Məhkəmə qərarları › İş №2(103)-539/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-539/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-539/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı, Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair 2(005)-1148/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 2(005)-4244/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnamələrindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X1 ilə sərmayəni qəbul edən Cavabdeh1 MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli müqaviləyə əsasən tərəflər müqavilə ilə nəzərdə tutulmuş sərmayə layihəsinin reallaşdırılması üçün birgə əməkdaşlıq barədə razılığa gəlmiş, sərmayəçi tərəfindən həmin tarixdə 20000 ABŞ dolları məbləğində pul ödənilmiş, sərmayəni qəbul edən hər növbəti ayın 20-si tarixinədək sərmayəçiyə yatırılmış sərmayə qarşılığında 400 ABŞ dolları məbləğində ödənişin edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.8-ci bəndinə əsasən, sərmayəçinin sağlıq durumu ilə əlaqədar baş verən hər hansı bir xoşagəlməz hadisə zamanı sərmayənin tamam və onun qarşılığında sərmayəçi tərəfindən əldə etdiyi vəsaitin sərmayəni qəbul edən tərəf tamamən İddiaçı ödənişini təmin edir. Müqavilə 2 il müddətinə imzalanmış və 2 ildən az olmamaq şərti ilə vəsait sərmayəçi tərəfindən geri tələb oluna və xitam verilə bilməz.

2. İddiaçı X6 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı 16 mart 2016-cı il tarixli müqavilə üzrə 20000 ABŞ dolları və 15600 ABŞ dolları məbləğində gəlir olmaqla cəmi 35600 ABŞ dolları məbləğində pul tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh1 MMC isə X5 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(005)-3718/2019 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək X6 ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, 16 mart 2016-cı il tarixli müqaviləni Zinyət Hüseynova imzalasa da, müqavilə formal olaraq onun adından bağlanmış, iddiaçının əvəzinə müqavilə şərtlərinin razılaşdırılmasında İddiaçı iştirak etmiş, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin bağlanması üçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. Digər tərəf kimi göstərilmiş Cavabdeh1 MMC-nin nə təsisçisi, nə də qanuni təmsilçisi müqaviləni imzalamamış, müqavilə Cavabdeh1 MMC-nin adından səlahiyyəti olmayan şəxs Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan əlavə, müqavilədə 20000 ABŞ dollarının verilməsi qeyd edilsə də, göstərilən məbləğ Cavabdeh1 MMC-nin hesabına köçürülməmişdir. Beləliklə, müqavilə faktiki olaraq İddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2(103)- 4537/2020 saylı qətnaməsi ilə X4 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq olunmadığına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(005)-3718/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi belə hesab etmişdir ki, qeyd olunan 16 mart 2016-cı il tarixli müqavilə mahiyyət etibarilə borc müqaviləsidir.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 11 dekabr 2012-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 olmaqla nizamnamə kapitalındakı mayaların miqdarı 100%-dir.

5. Cavabdeh1 MMC-nin nizamnaməsinə əsasən, Cəmiyyətin yaradılmasının fəaliyyət istiqaməti müxtəlif növ məhsulların istehsal və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsi və s. ibarətdir.

6. Cavabdeh1 MMC-nin Bank BTB-nin Sənaye filialında olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2017—xx.xx.2019-cu illəri əhatə edən dövrdə müqavilədə göstərilən məbləğə uyğunluq təşkil edən məbləğ Cavabdeh1 MMC-nin balansına daxil edilməmiş və hər hansı aylıq artımlar müşahidə edilməmişdir.

7. İddiaçı Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək 2016-cı ilin fevral-mart aylarında şərikli iş qurmaq üçün Cavabdeh2 adlı şəxsin dələduzluq yolu ilə onun 260000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi barədə şikayət etmişdir. Şikayət ərizəsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və cinayət hadisəsi olmadığına görə 24 aprel 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.

8. X3 ilə sərmayəni qəbul edən Cavabdeh1 MMC arasında bağlanmış 17 fevral 2016-cı il tarixli müqaviləyə əsasən tərəflər müqavilə ilə nəzərdə tutulmuş sərmayə layihəsinin reallaşdırılması üçün birgə əməkdaşlıq barədə razılığa gəlmiş, sərmayəçi tərəfindən həmin tarixdə 240000 ABŞ dolları məbləğində pul ödənilmiş, sərmayəni qəbul edən hər növbəti ayın 20-si tarixinədək sərmayəçiyə yatırılmış sərmayə qarşılığında 8000 ABŞ dolları məbləğində ödənişin edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.8-ci bəndinə əsasən, sərmayəçinin sağlıq durumu ilə əlaqədar baş verən hər hansı bir xoşagəlməz hadisə zamanı sərmayəni qəbul edən sərmayənin tamam və onun qarşılığında sərmayəçi tərəfindən əldə etdiyi vəsaitin tərəf tamamən İddiaçı ödənişini təmin edir. Müqavilə 2 il müddətinə imzalanmış və 2 ildən az olmamaq şərti ilə vəsait sərmayəçi tərəfindən geri tələb oluna və xitam verilə bilməz.

9. İddiaçı X14 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı 17 fevral 2016-cı il tarixli müqavilə üzrə 240000 ABŞ dolları və 320000 ABŞ dolları məbləğində gəlir olmaqla cəmi 560000 ABŞ dolları məbləğində pul tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh1 MMC isə X9 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-172/2020 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək X14 qızı ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 fevral 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, 17 fevral 2016-cı il tarixli müqaviləni İradə Quliyeva imzalasa da, müqavilə formal olaraq onun adından bağlanmış, iddiaçının əvəzinə müqavilə şərtlərinin razılaşdırılmasında İddiaçı iştirak etmiş, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin bağlanması üçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. Digər tərəf kimi göstərilmiş Cavabdeh1 MMC-nin nə təsisçisi, nə də qanuni təmsilçisi müqaviləni imzalamamış, müqavilə Cavabdeh1 MMC-nin adından səlahiyyəti olmayan şəxs Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan əlavə, müqavilədə 240000 ABŞ dollarının verilməsi qeyd edilsə də, göstərilən məbləğ Cavabdeh1 MMC-nin hesabına köçürülməmişdir. Beləliklə, müqavilə faktiki olaraq İddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(103)- 4520/2020 saylı qətnaməsi ilə X7 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq olunmadığına və işin faktiki halları tam araşdırılmadığına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-172/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 179000 ABŞ dolları məbləğində pulun ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq manat hesabı ilə tutularaq iddiaçı X9 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(102)-588/2021 saylı qərarı ilə Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(103)- 4520/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni 179000 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli 2(103)- 4294/2021 saylı qətnaməsi ilə X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-172/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. X2 ilə sərmayəni qəbul edən Cavabdeh1 MMC arasında bağlanmış 01 iyun 2017-ci il tarixli müqaviləyə əsasən tərəflər müqavilə ilə nəzərdə tutulmuş sərmayə layihəsinin reallaşdırılması üçün birgə əməkdaşlıq barədə razılığa gəlmiş, sərmayəçi tərəfindən həmin tarixdə 10000 ABŞ dolları məbləğində pul ödənilmiş, sərmayəni qəbul edən hər növbəti ayın 20-si tarixinədək sərmayəçiyə yatırılmış sərmayə qarşılığında 200 ABŞ dolları məbləğində ödənişin edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.8-ci bəndinə əsasən, sərmayəçinin sağlıq durumu ilə əlaqədar baş verən hər hansı bir xoşagəlməz hadisə zamanı sərmayəni qəbul edən sərmayənin tamam və onun qarşılığında sərmayəçi tərəfindən əldə etdiyi vəsaitin tərəf tamamən İddiaçı ödənişini təmin edir. Müqavilə 2 il müddətinə imzalanmış və 2 ildən az olmamaq şərti ilə vəsait sərmayəçi tərəfindən geri tələb oluna və xitam verilə bilməz.

a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdehlər "Mobisky” MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı vasitəçiliyi ilə bacısı X6 ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 20000 ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Müqaviləyə əsasən sərmayə 2 il müddətinə qoyulmuş, həmin məbləğ MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığında cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 400 ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildiyi təqdirdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. MMC üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, buna görə də Zinyət Hüseynova bundan əvvəl hazırkı cavabdehlərə qarşı eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə həmin iddianı təmin etməmişdir. İddianı rədd edən məhkəmə bu qənaətə gəlmişdir ki, müqavilə faktiki olaraq İddiaçılə Cavabdeh2 arasında bağlanmış, ödənilən pul İddiaçı məxsus olmuş, Zinyət Hüseynovanın bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Buna görə də eyni məzmunlu iddianı hal-hazırda İddiaçı qaldırmışdır. İddiaçı hesab etmişdir ki, vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait cavabdeh "Mobisky” MMC-nin fəaliyyətinə sərf edildiyindən 20000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1148/2021 saylı iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər "Mobisky” MMC və Cavabdeh2 20000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq manatla) və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. (hakim X12)

16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, 20000 ABŞ dolları məbləğində pul Cavabdeh1 MMC-nin fəaliyyətinə faktiki rəhbərlik edən Cavabdeh2 tərəfindən İddiaçı alınıb MMC-nin fəaliyyətinə sərf olunduğundan, həmin vəsait qeyd olunan cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, müqavilənin bağlanmasında, pulun alınmasında Cavabdeh3 iştirakı təsdiq olunmadığından, iddia tələbi ona qarşı hissədə rədd olunmalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092 və 15.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. İddiaçı cavabdehlər "Mobisky” MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 240000 ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı vasitəçiliyi ilə anası X14 ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 fevral 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 240000 ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Müqaviləyə əsasən sərmayə 2 il müddətinə qoyulmuş, həmin məbləğ MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığında cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 8000 ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildiyi təqdirdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. MMC üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, buna görə də İradə Quliyeva bundan əvvəl hazırkı cavabdehlərə qarşı eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə həmin iddianı təmin etməmişdir. İddianı rədd edən məhkəmə bu qənaətə gəlmişdir ki, müqavilə faktiki olaraq İddiaçılə Cavabdeh2 arasında bağlanmış, ödənilən pul İddiaçı məxsus olmuş, İradə Quliyevanın bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Buna görə də eyni məzmunlu iddianı hal-hazırda İddiaçı qaldırmışdır. İddiaçı hesab etmişdir ki, vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait cavabdeh "Mobisky” MMC-nin fəaliyyətinə sərf edildiyindən 240000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır.

19. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən “Ministerium” adlı restoranın təmirinə xərclənmiş 38100 manat, 18000 ABŞ dolları, 81492 ABŞ dolları və 58056 ABŞ dolları, ümumlikdə 56100 manat və 139548 ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda “Ministerium” adlı restoranın təmiri üçün qeyd olunan məbləğlərdə pulu borc almış, lakin aldığı borcu qaytarmamışdır.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4244/2021 saylı iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, cavabdehlər "Mobisky” MMC və Cavabdeh2 240000 ABŞ dolları məbləğində pulun (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. (hakim X12)

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdehlər "Mobisky” MMC və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1148/2021 saylı iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv olunub iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

23. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı cəmi 226000 ABŞ dolları məbləğində pul almış, İddiaçı hissə-hissə olmaqla cəmi 226825 ABŞ dolları məbləğində pul qaytarmışdır. Belə ki, Cavabdeh2la İddiaçı arasında 240000 ABŞ dolları, 20000 ABŞ dolları və 10000 ABŞ dolları məbləğində pulun sərmayə qoyulması barədə 3 müqavilə imzalansa da, Cavabdeh2 İddiaçı cəmi 226000 ABŞ dolları məbləğində borc götürmüşdür. Götürülən pul MMC-nin fəaliyyətinə sərf olunmamışdır. Bakı şəhəri Yasamal RPİ-də araşdırma aparılarkən İddiaçı Cavabdeh2 hər ay 1000, 1500, 2000, 2500 və 3000 ABŞ dolları olmaqla cəmi 61000 ABŞ dolları məbləğində pulu geri aldığını etiraf etsə də, məhkəmə qaytarılan pulları nəzərə almamışdır. Halbuki, İddiaçı Cavabdeh2 3 müqavilə üzrə 240000, 20000 və 10000 ABŞ dolları olmaqla cəmi 270000 ABŞ dolları məbləğində pul verdiyini, geri aldığı 61000 ABŞ dollarının da həmin borca aid olduğunu bildirmişdir. Bundan əlavə, “Google” vasitəsilə bulud sistemində yaradılmış “Zaur payment” cədvəlində aybaay İddiaçı alınan və ona ödənilən pul məbləğləri göstərilmişdir. İddiaçı həmin fayla giriş, qeyd və düzəliş etmək imkanları olmuş və bu imkanlardan istifadə etmişdir. Həmin sənədə baxmaq üçün Cavabdeh2 mailto:1millionidea@gmail.comElektron ünvan 1 elektron poçtundan İddiaçı 16 mart 2016-cı il tarixində mailto:zauramg63@gmail.comElektron ünvan 2 və 29 aprel 2016-cı il tarixində mailto:zaur086@icloud.comElektron ünvan 3 poçtuna sorğu göndərilmiş, İddiaçı həmin sorğunu qəbul etməklə, yuxarıda qeyd olunan “X21” adlı “Exel” sənədinə baxmaqla ona 28 mart 2016-cı il tarixində dəyişiklik etmişdir. ”Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır.

24. Cavabdehlər "Mobisky” MMC və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4244/2021 saylı iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv olunub iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

25. Apellyasiya şikayətləri 2(005)-1148/2021 saylı iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair 2(103)-10022/2021 saylı və İddiaçı cavabdehlər Cavabdeh1 MMCyə, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(103)-1632/2022 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.

27. Apellyasiya icraatı zamanı işə baxılarkən Cavabdeh2 tələbini dəqiqləşdirərək İddiaçı ümumilikdə 226000 ABŞ dolları məbləğində pul aldığını, həmin puldan 225196,70 ABŞ dolları hissəsini qaytardığını, hal-hazırda İddiaçı 803,30 ABŞ dolları məbləğində borcunun qaldığını bildirərək İddiaçı iddiasının qismən, yəni 803,30 ABŞ dolları hissəsində təmin edilməsini, onun qarşılıqlı iddiasının isə tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı heç vaxt mailto:zauramg63@gmail.comElektron ünvan 2 adlı elektron poçt ünvanı olmamış, onun yalnız mailto:zaur086@icloud.comElektron ünvan 3 elektron poçt ünvanı olmuş və halhazırda da həmin ünvandan istifadə edir. Bundan əlavə, iddiaçı “İphone” markalı telefon istifadəçisi olduğuna görə onun istifadə etdiyi elektron poçt “icloud” platformasında yerləşmişdir. Cavabdehlərin “X21” adlı “Exel” sənədi 16 mart 2016-cı il tarixində mailto:zauramg63@gmail.comElektron ünvan 2 adlı elektron poçtuna, 29 aprel 2016-cı il tarixində isə mailto:zaur086@icloud.comElektron ünvan 3 elektron poçt ünvanına göndərməsi şübhəlidir. Bundan əlavə, mailto:zauramg63@gmail.comElektron ünvan 2 adlı elektron poçt ünvanının İddiaçı məxsus olması sübut olunmamış, həmin elektron poçt ünvanının nə zaman və hansı İP adresindən istifadə edilməklə açıldığı müəyyən edilməmişdir. Qeyd olunanlardan əlavə, cavabdehlər “X21” adlı “Exel” sənədini Bakı şəhəri Yasamal RPİ-də araşdırma aparılarkən təqdim etməmişlər. Qeyd olunanlara əsasən, İddiaçı mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, Vəkil1 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclaslarında apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək şikayətlərin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.4 Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətlərində qətnamələrin qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılmış, eyni zamanda məhkəmə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

33. İş materiallarından görünür ki, 17 fevral 2016-cı il, 16 mart 2016-cı il və 01 iyun 2017-ci il tarixlərdə Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq X6, X14 və X11 arasında sərmayə qoyulması kimi məzmunda müqavilələr imzalansa da, bundan əvvəl işə baxan məhkəmələr həmin müqavilələrin mahiyyət etibarilə borc müqavilələri olduğunu, müqavilələrin faktiki olaraq Cavabdeh2 ilə İddiaçı arasında bağlandığını müəyyən etmişlər. Qeyd olunan müqavilələrdə 240000, 20000 və 10000 ABŞ dollarının Cavabdeh1 MMC-yə sərmayə qoyulması göstərilsə də, araşdırmalar zamanı həmin pul məbləğlərinin Cəmiyyətin hesabına keçirilməsi müəyyən olunmamışdır. Həmin pul məbləğlərinin bilavasitə Cavabdeh2 tərəfindən qəbul olunması barədə iş materiallarında yazılı sənəd olmasa da, Cavabdeh2 İddiaçı 17 fevral 2016-cı il tarixli müqavilə üzrə 210000 ABŞ dolları, 16 mart 2016-cı il tarixli müqavilə üzrə 16000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmiş, 01 iyun 2017-ci il tarixli müqavilə üzrə isə ümumiyyətlə pul almadığını, İddiaçı cəmi 226000 ABŞ dolları məbləğində pul alıb, 226825 ABŞ dolları məbləğində pul qaytardığını bildirmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində araşdırma aparılarkən verdiyi izahatında pulları bilavasitə müqavilələr bağlanan gün deyil, 2015-ci ilin dekabr ayından 17 fevral 2016-cı il tarixinədək hissə-hissə verdiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 aprel 2019-cu il tarixli qərardan da görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri qaytarılmışdır. Cavabdeh2 məhkəməyə müxtəlif sənədlər təqdim edərək həmin sənədlərdə İddiaçılə aralarında pulun alınıb verilməsinin “Google” vasitəsilə bulud sistemində yaradılmış “Zaur payment” cədvəlində əks olunduğunu bildirmişdir. Məhkəməyə təqdim olunmuş Google e-poçtu vasitəsilə “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədi nə vaxt və kim tərəfindən yaradılması, həmin sənəddə nə kimi məlumatların qeyd edilməsi, sənədə düzəliş edilib-edilməməsi və sair məsələlərin aydınlaşdırılması məqsədilə apellyasiya icraatı zamanı işə baxılarkən məhkəmə kompyuter texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş kompyuter texniki ekspertizasının 29 aprel 2022-ci il tarixli 5/208 saylı rəyinə əsasən, “Google Drive” serveri daxilində olan tədqiq edilən “X21” adlı Excel sənəd 15 mart 2016-cı il tarixdə mailto:1millionidea@gmail.comElektron ünvan 1 adlı elektron poçt ünvanı tərəfindən yaradılmışdır. “X21” adlı Excel sənədində tarixlər, müxtəlif rəqəmlər, valyuta simvolları (AZN, $), müxtəlif miqdarlarda ödəmələrin olması və əsas məbləğdən qalığa dair yazı qeydləri əks olunmuşdur. Tədqiq olunan “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədi bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan “X21” adlı Excel sənədinə baxmaq və həmin sənədə dəyişiklik (“Editor”) etmək üçün mailto:1millionidea@gmail.comElektron ünvan 1 adlı elektron poçt sahibi tərəfindən 16 mart 2016-cı il tarixində mailto:zauramg63@gmail.comElektron ünvan 2 (Zaur Guliyev) adlı poçt sahibinə sorğu göndərilmişdir. Aparılmış tədqiqat nəticəsində “Google Drive” serverinin “Activity” bölməsində olan texniki qeydlər əsasında müəyyən olundu ki, tədqiq olunan “X21” adlı Excel sənədi 29 aprel 2016-cı il tarixində yenidən “Zaur Guliyev” adlı istifadəçi ilə paylaşılmışdır. “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədi üzərində baxmaq və dəyişiklik etmək hüququna malik olan şəxslər tərəfindən edilmiş dəyişikliyin aparılmasına texniki qeydlər serverin “Version History” bölməsində əks olunmuşdur. Serverin “Version History” bölməsində əks olunmuş qeydlər əsasında 15 mart 2016-cı il, 16 mart 2016-cı il, 17 mart 2016-cı il, 22 mart 2016-cı il, 29 mart 2016-cı il, 30 mart 2016-cı il, 07 aprel 2016-cı il, 15 aprel 2016-cı il, 07 aprel 2016-cı il, 13 may 2016-cı il, 16 may 2016-cı il, 02 iyun 2016cı il, 10 iyun 2016-cı il, 13 iyun 2016-cı il, 14 iyun 2016-cı il, 15 iyun 2016-cı il, 16 iyun 2016-cı il, 18 iyun 2016-cı il, 15 iyul 2016-cı il, 16 iyul 2016-cı il, 19 sentyabr 2016-cı il, 20 sentyabr 2016-cı il, 14 oktyabr 2016-cı il, 15 oktyabr 2016-cı il, 12 noyabr 2016-cı il, 22 noyabr 2016-cı il, 28 dekabr 2016-cı il, 20 fevral 2017-ci il, 11 aprel 2017-ci il, 12 aprel 2017-ci il, 23 may 2017-ci il, 22 avqust 2017-ci il, 13 sentyabr 2017-ci il, 06 oktyabr 2017-ci il, 04 noyabr 2017-ci il, 16 noyabr 2017-ci il, 27 dekabr 2017-ci il, 15 yanvar 2018-ci il, 17 yanvar 2018-ci il, 30 yanvar 2018-ci il, 07 fevral 2018-ci il, 06 mart 2018-ci il, 28 mart 2018ci il, 02 aprel 2018-ci il, 03 may 2018-ci il, 30 oktyabr 2019-cu il, 02 noyabr 2019-cu il, 20 sentyabr 2021-ci il,08 oktyabr 2021-ci il, 02 noyabr 2021-ci il, 06 dekabr 2021-ci il tarixlərində mailto:1millionidea@gmail.comElektron ünvan 1 adlı elektron poçt sahibi tərəfindən, Elektron ünvan 2 (Zaur Guliyev) elektron poçt sahibi tərəfindən isə “X21” adlı sənəd üzərində 28 mart 2016-cı ildə aparılmış dəyişikliklər aşkar olundu. Eyni zamanda “Google Drive” serverin “Activity” bölməsində olan texniki qeydlər əsasında 04 aprel 2016-cı il tarixində sənəd üzərində mailto:1millionidea@gmail.comElektron ünvan 1 (1millionidea) və mailto:zauramg63@gmail.comElektron ünvan 2 (Zaur Guliyev) adlı elektron poçt sahiblərinin dəyişiklik etmələri aşkar olundu. “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədinə mailto:1millionidea@gmail.comElektron ünvan 1 (1millionidea) və mailto:zauramg63@gmail.comElektron ünvan 2 (Zaur Guliyev) adlı elektron poçtlar vasitəsilə daxil olunmuşdur. “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədin eyni nüsxəsi üzərində aparılmış dəyişikliklərlə bağlı qeydlərin silinməsi istifadəçi hüququndan asılı olmayaraq mümkün deyildir. “Apple” markalı “iPhone” telefonların texniki imkanları və “Apple” markalı telefonların https://checkcoverage.apple.com rəsmi saytında qeyd olunan funksionallığına dair məlumatlara əsasən belə nəticəyə gəlinir ki, qeyd olunan mobil smartfonlarda “Google”, “Gmail”, “Gmail drive” və “Google chrome” tətbiqləri ilə yanaşı, “İcloud” platformasından istifadə mümkündür. “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədinə mailto:zauramg63@gmail.comElektron ünvan 2 elektron poçtundan daxil olmuşdur. Aparılmış tədqiqat nəticəsində “X21” adlı Excel sənəddən istifadə edilməsi üçün mailto:zaur0086@icloud.comElektron ünvan 5 adlı elektron poçta hər hansı sorğunun göndərilməsinə dair texniki qeyd müəyyən olunmadı. “X8” tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 169 saylı mütəxəssis rəyindən görünür ki, “Zaur” adlı səhifə üzrə 14 fevral 2016-cı il tarixdən 15 oktyabr 2017-ci il tarixədək cəmi 210000 ABŞ dolları məbləğində və həmin sənədin “Zina” adlı səhifə üzrə cəmi 16000 dollar məbləğində, ümumilikdə 226000 dollar məbləğində pul vəsaiti ödəmələrin (mədaxil) olması təsvir olunur. “Zaur” adlı səhifə üzrə 2016-cı ilin mart ayından 02 aprel 2018-ci il tarixədək cəmi 218870 dollar məbləğində və həmin sənədin “Zina” adlı səhifə üzrə cəmi 6126,70 dollar məbləğində, ümumilikdə 224996,70 dollar məbləğində pul vəsaiti ödəmələrin (məxaric) olması təsvir olunur. “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədin yaradılmasının səbəb və məqsədi, müxtəlif tarixlərdə və miqdarlarda ödəmələr (mədaxil və məxaric) üzrə qeydiyyatının aparılması ilə bağlıdır. “Google Drive” serveri daxilində yaradılmış “X21” adlı Excel sənədində müxtəlif tarixlərdə və miqdarlarda ödəmələr (mədaxil və məxaric) üzrə qeydiyyatın aparılmasını nəzərə alaraq, mailto:1millionidea@gmail.comElektron ünvan 1 (1millionidea) və mailto:zauramg63@gmail.comElektron ünvan 2 (Zaur Guliyev) adlı poçt sahiblərinin arasında müxtəlif miqdarlarda ödəmələrin (mədaxil və məxaric) olması təsvir olunur. “X8” tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli 173 saylı mütəxəssis rəyindən görünür ki, mailto:zauramg63@gmail.comElektron ünvan 2 adlı elektron poçt ünvanının açılışı zamanı istifadə olunan ehtiyat (bərpa) e-poçt adresinin mailto:zaur0086@icloud.comElektron ünvan 5 olduğu müəyyən olunmuşdur. mailto:zauramg63@gmail.comElektron ünvan 2 adlı elektron poçt ünvanını yaradan şəxsin həm də mailto:zaur0086@icloud.comElektron ünvan 5 adlı elektron poçt ünvanına giriş icazəsi mövcuddur. Məhkəmə kollegiyası toplanmış sübutlara qiymət verib belə hesab edir ki, İddiaçı tərəfindən cavabdehlərə 240000 ABŞ dolları və 20000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. 17 fevral 2016-cı il və 16 mart 2016-cı il tarixli müqavilələrin 3.2-ci bəndində Cavabdeh1 MMC-yə 240000 ABŞ dolları və 20000 ABŞ dolları məbləğində sərmayənin yatırılması və pulun ödənilməsi qeyd olunsa da, işin faktiki hallarından görünür ki, həmin pul vəsaitləri Cavabdeh1 MMC-nin hesabına mədaxil olunmamışdır. İş materiallarında pulun mədaxil və məxaric olunması barədə hər hansı sənəd də mövcud deyil. Bununla belə, Cavabdeh2 İddiaçı müxtəlif vaxtlarda üst-üstə 226000 ABŞ dolları məbləğində pul almasını etiraf etmişdir. İş materiallarında İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş pulun məbləği barədə başqa mötəbər sübut olmadığına görə məhkəmə kollegiyası hesab edir ki, alınan pulun ümumi məbləği 226000 ABŞ dolları olaraq qəbul olunmalıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 aprel 2019-cu il tarixli qərarda qeyd olunan izahatlardan da görünür ki, Cavabdeh2 İddiaçı olan borcunun məbləği daha aşağı məbləğdə olmuşdur. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020ci il tarixli 2(103)-4520/2020 saylı qətnaməsi ilə X7 iddiası qismən təmin olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 179000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı X9 ödənilməsi qət edilərkən iddiaçı tərəfin qətnamə ilə razılaşaraq kassasiya şikayəti verməməsi bir daha borcun məbləğinin daha aşağı məbləğdə olmasına dəlalət edir. “X8” tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 169 saylı mütəxəssis rəyində qeyd olunan cədvəllərdə mədaxil və məxaric olunan pulların miqdarı, pulların verilmə vaxtı ilə bağlı məlumatların cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 aprel 2019-cu il tarixli qərarda qeyd olunan izahatlardakı məlumatlara bir sıra hallarda uyğun gəlməsi həmin rəyin doğruluğuna inam yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən İddiaçı ümumilikdə 226000 ABŞ dolları məbləğində borc alınması və 224996,70 ABŞ dolları məbləğində pulun qaytarılması sübut olunduğundan, Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı olan borcun məbləği 226000-224996,70=1003,30 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2la İddiaçı arasında yaranmış münasibətlər mahiyyət etibarilə borc müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında mübahisə düzgün olmayaraq əsassız varlanmadan irəli gələn münasibətlər kimi qiymətləndirilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Buna görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1148/2021 saylı mülki iş üzrə 22 iyul 2021-ci il tarixli və 2(005)-4244/2021 saylı mülki iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnamələri ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır. Cavabdeh2 İddiaçı 1003,30 ABŞ dolları məbləğində borclu olması təsdiq olunduğundan, iddia qismən təmin olunmalı, həmin məbləğdə pul vəsaiti Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, alınan pul vəsaiti Cavabdeh1 MMC-nin hesabına mədaxil olunmamış, pul vəsaitindən məhz həmin MMC üçün hər hansı avadanlıq alınması və vəsaitin MMC-nin fəaliyyətinə sərf olunması təsdiq olunmamışdır. Bundan əlavə, müqavilələr Cavabdeh3 adından imzalansa da, Cavabdeh3 bu müqavilələrin faktiki tərəfi olmamış, müqavilələrdən hər hansı formada faydalanmamışdır. Cavabdeh2 İddiaçı qarşı “Ministerium” adlı restoranın təmiri üçün borc verməsi sübut olunmadığına görə Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1148/2021 saylı mülki iş üzrə 22 iyul 2021-ci il tarixli və 2(005)-4244/2021 saylı mülki iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnamələri ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər "Mobisky” MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 1003,30 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia ərizələri və qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumları iddiaçılara, apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Məhkəmə kompyuter texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 80 manat pul Cavabdeh2 və İddiaçı müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar