Məhkəmə qərarları › İş №2(103)-5380/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5380/2020

14.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5380/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Tofiq oğlu və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı “kənar şəxslərin mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı “kənar şəxslərin mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və uşaqları X2 əşyaları ilə birlikdə daimi istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılaraq ailə üzvləri ilə birlikdə istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildən X5 nöqsansız olaraq çalışmış və polis əməkdaşı kimi torpaqlarımızın alınması uğrunda döyüşmüşdür. Onun müsbət xarakterizə olunmağı, həmçinin ailəsi ilə birlikdə yaşayış şəraitlərinin qənaətbəxş olmaması nəzərə alınaraq Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 6 saylı xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən mənzil növbəsinə götürülmüşdür. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1996-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzil müvəqqəti olaraq 5 nəfər ailə tərkibi ilə onun istifadəsinə verilmiş və həmin mənzilə qeydiyyata götürülmüşdür. Həmin mənzil istifadəsinə verildikdən sonra yüngül təmir işləri apararaq ora köçmək istədikdə cavabdehlərin ona verilən mənzili zəbt etdiklərini görmüşdür. Onlara mənzilin sərəncam əsasında ona verildiyini və buna dair müvafiq sənədləri onlara göstərsə də, onlar mənzildən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlərin məlum Qarabağ hadisələri nəticəsində məcburi köçkün düşmələrini və onların mənzilində müvəqqəti olaraq məskunlaşdıqlarını və tezliklə mənzilini tərk edəcəklərini nəzərə alıb müvəqqəti olaraq mübahisəni davam etdirməmişdir. Sonra həmin mənzil Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 355 saylı xx xxxx 2013cü il tarixli sərəncamına əsasən 6 nəfərlik ailə üzvləri ilə birlikdə onun daimi istifadəsinə verilmişdir. Lakin, buna baxmayaraq, o, çətin yaşayış şəraitində yaşasa da, cavabdehlərin könüllü olaraq çıxmamaları səbəbindən ona verilmiş mənzilinə köçə bilmir. Halbuki, cavabdehlər onun mənzilini kirayə verərək pul qazanır, hətta mənzilinin bir hissəsini qanunsuz olaraq digər şəxslərə satmışlar. Hətta mənzilini zəbt edən cavabdehlərin müvafiq yaşayış yeri ilə təmin olunmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət də etmiş və həmin komitənin 01/16152 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzilini zəbt edən Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 oğlna Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 Qobupark-2 yaşayış kompleksinə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmin olunmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzildən çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunmasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 Tofiq oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində göstərdikləri həqiqəti əks etdirmir və əsassız iddia tələbinə qanuni don geyindirmək üçün öz fantaziyasını iddia ərizəsində yazmışdır. Belə ki, iddiaçı ərizəsində göstərdiyi kimi ki, güya mübahisəli mənzil ona veriləndən sonra cavabdehlər həmin mənzili zəbt etməkləri iddiası tam əsassızdır. Cavabdeh 1992-ci ildən mübahisəli mənzildə ailə üzvləri ilə yaşayır. Həmin 24 il müddət keçdikdən sonra iddiaçının məhkəməyə müraciət etməsi absurdur. Cavabdeh1 və ailəsi 1992ci ildən Laçın rayonu işğal edilməmişdən əvvəl, yəni fevral ayından ünvan 1 ünvanda özü tikili mənzildə ailə üvləri ilə yaşayır. Faktiki olaraq qeyd edilən mənzil həmin dövrdə erməni mənzili olduğundan faktiki olaraq alğı-satqı əməliyyatı nəticəsində əldə etmişdir. Bunu təsdiq edəcək şahidlərin olmasına baxmayaraq məhkəmədə şifahi qaydada qaldırılan vəsatəti hakim heç bir əsas olmadan təmin etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektoru tərəfindən xx xxxx 2020-ci il tarixli, 30 saylı və Bakı şəhəri Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-X1 Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 37 saylı Mənzil- Kommunal İsitismarı Sahəsi tərəfindən verilmiş arayışları ilə təsdiq olunur. Daha sonra hakim qanunsuz qətnaməsində qeyd edir ki, Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 1992-ci ildən məlum Qarabağ hadisələri nəticəsində məcburi köçkün düşmüşlər və ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildə məskunlaşmışlar. Hal hazırda yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında Cavabdeh2 həmin mənzili 1992-ci ildə əldə etdiyini bildirmiş, həmin mənzili zəbt etmədiklərini göstərmişdir. Daha sonra məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Nümayəndəsi olduğu cavabdeh 1992-ci ildən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayırş 24 il keçdikdən sonra iddiaçının məhkəməyə müraciət etməsi absurddur. Cavabdeh1 1992-ci ildən Laçın rayonu işğal edilməmişdən əvvəl, yəni fevral ayında ünvan 1 ünvanında özü tikili mənzildə ailə üzvləri ilə yaşayır. İddiaçının ərizəyə əlavə etdiyi sərəncamda da görünür ki, mübahisəli mənzil dövlət mülkiyyətində olmamışdır. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı mənzildə yaşayış ola-ola heç bir hüquqi əsas olmadan dövlət mənzil fondunda olmayan, özü tikili mənzilə sərəncam verərək bu cür mübahisə yaranmasına əsas yaratmışdır. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Qeyd etdiyim sərəncamlardan da görünür ki, iddiaçının həmin mənzilin sahəsindən ümumiyyətlə xəbəri olmamışdır. Daha sonra hakim qanunsuz qətnaməsini qanunlaşdırmaq üçün iş materiallarına əlavə olan Azərbaycan Respublikası Qaçqınlarn və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ünvanlanmış 01/16152 nömrəli məktubdan görünür ki, Nərmanov rayonu, Ü.Bünyadzadə küç, ev 17 ünvanındakı mənzili zəbt edərək müvəqqəti məskunlaşan Laçın rayonunda məcburi köçkün Cavabdeh1 Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 həmin kompleksə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmin olunmasını tələb etmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində boş mənzil fondu olmadığı üçün onu həmin ərazidə mənzillə təmin olunması imkan xaricindədir. Hakim qeyd edilən məktubu diqqətlə oxumamış və iddiaçının arzusuna üyğun olaraq məktubda “düzəliş” edərək mübahisəli mənzili güya cavabdehlər tərəfindən zəbt edildiyini göstərmişdir. Verilmiş ərizədən görünür ki, iddiaçı tərəf məhkəmədə iddia qaldırmaq üçün iddia müddətini ötürdüyü üçün iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Lakin hakim iddia müddətinin tətbiq edilməsinə dair ərizəni əsassız olaraq təmin etməmiş və bu qanunsuzluğunu özünəməxsus formada əsasladırmağa çalışmışdır. Belə ki, hakimin gəldiyi nəticəyə görə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı mənzilə dair subyektiv hüququ və özlüyündə mənzilə dair məhkəməyə müraciət etmək hüququ Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamı ilə əmələ gəlmişdir. Həmin vaxtadək mübahisəli mənzilə dair iddiaşıya mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı hüquq verilmədiyindən onun hazırki iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, həmin sərəncamın 3-cü bəndində bu sərəncamın 1-ci bəndinə uyğun olaraq Ə.A.İsrfailovun adına mövcud vəziyyətdə texniki pasportin tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur. Hakim iddiaçıya əsasız olaraq hüquq yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində qeyd edilir ki, Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Kollegiya iclasının vaxtı və yeri barədə üçüncü şəxs və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxs və digər cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ASAN 1 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Laçın PRŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Laçın rayonu, Sonasar kəndində qeydiyyatdadır. İş materiallarında olan ASAN 1 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Laçın rayonu, Sonasar kəndində qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Laçın rayonu, Sonasar kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Nərimanov RPİ yanında Mühafizə şöbəsinin MMK-nın xx xxxxxx 1993-cü il tarixli 14 nömrəli iclasının protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdən Nərimanov RPİ yanında Mühafizə şöbəsinə bir nəfər ailə üzvü ilə mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994cü il tarixli 6 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı 1 nəfər ailə tərkibi ilə olmaqla mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 761 nömrəli xx xxxxxxx 1996-cı il tarixli surətindən görünür ki, Ü.Bünyadzadə küçəsi, 17 saylı ünvanda yerləşən 37 kv.m yaşayış sahəsi, köməkçi sahəsi 14 kv.m qanunsuz tikili yerli icra hakimiyyətinin mənzil fondu balansına götürülmüşdür. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 1996cı il tarixli 784/14 nömrəli Sərəncamının surətindən görünür ki, Ülvi Bünyadzadə küçəsindəki 17 nömrəli məhdud kommunal şəraitli mənzilin ev növbəsi çatana qədər müvəqqəti istifadə üçün 5 nəfər ailə tərkibi ilə İddiaçı verilməsi, onunla kirayə müqaviləsi bağlanması və İddiaçı 5 nəfər ailə tərkibi ilə həmin ünvana pasport qeydiyyatına götürülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı yaşadığı Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evdə yerləşən ümumi sahəsi 72,1 kv.m., yaşayış sahəsi 57,0 kv.m. olan 3 otaqlı mənzili ona daimi yaşayış üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən X3 xx xxxxxx 2019-cu il tarixdə ünvanlanmış 01/16152 nömrəli məktubdan görünür ki, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17 ünvanındakı mənzili zəbt edərək müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün Cavabdeh1 Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 həmin kompleksə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmin olunmasını tələb etmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində boş mənzil fondu olmadığı üçün onun həmin ərazidə mənzillə təmin olunması imkan xaricindədir. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, iddiaçı tərəf məhkəmədə iddia qaldırmaq üçün iddia müddətini ötürdüyü üçün iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsini cavabdeh tərəfdən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Qeyd olunan normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Kollegiya hesab edir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya iddia müddətinin tətbiq edilməsi ilə bağlı İddiaçı mənzilə dair subyektiv hüququ və özlüyündə mənzilə dair məhkəməyə müraciət etmək hüququnun Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamı ilə əmələ gəlməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, həmin vaxtadək mübahisəli mənzilə dair iddiaçıya mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı hüquq verilmədiyindən onun hazırki iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Həmin sərəncamın 3-cü bəndində bu sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur. Kollegiya cavabdehin birinci instansiya məhkəməsinin subyektiv hüququn yaranması əsası ilə bağlı gəldiyi nəticənin Mülki Məcəllənin 178.1-ci maddəsinə zidd olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin istinad olunan norması daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının hüquqi əsaslarını müəyyən edir. Halbuki birinci instansiya məhkəməsi mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququn olması əsası kimi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamını göstərmişdir. Qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv mənada hüququnun 2013-cü ildən yaranmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamı ilə İddiaçı yaşadığı Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evdə yerləşən ümumi sahəsi 72,1 kv.m., yaşayış sahəsi 57,0 kv.m. olan 3 otaqlı mənzili ona daimi yaşayış üçün verilmişdir. İddia ərizəsi, məhkəmə araşdırması və işin halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 6 saylı xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən mənzil növbəsinə götürülmüşdür. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1996-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzil müvəqqəti olaraq 5 nəfər ailə tərkibi ilə onun istifadəsinə verilmiş və həmin mənzilə qeydiyyata götürülmüşdür. Həmin mənzil istifadəsinə verildikdən sonra ora köçmək istədikdə cavabdehlərin ona verilən mənzili zəbt etdiklərini görmüşdür. Onlara mənzilin sərəncam əsasında ona verildiyini və buna dair müvafiq sənədləri onlara göstərsə də, onlar mənzildən çıxmayacaqlarını bildirmişlər. Sonra həmin mənzil Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 355 saylı xx xxxx 2013-cü il tarixli sərəncamına əsasən 6 nəfərlik ailə üzvləri ilə birlikdə onun daimi istifadəsinə verilmişdir. İddiaçı cavabdehlərin müvafiq yaşayış yeri ilə təmin olunmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət də etmiş və həmin komitənin 01/16152 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzilini zəbt edən Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 oğlna Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 Qobupark-2 yaşayış kompleksinə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmin olunmasını tələb etmişdir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur və «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə ziddir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Kollegiya cavabdehin iddia tələbində göstərilən və birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunan halların həqiqətə uyğun olmamasına dair dəlilinə münasibətdə hesab edir ki, qeyd olunan halların əsassız olmasına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən apellyasiya şikayətinin qeyd olunan dəlili qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar