Məhkəmə qərarları › İş №2(103)-5378/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5378/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5378/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi olmaqla hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi olmaqla hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)-4981/2022 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1978-ci ilin dekabr ayından 1993-cü ilin iyul ayına kimi Ağdam rayonunun Salahlı kəndi X2 fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 1978-ci ilin dekabr ayından 1993-cü ilin 25 iyun tarixədək Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir.

3. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan şikayət verərək, ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2(103)-3366/2023 nömrəli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Qərardadda göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin maraqlı şəxsə nə vaxt çatdırıldığını, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddətin ötürülüb-ötürülmədiyini araşdırmadan şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İş materiallarının 80-81-ci səhifələrində olan məktubun və məktubların göndərilməsi barədə reyestrin surətindən görünür ki, qətnamə maraqlı şəxsə çatdırılması üçün 09 yanvar 2023-cü il tarixdə poçt – rabitə orqanına təhvil verilmiş, məhz qətnamənin çatıdırlması qənaətinə gəldikdən sonra 23 fevral 2023-cü il tarixdə qətnamə icraya yönəldilmişdir. Həmçinin, şikayətdən görünür ki, apellyasiya şikayətinin ayrı-ayrı hissələrində şikayət verən şəxs kimi həm Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, həm də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialı göstərilmişdir.

6. Bundan sonra şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının maraqlı şəxs qismində tanınmasını xahiş etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli, 2(008)- 4981/2022 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı maraqlı şəxs kimi tanınmış və həmin filial tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. İşdən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)-4981/2022 nömrəli qətnaməsindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən isə apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən, şikayətin qeyri-mümkünlüyünə səbəb olan hallara qiymət verilməmiş, ümumiyyətlə maraqlı şəxsin şikayətinin qaytarılması məsələsi müzakirə olunmamışdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2(103)-3366/2023 nömrəli qərardadında şikayətin qeyri – mümkünlüyü üçün aşağıdakı əsaslar göstərilmişdir: birinci instansiya məhkəməsi qətnamənin maraqlı şəxsə nə vaxt çatdırıldığını, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddətin ötürülüb ötürülmədiyini araşdırmadan şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir, apellyasiya şikayətinin ayrı-ayrı hissələrində şikayət verən şəxs kimi həm Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, həm də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialı göstərilmişdir.

10. Lakin birinci instansiya məhkəməsi qərardaddan göstərilən xüsusatlara əhəmiyyət vermədən apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, bu prosessual hərəkəti etməmişdir.

11. Əgər birinci instansiya məhkəməsi tərəfindən qərardadda göstərilən xüsusatlar nəzərə alınsa da idi, məhkəmə ilk növbədə apellyyasiya şikayətinin səlayyətli şəxs tərəfindən imzalanıb – imzalanmamasını araşdırmalı idi, çünki, qərardadın əsaslarından biri kimi apellyasiya şikayətinin ayrı-ayrı hissələrində şikayət verən şəxs kimi həm Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, həm də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının göstəriliyi qeyd olunmuşdur.

12. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının maraqlı şəxs qismində cəlb edərkən həmin filialın ayrıca subyekt kimi şikayət vermək hüququnun olub - olmamasını müəyyən etməli idi. Çünki, Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

13. Birinci instansiya məhkəməsinin mümkün hesab edərək apellyasiya məhkəməsinə göndərdiyi apellyasiya şikayətinin giriş hissəsində də Dövlət Sosial Müdafiə Fondunun VÖEN qeyd olunmuş və apellyasiya şikayətinin imzalanması üçün səlahiyyət verən etibarnamənin də Dövlət Sosial Müdafiə X5 sədri tərəfindən imzalanmışdır. Belə olduğu təqdirdə iş materiallarında olan apellyasiya şikayətinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən verildiyi məlum olur.

14. Bundan əlavə, işdən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ərizə ilə müraciət edərək, qətnamənin onların maraqlarına toxunduğundan maraqlı şəxs kimi tanınmaları barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli, 2(008)-4981/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı maraqlı şəxs kimi tanınmış və onlar tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Lakin, birinci instansiya məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı maraqlı şəxs kimi tanısa da, Mülki Prosessual Məcəllənin 264.0.7 və 364.2-ci maddəsinin tələblərinə zidd olaraq qəradadda şikayət vermək hüququnun olması qeyd olunmamış və işdə iştirak edən digər şəxslərin bu hüquqları məhdudlaşdırılmışdır.

16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün şikayət qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar