Məhkəmə qərarları › İş №2(103)-5386/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5386/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5386/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehlərin nümayəndəsi Cavabdeh3 iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30a, m 38 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia təmin olunmuşdur.

3. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mümkünlük qərardadı ilə icraata qəbul edilmişdir.

4. Mülki iş materialları araşıdırlarkən məlum olmuşdur ki, hazırkı işlə bağlı Qaradağ Rayon Məhkəməsinin 2(002)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti ilə birlikdə müddətin bərpa edilməsi barədə ərizə də verilmişdir. Lakin rayon məhkəməsi həmin ərizəyə münasibət bildirməmişdir.

5. Həmin məsələ ilə bağlı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Ş.Şıxıyev və cavabdehlərin nümayəndəsi Cavabdeh3 kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdilər.

6. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti ilə birlikdə müddətin bərpa edilməsi barədə ərizə də verilmiş, lakin həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən baxılmadan mülki iş apellyasiya instansiyasına göndərilmiş, nəticədə apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.

7. MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır.

8. Beləliklə, Cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunun tələblərinə əsasən münasibət bildirilmədən apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyasına göndərildiyindən və apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mümkünlük qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş materiallarının tikilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəsissələrində kargüzarlığın aparılmasına dair» Təlimat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» təlimatın tələbləri kobud şəkildə pozulmuş, həmçinin Bakı Apellyaiya Məhkəməsinin “Məhkəmələrdə kargüzarlığın aparılmasının bəzi məsələlərinə dair” 5d- 112/17 saylı icmal məktubun da tövsiyələrinə əməl olunmamışdır.

10. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işə tərs formada, yəni (sənədin aşağı hissəsi yuxarı hissədə olmaqla) tikilmişdir (mülki iş materiallarının 90, 91, 92-ci vərəqlərinin arxa üzləri). Bu baxımdan, işin tikilməsi zamanı yol verilmiş həmin pozuntu da aradan qaldırılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6, 400, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar