Məhkəmə qərarları › İş №2(103)-5389/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5389/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5389/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 İlyas qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(010)-1988/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh (Paylayıcı) ilə X3 (İstehlakçı) arasında Bakı şəhəri, ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2017-ci il tarixli, AK-2/5430 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın plastmas borusunun istehlakçı tərəfindən deşildiyi üçün 404,80 manat sərfıyyat itkisi müəyyən edilmişdir.

3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın plastmas borusunun istehlakçı tərəfindən deşildiyi, aşağı təzyiqdə keçən qazın həcmini qeyd etmədiyi üçün 149 manat sərfıyyat itkisi müəyyən edilmişdir.

4. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğac hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyi, mexaniki hesablama mexanizmini hərəkətə gətirən dişli çarx oxundan çıxarıldığı üçün 1814,40 manat sərfiyyat itkisi muəyyən edilmişdir.

5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, sayğac hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyi, sayğacda ALARM-1 aşkarlandığı uçun 486 manat sərfıyyat itkisi müəyyən edilmişdir.

6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, 32,40 manat sərfıyyat itkisi müəyyən edilmişdir.

7. Bundan əlavə, qaz xəttindən kənar qanunsuz olaraq qaz xəttinə qoşulduğu üçün iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli 02725502 saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 50,90 manat; ümumilikdə 1521,50 manat dəymiş zərər hesablanmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 118318 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

9. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X-142 №-li arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 bacısı İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6155,19 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülki iş üzrə İddiaçı X1 vərəsəsidir. ünvan 2 ünvanında qaz istehlakına görə mübahisə yaranıb. Göstərilən ünvandakı ev əvvəllər iddiaçının atasının xüsusi mülkiyyətində olub, o 2020-ci ildə vəfat etdikdən sonra qardaşı orada yaşayıb və qardaşı da 2020-ci ildə vəfat edib. Paylayıcı ilə istehlakçı arasında müqavilə mövcud olub və həmin müqavilənin 2.1.6-cı maddəsinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etməli, 2.1.7-ci maddəyə əsasən istehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat verməlidir. Hazırda yeni sayğac gətirib quraşdırılıb və qazın verilməsi kəsilib, qazdan istifadə edilmir. Qazın kəsilməsinə səbəb olaraq İddiaçı bildiriblər ki, “əvvəlki borc ödənişlərini qəbul etdiyinə dair aktda imza et, həmin vaxtda qazın verilməsini təmin edək”. Bu hal isə borcları qəbul etməsi kimi qiymətləndirilir. Paylayıcı ilə istehlakçı arasında bağlanmış müqavilənin şərtləri paylayıcının özü tərəfindən pozulmuşdur. Belə ki, borc məbləğləri barədə daha əvvəl orada qardaşı, ondan əvvəl isə atası yaşayıb. Onlar yaşadığı vaxt heç bir tədbir görülməyib. Bugünkü tarixə qazın istifadəsi istehlakçıya qadağan edilirsə, daha əvvəldə qazın kəsilməsi kimi tədbirlər görülə bilərdi. İş materiallarından görünür ki, sonuncu akt xx.xx.2022-ci ildə tərtib edilib və akt iddiaçı tərəfindən imzalanmayıb. Müqavilədə nəzərdə tutulur ki, vətəndaşa hər ay bildiriş verilir və vətəndaş bildiriş əsasında ödəniş edir. 2012-ci ildən sayğac olub, həmin vaxtdan bildiriş verilməli, borc bildirilməli, olan borc vətəndaşdan tələb edilməli, əgər borc ödənilmirsə müvafiq tədbirlər görülməli və ya qazın istehlakı dayandırılmalı idi. İddia tələbində qeyd olunan borc məbləğlərindən biri, hansıki abonent saldosundan da görünür ki, 151,20 manat qaz istehlakına yaranmış borc 2012-ci il tarixə təsadüf edir və həmin borc məbləği üzrə iddia müddəti ötmüşdür.

12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(010)- 1988/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanına hesablanmış (abonent kodu: **********00094) 5773,50 (beş min yeddi yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində borcun ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 77,73 (yetmiş yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X4”nın 1.3, 3.1.5, 4.8, 5.2, 6.5, 6.7, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun mübahisələndirilən (iddianın təmin olunan) hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə eyni ünvanda 20 ay ərzində 5 dəfə sayğaca müdaxilə edilməsində istehlakçının təqsirini inkar etdiyi zaman, işə əlavə edilmiş sübuta- smart sayğaclar üzrə saldoda əksini tapmış rəqəmlərə qiymət verməyi lazım bilməmişdir. İşə əlavə edilmiş laboratoriya rəylərinə, aktlara qiymət verilməmişdir. “Təbii X4nın pozulması haqqında" aktlar tərtib edilən zaman, qeyri-qanuni qoşulma halı aşkar olunan zaman qoşulmanın qaynaq vasitəsi ilə aradan qaldırılması barədə aktlar da tərtib edilmiş, həmin aktlar iş materiallarına əlavə edillmiş olsa belə, məhkəmə tərəfindən həmin sübutlar ümumiyyətlə qiymətləndirilməmişdir. Həmçinin məhkəmə yalnız 30.04.219-cu il tarixli, ******* saylı aktı üzrə silinmə tələbini rədd edərkən, digər aktlar üzrə silinmə qət edərkən bu qənaətini əsaslandırmamışdır. Halbuki, aktların yazıldığı bütün dövr ərzində istehlakçı qeyri-qanuni qoşulmanı təkrarən davam etdirmiş, həmin müddətdə bir dəfə də olsa ödəniş həyata keçirməmişdir. Bu hal işdə olan saldolarla, aktlarla, fotoşəkillərlə sübut olunsa da məhkəmə “Azəriqaz" İB- nin əməkdaşlarının tədbir görməmələrini (qeyri-qanuni qoşulmanın aradan qaldırılmasına dair aktlar işdə mövcud olmuş olsa belə) əsas götürməklə həmin aktlar üzrə borcların silinməsi qənaətinə gəlmişdir. İş materiallarında olan GASREP proqramı üzrə saldodan da göründüyü kimi, həmin borc məbləğinə görə cavabdeh tərəfindən 2012-ci ilin 12-ci ayından başlayaraq tutmalar aparılmışdır. Bu isə iddia müddətinin axımının kəsilməsini təsbit edən haldır. Lakin məhkəmə bu halı da tam araşdırmamış nəticəyə gəlmişdir. Mexaniki sayğac üzrə yaranan borc barədə bildirişlər təbii insihar subyektləri olan “Azərişıq" ASC və “Azərsu" ASC-də olduğu kimi “Azəriqaz" İB-də də hər ay mütləq qaydada istehlakçılara təqdim edilir. Yerində sayğac göstəriciləri götürülür, bildiriş təqdim edilir. Məhkəmə 03/20xxxx/2022 dövrü üzrə **********4 saylı mexaniki qaz sayğacın saldodakı göstəricilərinə baxmış olsaydı hər ay göstəricilərin saldoya daxil edildiyini görmüş olacaqdı, həmçinin bildiriş almadığını (aydındır ki, illər uzunu sayğaca müdaxilə, qeyri-qanuni qoşulma kimi hüquqazidd əməllərlə təbii qazdan qanunsuz istifadə edən istehlakçının ona bildiş verilməməsi ilə bağlı iddiaları həqiqətdən çox-çox uzaqdır. Bu sadəcə olaraq ödənişdən yayınmaq üçün uydurulmuş bir haldır. Əgər həqiqiətən də bildiriş verilməmişdirsə o halda 310 manat ödənişlər niyə həyata keşirilmişdir. Bu hal da sübut edir ki, istehlakçının borcu barədə məlumatı olmuşdur, borcundan tam olmasa da hissə-hissə ödənişlər etmişdir. Hazırda isə bildiriş verməyib bəhanəsi ilə borcunu məhkəmə yolu ilə sildirmək ümüdindədir. Məhkəmə **********4 saylı mexaniki qaz sayğacın göstəriciləri üzrə 1873 manat borcu qeyri-qanuni hesab edərək silinməli olması qənaətinə gəlmiş olduğu halda iddianın həmin göstərici üzrə limitdən artıq istifadəyə görə hesablanmış 84.10 manat borcun silinməsinə dair hissəsini təmin edilməməsini qət etmişdir. Bu isə qətnamədə ziddiyyətli halların olmasını sübut edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X4”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir.

20. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.

21. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Həmin Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

23. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

25. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir.

26. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçının mübahisələndirdiyi abonent koduna hesablanmış borcun 1873 manat hissəsi mexaniki qaz sayğacının göstəricilərinə görə, 1521,50 manatı qanunsuz olaraq qaz xəttinə qoşulmağa görə, 2886,60 manatı istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, 151,20 manat 2012-ci ilin sentyabr ayıına qazdan istifadəyə görə qalıq borc kimi yazılmışdır. Göründüyü kimi, həmin borc məbləğləri cəmi 6432,3 manat təşkil etsə də, iddiaçı hazırkı iddia ərizəsində 6155,19 manat borcun silinməsini xahiş etmişdir.

35. Birinci instansiya məhkəməsi iddia tələbinin mexaniki qaz sayğacının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayına kimi hesablanmış göstəricilərinə görə yazılmış 1873 manat borcun ləğv olunması hissəsi ilə bağlı gəldiyi nəticəni əsaslandırmadan qeyd edilən borc məbləğinin silinməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Halbu ki, borcun həmin hissəsi təbii qazdan istifadə nəticəsində yaranan borc olduğu üçün iddia tələbi bu hissədə təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının qaz xəttindən kənar qanunsuz olaraq qaz xəttinə qoşulduğu üçün cavabdeh tərəfindən ona hesablanmış 1521,50 manat borcun ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci ildə çəkilmiş videogörüntüyə aid diskdə kənar qoşulmanın əvvəlki sayğaca münasibətdə quraşdırıldığı müşahidə olunmuşdur ki, buda iddiaçının qaz xəttindən kənar qanunsuz olaraq qaz xəttinə qoşulduğunu sübut edir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi həmin 1521,50 manat borcun ləğv olunması hissəsində təmin edilməməlidir.

37. Kollegiya iddia tələbinin “təbii X4nın pozulmasına görə yaranmış sərfiyyat itkisi üzrə 2886,60 manat məbləğində borcun ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır və “Təbii X4nın pozulması haqqında” aktlara əsasən hesablanmış 2886,60 manat məbləğində borc ləğv olunmalıdır.

38. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçının ünvanına 2012-ci ilin sentyabr ayıına 151,20 manat qalıq borc hesablanmışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, borcun həmin hissəsi ilə bağlı hazırda öhdəliyin icrası müddəti keçdiyi üçün göstərilən borc məbləği silinməlidir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

41. Həmin Məcəllənin 551.1.-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçıya hesablanmış təbii X4nın pozulmasına görə yaranmış sərfiyyat itkisi üzrə 2886,60 manat və 2012-ci ilin sentyabr ayıına hesablanmış 151,20 manat, cəmi 3037,8 (üç min otuz yeddi manat səksən qəpik) manat məbləğində borc ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 77,73 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(010)- 1988/2022 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanına (abonent kodu: **********00094) hesablanmış 3037,8 (üç min otuz yeddi manat səksən qəpik) manat məbləğində borc ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 77,73 (yetmiş yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar