Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5384/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı və cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının vəkili Vəkil işirakları ilə, İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməi barədə” ilk iddiasına, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması barədə” qarşılıqlı iddiasına və Cavabdeh1 İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-606/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Hüsniyyə Məmmədova tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı dair ilkin iddia tələbi tələbinin dəqiqləşməsinə dair ərizə ünvanlayaraq, cavabdehlərdən yalnız ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşayan X6 2000 (iki min) manat kompensasiya ödənilməklə, cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(93.151) 2.Cavabdeh X2 Fuad Faiq oğluna qarşı "mənzilə istifadə hüquqlarının tanınması”na dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan qızı X15 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Cavabdeh1 İddiaçı qarşı "mənzilə istifadə hüquqlarının tanınması”na dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan uşaqları X19 və X20 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 228.2, 228.5, 262.2, 255.8-ci maddələrinə istinadən) ilkin iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən X6 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilindən X4 istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən X6 2000 (iki min) manat məbləğində kompensasiya verilməsi və xx.xx.1973-cü il təvəllüdlü X4 Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X12 Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. 5.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9402/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə,X4 apellyasiya şikayətinin təmin olunması, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - X6 və onun övladı X8 aid olan hissədə ləğv edilməsi, İddiaçı irəli sürdüyü, 2.000 manat komensasiya verilməklə X4 uşağı ilə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev N° 13-də yerləşən 61 N°-li mənzildən istifadə hüququna xitam verilməsi barədə ilk iddia rədd olunması, iddiaçı X4 qarşılıqlı iddiası təmin olunması və X4 və onun övladı X7 Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev N° 13-də yerləşən 61 N°- li mənzilə yaranmış istifadə hüququ tanınması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2049/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-9402/2021 saylı qətnaməsi ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.Belə ki, işin mübahisə olunmayan hallarına görə, 16 sentyabr 2010-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi 13 saylı evin 2 otaqlı, ümumi sahəsi 49,54 kv.metr olan 61 -saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı 2000 manat kompensasiya ödənilməklə Cavabdeh3 və övladı Gülşən Qasımzadənin sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsini iddia edir və tələbini belə əsaslandırıb ki, 02 fevral 2011-ci il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzili Cavabdeh3 məxsusdur və 2000 manat kompensasiyanı əlavə olaraq onun maddi rifah halını yaxşılaşdırmaq üçün təklif edir.Kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisənin düzgün, obyektiv həlli üçün ilk növbədə kompensasiya institutuna aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Əvvəla, kompensasiya latın sözü olub "compensatio”, "compensare” sözlərindən ibarətdir- tarazlaşdırmaq, bərpa etmək, haqqını ödəmək və sair mənalarda işlədilir və mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; qanunvericiliklə nəzərdə tutulan digər hallarda "əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair; mənəvi zərərin ödənilməsi; habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi.Bu mənada Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Digər tərəfdən, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur və mahiyyət etibarilə servitutdur. Mülki qanunvericiliyə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.Həmin maddənin mənasına görə servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsikimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından qanuna əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər- arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən də mümkündür. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 izahatına və onun apellyasiya icraatı mərhələsində təqdim etdiyi 11 avqust 2009-cu il tarixli müqavilənin, habelə istintaq orqanının 21 oktyabr 2013-cü il tarixli qərarının kserosurətlərinə istinad edib, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin Cavabdeh3 sahibliyində olmadığını, həmin mənzilin sözügedən müqaviləyə əsasən Anar Qasımova məxsus olduğunu və eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanması barədə cinayət işinin başlandığı qənaətinə gəlsə də, gəldiyi nəticəni mötəbər yazılı sübutlarla əsaslandırmayıb və ümumiyyətlə iddiaçının ilk iddia ərizəsində, apellyasiya şikayətində göstərdiyi bu faktlar barədə kifayət qədər araşdırma aparmayıb, həmçinin qətnamədə istinad etdiy həmin səndlərin kserosurət olmaqla Mülki Prosessual Məcəllənin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab verməməsini nəzərə almayıb. Halbuki, qeyd olunan maddələrin mənasına görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun və yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığı barədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı lazımi qaydada araşdırma aparmayıb, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin hüquqi vəziyyətinə aydınlıq gətirməyib və həmin mənzilin qanuni sahibini müəyyən etmədən, yalnız Cavabdeh3 izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərin kserosurətlərinə istinad edərək onun istifadəsində başqa mənzilin olmaması qənatinə gəlib.Digər tərəfdən, mübahisəli mənzil iki otaqdan ibarət olmaqla, Binəqədi rayonunda yerləşir və qiymətəndiricinin rəyinə görə həmin mənzilin dəyəri təxminən 70.000 manat, həmin ərazidə mənzillərin orta icarə haqqı isə 300-350 manat civarındadır.Kassasiya instansiyası məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10.000-12.000 manat civarında olub, habelə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkəmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb. "Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: Məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda "əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. "R.Ağalarovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında isə göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzilin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ödənilməli olan kompensasiyanın ən azı 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməsi, 5 il (60 ay) üçün kirayə haqqının məbləğinin 18.000 manat təşkil etməsi və bu səbəbdən də onun istifadə hüququna xitam verilməsi üçün 18.000 manat kompensasiya ödənilməli olması qənatinə gələrkən, kompensasiyanın məbləğini, müddəti hansı meyyarlara əsasən müəyyən etməsini qətnamədə göstərməyib və ödənilən kompensasiya məbləğinin əslində ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməli olmasını nəzərə almayıb.Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəlişəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir."Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.Azərbaycan Respublikası MPM-nin 418.1 -ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2010-cu ildə verilmişdir;- Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, cavabdehlər X10, Cavabdeh1, Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2007-ci il təvəllüdlü X19 ünvan 2 ünvanında qeydiyyatdadırlar;- Kooperativ binada mənzil tikintisi üçün Müqavilədən və maliyyə arayışından məlum olur ki, X10 xx.xx.2011-ci ildə "Fuad-LTD” MMC-dən ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili almış və 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir;- Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli QXM 381/M saylı qiymətləndirici mütəxəssis rəyindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13, 61 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 70000 manat, orta aylıq kirayə haqqı 300 - 350 manat arası təşkil edir (iş.səh.4,5, 13, 14, 130 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
8.Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, X10 Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilində anadan olmuş, 2004-cü ildə ailə qurmuş, 4-5 aydan sonra isə mübahisəli mənzilə qayıdaraq orada yaşamağa başlamış, qızı Gülşən də xx.xx.2005-ci ildə mübahisəli mənzildə anadan olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, X10 anadan olandan hal hazıradək mübahisəli mənzildə yaşamış, onun qızı 2005-ci ildə həmin mənzildə anadan olmuş və hal hazırdada anası ilə birlikdə həmin mənzildə yaşayır və onların əmlakları da həmin mənzildədir. Əgər onlar mənzildən çıxarılarlarsa faktiki olaraq evsiz-eşiksiz, xəstə uşağı ilə birlikdə küçədə qalmış olacaqdır. Məhkəmə bütün bunları nəzərə almadan Hüsniyyə Məmmədovanın qarşılıqlı iddiasını qanunsuz və əsassız olaraq təmin etməmiş, onun anadan olandan hal-hazıradək yaşadığı mənzilindən istifadə hüququna xitam verilməsi və 2000 manat məbləğində kompensasiya verməklə faktiki olaraq vətəndaşı tamamilə pis vəziyyətdə qoymuşdur, məhkəmənin bu qərarı qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Kooperativ binada mənzil tikintisi üçün Müqavilədən və maliyyə arayışından məlum olur ki, X10 xx.xx.2011 -ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili almış və 20000 manat məbləğində pul ödəmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin rəhbərinin Azərbaycan Respublikası Baş Prokurorluğu yanında korrupsiya İdarəsində cinayət işi gedir və orada X10 zərəçəkmiş şəxs kimi tanınması üçün ərizə ilə müraciət etsə də hələ bu günə kimi zərərçəkən kimi tanınmamışdır. Məhkəmənin qətnaməsində istinad etdiyi həmin mənzili alarkən də faktiki olaraq Hüsniyyə Məmmədova aldadılmış, ona qarşı dələduzluq edilmişdir. Yəni, məhkəmənin yazdığı ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzil faktiki olaraq X6 verilməmiş və o, "xxxx" MMC tərəfindən aldadılmışdır. Hazırki vəziyyətdə 2000 manat məbləğində kompensasiya vermək gülüncdür. Məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzili Bakı şəhərinin çox əlverişli yerində yerləşdiyinə, mənzillərin burada qiymətinin baha olması hallarını nəzərə almamışdır. X1 istifadə hüququna xitam verildiyi təqdirdə belə məhkəmə ən azından ona hazırki bazar qiyməti nəzərə alınmaqla 25000 – 30000 manat məbləğində kompensasiya verilməli idi. İş materiallarından görünür ki, X2 Fuad Faiq oğluna qarşı “mənzilə istifadə hüquqlarının tanınması”na dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşma çatmayan qızı X15 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Məmmədov Faiq Əbdülxalıq oğlu ilə anası X13 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzil də həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ ikən 2010-2011 -ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı adına bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onların da payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onların da payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə Cavabdeh1, 2004-cü ildə Məmmədova Hüsniyyə, 2007-ci ildə Cavabdeh2, 2011-ci ildə İddiaçı ailə qurmuşlar. Hüsniyyə Məmmədova 2004-cü ildə nikaha daxil olsa da, qısa zamanda ayrılmış və ayrıldıqdan sonra da faktiki olaraq, valideyinləri ilə birlikdə mübahisəli mənzildə yaşamış, övladı da həmin mənzildə anadan olmuşdur. Ataları 2013-cü ildə, anaları isə 2020-ci ilin avqust ayında vəfat etmişdir. Anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək, orada daimi yaşayan Hüsniyyə Məmmədovanın yetkinlik yaşına çatmayan gözdən əlil olan qızı ilə birlikdə evi tərk etməsini tələb etmiş, mənzilin ona məxsus olduğunu bildirmişdir. H.Məmmədova həmin evdə anadan olmuş, fasiləsiz olaraq ailə üzvləri ilə, sonda isə anası ilə birlikdə yaşamış, başqa yaşayış yeri yoxdur. Yetkinlik yaşına çatmayan qızı da həmin ünvanda anadan olandan yaşayır. Bununla da onun və qızının həmin mənzildə doğulan gündən istifadə hüququ yaranmışdır. Bu səbəbdən də həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəmə ilkin iddianı rədd etmək və qarşılıqlı iddianı təmin etmək əvəzinə əsassız və qanunsuz olaraq ilkin iddianı təmin etmişdir, məhkəmə qətnaməsini əsaslandıra bilməmiş, ancaq və ancaq qətnamədə absurd fikirlər qeyd etmiş, Hüsniyyə Məmmədovanın qanunla qorunan hüquq və mənafeyinə ziyan vuran ,ona mənəvi zərbə vuran qətnamə qəbul etmişdir. Halbuki əsas iddiaçının həmin mənzilə heç bir ehtiyacı yoxdur. O, bir qardaş kimi öz bacısı qarşısında mənəvi borcunu yerinə yetirmək əvəzinə məhkəməyə yalan deyərək guya onun həmin mənzildə yaşamadığını bildirmişdir. Məhkəmə təcrübəsində bu qəbildən olan iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığnın müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, müəyyən olunur ki, iddiaçının cavabdehə təklif etdiyi kompensasiyanın məbləği ona məxsus olan mənzilin dəyərinin heç 3%-i etmir. Göründüyü kimi, hazırki vəziyyətdə 2000 manat məbləğində kompensassiya verilməsi yetərli deyildir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 9.Bakı Ağır Cinayəylər Məhkəməsindən əldə edilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin təsisçisi və direktoru X16 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işində ünvan 3 ünvana dair heç bir məlumata rast gəlinmədi. 10.Cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının vəkili Qənbərov X9 (Qasımova) Hüsniyyə Faiq qızı tərəfindən alındığı iddia edilən mənzilə yerli müayinənin keçirilməsi barədə vəsatəti təqdim edərək, hal-hazırda həmin mənzildə başqa şəxsin yaşadığını, cavabdehin yeganə yaşayış yerinin mübahisəli mənzil olduğunu, iddiaçı tərəfindən cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının mübahisəli mənzildə yaşamasına maneələr yaradıldığından itifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etdiyini, əldə edilmiş arayışa əsasən, mübahisəli ərazidə mənzillərin kirayəsinin 450- 500 manat ətrafında olduğunu, 3000 manatın bir neçə il kirayədə yaşamaq üçün çox aşağı məbləğ olduğunu bildirmişdir.
11. xx.xx.2022-ci il tarixli X3 tərəfindən verilmiş arayışa əsasən Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində 2 otaqlı Leninqrad proyektli evlərin təmiri yaxşı olduğu halda, satış qiyməti 100000-115000 manat civarında alınıb satılır.Həmin evlərin kirayə qiymətlərinə gəldikdə kirayə qiyməti 450-500 manat arası dəyişir. 12.Cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı apellyasiya şikayətini müdafiə edərək, mənzili Fuad LTD MMC-dən əldə etdiyini, həmin mənzilin bir neçə şəxsə satıldığını, bununla bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəinə müraciət etdiyini, mənzillə bağlı hökmün mövcud olduğunu, adına heç bir əmlakın olmamasına dair Əmlak Məsələləri Dövlət Komitəsindən sənəd əldə etdiyini bildirmişdir. 13.İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, yalnız cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına kompensasiya vermək niyyətinin olduğunu, digər cavabdehləri həmin mənzildə qeydiyyatda olmaları ilə bağlı cavabdeh qismində qoyduğunu, mənzilin əvvəl atasının adına olduğunu, daha sonrra notarius qaydasında təsdiqlənərək ona bağışlanıldığını, digər cavabdehlərin də buna razılıq verdiyini, həmin mənzildə 2013-cü ildə atası vəfat etdikdən sonra anasının yaşadığını, sonradan anasının cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızını və onun övladını yanına çağırdığını, lakin cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının anasına qarşı zorakılığa əl atdığını, 2020-ci ilin avqust ayında anasının vəfat etdiyini, hal-hazırda cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı və onun övladının həmin mənzildə yaşadıqlarını, bu səbəbdən mənzilindən rahatlıqla istifadə edə bilmədiyini, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının özünə məxsus mənzilinin olduğunu, kompensasiya məbləği olaraq 2000 manat təklif etdiyini, lakin bu günki qiymətləri nəzərə alaraq kompensassiya məbləğini artırmağa razı olduğunu,Ali Məhkəmənin qərarına əsasən 2 nəfər üçün kirayə qiymətinin aylıq 300 manat kimi müəyyən edildiyini, lakin cavabdeh və qızı üçün bir otaqlı mənzilin kifayət edəcəyini bildirmişdir.
14. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, kompensasiya məbləğinin 5000 manat olaraq artırılmasına razı olduğunu qeyd etmişdir. Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır 16.Hazırda digər cavabdehlər şikayət vermədiyindən kollegiya cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına aid (ona qarşı olan və onun tərəfindən iddia edilən tələb), habelə kassasiya məhkəməsinin müəyyən etdiyi hissədə və göstərişləri həddində baxılması mümkündür.. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə;(münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə kompensasiya məbləği hissədə səhv nəticəyə gəldiyindən, təklif edilən 2000 manat məbləğində kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməməsi ilə bərabər, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində araşdırma aparmamış, ədalətli məhkəmə çəkişməsinə müvafiq mübahisənin həllinə şərait yaratmamış, təklif edilən məbləğin artırılması yönəmində detallı müzakirələr aparmamışdır. Tərəflər arasında mübahisənin həllinə yönəlik mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına (təzminat məbləğinin artırılmasına) uyğun gəlmədiyindən qətnamə dəyişdirilməli, apellyasiya şikayəti qismən təmin edilməli, göstərilən faktiki istinadlar ilə və təklif edilən 5000 manatın cavabdehə ödənilməsi şərti müqabilində iddia təmin edilməli, qətnamə bu hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
18. Cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına məxsus digər mənzil hüquqlarının təminatı üzrə dəlillər təsdiq edilməsə də, həmin müqavilə üzrə pozulmuş əmlak hüquqlarının bərpası imkanının olması nəzərə alınmalıdır. Belə ki, bunu əksi hüquqlardan suiistifadəyə şərait yaradan hal kimi qiymətləndirilə bilər və şəxsin öz əmlak hüquqlarının müdafiə etmək mümkünlüyü sübut etmək vəzifəsinin tam həyata keçirilməsinin sübut edilməsi yükü onun özünə məxsus olduğu halda, bu halların sübuta yetirilməməsi, onun digər şəxsin sübuta yetirilən mülkiyyət hüquqlarına yönəlmiş digər yaşayış sahəsindən istifadə hüququnun imkansızlığını müəyyən edən (şübhələrdən kənar) dəlil kimi qiymətləndirilə bilməz.
19. Kollegiya hesab edir ki, mülkiyyətçinin üstün mülkiyyət hüququ, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının (övladı ilə birgə) iki il müddətinə oxşar şəraitli (bir otaqlı) mənzildə aylıq kirayə haqqı 200 manat götürməklə 5000 manat məbləğində kompensasiyanın verilməsi qənaətbəxşdir. Nə qədər ki, mübahisəli mənzil iki otqlı olsa da cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı mübahisəli mənzildə anaları ilə yaşamış, bu da iddiaçının dediklərinə uyğun, şəxslərin bir otaqlı mənzilə müvafiq yaşayış sahəsindən yararlanmaq mümkünlüyünü şərtləndirir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-606/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi –kompensasiya məbləğinin müəyyən edilməsi hissəsindədəyişdirilsin. İddiaçı tərəfindən cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına ödəniləcək kompensasiya məbləği 5000 (beş min) manat müəyyən edilsin. Qətnamə qalan (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.