməli idi. Lakin, iş materiallarından görünür ki, cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi müddətlərdə icarə ödənişlərini etməyərək müqavilə şərtlərini, eyni zamanda yuxarıda sadalanan mülki qanunvericiliyin tələblərini pozmuşdur. İcarə haqqının ödənilməməsi həmçinin ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin məzmunundan da müəyyən olunur. Belə ki, Cavabdeh apellyasiya şikayətində icarə haqqını ödəmədiyini bildirmiş və bunu ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq gözəllik salonlarının işləməsinin məhdudlaşdırılması ilə izah etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsi icarəçinin icarə haqqından yayınması üçün əsas deyildir. Bununla bağlı qanunvericilikdə hər hansı hüquqi əsas nəzərdə tutulmamışdır. Əgər icarəçi (ilkin iddia üzrə cavabdeh) icarə haqqını ödəyə bilmirdisə, həmin vaxtı icarə müqaviləsinə xitam verə bilərdi. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, Cavabdeh “X2” kimi fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “İddiaçı-1” MMCyə təhvil verilməsi və Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manatın tutulub “İddiaçı-1” MMC-yə ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Kollegiyanın qarşıqlı iddia tələbi ilə bağlı mövqeyi ondan ibarətdir ki, həqiqətən də işdə olan aktlardan görünür ki, İddiaçı tərəfindən qeyri-yaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh həmin qeyriyaşayış sahəsini sonradan orada göstəriləcək xidmətlərin təyinatına uygun olaraq əsaslı şəkildə təmir etmiş və bir neçə il həmin yerdə fəaliyyət göstərmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın görünür. Əgər iddiaçının həmin təmir işlərinin görülməsinə etirazı var idisə, həmin illər ərzində bunu cavabdehə bildirə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2020-ci il tarixli 10/1994 saylı rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8,1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyərinin 19.605 (on doqquz min altı yüz beş ) manat olması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən rəyə əsaslanaraq, qarşılıqlı iddianın qismən təmin edilərək, “İddiaçı-1” MMC-dən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manatın tutulub Cavabdeh ödənilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5377/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5377/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver