Məhkəmə qərarları › İş №2(103)-5383/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5383/2023

15.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5383/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iddia ərizəsinin baxılmamış saxlanmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə iş üzrə tərəflərə, o cümlədən iddiaçıya qanunda nəzərdə tutulmuş qayda məlumat verilmiş, lakin iş üzrə tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qeyd edilən bu hal isə iddianın baxılmamış saxlanılması üçün əsasdır. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş, həmin məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla baxılması üçün işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. İşə baxan Sabunçu Rayon Məhkəməsi isə məhkəmə baxışı iclasının vaxtı barədə iddiaçıya lazımi qaydada məlum verməmiş, bu səbəbdən də iddiaçı və onun vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak etməmişlər. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İşin materiallarından görünür hazırki iş üzrə işə baxmış Sabunçu Rayon Məhkəməsinin hakimi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə iş üzrə tərəflərə, o cümlədən iddiaçıya qanunda nəzərdə tutulmuş qayda məlumat vermişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən” görünür ki, iş üzrə tərəflər poçt vasitəsi ilə onlara göndərilmiş məhkəmə bildirişlərini şəxsən qəbul etmişlər. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində əlaqə nömrəsi kimi göstərdiyi (055)719-89-16 mobil telefon nömrəsinə Rayon Məhkəməsi tərəfindən iddiaçının məhkəmə baxışı iclasına dəvət olunması ilə bağlı elektron bildirişlər (SMS) göndərilmişdir. “Elektron məhkəmə” İnformasiya Sistemindən isə görünür ki, elektron bildirişlər iddiaçıya çatdırılmışdır. Lakin iş üzrə tərəflər, o cümlədən iddiaçı, məhkəmə baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, məhkəmə baxışı iclasları barədə ona məlumat verilməməsini qeyd etsə də, bu hal öz təsdiqini tapmır. İddiaçı, məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən qanunda nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Rayon Məhkəməsi iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Qərardad qanuni və əsaslıdır. Şikayətin dəlili əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar